Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-73/2023 23.02.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Ayşə İsrafil qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2 oğlunun, İddiaçı3 nümayəndəsi vəkil Nümayəndə Cavabdehlər Maraqlı şəxs və cavabdeh tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Dadalova (Hacıyeva) Ülviyyə Elxan qızının nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı3 və X7 cavabdehlər Maraqlı şəxs, Zaqatala rayonu 2 saylı Notariat Ofisinin xüsusi notariusu X5, X6, üçüncü şəxslər Dadalova (Hacıyeva) Ülviyyə Elxan qızına, X10, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və qanun üzrə vərəsəlik hüququnun müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddia tələbinin dəlilləri: İddiaçılar İddiaçı1, İddiaçı3 və X16 cavabdehlər Maraqlı şəxs, Zaqatala rayonu 2 saylı Notariat Ofisinin xüsusi notariusu X5, X6, üçüncü şəxslər X17, X10, ƏMDK yanında DƏDRX-ın 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və qanun üzrə vərəsəlik hüququnun müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum X21 miras qalmış Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən 0,66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrindəki 1/3 payına dair iş üzrə Maraqlı şəxs tam pay ilə qanun üzrə vərəsəlik hüququnun müəyyən edilməsi ilə bağlı iş üzrə cavabdeh Azərbaycan Repsublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsi Zaqatala Rayon 2 saylı Notariat Ofisinin xüsusi notariusu X11 tərəfindən verilmiş 29 dekabr 2019-cu il tarixli, 2V- 1303 reyestr nömrəli, 700/2019 nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin etibarsız hesab edilməsi və mərhum X21 miras qalmış Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən 0,23 ha həyətyanı və 0,66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrindəki 1/3 payına iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 oğlunun hər birinin payı 1/3 olmaqla qanun üzrə vərəsəlik hüququnun müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 2003-cü il tarixli, 110 saylı qərarına əsasən iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 oğlunun mərhum ataları X37, o cümlədən, X30 və X13 ümumi birgə mülkiyyətinə Zaqatala rayonu, Yuxarı Tala kəndində 0,23 ha həyətyanı və 0,66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri verilmişdir. Həmçinin, Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən 0,23 ha həyətyanı torpaq sahəsinin üzərində iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 oğlunun mərhum ataları X31 məxsus fərdi yaşayış evi də vardır. Mərhum ataları X23 ölümündən sonra ondan miras qalmış Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən fərdi yaşayış evi, 0,23 ha həyətyanı və 0,66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrindəki payını iş üzrə iddiaçılar faktiki olaraq qəbul etmiş və bu günədək də idarə etməkdədirlər. İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 oğlu mərhum ataları X21 miras qalmış Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən fərdi yaşayış evi,0,23 ha həyətyanı və 0,66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrindəki payı üzərində qanun üzrə vərəsəlik hüquqlarını rəsmiləşdirmək məqsədi ilə iş üzrə cavabdeh Azərbaycan Repsublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsi Zaqatala Rayon 2 saylı Notariat Ofisinin xüsusi notariusu X5 müraciət edərkən məlum olmuşdur ki, mərhum ataları X21 miras qalmış Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən 0,66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrindəki paya qanunsuz olaraq 29 dekabr 2019-cu il tarixdə tam pay hüququ ilə iş üzrə üçüncü şəxs Maraqlı şəxs qanun üzrə vərəsəlik hüququ müəyyən edilmiş və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə rəsmiləşdirilmişdir. Halbu ki, X21 miras qalmış əmlakları iş üzrə iddiaçılar faktiki olaraq qəbul etmiş və bu günədək də idarə etməkdədirlər. İş üzrə üçüncü şəxs Maraqlı şəxs, mərhum X23 uşaqlarının, yəni vərəsələrinin olmasını bilməsinə baxmayaraq Zaqatala Rayon İcra X32 İnzibati Ərazi Dairəsindən əldə etdiyi özündə həqiqi məlumatları əks etdirməyən, qanunsuz arayış əsasında özünü tək vərəsə kimi bəyan etmişdir. Bununla yanaşı, iş üzrə cavabdeh Zaqatala Rayon 2 saylı Notariat Ofisinin xüsusi notariusu X11 27 iyul 2022-ci il tarixli, 834 nömrəli məktubla X21 miras qalmış Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən digər əmlaklara vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina etmişdir. İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 oğlunun hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinin səbəbi, mərhum X21 miras qalmış Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən 0,66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrindəki 1/3 payına dair iş üzrə üçüncü şəxs Maraqlı şəxs tam pay ilə qanun üzrə vərəsəlik hüququnun müəyyən edilməsi ilə bağlı iş üzrə cavabdeh Azərbaycan Repsublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsi Zaqatala Rayon 2 saylı Notariat Ofisinin xüsusi notariusu X11 tərəfindən verilmiş 29 dekabr 2019-cu il tarixli, 2V- 1303 reyestr nömrəli, 700/2019 nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin etibarsız hesab edilməsi, o cümlədən, mərhum X21 miras qalmış Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən 0,23 ha həyətyanı və 0,66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrindəki 1/3 payına iddiaçılarının hər birinin payı 1/3 olmaqla qanun üzrə vərəsəlik hüququnun müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2 oğlunun, İddiaçı3 nümayəndəsi vəkil Nümayəndə 30 noyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən “iddia tələbinin həcminin artırılması” barədə ərizə ilə məhkəməyə müraciət edərək mərhum X21 miras qalmış Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən 0,66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrindəki 1/3 payına dair iş üzrə üçüncü şəxs Maraqlı şəxs qıznın tam pay ilə qanun üzrə vərəsəlik hüququnun müəyyən edilməsi ilə bağlı iş üzrə cavabdeh Azərbaycan Repsublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsi Zaqatala Rayon 2 saylı Notariat Ofisinin xüsusi notariusu X11 tərəfindən verilmiş 29 dekabr 2019-cu il tarixli, 2V-1303 reyestr nömrəli, 700/2019 nömrəli "Qanun üzrə vərəsəlik hüququ haqqmda şəhadətnamə"nin etibarsız hesab edilməsi, 29 dekabr 2019-cu il tarixli, 2V-1303 reyestr nömrəli, 700/2019 nömrəli "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə əsasən, Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən 0,66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində Maraqlı şəxs 2/3 payı üzərində 13 yanvar 2020ci il tarixdə hüquqların dövlət qeydiyyatı ilə bağlı hissədə daşınmaz əmlakın dövlət reyestrində 176 nömrəli reyestr kitabının 84-cü vərəqində, **********3 qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"ın ləğv edilməsi, iş üzrə üçüncü şəxs Maraqlı şəxs və digər mülkiyyətçi X24 ilə X12 arasında bağlanmış Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən 0,66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin alqı-satqısına dair 16 oktybar 2021-ci il tarixli, AN-İ seriyalı ******* nömrəli, 4Ə-1658 reyestr nömrəli "Daşınmaz əmlakın alqı-satqı müqaviləsi"nin etibarsız sayılması, 16 oktybar 2021-ci il tarixli, AN-İ seriyalı ******* nömrəli, 4Ə-1658 reyestr nömrəli "Daşınmaz əmlakın alqı-satqı müqaviləsi"nə əsasən Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən 0,66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində X4 29 oktyabr 2021-ci il tarixdə hüquqlarının dövlət qeydiyyatı ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində 176 nömrəli reyestr kitabının 84-cü vərəqində, ********** qeydiyyat nömrəsi ilə aparılmış qevdiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"ın ləğv edilməsi, mərhum X21 miras qalmış Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən 0,23 ha həyətyanı və 0,66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrindəki 1/3 payına iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 oğlunun hər birinin payı 1/3 olmaqla qanun üzrə vərəsəlik hüququnun müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, ərizəsini bununla əsaslanıdırmışdır ki, işin araşdırılması mərhələsində məlum olmuşdur ki, iş üzrə üçüncü şəxs Maraqlı şəxs və digər mülkiyyətçi X24 29 dekabr 2019cu il tarixli, 2V-1303 reyestr nömrəli, 700/2019 nömrəli "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə əsasən həmin əmlak üzərində hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldıraraq, Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən 0,66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini 16 oktyabr 2021-ci il tarixli, AN-İ seriyalı ******* nömrəli "Daşınmaz əmlakın alqı-satqı müqaviləsi"nə əsasən X1. 16 oktyabr 2021-ci il tarixli, AN-İ seriyalı ******* nömrəli "Daşınmaz əmlakın alqı-satqı müqaviləsi"nə əsasən X4 həmin daşınmaz əmlak üzərində hüquqları 29 oktyabr 2021-ci il tarixdə daşmmaz əmlakın dövlət reyestrində 176 nömrəli reyestr kitabının 84-cü vərəqində, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış və "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"la rəsmiləşdirilmişdir. Hazırki, ərizə ilə məhkəməyə müraciət etməsinin səbəbi iddianın həcminin artırılması ilə bağlıdır. Belə ki, iddiaçılar hazırda baxılan tələbləri ilə yanaşı, iş üzrə üçüncü şəxs Maraqlı şəxs və digər mülkiyyətçi X25 ilə X12 arasında bağlanmış Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən 0,66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin alqı-satqısına dair 16 oktybar 2021-ci il tarixli, AN-İ seriyalı ******* nömrəli, 4 Ə-1658 reyestr nömrəli "Daşınmaz əmlakın alqı-satqı müqaviləsi"nin etibarsız sayılması, daşınmaz əmlakın dövlət reyestrində aparılan qeydiyyatların ləğv edilməsi barədə qətnamə qəbul edilməsini istəyirlər. İddia tələbinə qarşı etirazın dəlilləri: Cavabdeh Maraqlı şəxs məhkəməyə 07 oktyabr 2022-ci il tarixdə etiraz ünvanlayaraq göstərmişdir ki, iddiaçılar mərhum ataları X21 miras qalmış torpaq sahələrini faktiki olaraq qəbul etməsini iddia ərizəsində qeyd etsələr də, iş materiallarına iddia tələblərinin əsası kimi istinad etdiyi halları sübut edəcək heç bir sübut əlavə olunmamışdır. İddiaçılar Zaqatala rayon Notariat Ofisinə müraciət edərək atalarından miras qalmış əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişlər. Notariat ofisinə müraciətlərində atalarının ölümündən sonra həmin yurda sahiblik etmələrini, komunal xərcləri ödəmələrini, müəyyən işlər gördüklərini bildirirlər. İddiaçılara Zaqatala rayon Notariat ofisi tərəfindən 27 iyul 2022-ci il tarixdə verilmiş cavab məktubunda qeyd olunur ki, Notariat Haqqında Qanunun müvafiq maddəsinə əsaslanaraq mirasın faktiki qəbulu ilə bağlı sübutlarını təqdim etmədiklərindən, eyni zamanda qanunvericilikdə nəzərdə tutulmuş mirasın qəbulu müddətini ötürdüklərindən və vərəsələr arasında mübahisə olduqda iş məhkəmədə həll edilməlidir. Notariat ofisi tərəfindən verilmiş məktubdan aydın olur ki, iddiaçılar mirası faktiki qəbul etməsi ilə bağlı sübutlarını notariat ofisinə təqdim etməmişlər. Eyni zamanda mirasın qəbulu ilə bağlı müddət ötürülmüşdür. Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldıqdan sonra 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. İddiaçılardan İddiaçı1 və X18 təsərrüfatdan ayrı olmuş, həmin təsərrüfatda qeydiyyatda olmamış və atalarından miras qalmış əmlakı idarə etməmişlər. İddiaçı2 oğlu isə ümumiyyətlə Azərbaycanda yaşamamış, Rusiya Federasiyasında yaşamış və Rusiya Federasiyasının vətəndaşıdır. MPM-nin 154.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. Qanunvericiliyin ona verdiyi hüquqdan istifadə edərək iddiaçıların iddiasına etiraz edir. Bunun üçün yuxarıda qeyd etdiklərimi əsas gətirərək iddia əsassız olduğundan iddiaçıların iddiasının təmin olunmamasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: İddiaçılar İddiaçı1, İddiaçı2 oğlunun, İddiaçı3 nümayəndəsi vəkil Nümayəndə məhkəmə iclasında iddia ərizəsinin məzmununa oxşar məzmunda izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. O, izahatında əlavə olaraq göstərdi ki, cavabdeh Maraqlı şəxs heç bir övladı göstərmədən tək özünü vərəsə kimi təqdim edərək vərəsəlik şəhadətnaməsi almışdır və iddiaçının əsas qanun üzrə vərəsələri kənarda qalmışdır. İddiaçıların hərəsinin 1/3 payda mülkiyyət hüquqları vardır. Cavabdeh X12 27 dekabr 2022-ci il tarixdə verdiyi izahatında göstərmişdir ki, ona torpaq sahəsini satmağı İddiaçı3 təklif etmişdir. O, atasından düşən payın pulunu ona vermişdir. O, həmin torpaq sahəsini razılıqla almışdır. Torpağı 1500 manata almışdır. İddia əsassız olduğundan rədd edilməsini xahiş edir. 27 dekabr 2022-ci il tarixdə keçirilən məhkəmə iclasında şahid qismində dindirilmiş X22 göstərmişdir ki, mərhum X37 onun qonşusu olmuşdur. Məhərrəmin uşaqlarını və hər iki arvadını tanıyırdı. Kamilə Məhərrəmin ikinci arvadı olub. Məhərrəm öləndən sonra onun oğlu Firudinin arvadının xahişi ilə evə və həyətə nəzarət etmişdir. Məhərrəm öləndən sonra Kamilə təxminən 3-4 ay orada yaşadıqdan sonra evdən çıxıb getmişdir. Kamilə oradan getdikdən sonra həmin yurdda Cavahir yaşamağa başlamışdır. Məhərrəmin yas mərasimində və dəfnində oğlu Firudin iştirak etmiş və o, sonradan Rusiya Federasiyasına çıxıb getmişdir. Kamiləni heç kəs qovmamış və o özü öz xoşluğu ilə həmin yurddan çıxıb getmişdir. Həmin mübahisəli yurda yalnız qızları gəlmişdir. Cavabdeh Maraqlı şəxs və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Dadalova (Hacıyeva) Ülviyyə Elxan qızının nümayəndəsi Vəkil2 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək göstərmişdir ki, iddia tələbi tam əsassızdır. Kamilə əri öləndən sonra 2 il orada yaşamışdır. Sonradan Kamiləni mübahisəli evdə yaşamağa qoymamışlar. Kamilənin çıxarıldığı vaxtdan ev Həcərgilin istifadəsindədir və onlar evin qapısını bağlı saxlayırlar. Evin heç bir sənədi yoxdur və çıxarış alınmamışdır. Vərəsəlik hüququ haqqında şəhadətnamə torpaq sahəsinə görə verilmişdir. Vərəsəlik işi açılan zaman icra nümayəndəliyi vərəsələr haqqında arayışda yalnız bir nəfərin adını o səbəbdən göstərmişdir ki, evdə həmin vaxt yalnız Kamilə yaşamışdır. Ülviyyə Kamilənin birinci əri Elxandan olan qızıdır. Cavabdeh Zaqatala rayonu 2 saylı Notariat Ofisinin xüsusi notariusu X11 məhkəməyə ərizə ünvanlayaraq mülki işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsi məhkəməyə məktub ünvanlayaraq mülki işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə üçüncü şəxs X10 (alqı satqı müqaviləsində Kamiləni əvəz etmişdir) rəsmi qaydada məmulat verilməsinə baxmayaraq o, gəlməməsinin üzürlü olması barədə məhkəməyə sənəd təqdim etməmişdir. Məhkəmə mülki işə cavabdehin və üçüncü şəxslərin iştirakı olmadan baxılmaısnı mümkün hesab etmişdir. İşin halları İş materiallarına əlavə edilmiş Zaqatala RİHB-ın Yuxarı Tala kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 07 iyul 2022-ci il tarixli 926 saylı arayışından görünür ki, İddiaçı1 atası X37 vəfat etdiyi günədək (yəni xx.xx.1997-ci il) Zaqatala rayonu Yuxarı Tala kəndində yaşamışdır. Onun ölümündən indiyədək sağ qalmış varisləri arvadı Əliyeva Kamilə həzrət qızı, qızı İddiaçı1, qızı İddiaçı3 və oğlu X14r. İş materiallarına əlavə edilmiş JN-540A saylı KOD ********* olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməin surətindən görünür ki, Zaqatala rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 2003-cü il tarixli 110 saylı qərarı ilə X37, X30 və X13 mükiyyətinə 0,23 ha torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş JN-0329 saylı KOD 40216018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktın surətindən görünür ki, Zaqatala rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 2003-cü il tarixli 110 saylı qərarı ilə X37, X30 və X13 mükiyyətinə 0,66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş 29 dekabr 2019-cu il tarixli 2V-1303 nömrə ilə qeyd edilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 11 dekabr 1997-ci ildə ölmüş X23 vərəsəsi Maraqlı şəxsdır. Şəhadətnamə verilən əmlak Zaqatala rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 2003-cü il tarixli 110 saylı qərarı ilə X31 JN-0329 saylı KOD 40216018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən ümumi sahəsi 0,66 ha olan torpaq sahəsinin 1/3 hissəsindən ibarətdir. İş materiallarına əlavə edilmiş Zaqatala RİHB-ın Yuxarı Tala kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 07 iyul 2022-ci il tarixli 926 saylı arayışından görünür ki, Aqrar İslaaht Komissiyasının 25 sentyabr 2003-cü il tarixli qərarına əsasən torpaq sahəsi verilən vətəndaşların adlı siyahısında qeyd olunan X30 (şəxsiyyət vəsiqəsi AZE 0*******.xx.xx.2010) Maraqlı şəxsdır və eyni şəxsdir. İş materiallarına əlavə edilmiş Zaqatala rayonu Yuxarı Tala kənd icra nümayəndəliyi tərəfindən verilmiş Q 435129 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X37 ilə Maraqlı şəxs nikahlarını 14 fevral 1996-cı ildə bağlamışlar. Nikah bağlandıqdan sonra arvada Əliyeva soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK-ın yanında DƏDRX-in Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın qeydiyyat nömrəsi ********** saylı xx.xx.2022-ci il tarixli dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən 0,2270 ha həyətyanı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə Maraqlı şəxs, X23 və X15 adına daşınmaz əmlakın dövlət reyestrində 266 nömrəli kitabının 57 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məslələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsini A N 785216 saylı “Torpaq sahəsinin planı və ölçüsü”nün surətindən görünür ki, Maraqlı şəxs mülkiyyətində 0,2270 ha həyətyanı torpaq sahəsi vardır. İş materiallarına əlavə edilmiş Zaqatala RİHB-ın Yuxarı Tala kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 22 sentyabr 2022-ci il tarixli 43/1 saylı məktubdan görünür ki, X23 vəfatından sonra ona məxsus fərdi yaşayış eivndə 2014-cü ildək qızı X18 yaşamışdır. 2014-cü ildə X18 ərə köçdükdən sonra isə mərhum X31 məxsus daşınmaz əmlaka övladları sahiblik etmişlər və ona məxsus təsərrüfatl idarə etmişlər. İş materiallarına əlavə edilmiş Zaqatala rayonu X29 05 oktyabr 2022-ci il tarixli məktubundan görünür ki, X23 vərəsləri atadan miras qalmış Yuxarı Tala kəndində yerləşən əmlaklarının vergi borclarını atalarının vəfatından sonra 2008-2015-ci illərin həyətyanı vergi borcunu qızı X19 ödəmişdir. 2016-2022-ci illərin həyətyanı vergi borcu ödənilməyib. 2007-2010-cu illərin və 2018, 2019-cu illərin pay torpağı vergi borcunu qızı X18 ödəyib. 2005, 2006 və 2011-2017, 2020-2022-ci illərin pay torpaq vergisi ödənilməyib. İş materiallarına əlavə edilmiş Zaqatala RİHB-ın Yuxarı Tala kən üzrə nümayəndəlik tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X37 12 dekabr 1997-ci ildə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş 06 dekabr 2019-cu il tarixli 3093 saylı arayışından görünür ki, X23 vəfatından sonra varisi Maraqlı şəxs qalmışdır. İş materiallarına əlavə edilmiş Zaqtaala rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş doğum haqqında arayışdan görünür ki, X26 04 mart 1986-cı ildə doğulmuşdur. X3 və anası X20r. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məslələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsininin 12 oktyabr 2022-ci il tarixli məktubundan görünür ki, Zaqatala rayonu Yuxarı Tala kəndi ərazisində yerləşən 0,6556 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Zaqatala rayonu 2 saylı notariat ofisinin 09 dekabr 2019-cu il tarixli 2V-1263 reystr nömərli və vərəslik işinin nömərsi 700/2019 olan “Qanunz üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” sənədinə əsasən ********* qeydiyyat nömrəsi iıə 13 yanvar 2020-ci il tarixində Maraqlı şəxs və X15 adlarına paylı mülkiyyət üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, Zaqatala rayonu 2 saylı notariat ofisinin 06 oktyabr 2021-ci il tarixli 4Ə-1658 reystr nömərli alqı-satqı müqaviləsinə əsasən X4 adına özgəninkiləşdirilmiş və ********** qeydiyyat nömrəsi ilə 29 oktyabr 2021-ci il tarixində 176 saylı reystr kitabının 84-cü səhifəsində sonuncunun adına tam ümlkiyyət üzrə daşınmaz əmlakın dövlət reystrində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş 06 oktyabr 2021-ci il tarixli AN-İ ******* saylı Daşınmaz Əmlakın alqı-satqı müqviləsinin surətindən görünür ki, Maraqlı şəxs və X24 mülkiyyətlərində olan Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən ümumi sahəsi 0,6556 ha olan torpaq sahəsini X6 4000 manat satmışlar. Tətbiq edilən hüquq 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 18 iyul 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, … MM-in 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Lakin mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər (MM-in 1248-ci maddəsi). Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. … Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Konstitusiya Məhkəməsinin məhkəmələr tərəfindən rəhbər tutulmalı və məcburi hüquqi qüvvəsi olan qeyd edilən qərarında formalaşdırılmış hüquqi mövqeyi ondan ibarətdir ki, vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması təsbit edilmişdir. Məhkəmənin mövqeyi: İşin müəyyən edilmiş hallarından görünür ki, X37 ilə Maraqlı şəxs 14 fevral 1996-cı ildən nikah bağlamışlar və bundan sonra arvada Əliyeva soyadı verilmişdir. X37 12 dekabr 1997-ci ildə vəfat etmişdir. Zaqatala rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 2003cü il tarixli 110 saylı qərarı ilə 0,23 ha torpaq sahəsi və 0,66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X37, X30 və X13 ümumi birgə mülkiyyətinə verilmişdir. 29 dekabr 2019-cu il tarixli 2V-1303 nömrə ilə qeyd edilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən ümumi sahəsi 0,66 ha olan torpaq sahəsinin 1/3 hissəsinə mərhum X21 qalmış miras olaraq Maraqlı şəxs vərəsəlik hüququ tanınmışdır. Bundan sonra həmin torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində 13 yanvar 2020-ci il tarixdə ********* sayla Maraqlı şəxs və X15 mülkiyyətlərinə qeydiyyata alınmışdır. Zaqatala rayonu 2 saylı notariat ofisində 06 oktyabr 2021-ci il tarixdə 4Ə-1658 reystr nömərsi təsdiq olunmuş AN-İ ******* saylı alqı-satqı müqviləsinə əsasən Maraqlı şəxs və X24 mülkiyyətlərində olan Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən ümumi sahəsi 0,6556 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsini X2. Torpaq sahəsi ********** qeydiyyat nömrəsi ilə 29 oktyabr 2021-ci il tarixdə sonuncunun adına tam mülkiyyət üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşin müəyyən edilmiş hallarından görünür ki, qanunda göstərilən müvafiq müddət ərzində müvafiq hərəkətləri etməmiş iddiaçılar mirası qəbul etmək hüquqlarını (subyektiv vərəsəlik hüququ) itirmişlər. Belə ki, təqdim edilmiş Zaqatala RİHB-ın Yuxarı Tala kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyinin 22 sentyabr 2022-ci il tarixli 43/1 saylı məktubunda, X23 vəfatından sonra ona məxsus fərdi yaşayış evində 2014-cü ildək qızı X9 yaşadığı, Zaqatala rayonu X29 05 oktyabr 2022-ci il tarixli məktubunda isə X21 miras qalmış Yuxarı Tala kəndində yerləşən həyətyanı vergi borclarının 2008-2015-ci illər üzrə X19 tərəfindən ödənildiyi qeyd edilmşdir. Digər iddiaçıların mirası qəbul etmələri barədə sübut təqdim edilməmişdir. Məhkəmə, qeyd edilən sübutlara tənqidi yanaşır və onları iddianın təmin edilməsinə əsas saymır. İlk öncə, Zaqatala rayonu X29 05 oktyabr 2022-ci il tarixli məktubunda həyətyanı vergi borclarının X19 tərəfindən ödənildiyi dövr əks olunsa da, ödənişlərin konkret olaraq hansı tarixdə (hər il üzrə vaxtında və ya sonuncu ildə) ödənilməsi göstərilməmişdir. Eyni zamanda həmin sübutla müəyyən edilmişdir ki, X19 ödənişləri mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətdə etməmişdir. Zaqatala RİHB-ın Yuxarı Tala kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyinin 22 sentyabr 2022-ci il tarixli 43/1 saylı məktubu isə mötəbər sübut sayıla bilməz. Belə ki, 30 il əvvəlki dövrdən başlayaraq yaranmış hal barədə məlumatın alınma mənbəyi məktubda qeyd edilməmişdir. Bundan başqa, yanaşı yoxlanılmış sübutlarla mərum X23 ümumiyyətlə fərdi yaşayış evinə malik olması halı da təsdiq edilməmişdir. Eyni zamanda iddiaçılar AN-İ ******* saylı alqı-satqı müqviləsini mirasa aid hissədə deyil bütövlükdə mübahisələndirmişlər. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, iddiaçıların qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüquqlarını həyata keçirməyən vərəsə olaraq həmin hüquqlarını itirməsinə əsas olduğundan, bununla da mübahisəli şəhadətnamənin və alqı satqı müqaviləsinin etibarsız hesab edilməsi, valideynlərindən qalmış miras əmlak barəsində subyektiv vərəsəlik hüququnu itirmiş iddiaçılar üçün hüquqi nəticələrə səbəb olmadığından iddia tələbi təmin edilə bilməz. Məhkəmə iddia tələbi üzrə belə nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edilmədiyindən iddiaçılar tərəfindən dövlət rüsumu olaraq dövlətə ödənilmiş 100 (bir yüz) manat onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-217, 219-220, 227 və 233-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı3 və X7 cavabdehlər Maraqlı şəxs, Zaqatala rayonu 2 saylı Notariat Ofisinin xüsusi notariusu X5, X6, üçüncü şəxslər Dadalova (Hacıyeva) Ülviyyə Elxan qızına, X10, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı mərhum X21 miras qalmış Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən 0,66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrindəki 1/3 payına dair iş üzrə üçüncü şəxs Maraqlı şəxs tam pay ilə qanun üzrə vərəsəlik hüququnun müəyyən edilməsi ilə bağlı iş üzrə cavabdeh Azərbaycan Repsublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsi Zaqatala Rayon 2 saylı Notariat Ofisinin xüsusi notariusu X11 tərəfindən verilmiş 29 dekabr 2019-cu il tarixli, 2V-1303 reyestr nömrəli, 700/2019 nömrəli "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə"nin etibarsız hesab edilməsi, 29 dekabr 2019-cu il tarixli, 2V-1303 reyestr nömrəli, 700/2019 nömrəli "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə əsasən, Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən 0,66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində Maraqlı şəxs 2/3 payı üzərində 13 yanvar 2020-ci il tarixdə hüquqların dövlət qeydiyyatı ilə bağlı hissədə daşınmaz əmlakın dövlət reyestrində 176 nömrəli reyestr kitabının 84-cü vərəqində, **********3 qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"ın ləğv edilməsi, iş üzrə üçüncü şəxs Maraqlı şəxs və digər mülkiyyətçi X24 ilə X12 arasında bağlanmış Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən 0,66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin alqı-satqısına dair 16 oktybar 2021-ci il tarixli, AN-İ seriyalı ******* nömrəli, 4Ə-1658 reyestr nömrəli "Daşınmaz əmlakın alqı- satqı müqaviləsi"nin etibarsız sayılması, 16 oktybar 2021-ci il tarixli, AN-İ seriyalı ******* nömrəli, 4Ə-1658 reyestr nömrəli "Daşınmaz əmlakın alqı-satqı müqaviləsi"nə əsasən Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən 0,66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində X4 29 oktyabr 2021-ci il tarixdə hüquqlarının dövlət qeydiyyatı ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində 176 nömrəli reyestr kitabının 84-cü vərəqində, ********** qeydiyyat nömrəsi ilə aparılmış qevdiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"ın ləğv edilməsi, mərhum X21 miras qalmış Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən 0,23 ha həyətyanı və 0,66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrindəki 1/3 payına iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 oğlunun hər birinin payı 1/3 olmaqla qanun üzrə vərəsəlik hüququnun müəyyən edilməsi tələbinə dair iddia ərizəsi rədd edilsin. İddiaçıların dövlət rüsumu olaraq ödədikləri 100 (bir yüz) manat özlərinə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(033)-73/2023
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-73/2023
23.02.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver