Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-800/2025 01.05.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədova Zərifə Faiq qızının sədrliyi, Məhkəmə iclasının katibi Musayev Etimad Firuz oğlunun katibliyi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin bir hissəsinin təsdiq edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi : İddia tələbinin dəlilləri Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2024-cü il tarixdə bağlanmış barışıq sazişinin alimentə aid hissədə təsdiq edilməsi, birgə nikahdan xx.xx.2016-cı il tarixdə anadan olmuş X1, xx.xx.2021-ci il tarixdə anadan olmuş X2 və xx.xx.2022-ci il tarixdə anadan olmuş X3 baxılması üçün hər ay hər uşaq üçün 150 manat cəmi 450 manat (hər ay hər uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.375 misli həddində) sabit pul məbləğində alimentin barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, Maraqlı şəxs ilə birgə nikahdan 21 noyabr 2015-ci il tarixdə Zaqatala RİHB-nın Göyəm kənd İƏD üzrə nümayəndəliyində 11 nömrə ilə rəsmiləşdirməklə ailə qurmuşlar. Cavabdehlə birgə nikahdan xx.xx.2016-cı il tarixdə X4, xx.xx.2021-ci il tarixdə X5 və xx.xx.2022-ci il tarixdə X7 adında üç uşaq dünyaya gəlmişdir. Evləndikləri ilk vaxtlardan cavabdehlə ailə münasibətləri normal olmuşdur. Daha sonralar cavabdehlə aralarında ailə münasibətləri zəminində mübahisələr baş vermişdir. Nikahın pozulması, uşaqların himayəsi və alimentlə bağlı mediasiyaya müraciət etmişdir. Mediasiya prosesində cavabdeh əxlaqsız hərəkətlərinə son qoyacağına və xəyanət etməyəcək şərtini qəbul etdiyinə görə nikahın pozulması və uşaqların himayəyə verilməsi tələbimdən imtina etmişdir. Birgə nikahımızdan olam üç uşağın baxılması üçün hər ay hər uşaq üçün 150 manat cəmi 450 manat alimentin özünə verilməsinə cavabdeh Maraqlı şəxs razılaşmışdır. Bu barədə mediasiya sazişi bağlanmışdır. Maraqlı şəxs alimenti ödəməmişdir. Maraqlı şəxs barışıq sazişində göstərilən tələbi icra etməmiş, eyni zaman barışıq sazişinə riayət etməkdən imtina etmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, Ərizəçi məhkəmə iclasında iştirak etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə ərizəçinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə baxışı iclasında iştirak edən Maraqlı şəxs bildirdi ki ərizəçiyə və uşaqlara alimenti natura şəklində ödəyir. Məhkəmə qərarından sonra pul kimi ödəyəcəyini bildirdi. İşin halları Zaqatala Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİİ 855365 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki X4 xx.xx.2016-cı il tarixdə doğulmuşdur. Valideynləri Maraqlı şəxs və Ərizəçidır. Zaqatala RİHB-nın Göyəm kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş AZ-İV 540036 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki X5 xx.xx.2021-cı il tarixdə doğulmuşdur. Valideynləri Maraqlı şəxs və Ərizəçidır. Zaqatala RİHB-nın Göyəm kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş AZ-İV 823514 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki X6 xx.xx.2022-ci il tarixdə doğulmuşdur. Valideynləri Maraqlı şəxs və Ərizəçidır. Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixdə bağlanmış barışıq sazişindən görünür ki, 1. Mediasiya zamanı tərəflər, mediasiyaya edilən nikahın pozulması tələbi ailə mübahisəsi ilə əlaqədar, Ərizəçi Maraqlı şəxs xx.xx.2024-cü ildən başlayaraq əxlaqsız hərəkətlərinə son qoyacağına və xəyanət etməyəcək şərtini Maraqlı şəxs qəbul etdiyindən Ərizəçi nikahın pozulması və uşaqların himayəyə verilməsi tələbindən imtina edərək nikahın davam etdirilməsində razılığa gəldilər. 2. Mediasiya zamanı tərəflər, mediasiyaya edilən aliment tələbi ailə mübahisəsi ilə əlaqədar, birgə nikahdan doğulmuş uşaqları xx.xx.2016-cı il tarixdə X4, xx.xx.2021-ci il tarixdə X5 və xx.xx.2022-ci il tarixdə X3 18 yaşları tamam olana kimi saxlanması üçün xx.xx.2024-cü il tarixdən hesablanmaqla hər ay bir uşaq üçün 150 manat üç uşaq üçün 450 manat sabit pul məbləğində alimentin Ərizəçi bankda açılan cari hesabına ödəyəcəyinə razılığa gəldilər. 3. Mediasiya zamanı tərəflər Barışıq sazişinin birinci bəndinin tələblərini pozulduğu halda Ərizəçi mediasiyadan keçmədən nikahın pozulması məqsədi ilə məhkəməyə müraciət edəcəyinə razılığa gəldilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsi 58.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər. 61.1-ci maddəsinə əsasən, uşaqlarından ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyəsi və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. 61.3-cü maddəsinə əsasən, uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilərlər. Valideynlər razılığa gələ bilmədikdə mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 305.1 və 305.1.17-ci maddələrinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1-ci maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. “Mediasiya Haqqında” Azərbaycan Respublikası Qanunu 33.1-ci maddəsinə əsasən Barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində müqavilənin tarixi və tərtib olunduğu yer; tərəflər haqqında məlumat; mübahisənin predmeti; mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar; mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri; barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri; Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq başqa şərtlər göstərilir. 33.2-ci maddəsinə əsasən barışıq sazişi tərəflər və mediator (mediatorlar) tərəfindən imzalanır. Barışıq sazişinin nüsxələri tərəflərin və təqdim ediləcəyi orqanların (qurumların) sayına uyğun olaraq tərtib olunur. 33.3-cü maddəsinə əsasən barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5-ci maddəsinə əsasən barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin olunmamalı, barışıq sazişinin təsdiq edilməlidir. Belə ki, təqdim olunmuş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, Ərizəçi ilə Maraqlı şəxs xx.xx.2015-ci il tarixdə birgə nikaha daxil olmuş və birgə nikahlarından xx.xx.2016-cı il tarixdə X4, xx.xx.2021-ci il tarixdə X5 və xx.xx.2022- ci il tarixdə X7 adlı uşaqları anadan olmuşdur. Maraqlı şəxs ilə Ərizəçi aralarında olan alimentin tələbi ilə məhkəməyə müraciət etmək qərarına gəlmiş və onlar arasında xx.xx.2024-cü il tarixdə yetkinlik yaşına çamayan uşağın himayədə saxlanması, alimentə dair mediasiya prosesi keçirilmiş nəticədə “Mediasıya zamanı tərəflər, mediasiyaya edilən alimentin məbləğinin müəyyən edilməsi tələbi ailə mübahisəsi ilə əlaqədar, birgə nikahdan doğulmuş uşaqları, xx.xx.2016-cı il tarixdə X4, xx.xx.2021-ci il tarixdə X5 və xx.xx.2022- ci il tarixdə X3 18 yaşı tamam olana kimi, saxlanılması üçün xx.xx.2024-cü il tarixdən hesablanmaqla, hər ay bir uşaq 150 (bir yüz əlli) manat, cəmi 450 (dörd yüz əlli) sabit pul məbləğində alimentin Maraqlı şəxs tərəfindən Ərizəçi bankda açılan cari hesabına ödəyəcəyinə razılığa gəlmişdirlər.” məzmunda 3-cü bəndində yer aldığı barışıq sazişi imzalanmışdır. Barışıq sazişinin 3-cü hissəsinin şərtlərinə Maraqlı şəxs tərəfindən riayət olunmadığından Ərizəçi barışıq sazişinin bir hissəsinin təsdiq edilməsi ilə bağlı xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, xx.xx.2024-cü il tarixli barışıq sazişinin “Mediasiya zamanı tərəflər, mediasiyaya edilən alimentin məbləğinin müəyyən edilməsi tələbi ailə mübahisəsi ilə əlaqədar, birgə nikahdan doğulmuş uşaqları, xx.xx.2016-cı il tarixdə X4, xx.xx.2021-ci il tarixdə X5 və xx.xx.2022-ci il tarixdə X3 18 yaşı tamam olana kimi, saxlanılması üçün xx.xx.2024-cü il tarixdən hesablanmaqla, hər ay 150 (bir yüz əlli) manat, cəmi 450 manat sabit pul məbləğində alimentin Maraqlı şəxs tərəfindən Ərizəçi bankda açılan cari hesabına ödəyəcəyinə razılığa gəlmişdirlər.” hissəsi Azərbaycan Respublikası qanunvericiliyinə uyğun bağlanmışdır, sazişdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-26-cı maddəsində sadalanmış halların olması müəyyən edilmir, saziş “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununa zidd deyil və sazişin bu hissəsinin təsdiq edilməsindən imtina olunması üçün heç bir əsas yoxdur. Məhkəmə araşdırmasında müəyyən edilmiş hallardan da görünür ki, Maraqlı şəxs xx.xx.2024-cü il tarixdə bağlanmış barışıq sazişinin könüllü icra etməkdən imtina edir və barışıq sazişinin məcburi icra edilməsi üçün onun 3-cü bəndinin məhkəmə tərəfindən təsdiq edilməsi zərurəti yaranmışdır. Göründüyü kimi, ərizəçi barışıq sazişinin 3-cü bəndinin məcburi icrası üçün barışıq sazişinin alimentin ödənilməsinə dair hissəsinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etməkdə haqlıdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin “Mediasıya zamanı tərəflər, mediasiyaya edilən alimentin məbləğinin müəyyən edilməsi tələbi ailə mübahisəsi ilə əlaqədar, birgə nikahdan doğulmuş uşaqları xx.xx.2016-cı il təvəllüdlü X4, xx.xx.2021-ci il təvəllüdlü X5 və xx.xx.2022-ci il təvəllüdlü X3 18 yaşı tamam olana kimi saxlanılması üçün 27 mart 2024-cü il tarixdən hesablanmaqla, hər ay bir uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla, ümumilikdə 450 manat sabit pul məbləğində alimentin Maraqlı şəxs tərəfindən Ərizəçi bankda açılan cari hesabına ödəyəcəyinə razılığa gəlmələrinə” dair hissəsi təsdiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 355-23-355-26 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Ərizəçi ilə maraqlı şəxs X12 eminoğlu arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin “Mediasiya zamanı tərəflər, mediasiyaya edilən alimentin məbləğinin müəyyən edilməsi tələbi ailə mübahisəsi ilə əlaqədar, birgə nikahdan doğulmuş uşaqları xx.xx.2016-cı il təvəllüdlü X4, xx.xx.2021-ci il təvəllüdlü X5 və xx.xx.2022-ci il təvəllüdlü X3 18 yaşı tamam olana kimi, saxlanılması üçün xx.xx.2024-cü il tarixdən hesablanmaqla, hər ay bir uşaq üçün 150 (bir yüz əlli) manat, ümumilikdə 450 manat sabit pul məbləğində alimentin Maraqlı şəxs tərəfindən Ərizəçi bankda açılan cari hesabına ödəyəcəyinə razılığ gəlmələrinə” dair hissəsi təsdiq edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Zərifə Məmmədova.
Məhkəmə qərarları › İş №e-2(033)-800/2025
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-800/2025
01.05.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver