Məhkəmə qərarları › İş №e-2(033)-748/2025

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-748/2025

18.04.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-748/2025 18.04.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Əliyeva Ayşə İsrafil qızının katibliyi ilə, Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq olunması” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi: Ərizənin dəlilləri Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq olunması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, 21 may 2009-cu il tarixdə doğulmuş X7 və 31 dekabr 2012ci il tarixdə doğulmuş X1 üçün xx.xx.2025-ci il tarixdən hesablanmaqla hər ay hər uşaq üçün 100 (bir yüz) manat məbləğində alimentin Maraqlı şəxs alınaraq Ərizəçi ödənilməsi ilə bağlı xx.xx.2025-ci il tarixdə bağlanmış barışıq sazişinin təsdiq olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, mən Ərizəçi 23 avqust 2008-ci il tarixdə Maraqlı şəxs ilə nikahlarını rəsmi qeyd etdirməklə ailə həyatı qurmuşlar. Birgə nikahlarından 21 may 2009-cu il tarixdə X7 və 31 dekabr 2012-ci il tarixdə X5 adlı övladları doğulmuşdur. Maraqlı şəxs ilə xasiyyətlərinin uyğun gəlməməsi səbəbindən Zaqatala rayon Məhkəməsinin 2(033)-751/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən aramızda bağlanmış nikah pozulmuş, tərəflərin uşaqları olan - 21 may 2009-cu il tarixdə doğulmuş X7 və 31 dekabr 2012-ci il tarixdə doğulmuş X5 anaları X2 yanında saxlanılması qərara alınmışdır. Maraqlı şəxs nikah pozulduqdan sonra övladlarının saxlanması üçün ona maddi yardım etmiş, lakin sonradan ailə həyatı qurduğundan övladlarının saxlanması üçün maddi yardım etməmişdir. Bunun üçün himayəsində saxlanılan övladları üçün aliment tələbinə dair mediasiyaya müraciət etmişdir. Mediasiyada övladlarının saxlanması ilə bağlı aliment ilə bağlı razılığa gəlmişlər. Bununla bağlı aralarında barışıq sazişi bağlanmışdır. xx.xx.2025-ci il tarixli aralarında bağlanmış barışıq sazişinə əsasən aliment məbləğinin müəyyən edilməsində qeyd olunur ki – 21 may 2009-cu il tarixdə anadan olmuş X7 və 31 dekabr 2012-ci il tarixdə anadan olmuş X1 üçün 25 mart 2025-ci il tarixdən hesablanmaqla hər ay hər uşaq üçün 100 manat sabit pul məbləğində aliment hər növbəti ayın 1-nə kimi Ərizəçi hesabına ödənilməlidir. Aralarında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişinin şərtlərinə Maraqlı şəxs tərəfindən riayət olunmadığı üçün məcburiyyət qarşısında qalaraq barışıq sazişinin təsdiq olunmasına dair məhkəməyə müraciət etmək qərarına gəlmişdir. O, məcbur qalaraq barışıq sazişinin məcburi icraya yönəldilməsi üçün onun təsdiq edilməsi barədə məhkəməyə müraciət etməli olmuşdur. Ərizəyə qarşı etirazın dəlilləri Ərizəyə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Ərizəçi məhkəməyə ərizə ünvanlayaraq mülki işə iştirakı olmadan baxılmasını və ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasına gəlməmiş və o, məhkəmə iclasında iştirak etməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-25.2-ci maddəsinə əsasən maraqlı şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Yazılı sübutlar İş materiallarına əlavə edilmiş AA6099302 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 21 may 2009-cu ildə doğulmuşdur. İş materiallarına əlavə edilmiş AA1321076 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 31 dekabr 2012-ci ildə doğulmuşdur. İş materiallarına əlavə edilmiş Zaqatala rayon məhkəməsinin 08 sentyabr 2022-ci il tarixli 2(033)-751/2022 saylı qətnaməsindən görünür ki, Maraqlı şəxs ilə X4 arasında Zaqatala rayon qeydiyyat şöbəsində bağlanmış 23 avqust 2008-ci il tarixli, 191 nömrəli nikahın pozulması, tərəflərin uşaqları olan - 21 may 2009-cu il tarixdə anadan olmuş X7 və 31 dekabr 2012-ci il tarixdə anadan olmuş X3 anaları X2 yanında saxlanılması qət edilmişdir. İş materiallarına əlavə olunmuş 25 mart 2025-ci il tarixli mediasiya prosesi üzrə təsdiq edilmiş barışıq sazişindən görünür ki, 21 may 2009-cu il tarixdə doğulmuş X7 və 31 dekabr 2012-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün əvvəli 25 mart 2025-ci il tarixdən hesablanmaqla hər ay hər uşaq üçün 100 manat sabit pul məbləğində alimenti hər növbəti ayın 01-nə kimi Ərizəçi Bank Respublika ASC-in Zaqatala rayon filialında açılmış bank hesabına ödəməsini Maraqlı şəxs öhdəsinə götürür və buna hər iki tərəf razıdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 305.1 və 305.1.17-ci maddələrinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1-ci maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. “Mediasiya Haqqında” Azərbaycan Respublikası Qanunu 33.1-ci maddəsinə əsasən Barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində müqavilənin tarixi və tərtib olunduğu yer; tərəflər haqqında məlumat; mübahisənin predmeti; mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar; mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri; barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri; Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq başqa şərtlər göstərilir. 33.2-ci maddəsinə əsasən barışıq sazişi tərəflər və mediator (mediatorlar) tərəfindən imzalanır. Barışıq sazişinin nüsxələri tərəflərin və təqdim ediləcəyi orqanların (qurumların) sayına uyğun olaraq tərtib olunur. 33.3-cü maddəsinə əsasən barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5-ci maddəsinə əsasən barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanunu 9.1 və 9.1.2-ci maddələrinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin olunmalıdır. Belə ki, təqdim olunmuş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, Ərizəçi ilə Maraqlı şəxs mediasiyada aliment tələbi ilə əlaqədar birgə nikahda olarkən 21 may 2009-cu il tarixdə doğulmuş X7 və 31 dekabr 2012-ci il tarixdə doğulmuş X1 üçün onların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 25 mart 2025-ci il tarixdən hesablanmaqla hər ay hər uşaq üçün 100 (bir yüz) manat sabit pul məbləğində alimentin Maraqlı şəxs tərəfindən Ərizəçi bankda açılan cari hesabına ödəyəcəyinə razılığa gəlmişlər və 25 mart 2025-ci il tarixə qeyd edilən şərtlərlə barışıq sazişi imzalamışdırlar. Ərizəçi Maraqlı şəxs tərəfindən barışıq sazişinin şərtlərinə əməl edilmədiyini əsas gətirərək onun Maraqlı şəxs ilə birgə nikahlarından doğulmuş uşaqlarının yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 100 manat sabit pul məbləğində alimentin ödəməsinə dair 25 mart 2025-ci il tarixində mediyasiya şurasında bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə müraciət etmişdir. Məhkəmə hesab edir ki, 25 mart 2025-ci il tarixli barışıq sazişi Azərbaycan Respublikası qanunvericiliyinə uyğun bağlanmış, sazişdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-26-cı maddəsində sadalanmış halların olması müəyyən edilmir, saziş “Mediasiya Haqqında” Azərbaycan Respublikası Qanununa zidd deyil və sazişin bir hissəsinin təsdiq edilməsindən imtina olunması üçün heç bir əsas yoxdur. Məhkəmə araşdırmasında müəyyən edilmiş hallardan da görünür ki, Maraqlı şəxs 25 mart 2025-ci il tarixdə bağlanmış barışıq sazişinin könüllü icra etməkdən imtina edir və barışıq sazişinin məcburi icra edilməsi üçün onun məhkəmə tərəfindən təsdiq edilməsi zərurəti yaranmışdır. Göründüyü kimi, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etməkdə haqlıdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış “21 may 2009-cu il tarixdə doğulmuş X7 və 31 dekabr 2012-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün əvvəli 25 mart 2025-ci il tarixdən hesablanmaqla hər ay hər uşaq üçün 100 manat sabit pul məbləğində alimenti hər növbəti ayın 01-nə kimi Ərizəçi Bank Respublika ASC-in Zaqatala rayon filialında açılmış bank hesabına ödəməsini Maraqlı şəxs öhdəsinə götürməsinə” dair 25 mart 2025-ci il tarixli barışıq sazişi təsdiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 355-23-355-26 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış “21 may 2009-cu il tarixdə doğulmuş X7 və 31 dekabr 2012-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün əvvəli 25 mart 2025-ci il tarixdən hesablanmaqla hər ay hər uşaq üçün 100 manat sabit pul məbləğində alimenti hər növbəti ayın 01-nə kimi Ərizəçi Bank Respublika ASC-in Zaqatala rayon filialında açılmış bank hesabına ödəməsini Maraqlı şəxs öhdəsinə götürməsinə” dair 25 mart 2025-ci il tarixli barışıq sazişi təsdiq edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar