Məhkəmə qərarları › İş №e-2(033)-616/2023

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-616/2023

15.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-616/2023 15.08.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Ayşə İsrafil qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölümün qeyd edilməsi faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə 15 avqust 2023-cü il tarixdə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi Ərizənin dəlilləri Ərizəçi Maraqlı şəxsnə qarşı “ölümün qeyd edilməsi faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, 28 iyul 1994-cü ildə doğulmuş qızı X2 26 aprel 1995-ci ildə Zaqatala rayonunda ölməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, qızı, X7 28 iyul 1994-cü il tarixdə doğulmuşdur. Doqquz ay sonra qızı Zaqatala rayonu Mosul kəndində vəfat etmişdir. Onu Zaqatala rayonu Mosul kənd qəbirstanlığında dəfn etmişlər. Vəfat edərkən başları yasa qarışdığından onun ölümünü qeyd etdirmək üçün Qeydiyyat Şöbəsinə müraciət etməmişlər. Hazırda ona qızının ölüm kagızı lazım olmuşdur. İslahat zamanı ona və ailə üzvlərinə ayrılmış pay torpağına hüquqi sənəd almaq üçün ölüm kagızı tələb olunur. Qeydiyyat Şöbəsi ölümün qeyd olunmasından imtina etmişdir. Buna görə də, məhkəməyə müraciət etməli olmuşdur. Ərizəyə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada Maraqlı şəxsnə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə mülki işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 məhkəmə iclasında göstərmişdir ki, ərizəçi onun qardaşıdır. Həqiqətən də onun qızı 26 aprel 1995-ci ildə xəstəlikdən vəfat etmiş və o, Zaqatala rayonunun Mosul kənd qəbirstanlığında dəfn olunmuşdur. Onun dəfnində özü də iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X10 məhkəmə iclasında göstərmişdir ki, mərhum onun qızı olmuşdur. Qızı doğulduqdan sonra xəstələnmiş və maddi imkanı olmadığı üçün həkimə apara bilməmişdir. Qızı 26 aprel 1995-ci ildə xəstəlikdən vəfat etmiş və onu Zaqatala rayonunun Mosul kənd qəbirstanlığında dəfn etmişlər. İşin halları Mülki işin materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X14 nikahlarını 21 noyabr 1987-ci ildə bağlamışlar. Nikah bağlandıqdan sonra arvada Haqverdiyeva soyadı verilmişdir. Mülki işin materiallarına əlavə edilmiş Zaqatala rayonu Qeydiyyat Şöbəsi tərəfindən verilmiş doğum haqqında arayışdan görünür ki, X7 28 iyul 1994-cü ildə doğulmuşdur. Valideynləri Ərizəçi və X3r. Mülki işin materiallarına əlavə edilmiş Zaqatala RİHB-ın Mosul kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 07 avqust 2023-cü il tarixli arayışdan görünür ki, həqiqətən də Ərizəçi 28 iyul 1994-cü ildə doğulmuş qızı X7 26 aprel 1995-ci ildə vəfat etmiş və Mosul kənd qəbirstanlığında dəfn edilmişdir. Mülki işin materiallarına əlavə edilmiş Zaqatala RİHB-ın Mosul kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 25 aprel 2023-cü il tarixli arayışdan görünür ki, Ərizəçi ailə tərkibi arvadı X6, uşaqları X11, X12, X8 və X1 ibarətdir. Mülki işin materiallarında olan Zaqatala rayonu Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 27 aprel 2023-cü il tarixli məktubdan görünür ki, X4 1995 –ci ildə ölüm faktını qeydə aldırmaq üçün müraciəti araşdırılmış, lakin ölüm faktının qeydə alınmasının mümkün olmadığı müəyyən edilmişdir. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 8.5-ci maddəsinin tələbinə əsasən ölüm haqqında qeydiyyat aparılması üçün ölüm haqqında tibbi şəhadətnamənin təqdim edilməsi vacibdir. Həmin maddəyə əsasən “ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir”. Ərizəçiyə ölüm faktının təsdiq edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Mülki işin materiallarına əlavə edilmiş JN-0581 KOD 40200048 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Zaqatala rayonu Aqrar İslahat Komissiyasının 23 may 1996-cı il tarixli 32 nömrəli qərarı ilə Ərizəçi, X6, X11, X12, X8, X9, X2 mülkiyyətində Zaqatala rayonunun Mosul kəndində 3,27 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsi 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. 159.1-ci maddəsində müəyyən edilmişdir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. 159.2-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadın dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 193-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən, məhkəmə qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydaları 8.5-ci bəndində göstərilmişdir ki, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmənin mövqeyi Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, mülki iş materiallarından aydın oldu ki, X13 26 aprel 1995-ci ildə vəfat etmiş və o Zaqatala rayonunun Mosul kənd qəbirstanlığında dəfn edilmişdir. Onun ölümü haqqında həkim şəhadətnaməsi yoxdur. Ərizəçi həmin şəhadətnaməni başqa qaydada əldə edə bilmir. Ərizəçinin həmin sənədi ala bilməməsini təsdiq edən sübutlar göstərmişdir. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilərək, X5 26 aprel 1995-ci il tarixdə vəfat etməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə, Q Ə T E T D İ: Ərizə təmin edilsin. 28 iyul 1994-cü ildə Zaqatala rayonunun Mosul kəndində doğulmuş X2 26 aprel 1995-ci ildə ölməsi faktı müəyyən edilsin. Qətnamə 28 iyul 1994-cü il təvəllüdlü X5 adına ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar