Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-961/2024 23.10.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Ayşə İsrafil qızının katibliyi ilə, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbi barədə” iddia ərizəsi üzrə işə 23 oktyabr 2024-cü il tarixdə, Zaqatala şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddia tələbinin dəlilləri: İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbi barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh oğlundan “VAZ 21099” markalı **-BM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərə görə 4000 (dörd min) manat, X13 oğlunun sağlamlığına dəymiş az ağır xəsarətə görə 1500 (bir min beş yüz) manat, X15 oğluna məxsus əmlaka dəymiş zərərə görə 320 çü) yüz iyirmi) manat, cəmi 5820 (beş min səkkiz yüz iyirmi) manat ödənilmiş pulun və ödənilmiş 78.20 manat dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, iş materiallarına əlavə edilmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa (forma 4) əsasən, xx.xx.2018-ci il tarixdə Cavabdeh oğlu tərəfindən etibarnamə ilə idarə olunan “VAZ 2106” markalı ** NC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “VAZ 21099” markalı ** BM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə X13 oğlu az ağır dərəcədə xəsarət almış, X10 məxsus əmlaka zərər dəymişdir. İş materiallarına əlavə edilmiş 065555, 065363, 066147 nömrəli sığorta aktlarından və icbari sığorta bürosundan (İJSB) çıxarışdan görünür ki, hadisə zamanı “VAZ 2106” markalı ** NC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" ASC-də icbari qaydada sığortalı olmuşdur. Yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin qiymətləndirmə aktına əsasən, “VAZ 21099” markalı ** BM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 4000 dröd) min) manat məbləğində zərər dəymiş, X15 oğluna məxsus əmlaka 320 çü) yüz iyirmi) manat zərər dəymişdir. İddiaçı SŞ dəymiş zərərlə bağlı iş materiallarına əlavə edilmiş 4435 saylı ödəniş tapşırığına əsasən “VAZ 21099” markalı ** BM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı X13 oğluna 4000 dröd) min) manat sığorta ödənişi həyata keçirmiş, 4159 saylı ödəniş tapşırığına əsasən dəymiş az ağır xəsarətlə bağlı X13 oğluna 1500 (min beş yüz) manat sığorta ödənişi həyata keçirmiş, X15 oğluna məxsus əmlaka dəymiş zərərlə bağlı 320 çü) yüz iyirmi) manat sığorta ödənişi həyata keçirmiş, ümumilikdə 5820 (beş min səkkiz yüz iyirmi) manat sığorta ödənişi həyata keçirmişdir. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(033)-17/2019 saylı hökmünə əsasən nəqliyyat vasitəsini idarə edən Cavabdeh oğlu CM-nin 263-1.1-ci maddəsi ilə təqsirli bilinmişdir. Bundan əlavə Cavabdeh oğlu verdiyi izahatda da sürücülük vəsiqəsinin olmadığını etiraf etmişdir. Bu səbəbdən hesab edirlər ki, 5820 (beş min səkkiz yüz iyirmi) manat sığorta ödənişi Cavabdeh tutularaq "xxxx" ASC-yə ödənilməlidir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti məhkəməyə ərizə ünvanlayaraq işə nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrülü olması barədə məhkəməyə sənəd təqdim etməmişdir. Buna görə də, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər İcbari sığоrta müqaviləsinin mövcudluğunun yoxlanmasına dair məlumatdan görünür ki, yol-nəqliyyat hadisəsi zamanı **-NC-*** dövlət qeydiyyat nişanlı “VAZ” markalı 2106 modelli nəliyyat vasitəsinin icbari avtoməsuliyyət sığortası müqaviləsi qüvvədə olmuşdur. Zaqatala Rayon Məhkəməsinin 11 aprel 2019-cu il tarixli 1(033)-17/2019 saylı hökmündən görünür ki, Cavabdeh 11 dekabr 2018-ci il tarixdə saat 23:30 radələrındə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-cı maddəsinin 1-cı hissəsinin 8-ci bəndinin tələblərini pozmaqla alkoqollu içki qəbul etməsi nəticəsində yaranmış orta dərəcəli alkoqol sərxoşluğu halında, “Yol hərəkət haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərini pozmada sürücülük vəsiqəsi olmadan idarə etdiyi “VAZ-2106” markalı AZ **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Zaqatala rayonunun Göyəm kəndindən Zaqatala şəhəri istiqamətində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozmaqla yaşayış məntəqəsində icazə verilən 60 km/saat sürətindən yüksək, yəni 70 km/saat sürətlə hərəkətdə olarkən, Zaqatala rayonunun Çökəkoba kəndi ərazisində mərkəzi yolda “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə riayət etməklə, yani yol hərəkəti üçün təhlükəsiz şərait yaratmaqla, öz hərəkət və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamaqla hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunu etməyib, həmin madənin tələblərini pozmaqla onunla eyni istiqamətdə, lakin ondan irəlidə hərəkətdə olan X6 idarə etdiyi “VAZ- 21099” markalı AZ **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə ehtiyatsızlıqdan X6 alt dodağında yara, sağ və sol baldırının ön səthlərində sıyrıqlar, sol körpücük sümüyünün qapalı yerdəyişməyən sınığı ilə müşayiət olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran xəsarət almasına səbəb olmuş, bununla da təqsirləndirilən şəxs Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinərək, 1 (bir) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan mərhum edilməklə, 1 (bir il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə 19 aprel 2019-cu il tarixli hesabatdan görünür ki, “VAZ 21099” nömrəli **-BM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin 4000 manat həcmində olması müəyyən edilmişdir. Yol nəqliyyat hadisəsi nəticəsində əmlakın zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə 06 may 2019-cu il tarixli hesabatdan görünür ki, əmlaka dəymiş zərərin 320 manat həcmində olması müəyyən edilmişdir. 24 aprel 2019-cu il tarixli, 065555 saylı sığorta aktından görünür ki, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən “VAZ21099” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomaşına vurulumuş zərərlə bağlı X3оrta ödənişinin məbləği 4000 manat təşkil еdir. 22 aprel 2019-cu il tarixli, 065363 saylı sığorta aktından görünür ki, sığortalanmış avtomobil yol nəqliyyat hadisəsi törətmiş, nəticədə X2 az ağır zərərvuran xəsarət almışdır. Yaranmış zərərlə bağlı X3оrta ödənişinin məbləği 1500 manat təşkil еdir. 08 may 2019-cu il tarixli, 066147 saylı sığorta aktından görünür ki, sığortalanmış avtomobil yol nəqliyyat hadisəsi törətmiş, nəticədə X9 məxsus əmlaka zərər dəymişdir. Yaranmış zərərlə bağlı X4оrta ödənişinin məbləği 320 manat təşkil еdir. 06 may 2019-cu il tarixli, 4435 nömrəli ödəniş tapşırığının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən X6 hesabına ödənişin təyinatı “xx.xx.2019-cu il tarixli 065555 saylı sığorta aktına əsasən sığorta ödənişi” göstərilməklə 4000 manat məbləğində vəsait köçürülmüşdür. 26 aprel 2019-cu il tarixli, 4159 nömrəli ödəniş tapşırığının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən X6 hesabına ödənişin təyinatı “xx.xx.2019-cu il tarixli 065363 saylı sığorta aktına əsasən sığorta ödənişi” göstərilməklə 1500 manat məbləğində vəsait köçürülmüşdür. 15 may 2019-cu il tarixli, 4777 nömrəli ödəniş tapşırığının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən X8 hesabına ödənişin təyinatı “xx.xx.2019-cu il tarixli 066147 saylı sığorta aktına əsasən sığorta ödənişi” göstərilməklə 320 manat məbləğində vəsait köçürülmüşdür. İddiaçı Şirkəti ASC tərəfindən Cavabdeh ünvanlanan 24 may 2024-cü il tarixli pretenziya məktubundan görünür ki, cavabdeh, zərər məbləğinin 7 iş günü ərzində ödənilmədiyi təqdirdə müvafiq iddia ərizəsi ilə məhkəməyə müraiət olunacağı barədə xəbərdar edilmişdir. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddia ərizəsinin verilməsi üçün Zaqatala Rayon Məhkəməsinin hesabına 78.20 (yetmiş səkkiz manat iyirmi qəpik) dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.6-cı maddəsinə əsasən Sığortaçının sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüququ vardır. 25.1.2-ci maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması hallarda yaranır. 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsi 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısı alınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. 1114.1-ci maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 107-ci maddəsində müəyyən edilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələrində mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydası Azərbaycan Respublikasının Konstitusiyası, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu, bu Məcəllə, digər qanunlar, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilir. 82.4-cü maddəsinə əsasən cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir. Azərbaycan Rеsпublikası Cinayət Пrоsеssual Məcəlləsinin 65.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə baxılarkən məhkəmə üçün yalnız hadisənin və təqsirləndirilən şəxsin ona aidiyyəti olub-olmaması hissəsində məcburidir. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. İşin müəyyən еdilmiş hallarından görünür ki, sığоrtalı X5 məxsus “VAZ-2106” markalı AZ **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı "xxxx" ASC tərəfindən sığоrtalanmışdır. Zaqatala Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2019-cu il tarixli 1(033)-17/2019 saylı hökmü ilə cavabdеh tərəfindən törədildiyi müəyyən еdilmiş hərəkət “xx.xx.2018-ci il tarixdə saat 23:30 radələrində alkoqol sərxoşluğu halında, sürücülük vəsiqəsi olmadan idarə etdiyi “VAZ-2106” markalı AZ **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobillə ondan irəlidə hərəkətdə olan X6 idarə etdiyi “VAZ-21099” markalı AZ **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticəsində X1 az ağır zərər vuran xəsarət almasına, eləcə də ona məxsus “VAZ-21099” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin və X9 məxsus əmlakın zədələnmələrinə səbəb olması” оlmuşdur. İşin müəyyən еdilmiş halları həmçinin оndan ibarətdir ki, iddiaçı baş vеrmiş sığоrta hadisəsi ilə bağlı X13 oğluna “VAZ-21099” markalı **-BM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 4000 manat, sağlamlığına dəymiş az ağır xəsarətə görə 1500 manat, X8 əmlakına dəymiş zərərə görə 320 manat оlmaqla, cəmi 5820 manat sığоrta ödənişi vеrmiş, hazırkı iddia üzrə 78.20 manat dövlət rüsumu ödəmişdir. Beləliklə, qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, X13 oğluna “VAZ-21099” markalı **-BM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 4000 manat, sağlamlığına dəymiş az ağır xəsarətə görə 1500 manat, X8 əmlakına dəymiş zərərə görə 320 manat оlmaqla, cəmi 5820 manat sığоrta ödənişi vеrmiş iddiaçının “VAZ-2106” markalı AZ **-NC-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə və idarə etməyə hüququ olmadan idarə etmiş zərərvurmuş cavabdеhə qarşı verdiyi sığorta ödənişi məbləğində subroqasiya qaydasında tələb hüququ yarandığından, sığоrta ödənişinin və dövlət rüsumunun əvəzi cavabdеhdən iddiaçının хеyrinə tutulmalı, iddia tələbi təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh “VAZ 21099” markalı **-BM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərə görə 4000 (dörd min) manat, X13 oğlunun sağlamlığına dəymiş az ağır xəsarətə görə 1500 (bir min beş yüz) manat, X15 oğluna məxsus əmlaka dəymiş zərərə görə 320 (üç yüz iyirmi) manat, cəmi 5820 (beş min səkkiz yüz iyirmi) manat məbləğində sığorta ödənişi və 78.20 (yetmiş səkkiz manat iyirmi qəpik) manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(033)-961/2024
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-961/2024
23.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver