Məhkəmə qərarları › İş №e-2(033)-822/2025

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-822/2025

08.05.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-822/2025 08.05.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədova Zərifə Faiq qızının sədrliyi, Məhkəmə iclasının katibi X11 qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs X5 qarşı mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin bir hissəsinin təsdiq edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi : İddia tələbinin dəlilləri Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 31 iyul 2023-cü il il tarixli “Barışıq sazişi”nin məcburi icrası üçün, həmin sazişin Maraqlı şəxs tərəfindən icra edilməyən, yəni, “05 fevral 2021-ci il tarixdə doğulmuş X3 18 yaşı tamam olan kimi saxlanılması üçün 31 iyul 2023-cü il tarixdən hesablanmaqla hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin Maraqlı şəxs tərəfindən Mehdiyeva (Şabanova) Şəlalə Qurban qızının bankda açılan cari hesabına ödənilməsi” hissəsində təsdiq edilməsi qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, Mehdiyeva (Şabanova) Şəlalə Qurban qızı ilə Maraqlı şəxs 21 avqust 2017-ci il tarixdə rəsmi nikaha daxil olmuşdurlar. Həmin nikahdan 05 fevral 2021-ci il tarixdə X6 doğulmuşdur. Mehdiyeva (Şabanova) Şəlalə Qurban qızı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin və “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə əsasən nikahın pozulması, və s. tələbi ilə bağlı Mediasiya Təşkilatına müraciət etmişdirlər. Azərbaycan Respublikası Mediasiya Şurası, Şəki 1 saylı Mediasiya Təşkilatının mediatoru tərəfindən cavabdeh tərəfin iştirakı ilə 31 iyul 2023-cü il tarixli “Barışıq sazişi” və “Mediasiya prosesinə xitam verilməsi haqqında” protokol tərtib etmişdir. 31 iyul 2023-cü il tarixli “Barışıq sazişi”nə əsasən, tərəflər05 fevral 2021-ci il tarixdə doğulmuş X3 Mehdiyeva (Şabanova) Şəlalə Qurban qızının yanında qalmasına və uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Maraqlı şəxs tərəfindən Mehdiyeva (Şabanova) Şəlalə Qurban qızına hər ay sabit pul məbləğində 220 (iki yüz iyirmi) manat ödənilməsinə razılığa gəlmişdirlər. Lakin, tərəflər nikahın pozulmasında heç bir razılığa gələ bilməmişdirlər. Mehdiyeva (Şabanova) Şəlalə Qurban qızı iləMaraqlı şəxs arasında Azərbaycan Respublikası Zaqatala Rayon İcra Hakimiyyətinin X20 İnzibati Ərazi Dairəsində 21 avqust 2017-ci il tarixində (1656 nömrə ilə qeyd edilmiş) bağlanmış nikah Azərbaycan Respublikası Zaqatala Rayon Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli, e-2(033)-1029/2024 iş nömrəli qətnaməsinə əsasən pozulmuşdur. Lakin,Maraqlı şəxs Azərbaycan Respublikası Mediasiya Şurası, Şəki 1 saylı Mediasiya Təşkilatının mediatoru X8 tərəfindən tərəfindən təsdiq edilmiş 31 iyul 2023-cü il tarixli “Barışıq sazişi” üzrə öhdəlik götürdüyü 220 (iki yüziyirmi) manat alimenti tarixindən bu yana ödəmir. Nəticədə, Mehdiyeva (Şabanova) Şəlalə Qurban qızı 31 iyul 2023-cü il tarixli “Barışıq sazişi”nin məcburi icrası üçün təsdiq edilməsi məqsədi ilə Zaqatala Rayon Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə baxışı iclasında iştirak etmədiyi üçün məhkəmə Ərizəçi iştirakı olmadan işə baxmağı müəyyən etdi. Məhkəmə baxışı iclasında iştirak edən maraqlı şəxs X9 bildirdi ki ərizəçiyə və uşaqlara alimenti natura şəklində ödəyir. Məhkəmə qərarından sonra pul kimi ödəyəcəyini bildirdi. İşin halları Zaqatala RİHB-nın Aşağı Tala İƏD üzrə nümayəndəliyi tərəfindən xx.xx.2021-ci ildə verilmiş AZ-İV 540097 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki X6 xx.xx.2021-cı il tarixdə doğulmuşdur. X1 və Ərizəçidır. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(033)-1029/2023 saylı qətnaməsində iddia təmin edilmiş X7 ilə Maraqlı şəxs arasında bağlanmış nikah pozulmuş tərəflərin uşaqları xx.xx.2021-ci il təvəllüdlü X6 anası X4 yanında qalması qət edilmişdir. Ərizəçi ilə X9 arasında xx.xx.2023-cü il tarixdə bağlanmış Barışıq sazişindən görünür ki, 1. Mediasiya zamanı tərəflər, mediasiyaya edilən nikahın pozulması tələbi ailə mübahisəsi ilə əlaqədar, Ərizəçi X9 mediasiyaya edilən nikahın pozulmasıtələbi ailə mübahisəsi ilə əlaqədar nikahın davam etdirilməsində razılığa gələ bilmədilər və bu səbəbdən nikahın pozulması məqsədi ilə məhkəməyə müraciət etməyə razılığa gəldilər. 2. Mediasiya zamanı tərəflər X4 etibarnamə əsasında nümayəndəsi X12 və Maraqlı şəxs uşağın saxlanması tələbi ailə mübahisəsi ilə əlaqədar tərəflər birgə nikahdan doğulmuş uşaqları xx.xx.2021-ci il təvəllüdlü X3 anası X4 himayəsində qalmaasına razılığa gəldilər.

3. Mediasiya zamanı tərəflər, mediasiyaya edilən aliment tələbi ailə mübahisəsi ilə əlaqədar, birgə nikahdan doğulmuş uşaqları xx.xx.2021-cı il tarixdə X3 18 yaşları tamam olana kimi saxlanması üçün xx.xx.2023-cü il tarixdən hesablanmaqla hər ay 220 manat sabit pul məbləğində alimentin Ərizəçi bankda açılan cari hesabına ödəyəcəyinə razılığa gəldilər. 4. Mediasiya zamanı tərəflər X4 etibarnamə əsasında nümayəndəsi X12 və Maraqlı şəxs mediasiya prosesində uşaqla ünsiyyət hüququnun tanınması tələbi ailə mübahisəsi ilə əlaqədar tərəflərin birgə nikahdan doğulmuş xx.xx.2021-ci il təvəllüldlü X3 hər həftənin altıncı günü saat 12.00-dan saat 21.00-a kimi atası X10 ilə bir yerdə ünsiyyətdə olmalarına razılığa gəldilər.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Ailə Məcəlləsi

58.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər. 61.1-ci maddəsinə əsasən, uşaqlarından ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyəsi və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. 61.3-cü maddəsinə əsasən, uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilərlər. Valideynlər razılığa gələ bilmədikdə mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 305.1 və 305.1.17-ci maddələrinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1-ci maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun.

“Mediasiya Haqqında” Azərbaycan Respublikası Qanunu

33.1-ci maddəsinə əsasən Barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində müqavilənin tarixi və tərtib olunduğu yer; tərəflər haqqında məlumat; mübahisənin predmeti; mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar; mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri; barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri; Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq başqa şərtlər göstərilir. 33.2-ci maddəsinə əsasən barışıq sazişi tərəflər və mediator (mediatorlar) tərəfindən imzalanır. Barışıq sazişinin nüsxələri tərəflərin və təqdim ediləcəyi orqanların (qurumların) sayına uyğun olaraq tərtib olunur. 33.3-cü maddəsinə əsasən barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5-ci maddəsinə əsasən barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur.

Məhkəmənin mövqeyi

Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin olunmamalı, barışıq sazişinin təsdiq edilməlidir. Belə ki, təqdim olunmuş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, Ərizəçi ilə maraqlı şəxs X9 nikaha daxil olmuş və birgə nikahlarından xx.xx.2021-ci il təvəllüdlü X6 adlı uşaqları anadan olmuşdur. X9 ilə Ərizəçi aralarında olan alimentin tələbi ilə məhkəməyə müraciət etmək qərarına gəlmiş və onlar arasında xx.xx.2023-cü il tarixdə yetkinlik yaşına çatmayan uşağın himayədə saxlanması, alimentə dair mediasiya prosesi keçirilmiş nəticədə “Mediasıya zamanı tərəflər, mediasiyaya edilən alimentin məbləğinin müəyyən edilməsi tələbi ailə mübahisəsi ilə əlaqədar, birgə nikahdan doğulmuş uşaqları, xx.xx.2021-ci il təvəllüdlü X3 18 yaşı tamam olana kimi, saxlanılması üçün xx.xx.2023-cü il tarixdən hesablanmaqla, hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin X9 tərəfindən Ərizəçi bankda açılan cari hesabına ödəyəcəyinə razılığa gəlmişdirlər.” məzmunda 3-cü bəndində yer aldığı barışıq sazişi imzalanmışdır. Barışıq sazişinin 3-cü hissəsinin şərtlərinə maraqlı şəxs X9 tərəfindən riayət olunmadığından Ərizəçi barışıq sazişinin bir hissəsinin təsdiq edilməsi ilə bağlı xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli barışıq sazişinin “Mediasıya zamanı tərəflər, mediasiyaya edilən alimentin məbləğinin müəyyən edilməsi tələbi ailə mübahisəsi ilə əlaqədar, birgə nikahdan doğulmuş uşaqları, xx.xx.2021-ci il təvəllüdlü X3 18 yaşı tamam olana kimi, saxlanılması üçün xx.xx.2023-cü il tarixdən hesablanmaqla, hər ay 220 manat sabit pul məbləğində alimentin X9 tərəfindən Ərizəçi bankda açılan cari hesabına ödəyəcəyinə razılığa gəlmişdirlər.” hissəsi Azərbaycan Respublikası qanunvericiliyinə uyğun bağlanmış, sazişdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-26-cı maddəsində sadalanmış halların olması müəyyən edilmir, saziş “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununa zidd deyil və sazişin bu hissəsinin təsdiq edilməsindən imtina olunması üçün heç bir əsas yoxdur. Məhkəmə araşdırmasında müəyyən edilmiş hallardan da görünür ki, maraqlı şəxs X9 xx.xx.2023-cü il tarixdə bağlanmış barışıq sazişinin könüllü icra etməkdən imtina edir və barışıq sazişinin məcburi icra edilməsi üçün onun 3-cü bəndinin məhkəmə tərəfindən təsdiq edilməsi zərurəti yaranmışdır. Göründüyü kimi, ərizəçi barışıq sazişinin 3-cü bəndinin məcburi icrası üçün barışıq sazişinin alimentin ödənilməsinə dair hissəsinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etməkdə haqlıdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi ilə maraqlı şəxs X9 arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin “Mediasıya zamanı tərəflər, mediasiyaya edilən alimentin məbləğinin müəyyən edilməsi tələbi ailə mübahisəsi ilə əlaqədar, birgə nikahdan doğulmuş uşaqları, xx.xx.2021-ci il təvəllüdlü X3 18 yaşı tamam olana kimi, saxlanılması üçün 31 iyul 2023-cü il tarixdən hesablanmaqla, hər ay 220 manat sabit pul məbləğində alimentin X9 tərəfindən Ərizəçi bankda açılan cari hesabına ödəyəcəyinə razılığa gəlmələrinə” dair hissəsi təsdiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 355-23-355-26 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə

Qət etdi:

Ərizə təmin edilsin. Ərizəçi ilə maraqlı şəxs X18 eminoğlu arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin “Mediasıya zamanı tərəflər, mediasiyaya edilən alimentin məbləğinin müəyyən edilməsi tələbi ailə mübahisəsi ilə əlaqədar, birgə nikahdan doğulmuş uşaqları, xx.xx.2021-ci il təvəllüdlü X3 18 yaşı tamam olana kimi, saxlanılması üçün xx.xx.2023-cü il tarixdən hesablanmaqla, hər ay 220 manat sabit pul məbləğində alimentin X9 tərəfindən Ərizəçi bankda açılan cari hesabına ödəyəcəyinə razılığa gəlmələrinə” dair hissəsi təsdiq edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən : Zərifə Məmmədova.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar