Məhkəmə qərarları › İş №e-2(033)-898/2025

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-898/2025

27.05.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-898/2025 27.05.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədova Zərifə Faiq qızının sədrliyi, Məhkəmə iclasının katibi X5 qızının katibliyi ilə, Ərizəçinın Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin bir hissəsinin təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi : İddia tələbinin dəlilləri Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2015-ci il tarixdə anadan olmuş X1 üçün 07 may 2025-ci il tarixdən hesablanmaqla hər ay 50 manat sabit pul məbləğində alimentin Maraqlı şəxs alınaraq Ərizəçi ödənilməsi ilə bağlı xx.xx.2025-ci il tarixdə bağlanmış barışıq sazişinin təsdiq olunması qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, Maraqlı şəxs ilə xx.xx.2002-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Nikahları Bərdə rayonu, Qeydiyyat Şöbəsi tərəfindən qeydə alınmışdır. İlk vaxtlarda münasibətləri normal olsa da, sonradan cavabdehlə münasibətləri pozulmuş və cavabdeh ilə ayrılmaq qərarına gəlmişdir. Birgə nigahdan xx.xx.2004-cü il tarixdə X4, xx.xx.2005-ci il tarixdə X6 və xx.xx.2015-ci il tarixdə X3 adlı övladlarımız anadan olmuşlar. Həzrət və İzzət yetkinlik yaşına çatmışlar. Zəhra isə onun himayəsində yaşayır. Zaqatala rayon Məhkəməsinin 2(033)498/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən cavabdeh ilə aralarında bağlanmış nikah pozulmuşdur. Maraqlı şəxs nikah pozulduqdan sonra uşağın saxlanması üçün mənə maddi yardım etməsinə söz vermiş, lakin sonradan nə maddi yardım etməmiş, nədə uşaq ilə maraqlanmamışdır. Uşağın heç bir saxlanma xərclərində iştirak etmir. Bunun üçün himayədə saxlanılan uşaq üçün aliment tələbinə dair mediasiyaya müraciət etmişdir. Mediasiyada uşağın saxlanması ilə bağlı aliment ilə bağlı razılığa gəlmişlər. Bununla bağlı aralarında barışıq sazişi bağlanmışdır. xx.xx.2025-ci il tarixli aramızda bağlanmış barışıq sazişinə əsasən aliment məbləğinin müəyyən edilməsində qeyd olunur ki – xx.xx.2015-ci il tarixdə anadan olmuş X1 üçün 07 may 2025-ci il tarixdən hesablanmaqla hər ay 50 manat sabit pul məbləğində aliment Ərizəçi ödənilməlidir. Aralarında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişinin şərtlərinə Maraqlı şəxs tərəfindən riayət olunmadığı üçün məcburiyyət qarşısında qalaraq barışıq sazişinin təsdiq olunmasına dair məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Maraqlı şəxs 07 may 2025-ci il tarixdən ona aliment ödəməli idi. Lakin hələ də ona aliment ödəməmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə baxışı iclasında iştirak etmədiyi üçün məhkəmə Maraqlı şəxs iştirakı olmadan işə baxmağı müəyyən etdi. Ərizəçi məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını və ərizəsinin təmin olunmasını xahiş etdi. İşin halları . Zaqatala Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(033)-498/2025 saylı qətnaməsində iddia təmin edilmiş Maraqlı şəxs ilə Ərizəçi arasında bağlanmış nikah pozulmuş tərəflərin uşaqları xx.xx.2015-ci il təvəllüdlü X3 atası Ərizəçi yanında qalması qət edilmişdir. Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2025-ci il tarixdə bağlanmış Barışıq sazişindən görünür ki, xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatamadək saxlanması üçün əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmaqla hər ay uşaq üçün 50 manat sabit pul məbləğində alimenti Ərizəçi ödəməsini Maraqlı şəxs öz öhtəsinə götürür. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsi 58.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər. 61.1-ci maddəsinə əsasən, uşaqlarından ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyəsi və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. 61.3-cü maddəsinə əsasən, uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilərlər. Valideynlər razılığa gələ bilmədikdə mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 305.1 və 305.1.17-ci maddələrinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1-ci maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. “Mediasiya Haqqında” Azərbaycan Respublikası Qanunu 33.1-ci maddəsinə əsasən Barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində müqavilənin tarixi və tərtib olunduğu yer; tərəflər haqqında məlumat; mübahisənin predmeti; mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar; mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri; barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri; Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq başqa şərtlər göstərilir. 33.2-ci maddəsinə əsasən barışıq sazişi tərəflər və mediator (mediatorlar) tərəfindən imzalanır. Barışıq sazişinin nüsxələri tərəflərin və təqdim ediləcəyi orqanların (qurumların) sayına uyğun olaraq tərtib olunur. 33.3-cü maddəsinə əsasən barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5-ci maddəsinə əsasən barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin olunmamalı, barışıq sazişinin təsdiq edilməlidir. Belə ki, təqdim olunmuş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, Ərizəçi ilə Maraqlı şəxs nikaha daxil olmuş və birgə nikahlarından xx.xx.2015-ci il təvəllüdlü X3 adlı uşaqları anadan olmuşdur. Maraqlı şəxs ilə Ərizəçi aralarında olan alimentin tələbi ilə məhkəməyə müraciət etmək qərarına gəlmiş və onlar arasında xx.xx.2025-ci il tarixdə yetkinlik yaşına çatmayan uşağın himayədə saxlanması, alimentə dair mediasiya prosesi keçirilmiş nəticədə “Mediasıya zamanı tərəflər, mediasiyaya edilən alimentin məbləğinin müəyyən edilməsi tələbi ailə mübahisəsi ilə əlaqədar, birgə nikahdan doğulmuş uşaqlarıxx.xx.2015-ci il təvəllüdlü X2 18 yaşı tamam olana kimi, saxlanılması üçün xx.xx.2025-ci il tarixdən hesablanmaqla, hər ay 50 (əlli) manat sabit pul məbləğində alimentin Maraqlı şəxs tərəfindən Ərizəçinın bankda açılan cari hesabına ödəyəcəyinə razılığa gəlmişdirlər.” məzmunda 3-cü bəndində yer aldığı barışıq sazişi imzalanmışdır. Barışıq sazişinin 3-cü hissəsinin şərtlərinə Maraqlı şəxs tərəfindən riayət olunmadığından Ərizəçi barışıq sazişinin bir hissəsinin təsdiq edilməsi ilə bağlı xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, xx.xx.2025-ci il tarixli barışıq sazişinin “Mediasıya zamanı tərəflər, mediasiyaya edilən alimentin məbləğinin müəyyən edilməsi tələbi ailə mübahisəsi ilə əlaqədar, birgə nikahdan doğulmuş uşaqları, xx.xx.2015-ci il təvəllüdlü X2 18 yaşı tamam olana kimi, saxlanılması üçün xx.xx.2025-cü il tarixdən hesablanmaqla, hər ay 50 manat sabit pul məbləğində alimentin Maraqlı şəxs tərəfindən Ərizəçi ödəyəcəyinə razılığa gəlmişdirlər.” hissəsi Azərbaycan Respublikası qanunvericiliyinə uyğun bağlanmış, sazişdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355- 26-cı maddəsində sadalanmış halların olması müəyyən edilmir, saziş “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununa zidd deyil və sazişin bu hissəsinin təsdiq edilməsindən imtina olunması üçün heç bir əsas yoxdur. Məhkəmə araşdırmasında müəyyən edilmiş hallardan da görünür ki, Maraqlı şəxs xx.xx.2025-ci il tarixdə bağlanmış barışıq sazişinin könüllü icra etməkdən imtina edir və barışıq sazişinin məcburi icra edilməsi üçün onun 3-cü bəndinin məhkəmə tərəfindən təsdiq edilməsi zərurəti yaranmışdır. Göründüyü kimi, ərizəçi barışıq sazişinin 3-cü bəndinin məcburi icrası üçün barışıq sazişinin alimentin ödənilməsinə dair hissəsinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etməkdə haqlıdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişinin “Mediasıya zamanı tərəflər, mediasiyaya edilən alimentin məbləğinin müəyyən edilməsi tələbi ailə mübahisəsi ilə əlaqədar, birgə nikahdan doğulmuş uşaqları, xx.xx.2015-ci il təvəllüdlü X2 18 yaşı tamam olana kimi, saxlanılması üçün xx.xx.2025-ci il tarixdən hesablanmaqla, hər ay 50 manat sabit pul məbləğində alimentin Maraqlı şəxs tərəfindən Ərizəçi ödəyəcəyinə razılığa gəlmələrinə” dair hissəsi təsdiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 355-23-355-26 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişinin “Mediasiya zamanı tərəflər, mediasiyaya edilən alimentin məbləğinin müəyyən edilməsi tələbi ailə mübahisəsi ilə əlaqədar, birgə nikahdan doğulmuş uşaqları, xx.xx.2015-ci il təvəllüdlü X2 18 yaşı tamam olana kimi, saxlanılması üçün xx.xx.2025-ci il tarixdən hesablanmaqla, hər ay 50 manat sabit pul məbləğində alimentin Maraqlı şəxs tərəfindən Ərizəçi ödəyəcəyinə razılığa gəlmələrinə” dair hissəsi təsdiq edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Zərifə Məmmədova.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar