Məhkəmə qərarları › İş №e-2(033)-893/2022

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-893/2022

22.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-893/2022 22.12.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X4 katibliyi, Ərizəçi və maraqlı şəxs Zaqatala rayon qeydiyyat şöbəsinin rəisi X5 iştirakları ilə Ərizəçi maraqlı şəxs Zaqatala rayon qeydiyyat şöbəsinə qarşı şəxsin vəfat etməsi hüquqi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi Ərizənin dəlilləri Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 30 oktyabr 1978-ci il tarixdə Zaqatala rayonu, Lahıc kəndində anadan olmuş X3 xx.xx.2002-ci il tarixdə Rusiya Federasiyası, Moskva şəhərində vəfat etməsi ilə bağlı ölüm faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı Ərizəçi xx.xx.1950-ci il tarixdə Zaqatala rayonu, Lahıc kəndində anadan olmuşdur. 30 oktyabr 1978-ci il tarixdə anadan olmuş X10 adlı övladı olmuşdur. X10 qazanc məqsədi ilə Rusiya Federasiyasına işləməyə getmişdir. xx.xx.2002-ci il tarixdə Rusiya Federasiyasının Moskva şəhərində vəfat etmiş, cənazəsi Zaqatala rayonu, Lahıc kəndinə gətirilərək kənd qəbirstanlığında dəfn edilmişdir. Lakin ölüm haqqında şəhadətnamə götürülməmiş, ölümü qeydiyyata alınmamışdır. İddiaçı övladının vəfatı ilə əlaqədar ölüm şəhadətnaməsi alınması məqsədi ilə Zaqatala rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, 01 sentyabr 2022-ci il tarixli məktub ilə qeydiyyat şöbəsi tərəfindən ölüm faktının təsdiq edilməsi üçün məhkəməyə müraciət olunması tövsiyyə edilmişdir. Zaqatala RİHB-nın Lahıc kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan məlum olur ki, X10 xx.xx.2002-ci il tarixdə Rusiya Federasiyasının Moskva şəhərində vəfat etmiş, Zaqatala rayonu, Lahıc kəndinə gətirilərək kənd qəbirstanlığında dəfn olunmuşdur. İddia ərizəsinə mərhumun baş daşının fotoşəkilləri əlavə olunur. Mərhumun ölüm faktını təsdiq edəcək şahidlər məhkəmə iclasına gətiriləcəkdir. X1 ölüm haqqında şəhadətnaməsinin olmaması torpaq sənədləşmələrində problemlər yaradır. Bunun üçün hazırki ərizə ilə Zaqatala rayon Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışlar. Ərizəyə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə baxışı iclasında iştirak edən Ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək, onun dəlillərini müdafiə etdiyini bildirdi və ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən maraqlı şəxs Zaqatala rayon qeydiyyat şöbəsinin rəisi X11 ərizənin təmin edilməsinə etirazı olmadığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X18 göstərdi ki, X2 Federasiyasına gedən zaman o hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan bir müddət sonra o, X15 şəhərində vəfat etdiyini eşitmiş və onun cənazəsi kəndə gətirildikdən sonra onun dəfnində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 göstərdi ki, X7 tanımış və onun bir müddət Rusiya Federasiyasında yaşadığını bilmişdir. X16 Federasiyasına getdikdən təxminən bir il yarım sonra onun orada vəfat etdiyini, daha sonra onun cənazəsinin Azərbaycan Respublikası Zaqatala rayonu Lahıc kəndinə gətirilərək kənd qəbristanlığında dəfn edildiyini və özünün də həmin dəfn mərasimində iştirak etdiyini bildirmişdir. İşin halları Zaqatala rayonu Varxiyan kənd soveti tərəfindən 12 aprel 1979-cu il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, 30 oktyabr 1978-ci il tarixdə anadan olmuş X6 atası X8, anası X9r. Zaqatala rayonu Lahıc kənd İnzibati ərazi nümayəndəliyi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 516 nömrəli arayışdan görünür ki, Lahıc kənd sakini Ərizəçi oğlumərhum X2 Federasiyasının Moskva şəhərində xx.xx.2002-ci il tarixdə vəfat etmiş və Lahıc kəndinə gətirilərək kənd qəbristanlığında dəfn edilmişdir. Zaqatala rayon qeydiyyat şöbəsi tərəfindən 01 sentyabr 2022-ci il tarixdə Ərizəçi ünvanlanmış 05/q-69515 nömrəli məktubdan görünür ki, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsi 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. 159.1-ci maddəsində müəyyən edilmişdir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. 159.2-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadın dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 193-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydaları 8.5-ci bəndində göstərilmişdir ki, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, mülki iş materiallarından aydın oldu ki, Ərizəçi oğlu-X12 17 iyul 2002-ci il tarixdə Rusiya Federasiyasında vəfat etmişdir. Bu fakt məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri ilə və fotoşəkillərlə də öz təsdiqini tapır. X6 ölümü haqqında həkim şəhadətnaməsi yoxdur. Ərizəçi həmin şəhadətnaməni başqa qaydada əldə edə bilmir. Həmçinin ərizədə şəxsin vəfat etməsi faktının nə məqsəd üçün lazım olduğu, ərizəçinin həmin sənədi ala bilməməsini təsdiq edən sübutlar göstərilmişdir. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilərək, Ərizəçi oğlu-30 oktyabr 1978-ci il təvəllüdlü, Zaqatala rayonu Lahıc kəndində doğulmuş X6 17 iyul 2002-ci il tarixdə Rusiya Federasiyasının Moskva şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Ərizəçi dövlətə ödədiyi 100 manat rüsumu tələb etmədiyindən dövlət rüsumu onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessaul Məcəlləsinin 216-217, 219-220, 227, 233, 307.1, 307.2.8, 308 və 311-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi Ərizə təmin edilsin. Ərizəçi oğlu-30 oktyabr 1978-ci il təvəllüdlü Zaqatala rayonu Lahıc kəndində doğulmuş X6 17 iyul 2002-ci il tarixdə Rusiya Federasiyasının Moskva şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Ərizəçi dövlət büdcəsinə ödədiyi 100 (bir yüz) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar