Məhkəmə qərarları › İş №e-2(033)-97/2025

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-97/2025

26.02.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-97/2025 26.02.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Ayşə İsrafil qızının katibliyi, İddiaçı oğlunun nümayəndəsi vəkil Nümayəndə Cavabdeh1 Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən cavabdeh tərəfində üçüncü şəxs X18 iştirakları ilə, İddiaçı oğlunun cavabdehlər Zaqatala rayonu 2 saylı Notariat Ofisinin xüsusi notariusu X7, Cavabdeh1 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinə, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən cavabdeh tərəfində üçüncü şəxs X22 qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və onun əsasında daşınmaz əmlakın dövlət reystrindən verilmiş çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddia tələbi və dəlilləri: İddiaçı oğlu cavabdehlər Zaqatala rayonu 2 saylı Notariat Ofisinin xüsusi notariusu X7, Cavabdeh1 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və onun əsasında daşınmaz əmlakın dövlət reystrindən verilmiş çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək Zaqatala rayonu Göyəm kəndində yerləşən, kənd təsərrüfatı təyinatlı 0,3001 ha torpaq sahəsindən paylı mülkiyyət kimi ona məxsus olan 1/3 hissəsinə dair X19 adına Zaqatala rayonu 2 saylı Notariat Ofisi tərəfindən verilmiş və reyestrdə 2V-480 № ilə qeyd edilib, informasiya sisteminə daxil edilmiş 08 aprel 2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və onun əsasında X19 adına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş Çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, o, X10nun məhkəməyə verdiyi ərizə əsasında Zaqatala rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(033)-1048/2018 saylı qətnaməsi ilə ölmüş elan edilmişdir. Bundan sonra atası Zaqatala rayon qeydiyyat şöbəsindən 15 oktyabr 2018-ci il tarixdə onun adına ölüm haqqında şəhadətnamə almışdır. Həmin şəhadətnamə əsasında Zaqatala rayonu 2 saylı Notariat Ofisinə müraciət edərək, Zaqatala rayonu Göyəm kəndində yerləşən, kənd təsərrüfatı təyinatlı 0,3001 ha torpaq sahəsindən paylı mülkiyyət kimi ona məxsus olan 1/3 hissəsinə 08 aprel 2019-cu ildə (vərəsəlik işi № 255/2019) qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə (şəhadətnamə reyestrdə 2V480 №ilə qeyd edilib, informasiya sisteminə daxil edilib) almış və bundan sonra Daşınmaz Əmlakın Dövlət Reyestrindən torpağın ona məxsus olan hissəsinə X10nun adına RX seriyalı ******* nömrəli Çıxarış verilmisdir. Bundan sonra X10 ondan və digər övladlarından da xəbərsiz torpaq sahəsini başqa şəxsə satmışdır. X10 27 aprel 2019-cu il tarixdə vəfat etmişdir. Atasının vəfat etməsindən sonra qardaşı Cavabdeh1 atasından miras qalmış əmlakları adına sənədləşdirmək üçün müraciət etdikdə ona məlum olmuşdur ki, atası özünə məxsus olan bütün əmlaklarını satmışdır. Bundan sonra qardaşına məlum olmuşdur ki, atası onu məhkəmə qaydasında ölmüş elan etdirmiş və ona məxsus 1/3 hissə pay torpağını da vərəsəlik yolu ilə adına sənədləşdirərək satmışdır. Qardaşı onun sağ olduğunu və xaricdə yaşadığını bildiyindən maraqlarına toxunan şəxs kimi məhkəməyə müraciət etmişdir. Onun ölmüş elan edilməsi barədə Zaqatala rayon Məhkəməsinin 05 sentyabr 2018-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermiş və Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(107)-2267/2019 saylı qətnaməsi ilə Zaqatala rayon Məhkəməsinin 05 sentyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və ərizəçi X19 20 avqust 1966-cı il tarixdə doğulmuş oğlu İddiaçı oğlunun ölmüş elan edilməsinə dair ərizəsi əsassız olduğundan təmin edilməmişdir. O, pozulmuş hüquqlarının müdafiəsi üçün vəkillə müqavilə bağlayaraq ona məhkəmə işlərini aparmaq üçün etibarnamə vermişdir. O, Ukrayna vətəndaşıdır və İtaliya Respublikasında yaşayır. Zaqatala rayon 2 saylı Notariat Ofisindən alınmış, onun - İddiaçı oğlunun adına açılmış vərəsəlik işinin materillarında olan etibarnamədən görünür ki, torpaq sahəsini qanunsuz olaraq almış X32, vərəsəlik işinin aparılmasında da X23 etibarnamə əsasında təmsil etmişddir. Mirasın qəbulu haqqında ərizəni də X32 imzalamışdır. X10 vəfat etdiyindən və bu iş üzrə o, cavabdeh qismində cəlb olunduğundan, onun hüquqi varisi kimi oğlu Cavabdeh1 göstərir. Hesab edir ki, məhkəmə tərəfindən onun ölmüş hesab edilməsinə dair məhkəmə qətnaməsi ləğv edildiyindən, onun adına olan əmlaka - 1/3 pay torpaq sahəsinə dair X19 adına Zaqatala rayonu 2 saylı Notariat Ofisi tərəfindən verilmiş və reyestrdə 2V-480 № ilə qeyd edilib, informasiya sisteminə daxil edilmiş 08 aprel 2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməli və onun əsasında X19 adına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş Çıxarış ləğv edilməlidir. 10 oktyabr 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında X32 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən cavabdeh tərəfində üçüncü şəxs qismində mülki işə cəlb edilmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri: Müstəqil tələblər irəli sürməyən cavabdeh tərəfində üçüncü şəxs X32 məhkəməyə 04 noyabr 2024-cü il tarixdə etiraz ünvanlayaraq göstərmişdir ki, iddia ərizəsində iddiaçının istinad etdiyi fakt və halları bütünlüklə nəzədən keçirmiş və orada göstərilənlərlə razılaşmır. Hesab edir ki, iddia ərizəsi qanuni və əsaslı olmadığına görə təmin edilməməlidir. Fikrincə, hazırkı iddia ərizəsinə hüquqi qiymətləndirilmə həyata keçirilərkən indiyədək qəbul edilmiş və qanuni qüvvədə olan mövcud məhkəmə qərarları preyudisiallığı baxımından nəzərdən keçirilməlidir. Belə ki, bundan əvvəl iddiaçı Cavabdeh1 cavabdeh Zaqatala rayon 2 saylı notariat ofisinə, üçüncü şəxslər X13 və X22 qarşı Zaqatala rayon 2 saylı notariat ofisi tərəfindən tərtib və təsdiq olunmuş xx.xx.2017-ci il tarixli 2V-157 nömrə ilə, xx.xx.2017-ci il tarixli 2V-371 nömrə ilə, xx.xx.2019- cu il tarixli 2V- 479 nömrə ilə və xx.xx.2019-cu il tarixli 2V-480 nömrə ilə reyestrdə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin və həmin şəhadətnamələr əsasında notariat ofisində bağlanmış 4Ə-309 saylı xx.xx.2017-ci il tarixli, 4Ə-564 saylı xx.xx.2017-ci il tarixli, 4Ə-398 saylı xx.xx.2017-ci il tarixli, 4Ə-579 saylı xx.xx.2019-cu il tarixli və 4Ə-651 saylı xx.xx.2017-ci il tarixli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, həmin müqavilələr əsasında daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəli xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, xx.xx.2019- cu il tarixli X24 və X18 adına aparılmış qeydiyyatların ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin 2(033)-257/2020 nömrəli xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Zaqatala rayon 2 saylı notariat ofisi tərəfindən tərtib və təsdiq olunmuş tərəflər arasında xx.xx.2017-ci il tarixli 2V-157 nömrə ilə reyestrdə qeydiyyata alınmış, xx.xx.2017-ci il tarixli 2V-371 nömrə ilə reyestrdə qeydə alınmış, xx.xx.2019-cu il tarixli 2V-479 nömrə ilə reyestrdə qeydiyyata alınmış və xx.xx.2019-cu il tarixli 2V-480 nömrə ilə reyestrdə qeydə alınmış qanun üzrə vərəsəli hüququ haqqında şəhadətnamələrin və həmin şəhadətnamələr əsasında notariat ofisində bağlanmış 4Ə-309 saylı xx.xx.2017-ci il tarixli, 4Ə-564 saylı xx.xx.2017-ci il tarixli, 4Ə-398 saylı xx.xx.2017-ci il tarixli, 4Ə-579 saylı xx.xx.2019-cu il tarixli və 4Ə-651 saylı xx.xx.2017-ci il tarixli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, həmin müqavilələr əsasında daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəli xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, xx.xx.2019- cu il tarixli X24 və X18 adına aparılmış qeydiyyatların ləğv edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1563/2020 nömrəli xx.xx.2020-ci il tarixli qətnaməsi ilə üçüncü şəxs X24 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Zaqatala Rayon Məhkəməsinin 2(033)-257/2020 nömrəli xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, yeni qətnamə qəbul edilərək iddiaçı Cavabdeh1 cavabdeh Zaqatala rayon 2 saylı notariat ofisinə, üçüncü şəxslər X28ынa və X22 qarşı "qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və həmin şəhadətnamələr əsasında verilmiş alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqavilələrin əsasında verilmiş çıxarışların ləğv edilməsi" tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi qənaətini onunla əsaslandırmışdır ki, iş üzrə tərəflərin izahatlarına görə iddiaçının atası Laçın Məmmədov tərəfindən xx.xx.2017-ci il, xx.xx.2017-ci il, xx.xx.2017-ci il və xx.xx.2019-cu il tarixli alqı-satqı müqavilələrinə əsasən torpaq sahələrini üçüncü şəxslərə satmasından xəbəri olmuş, bununla bağlı üçüncü şəxslərə hər hansı bir irad və ya etirazını bildirməmişdir. Üçüncü şəxslər daşınmaz əmlakları alan zaman torpaq sahələri Laçın Məmmədovun əsl mülkiyyətçisi olmadığını və qanunsuz yolla əldə etməsini bilməmişlər, çünki torpaq sahələri onun adına dövlət reyestrindəki qeydə alındığından mübahisəli əmlak üzərində satıcının mülkiyyət hüququnun qanuniliyinə şübhə ilə yanaşa bilməzdilər, onların vicdansız hesab etmək üçün öz hərəkətlərinə münasibətdə kobud ehtiyatsızlıq və ya qəsd formasında təqsirinin olması barədə hər hansı bir əsaslı faktlar yoxdur. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, Laçın Məmmədov tərəfindən üçüncü şəxslərə xx.xx.2017-ci il, xx.xx.2017-ci il, xx.xx.2017-ci il və xx.xx.2019- cu il tarixlərdə mübahisəli torpaq sahələrini satılması barədə iddiaçının məlumatlı olmaması inandırıcı deyildir. Bundan başqa apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mülki iş üzrə üçüncü şəxslər Laçın Məmmədovun mübahisə predmetinin əsl mülkiyyətçisi olmadığını bilmədiyindən vicdanlı əldə edən hesab edilirlər. Belə ki, mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcı əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı kimi qəbul olunur. Bundan başqa, əldə edilmiş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Qeyd edilənlərə əsasən, apelyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, üçüncü şəxslər mübahisəli torpaq sahəsini qanununvericiliklə müəyyən edilmiş qaydada aldıqlarından vicdanlı alıcıdırlar. Belə olan halda iddia tələbi onların torpaq sahələri üzərində hüquqlarına təsir etməli deyildir. Həmin qətnamədən iddiaçı Cavabdeh1 tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2078/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1563/2020 nömrəli iş üzrə 19 oktyabr 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apeliyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin üçüncü şəxslərin vicdanlı alıcı olmaması ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı bu barədə dəlilini əsaslandırmamış və apeliyasiya instansiyası məhkəməsində işə baxılarkən hər hansı bir sübut təqdim etməmişdir. Digər tərəfdən Mülki Məcəllənin 140-cı maddəsinin tələbinə görə, reyestrin həqiqiliyi və tamamlığı prezumpsiyası qüввəдədir. İddiaçı, üçüncü şəxslər tərəfindəн mübahisəli torpaq sahəsi əldə edilərkən daşınmaz əmlakın dövlət reyestrində reyestrin həqiqiliyinə və tamamlılığına şübhə doğuracaq bir halın mövcudluğu barədə hər hansı sübut təqdim edə bilməmişdir. Həmçinin Mülki Məcəllənin 141.1 və 14.2-ci maddələrinə əsasən reyestrə hər hansı bir düzəliş və etirazla bağlı müraciətin edilməsi, bu barədə iddia verilməsi də müəyyən edilməmişdir. Bundan başqa, Zaqatala Rayon Məhkəməsinin 2(033)-29/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, iddiaçının mülkiyyətində olan Zaqatala rayonu, Göyəm kəndində yerləşən 0,05 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi, 0,3001 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və 0,11 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsindən istifadə və sahiblik etməsinə qarşı yönəlmiş torpaq sahəsinə daxil olmağa qoymamaqla müşayiət olunun qərəzli hərəkətlərinə son qoyulması, cavabdehin Zaqatala rayonu, Göyəm kəndində yerləşən iddiaçı X14 mülkiyyətində olan 0,05 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi, 0,3001 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və 0,11 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsindən çıxarılması qət edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Zaqatala rayonu, Göyəm kəndi ərazisində yerləşən 0,3001 ha, 0,11 ha və 0, 05 ha torpaq sahələri X19 mülkiyyətində olmuş və 0,05 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi xx.xx.2017-ci il tarixli AN-İ seriyalı ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə, 0,3001 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2019-cu il tarixli AN-İ seriyalı ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə, 0,11 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi isə xx.xx.2017-ci il tarixli AN-İ seriyalı ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsi və xx.xx.2017-ci il tarixli AN-İ seriyalı ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X1. Cavabdeh1 cavabdeh Zaqatala rayon 2 saylı notariat ofisinə, üçüncü şəxslər X13 və X22 qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və həmin şəhadətnamələr əsasında verilmiş alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqavilələrin əsasında verilmiş çıxarışların ləğv edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Şəki Apeliyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-333/22 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi ilə cavabdehin apeliyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apeliyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq göstərmişdir ki, cavabdeh apeliyasiya şikayətində heç bir torpaq sahəsini zəbt etmədiyini, həmin torpaq sahəsinin atası tərəfindən iddiaçıya saxta sənədlər əsasında satıldlğını bildirsə də, bununla bağlı hər hansı sübutu məhkəmə kollegiyasına təqdim etməmiş, əksinə iş materiallarında olan sübutlarala müəyyən edilir ki, iddiaçı X11 xüsusi mülkiyyətində olan Zaqatala rayonu, Göyəm kəndində yerləşən torpaq sahələri üzərində cavabdehin hər hansı hüquqa malik olmadığı halda, həmin torpaq sahələrinə daxil olmağa qoymamaqla müşayiət olunun qərəzli hərəkətlər iddiaçının həmin torpaq sahəsinə olan mülkiyyət hüquqularının məhdudlaşdırılmasına gətirib çıxarır. Ona görə də cavabdehin iddiaçıya məxsus əmlakdan iddiaçının faktiki istifadə etməsinə və ona sahiblik etməsinə qarşı yönəlmiş istənilən hərəkəti qanunsuz sayılmalı və cavabdeh tərəfindən yaradılan həmin maneələr aradan qaldırılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3845/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-333/2021 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, iddiaçı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydlərə əsasən, mübahisə predmeti olan daşınmaz əşyaların mülkiyyətçisidir, cavabdehin isə həmin əşyalara faktiki sahibliyinin qanuni olduğu məhkəmələr tərəfindən müəyyən edilməmişdir. Belə olan halda iddianın təmin edilməsi Mülki Məcəllənin 157.4-cü maddəsinin dispozisiya şərtlərinə uyğundur. İddiaçının reyestrdə qeydə alınmış sərhədlər daxilindəki mülkiyyət hüquqları qanunla qorunur və müvafiq əsas olmadan onların məhdudlaşdırılması yolverilməzdir. Eyni zamanda həmin torpaq sahələri ilə bağlı cavabdehin iddia etdiyi (reyestrdə qeydə alınmamış) hüquqlar, məhkəmə aktları ilə vicdanlı əldə edən şəxs qismində tanınmış iddiaçıya qarşı irəli sürülə bilməz. Bunlardan əlavə, yenə Cavabdeh1 iddiaçı qismində cavabdehlər X22, X13, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər 18 saylı Zaqatala Ərazi İdarəsinə və Zaqatala rayonu 2 saylı notariat ofisinə qarşı vərəsəlik hüququ haqqında şəhadətnamələrin, alqı-satqı müqavilələrinin, daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışların etibarsız hesab edilməsi və icrada dönüş edilməsi tələbinə dair iddia ərizəsi ilə Zaqatala Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2014-cü il tarixdə vəfat etmiş X8 X31 ilə faktiki nikah münasibətində olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsi ləğv edildiyindən Zaqatala rayonu, Göyəm kəndində yerləşən ümumi sahəsi 0,1762 ha olan torpaq sahəsinin xx.xx.2017-ci il tarixli RX seriyalı ******* nömrəli Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən 03.02.014-cü il tarixdə vəfat etmiş X12 məxsus 3/4 hissəsinə X19 adına Zaqatala rayon 2 saylı notariat kontoru tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin (reyestrdə 2V-157 nömrə ilə qeyd edilib, informasiya sisteminə daxil edilmiş, vərəsəlik işi № 97), həmin şəhadətnamə əsasında verilmiş xx.xx.2017-ci il tarixli RX seriyalı ******* nömrəli Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi, Zaqatala rayonu, Göyəm kəndində yerləşən ümumi sahəsi 0,3545 ha olan torpaq sahəsinə dair xx.xx.2017-ci il tarixli RX seriyalı ******* nömrəli Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən xx.xx.2014-cü il tarixdə vəfat etmiş X12 məxsus 3/4 hissəsinə X19 adına Zaqatala rayon 2 saylı notariat kontoru tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin (reyestrdə 2V-371 nömrə ilə qeyd edilib, informasiya sisteminə daxil edilmiş, vərəsəlik işi № 97), həmin şəhadətnamə əsasında verilmiş xx.xx.2017-ci il tarixli RX seriyalı ******* nömrəli Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi, Zaqatala rayonu, Göyəm kəndində yerləşən ümumi sahəsi 0,3001 ha olan torpaq sahəsinin xx.xx.2018-ci il tarixli **********18 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən xx.xx.2014-cü il tarixdə vəfat etmiş X12 məxsus 1/3 hissəsinə X19 adına Zaqatala rayon 2 saylı notariat ofisi tərəfinin verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin (reyestrdə 2V- 479 nömrə ilə qeyd edilib, informasiya sisteminə daxil edilmiş, vərəsəlik işi № 97/2017), həmin şəhadətnamə əsasında verilmiş xx.xx.2019cu il tarixli RX seriyalı ******* nömrəli Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi, X31 ilə X24 arasında Zaqatala rayonu 2 saylı notariat kontorunda xx.xx.2017-ci il tarixdə Zaqatala rayonu, Göyəm kəndində yerləşən 0,1762 ha torpaq sahəsinin 0,1 ha dair bağlanmış, reyestrdə 4Ə-309 nömrə ilə qeyd edilib, informasiya sisteminə daxil edilmiş AN-İ ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında X11 adına verilmiş Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, həmin müqaviləyə əsasən X19 adında qalan 0,01 ha torpaq sahəsinə dair onun adına xx.xx.2017-ci il tarixdə verilmiş RX seriyalı ******* saylı Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi, X31 ilə X24 arasında Zaqatala rayonu 2 saylı notariat kontorunda 14 sentyabr 2017-ci il tarixdə Zaqatala rayonu, Göyəm kəndində yerləşən 0,01 ha torpaq sahəsinin 0,01 ha hissəsinə dair bağlanmış, reyestrdə 4Ə-564 nömrə ilə qeyd edilib, informasiya sisteminə daxil edilmiş AN-İ ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında X11 adına verilmiş Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi, X31 ilə X32 arasında Zaqatala rayonu 2 saylı notariat kontorunda xx.xx.2017-ci il tarixdə Zaqatala rayonu, Göyəm kəndində yerləşən 0,3545 ha torpaq sahəsinin 0,3545 ha dair bağlanmış, reyestrdə 4Ə-651 nömrə ilə qeyd edilib, informasiya sisteminə daxil edilmiş AN-İ ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında X18 adına verilmiş Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi, X31 ilə X24 arasında Zaqatala rayonu 2 saylı notariat kontorunda xx.xx.2017-ci il tarixdə Zaqatala rayonu, Göyəm kəndində yerləşən 0,0662 ha torpaq sahəsinin 0,05 ha dair bağlanmış, reyestrdə 4Ə-398 nömrə ilə qeyd edilib, informasiya sisteminə daxil edilmiş AN-İ ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında X11 adına verilmiş Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi, X31 ilə X24 arasında Zaqatala rayonu 2 saylı notariat kontorunda xx.xx.2019-cu il tarixdə Zaqatala rayonu, Göyəm kəndində yerləşən 0,3001 ha torpaq sahəsinin 0,3001 ha dair bağlanmış, reyestrdə 4Ə-579 nömrə ilə qeyd edilib, informasiya sisteminə daxil edilmiş AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında X11 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi, geriyə dönüş edilərək xx.xx.2014-cü il tarixdə vəfat etmiş X8 torpaq payları üzərində mülkiyyяt hüququnun, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın bərpa edilməsi və onun adına həmin torpaq sahələrinə dair Daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin e-2(033)- 247/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçı Cavabdeh1 cavabdehlər X22, X13, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər 18 saylı Zaqatala Ərazi İdarəsinə və Zaqatala rayonu 2 saylı notariat ofisinə qarşı vərəsəlik hüququ haqqında şəhadətnamələrin, alqı-satqı müqavilələrinin, daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışların etibarsız hesab edilməsi və icrada dönüş edilməsi tələbinə dair iddia ərizəsi üzrə işin icraatına "Zaqatala rayonu, Göyəm kəndində yerləşən ümumi sahəsi 0,1762 ha olan torpaq sahəsinin xx.xx.2017-ci il tarixli RX seriyalı ******* nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən 03 fevral 2014-cü ildə vəfat etmiş X12 məxsus 1/2 hissəsinə X19 adına Zaqatala rayon 2 saylı Notariat kontoru tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin (reyestrdə 2V- 157 nömrə ilə qeyd edilib, informasiya sisteminə daxil edilmiş, vərəsəlik işi № 97), Zaqatala rayonu, Göyəm kəndində yerləşən ümumi sahəsi 0,3545 ha olan torpaq sahəsinə dair xx.xx.2017-ci il tarixli RX seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən 03 fevral 2014-cü ildə vəfat etmiş X12 məxsus 34 hissəsinə X19 adına Zaqatala rayon 2 saylı Notariat kontoru tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin (reyestrdə 2V-371 nömrə ilə qeyd edilib, informasiya sisteminə daxil edilmiş, vərəsəlik işi № 97), Zaqatala rayonu, Göyəm kəndində yerləşən ümumi sahəsi 0,3001 ha olan torpaq sahəsinin xx.xx.2018-ci il tarixli **********18 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən 03 fevral 2014-cü ildə vəfat etmiş X12 məxsus 1/3 hissəsinə X19 adına Zaqatala rayon 2 saylı Notariat Ofisi tərəfinin verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin (reyestrdə 2V- 479 nömrə ilə qeyd edilib, informasiya sisteminə daxil edilmiş, vərəsəlik işi № 97/2017), X31 ilə X24 arasında Zaqatala rayonu 2 saylı notariat kontorunda 25 iyul 2017-ci il tarixdə Zaqatala rayonu Göyəm kəndində yerləşən 0,1762 ha torpaq sahəsinin 0,1 ha dair bağlanmış, reyestrdə 4Ə-309 nömrə ilə qeyd edilib, informasiya sisteminə daxil edilmiş AN-İ ******* saylı Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında X11 adынa verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, həmin müqaviləyə əsasən X19 adında qalan 0,01 ha torpaq sahəsinə dair onun adına xx.xx.2017-ci il tarixdə verilmiş RX seriyalı ******* saylı Daşınmaz Əmlakın Dövlət Reyeystrindən Çıxarışın etibarsız hesab edilməsi, X31 ilə X24 arasında Zaqatala rayonu 2 saylı notariat kontorunda 14 sentyabr 2017-ci il tarixdə Zaqatala rayonu Göyəm kəndində yerləşən 0,01 ha torpaq sahəsinin 0,01 ha dair bağlanmış, reyestrdə 4Ə-564 nömrə ilə qeyd edilib, informasiya sisteminə daxil edilmiş AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında X11 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi, X31 ilə X32 arasında Zaqatala rayonu 2 saylı notariat kontorunda 05 oktyabr 2017-ci il tarixdə Zaqatala rayonu Göyəm kəndində yerləşən 0,3545 ha torpaq sahəsinin 0,3545 ha dair bağlanmış, reyestrdə 4Ə- 651 nömrə ilə qeyd edilib, informasiya sisteminə daxil edilmiş AN-İ ******* saylı Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında X15 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi, X31 ilə X24 arasında Zaqatala rayonu 2 saylı notariat kontorunda 09 avqust 2017-ci il tarixdə Zaqatala rayonu Göyəm kəndində yerləşən 0,0662 ha torpaq sahəsinin 0,05 ha dair bağlanmış, reyestrdə 4Ə-398 nömrə ilə qeyd edilib, informasiya sisteminə daxil edilmiş AN-İ ******* saylı Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında X11 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi, X31 ilə X24 arasında Zaqatala rayonu 2 saylı notariat kontorunda 11 aprel 2019-cu il tarixdə Zaqatala rayonu Göyəm kəndində yerləşən 0,3001 ha torpaq sahəsinin 0,3001 ha dair bağlanmış, reyestrdə 4Ə-579 nömrə ilə qeyd edilib, informasiya sisteminə daxil edilmiş AN-İ ******* saylı Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında X11 adına verilmiş Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın etibarsız hesab edilməsi" hissəsində xitam verilmişir. Həmin iddia ərizəsinin qalan hissəsinə mahiyyəti üzrə baxılaraq, Zaqatala Rayon Məhkəməsinin e-2(033)-247/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh1 cavabdehlər X22, X13, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər 18 saylı Zaqatala Ərazi İdarəsinə və Zaqatala rayonu 2 saylı notariat ofisinə qarşı daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışların etibarsız hesab edilməsi və icrada dönüş edilməsi tələbinə dair iddia ərizəsinin rədd edilməsi, iddiaçı Cavabdeh1 ödədiyi 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun onun özünə aid edilməsi qət edilmişdir. Yuxarıda şərh edilənlərlə təsdiq edilir ki, hazırkı iddianın predmeti və əsası ilə bağlı mülki mübahisəyə bundan əvvəl məhkəmələrdə dəfələrlə baxılmış və iddia tələbi qanuni və əsaslı olmadığına görə təmin edilməmişdir. Əvvəlki iddia ərizələrindən fərqli olaraq, hazırkı iddia ərizəsində iddiaçı qismində İddiaçı oğlu çıxış edir. İddiaçı oğlunun hazırkı iddia tələbi məzmun və mahiyyətcə qardaşı Cavabdeh1 bundan əvvəl məhkəmələrdə baxılaraq, qanunsuz və əsassız olduğuna görə təmin edilməmiş iddia ərizəsində göstərilənlərlə eynilik təşkil edir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 82.3-cü maddəsinin imperativ tələbinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bunuma bağlı "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cı il tarixli Qərarında şərh edilən hüquqi yanaşmada bildirilir ki, MPM-nin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. MPM-nin 47.1-ci maddəsinin tələbinə əsasən işdə iştirak edən şəxslər prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. Hazırkı vəziyyətdə İddiaçı oğlunun prosessual hüquqlarından sui-istifadə etməsi açıq-aydın görünür və heç bir şübhə doğurmur. Düşünür ki, İddiaçı oğlunun hazırkı iddia ərizəsi ilə yeni məhkəmə mübahisəsi başlatmaqda əsas məqsədi qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasına süni maneçilik yaratmaqdan ibarətdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: İddiaçı oğlunun nümayəndəsi vəkil Nümayəndə məhkəmə iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa oxşar izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi və əlavə olaraq bildirdi ki, iddiaçı hazırda xarici ölkədə yaşayır. Onun burda olmadığı müddətdə ona düşən payı əldə etmək üçün üçüncü şəxs Ramin Şərifov etibarnamə əsasında şəhadənamə əldə etmişdir. İddiaçı sağ olsa da məhkəmə qətnaməsinə əsasən , ölmüş elan edilmişdir. Bundan sonra vərəsəliklə ona düşən pay X19 adına rəsmiləşdirilmiş və əmlakın alqı-satqısı baş vermişdir. İddiaçının şikayəti əsasında onun ölmüş elan edilməsi barədə rayon məhkəməsinin qətnaməsi ləğv edilmiş və X19 20 avqust 1966-cı il tarixdə doğulmuş oğlu İddiaçı oğlunun ölmüş elan edilməsinə dair ərizəsi əsassız olduğundan təmin edilməmişdir. İddiaçının 30 sot torpaq sahəsinin 1/3 hissəsinə mülkiyyət payı vardır. İddiaçının mülkiyyət hüququ bir mənalı olaraq bərpa olunmalıdır. Ramin Şərifov iddia edir ki, vicdanlı alıcıdır və hazırda iddiaçının payı onun adına rəsmiləşdirilmişdir. Sonradan məlum olmuşdur ki, X6 verdiyi etibarnamə əsasında bütün sənədləşmə işlərini aparmışdır. Bu halda o, vicdanlı alıcı hesab edilə bilməz. Üçüncü şəxsin vicdanlı alıcı o halda ola bilərdi ki, onun hazırkı proseslərdən xəbəri olmasın. Lakin o, bütün sənədləşmə işlərində şəxsən özü iştirak etmişdir. Hazırkı iddia tələbi ilə bağlı iddia müddəti tətbiq olunmur. Yuxarı instansiya məhkəmələri tərəfindən qətnamələr ləğv olunduqdan sonra cavabdehin vərəsə kimi hüququ yaranmış, iddiaçının isə miras payından əlavə mülkiyyət payına hüququ da yaranmışdır. Apellyasiya və Ali Məhkəmələrdə işə baxılıb üçünücü şəxsi vicdanlı alıcı hesab edilərkən iddiaçının fikri nəzərə alınmalı və o, işlərə cəlb edilməli idi. Bununla da həmin məhkəmələr tərəfindən düzgün qərar qəbul edilməmişdir. İddiaçı mülkiyyətçidir və onun hüquqları heç bir halda pozula bilməz. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında iddia tələbini etiraf edərək, iddia tələbinin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən cavabdeh tərəfində üçüncü şəxs X32 məhkəmə iclasında bildirdi ki, iddiaçı məhkəməyə iddia ərizəsinin dəlillərinə dair heç bir sübut və ya fakt təqdim edə bilməmişdir. Fikrincə, hazırkı mülki işdə sübutlarla bağlı hüquqi qiymətləndirilmə həyata keçirilərkən indiyədək qəbul edilmiş və qanuni qüvvədə olan mövcud məhkəmə qərarları preyudisiallığı baxımından nəzərdən keçirilməlidir. Belə ki, bundan əvvəl iddiaçı Cavabdeh1 cavabdeh Zaqatala rayon 2 saylı notariat ofisinə, üçüncü şəxslər X13 və X22 qarşı Zaqatala rayon 2 saylı notariat ofisi tərəfindən tərtib və təsdiq olunmuş xx.xx.2017-ci il tarixli 2V-157 nömrə ilə, xx.xx.2017-ci il tarixli 2V-371 nömrə ilə, xx.xx.2019- cu il tarixli 2V- 479 nömrə ilə və xx.xx.2019-cu il tarixli 2V-480 nömrə ilə reyestrdə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin və həmin şəhadətnamələr əsasında notariat ofisində bağlanmış 4Ə-309 saylı xx.xx.2017-ci il tarixli, 4Ə-564 saylı xx.xx.2017-ci il tarixli, 4Ə-398 saylı xx.xx.2017-ci il tarixli, 4Ə-579 saylı xx.xx.2019- cu il tarixli və 4Ə-651 saylı xx.xx.2017-ci il tarixli alqısatqı müqavilələrini etibarsız hesab edilməsi, həmin müqavilələr əsasında daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəli xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli X24 və X18 adına aparılmış qeydiyyatların ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin 2(033)-257/2020 nömrəli xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh1 cavabdeh Zaqatala rayon 2 saylı Notariat ofisinə, üçüncü şəxslər X13 və X22 qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və həmin şəhadətnamələr əsasında verilmiş alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqavilələrin əsasında verilmiş çıxarışların ləğv edilməsi tələbinə dair iddia ərizəsi təmin edilərək, Zaqatala rayon 2 saylı notariat ofisi tərəfindən tərtib və təsdiq olunmuş tərəflər arasında xx.xx.2017- ci il tarixli 2V-157 nömrə ilə reyestrdə qeydiyyata alınmış, xx.xx.2017-ci il tarixli 2V-371 nömrə ilə reyestrdə qeydə alınmış, xx.xx.2019-cu il tarixli 2V-479 nömrə ilə reyestrdə qeydiyyata alınmış və xx.xx.2019-cu il tarixli 2V-480 nömrə ilə reyestrdə qeydə alınmış qanun üzrə vərəsəli hüququ haqqında şəhadətnamələrin və həmin şəhadətnamələr əsasında notariat ofisində bağlanmış 4Ə-309 saylı xx.xx.2017-ci il tarixli, 4Ə-564 saylı xx.xx.2017- ci il tarixli, 4Ə-398 saylı xx.xx.2017-ci il tarixli, 4Ə-579 saylı xx.xx.2019-cu il tarixli və 4Ə-651 saylı xx.xx.2017-ci il tarixli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, həmin müqavilələr əsasında daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəli xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, xx.xx.2019- cu il tarixli X24 və X18 adına aparılmış qeydiyyatların ləğv edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1563/2020 nömrəli xx.xx.2020- ci il tarixli qətnaməsi ilə üçüncü şəxs X24 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Zaqatala Rayon Məhkəməsinin 2(033)-257/2020 nömrəli xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, yeni qətnamə qəbul edilərək iddiaçı Cavabdeh1 cavabdeh Zaqatala rayon 2 saylı notariat ofisinə, üçüncü şəxslər X13 və X22 qarşı ''qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və həmin şəhadətnamələr əsasında verilmiş alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqavilələrin əsasında verilmiş çıxarışların ləğv edilməsi" tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi qənaətini onunla əsaslandırmışdır ki, iş üzrə tərəflərin izahatlarına görə iddiaçının atası Laçın Məmmədov tərəfindən xx.xx.2017-ci il, xx.xx.2017-ci il, xx.xx.2017-ci il və xx.xx.2019-cu il tarixli alqı-satqı müqavilələrinə əsasən torpaq sahələrini üçüncü şəxslərə satmasından xəbəri olmuş, bununla bağlı üçüncü şəxslərə hər hansı bir irad və ya etirazını bildirməmişdir. Üçüncü şəxslər daşınmaz əmlakları alan zaman torpaq sahələri Laçın Məmmədovun əsl mülkiyyətçisi olmadığını və qanunsuz yolla əldə etməsini bilməmişlər, çünki torpaq sahələri onun adına dövlət reyestrindəki qeydə alındığından mübahisəli əmlak üzərində satıcının mülkiyyət hüququnun qanuniliyinə şübhə ilə yanaşa bilməzdilər, onların vicdansız hesab etmək üçün öz hərəkətlərinə münasibətdə kobud ehtiyatsızlıq və ya qəsd formasında təqsirinin olması barədə hər hansı bir əsaslı faktlar yoxdur. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, Laçın Məmmədov tərəfindən üçüncü şəxslərə xx.xx.2017-ci il, xx.xx.2017-ci il, xx.xx.2017-ci il və xx.xx.2019-cu il tarixlərdə mübahisəli torpaq sahələrini satılması barədə iddiaçının məlumatlı olmaması inandırıcı deyildir. Bundan başqa apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mülki iş üzrə üçüncü şəxslər Laçın Məmmədovun mübahisə predmetinin əsl mülkiyyətçisi olmadığını bilmədiyindən vicdanlı əldə edən hesab edilirlər. Belə ki, mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcı əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı kimi qəbul olunur. Bundan başqa, əldə edilmiş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Qeyd edilənlərə əsasən, apelyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, üçüncü şəxslər mübahisəli torpaq sahəsini qanununvericiliklə müəyyən edilmiş qaydada aldıqlarından vicdanlı alıcıdırlar. Belə olan halda iddia tələbi onların torpaq sahələri üzərində hüquqlarına təsir etməli deyildir. Həmin qətnamədən iddiaçı Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)- 2078/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərarı ilə təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1563/2020 nömrəli iş üzrə 19 oktyabr 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin üçüncü şəxslərin vicdanlı alıcı olmaması ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı bu barədə dəlilini əsaslandırmamış və apellyasiya instansiyası məhkəməsində işə baxılarkən hər hansı bir sübut təqdim etməmişdir. Digər tərəfdən Mülki Məcəllənin 140-cı maddəsinin tələbinə görə, reyestrin həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvəvədir. İddiaçı, üçüncü şəxslər tərəfindəm mübahisəli torpaq sahəsi əldə edilərkən daşınmaz əmlakın dövlət reyestrində reyestrin həqiqiliyinə və tamamlılığına şübhə doğuracaq bir halın mövcudluğu barədə hər hansı sübut təqdim edə bilməmişdir. Həmçinin Mülki Məcəllənin 141.1 və 14.2ci maddələrinə əsasən reyestrə hər hansı bir düzəliş və etirazla bağlı müraciətin edilməsi, bu barədə iddia verilməsi də müəyyən edilməmişdir. Bundan başqa, Zaqatala Rayon Məhkəməsinin 2(033)-29/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, iddiaçının mülkiyyətində olan Zaqatala rayonu, Göyəm kəndində yerləşən 0,05 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi, 0,3001 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və 0,11 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsindən istifadə və sahiblik etməsinə qarşı yönəlmiş torpaq sahəsinə daxil olmağa qoymamaqla müşayiət olunun qərəzli hərəkətlərinə son qoyulması, cavabdehin Zaqatala rayonu, Göyəm kəndində yerləşən iddiaçı X14 mülkiyyətində olan 0,05 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi, 0,3001 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və 0,11 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsindən çıxarılması qət edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Zaqatala rayonu Göyəm kəndi ərazisində yerləşən 0,3001 ha, 0,11 ha və 0, 05 ha torpaq sahələri X19 mülkiyyətində olmuş və 0,05 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi xx.xx.2017-ci il tarixli AN-İ seriyalı ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə, 0,3001 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2019-cu il tarixli AN- İ seriyalı ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə, 0,11 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi isə xx.xx.2017-ci il tarixli AN-İ seriyalı ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsi və xx.xx.2017-ci il tarixli AN-İ seriyalı ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X1. Cavabdeh1 cavabdeh Zaqatala rayon 2 saylı Notariat Ofisinə, üçüncü şəxslər X13 və X22 qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və həmin şəhadətnamələr əsasında verilmiş alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqavilələrin əsasında verilmiş çıxarışların ləğv edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)- 333/22 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq göstərmişdir ki, cavabdeh apellyasiya şikayətində heç bir torpaq sahəsini zəbt etmədiyini, həmin torpaq sahəsinin atası tərəfindən iddiaçıya saxta sənədlər əsasında satıldlğını bildirsə də, bununla bağlı hər hansı sübutu məhkəmə kollegiyasına təqdim etməmişdir, əksinə iş materiallarında olan sübutlarala müəyyən edilir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3845/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-333/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, iddiaçı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydlərə əsasən, mübahisə predmeti olan daşınmaz əşyaların mülkiyyətçisidir, cavabdehin isə həmin əşyalara faktiki sahibliyinin qanuni olduğu məhkəmələr tərəfindən müəyyən edilməmişdir. Belə olan halda iddianın təmin edilməsi Mülki Məcəllənin 157.4-cü maddəsinin dispozisiya şərtlərinə uyğundur. İddiaçının reyestrdə qeydə alınmış sərhədlər daxilindəki mülkiyyət hüquqları qanunla qorunur və müvafiq əsas olmadan onların məhdudlaşdırılması yolverilməzdir. Eyni zamanda həmin torpaq sahələri ilə bağlı cavabdehin iddia etdiyi (reyestrdə qeydə alınmamış) hüquqlar, məhkəmə aktları ilə vicdanlı əldə edən şəxs qismində tanınmış iddiaçıya qarşı irəli sürülə bilməz. Bunlardan əlavə, iddiaçı Cavabdeh1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 03 fevral 2014-cü il tarixdə vəfat etmiş X8 MəmmədovLaçın Rəcəb oğlu ilə faktiki nikah münasibətində olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsi ləğv edildiyindən Zaqatala rayonu, Göyəm kəndində yerləşən ümumi sahəsi 0,1762 ha olan torpaq sahəsinin xx.xx.2017-ci il tarixli RX seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışa əsasən 03 fevral 2014-cü ildə vəfat etmiş X12 məxsus 1/2 hissəsinə X19 adına Zaqatala rayon 2 saylı Notariat kontoru tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin (reyestrdə 2V-157 № ilə qeyd edilib, informasiya sisteminə daxil edilmiş, vərəsəlik işi № 97), həmin şəhadətnamə əsasında verilmiş xx.xx.2017- ci il tarixli RX seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın etibarsız hesab edilməsi, Zaqatala rayonu, Göyəm kəndində yerləşən ümumi sahəsi 0,3545 ha olan torpaq sahəsinə dair xx.xx.2017-ci il tarixli RX seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışa əsasən 03 fevral 2014-cü ildə vəfat etmiş X12 məxsus 1/2 hissəsinə X19 adına Zaqatala rayon 2 saylı Notariat kontoru tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin (reyestrdə 2V-371 № ilə qeyd edilib, informasiya sisteminə daxil edilmiş, vərəsəlik işi № 97), həmin şəhadətnamə əsasında verilmiş xx.xx.2017-ci il tarixli RX seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın etibarsız hesab edilməsi, Zaqatala rayonu, Göyəm kəndində yerləşən ümumi sahəsi 0,3001 ha olan torpaq sahəsinin xx.xx.2018-ci il tarixli **********18 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən 03 fevral 2014-cü ildə vəfat etmiş X12 məxsus 1/3 hissəsinə X19 adına Zaqatala rayon 2 saylı Notariat Ofisi tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin (reyestrdə 2V-479 № ilə qeyd edilib, informasiya sisteminə daxil edilmiş, vərəsəlik işi № 97/2017), həmin şəhadətnamə əsasında verilmiş xx.xx.2019cu il tarixli RXseriyalı ******* nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın etibarsız hesab edilməsi, X31 ilə X24 arasında Zaqatala rayonu 2 saylı notariat kontorunda 25 iyul 2017-ci il tarixdə Zaqatala rayonu Göyəm kəndində yerləşən 0,1762 ha torpaq sahəsinin 0,1 ha dair bağlanmış, reyestrdə 4Ə-309 № ilə qeyd edilib, informasiya sisteminə daxil edilmiş AN-İ ******* saylı Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında X11 adına verilmiş Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın, həmin müqaviləyə əsasən X19 adında qalan 0,01 ha torpaq sahəsinə dair onun adına xx.xx.2017-ci il tarixdə verilmiş RX seriyalı ******* saylı Daşınmaz Əmlakın Dövlət Reyeystrindən çıxarışın etibarsız hesab edilməsi, X31 ilə X24 arasında Zaqatala rayonu 2 saylı notariat kontorunda 14 sentyabr 2017-ci il tarixdə Zaqatala rayonu Göyəm kəndində yerləşən 0,01 ha torpaq sahəsinin 0,01 ha dair bağlanmış, reyestrdə 4Ə-564 № ilə qeyd edilib, informasiya sisteminə daxil edilmiş AN-İ ******* saylı Daşınmaz Əmlakın alqı- satqı müqaviləsinin və həmin müqavilə əsasında X11 adına verilmiş Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın etibarsız hesab edilməsi, X31 ilə X32 arasında Zaqatala rayonu 2 saylı notariat kontorunda 05 oktyabr 2017-ci il tarixdə Zaqatala rayonu Göyəm kəndində yerləşən 0,3545 ha torpaq sahəsinin 0,3545 ha dair bağlanmış, reyestrdə 4Ə-651 № ilə qeyd edilib, informasiya sisteminə daxil edilmiş AN-İ ******* saylı Daşınmaz Əmlakın alqısatqı müqaviləsinin və həmin müqavilə əsasında X15 adına verilmiş Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın etibarsız hesab edilməsi, X31 ilə X24 arasında Zaqatala rayonu 2 saylı notariat kontorunda 09 avqust 2017-ci il tarixdə Zaqatala rayonu Göyəm kəndində yerləşən 0,0662 ha torpaq sahəsinin 0,05 ha dair bağlanmış, reyestrdə 4Ə-398 № ilə qeyd edilib, informasiya sisteminə daxil edilmiş AN-İ ******* saylı Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında X11 adına verilmiş Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın etibarsız hesab edilməsi, X31 ilə X24 arasında Zaqatala rayonu 2 saylı notariat kontorunda 11 aprel 2019-cu il tarixdə Zaqatala rayonu Göyəm kəndində yerləşən 0,3001 ha torpaq sahəsinin 0,3001 ha dair bağlanmış, reyestrdə 4Ə-579 № ilə qeyd edilib, informasiya sisteminə daxil edilmiş AN-İ ******* saylı Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında X11 adına verilmiş Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın etibarsız hesab edilməsi, geriyə dönüş edilərək 03 fevral 2014-cü il tarixdə vəfat etmiş X8 torpaq payları üzərində mülkiyyət hüququnun, Daşınmaz Əmlakın Dövlət reyestrində qeydiyyatın bərpa edilməsi və onun adına həmin torpaq sahələrinə dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi ilə bağlı cavabdehlər olmaqla mən X32 və həyat yoldaşım X29 iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək, hazrıki iddia ərizəsi üzrə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcud olduğundan iş üzrə icraata xitam verilməsi və məhkəmənin lüzumsuz yerə vaxtını aldığına görə iddiaçının cərimə edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişik. İddiaçı Cavabdeh1 məhkəmə baxışının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada dəfələrlə xəbərdar edilməsinə baxmayaraq, o, qəsdən və dəfələrlə üzrsüz məhkəmə baxışı iclasında iştirak etməmişdir. Ona görə də Zaqatala Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(033)-782/2023 nömrəli qərardadı ilə iddiaçı Cavabdeh1 cavabdehlər X32, X29, üçüncü şəxslər Zaqatala rayonu 2 saylı Notariat Ofisi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, daşınmaz əmlakın alqı-satqı müqavilələrinin və daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışların etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsinin baxılmamış saxlamlmasl, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu dövlət büdcəsindən iddiaçı Cavabdeh1 geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan iddiaçı Cavabdeh1 şikayət verməmişdir. Ən nəhayət, yenə Cavabdeh1 iddiaçı qismində cavabdehlər X22, X13, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər 18 saylı Zaqatala Ərazi İdarəsinə və Zaqatala rayonu 2 saylı notariat ofisinə qarşı vərəsəlik hüququ haqqında şəhadətnamələrin, alqı-satqı müqavilələrinin, daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışların etibarsız hesab edilməsi və icrada dönüş edilməsi tələbinə dair iddia ərizəsi ilə Zaqatala Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2014-cü il tarixdə vəfat etmiş X8 X31 ilə faktiki nikah münasibətində olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsi ləğv edildiyindən Zaqatala rayonu, Göyəm kəndində yerləşən ümumi sahəsi 0,1762 ha olan torpaq sahəsinin xx.xx.2017-ci il tarixli RX seriyalı ******* nömrəli Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən 03.02.014-cü il tarixdə vəfat etmiş X12 məxsus hissəsinə X19 adına Zaqatala rayon 2 saylı notariat kontoru tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin (reyestrdə 2V-157 nömrə ilə qeyd edilib, informasiya sisteminə daxil edilmiş, vərəsəlik işi № 97), həmin şəhadətnamə əsasında verilmiş xx.xx.2017-ci il tarixli RX seriyalı ******* nömrəli Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi, Zaqatala rayonu, Göyəm kəndində yerləşən ümumi sahəsi 0,3545 ha olan torpaq sahəsinə dair xx.xx.2017-ci il tarixli RX seriyalı ******* nömrəli Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən xx.xx.2014-cü il tarixdə vəfat etmiş X12 məxsus hissəsinə X19 adına Zaqatala rayon 2 saylı notariat kontoru tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin (reyestrdə 2V- 371 nömrə ilə qeyd edilib, informasiya sisteminə daxil edilmiş, vərəsəlik işi № 97), həmin şəhadətnamə əsasında verilmiş xx.xx.2017-ci il tarixli RX seriyalı ******* nömrəli Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi, Zaqatala rayonu, Göyəm kəndində yerləşən ümumi sahəsi 0,3001 ha olan torpaq sahəsinin xx.xx.2018-ci il tarixli **********18 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən xx.xx.2014-cü il tarixdə vəfat etmiş X12 məxsus 1/3 hissəsinə X19 adına Zaqatala rayon 2 saylı notariat ofisi tərəfinin verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin (reyestrdə 2V-479 nömrə ilə qeyd edilib, informasiya sisteminə daxil edilmiş, vərəsəlik işi № 97/2017), həmin şəhadətnamə əsasında verilmiş xx.xx.2019-cu il tarixli RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi, X31 ilə X24 arasında Zaqatala rayonu 2 saylı notariat kontorunda xx.xx.2017-ci il tarixdə Zaqatala rayonu, Göyəm kəndində yerləşən 0,1762 ha torpaq sahəsinin 0,1 ha dair bağlanmış, reyestrdə 4Ə-309 nömrə ilə qeyd edilib, informasiya sisteminə daxil edilmiş AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında X11 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, həmin müqaviləyə əsasən X19 adında qalan 0,01 ha torpaq sahəsinə dair onun adına xx.xx.2017-ci il tarixdə verilmiş RX seriyalı ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi, X31 ilə X24 arasında Zaqatala rayonu 2 saylı notariat kontorunda 14 sentyabr 2017-ci il tarixdə Zaqatala rayonu, Göyəm kəndində yerləşən 0,01 ha torpaq sahəsinin 0,01 ha hissəsinə dair bağlanmış, reyestrdə 4Ə-564 nömrə ilə qeyd edilib, informasiya sisteminə daxil edilmiş AN-İ ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında X11 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi, X31 ilə X32 arasında Zaqatala rayonu 2 saylı notariat kontorunda xx.xx.2017-ci il tarixdə Zaqatala rayonu, Göyəm kəndində yerləşən 0,3545 ha torpaq sahəsinin 0,3545 ha dair bağlanmış, reyestrdə 4Ə-651 nömrə ilə qeyd edilib, informasiya sisteminə daxil edilmiş AN-İ ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında X18 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi, X31 ilə X24 arasında Zaqatala rayonu 2 saylı notariat kontorunda xx.xx.2017-ci il tarixdə Zaqatala rayonu, Göyəm kəndində yerləşən 0,0662 ha torpaq sahəsinin 0,05 ha dair bağlanmış, reyestrdə 4Ə-398 nömrə ilə qeyd edilib, informasiya sisteminə daxil edilmiş AN-İ ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında X11 adına verilmiş Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi, X31 ilə X24 arasında Zaqatala rayonu 2 saylı notariat kontorunda xx.xx.2019-cu il tarixdə Zaqatala rayonu, Göyəm kəndində yerləşən 0,3001 ha torpaq sahəsinin 0,3001 ha dair bağlanmış, reyestrdə 4Ə-579 nömrə ilə qeyd edilib, informasiya sisteminə daxil edilmiş AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında X11 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi, geriyə dönüş edilərək xx.xx.2014-cü il tarixdə vəfat etmiş X8 torpaq payları üzərində mülkiyyt hüququnun, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın bərpa edilməsi və onun adına həmin torpaq sahələrinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin e-2(033)- 247/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçı Cavabdeh1 cavabdehlər X22, X13, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər 18 saylı Zaqatala Ərazi İdarəsinə və Zaqatala rayonu 2 saylı notariat ofisinə qarşı vərəsəlik hüququ haqqında şəhadətnamələrin, alqı-satqı müqavilələrinin, daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışların etibarsız hesab edilməsi və icrada dönüş edilməsi tələbinə dair iddia ərizəsi üzrə işin icraatına "Zaqatala rayonu, Göyəm kəndində yerləşən ümumi sahəsi 0,1762 ha olan torpaq sahəsinin xx.xx.2017-ci il tarixli RX seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışa əsasən 03 fevral 2014-cü ildə vəfat etmiş X12 məxsus 1/2 hissəsinə X19 adına Zaqatala rayon 2 saylı Notariat kontoru tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin (reyestrdə 2V- 157 nömrə ilə qeyd edilib, informasiya sisteminə daxil edilmiş, vərəsəlik işi № 97), Zaqatala rayonu, Göyəm kəndində yerləşən ümumi sahəsi 0,3545 ha olan torpaq sahəsinə dair xx.xx.2017-ci il tarixli RX seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən 03 fevral 2014-cü ildə vəfat etmiş X12 məxsus 'A hissəsinə X19 adına Zaqatala rayon 2 saylı Notariat kontoru tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin (reyestrdə 2V-371 nömrə ilə qeyd edilib, informasiya sisteminə daxil edilmiş, vərəsəlik işi № 97), Zaqatala rayonu, Göyəm kəndində yerləşən ümumi sahəsi 0,3001 ha olan torpaq sahəsinin xx.xx.2018-ci il tarixli **********18 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən 03 fevral 2014-cü ildə vəfat etmiş X12 məxsus 1/3 hissəsinə X19 adına Zaqatala rayon 2 saylı Notariat Ofisi tərəfinin verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin (reyestrdə 2V- 479 nömrə ilə qeyd edilib, informasiya sisteminə daxil edilmiş, vərəsəlik işi № 97/2017), X31 ilə X24 arasında Zaqatala rayonu 2 saylı notariat kontorunda 25 iyul 2017-ci il tarixdə Zaqatala rayonu Göyəm kəndində yerləşən 0,1762 ha torpaq sahəsinin 0,1 ha dair bağlanmış, reyestrdə 4Ə-309 nömrə ilə qeyd edilib, informasiya sisteminə daxil edilmiş AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında X11 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, həmin müqaviləyə əsasən X19 adında qalan 0,01 ha torpaq sahəsinə dair onun adına xx.xx.2017-ci il tarixdə verilmiş RX seriyalı ******* saylı Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın etibarsız hesab edilməsi, X31 ilə X24 arasında Zaqatala rayonu 2 saylı notariat kontorunda 14 sentyabr 2017-ci il tarixdə Zaqatala rayonu Göyəm kəndində yerləşən 0,01 ha torpaq sahəsinin 0,01 ha dair bağlanmış, reyestrdə 4Ə-564 nömrə ilə qeyd edilib, informasiya sisteminə daxil edilmiş AN-İ ******* saylı Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında X11 adına verilmiş Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın etibarsız hesab edilməsi, X31 ilə X32 arasında Zaqatala rayonu 2 saylı notariat kontorunda 05 oktyabr 2017-ci il tarixdə Zaqatala rayonu Göyəm kəndində yerləşən 0,3545 ha torpaq sahəsinin 0,3545 ha dair bağlanmış, reyestrdə 4Ə-651 nömrə ilə qeyd edilib, informasiya sisteminə daxil edilmiş AN-İ ******* saylı Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında X15 adına verilmiş Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın etibarsız hesab edilməsi, X31 ilə X24 arasında Zaqatala rayonu 2 saylı notariat kontorunda 09 avqust 2017-ci il tarixdə Zaqatala rayonu Göyəm kəndində yerləşən 0,0662 ha torpaq sahəsinin 0,05 ha dair bağlanmış, reyestrdə 4Ə-398 nömrə ilə qeyd edilib, informasiya sisteminə daxil edilmiş AN-İ ******* saylı Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında X11 adına verilmiş Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın etibarsız hesab edilməsi, X31 ilə X24 arasında Zaqatala rayonu 2 saylı notariat kontorunda 11 aprel 2019-cu il tarixdə Zaqatala rayonu Göyəm kəndində yerləşən 0,3001 ha torpaq sahəsinin 0,3001 ha dair bağlanmış, reyestrdə 4Ə-579 nömrə ilə qeyd edilib, informasiya sisteminə daxil edilmiş AN-İ ******* saylı Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında X11 adına verilmiş Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın etibarsız hesab edilməsi" hissəsində xitam verilmişir. Həmin iddia ərizəsinin qalan hissəsinə mahiyyəti üzrə baxılaraq, Zaqatala Rayon Məhkəməsinin e-2(033)-247/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh1 cavabdehlər X22, X13, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər 18 saylı Zaqatala Ərazi İdarəsinə və Zaqatala rayonu 2 saylı notariat ofisinə qarşı daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışların etibarsız hesab edilməsi və icrada dönüş edilməsi tələbinə dair iddia ərizəsinin rədd edilməsi, iddiaçı Cavabdeh1 ödədiyi 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun onun özünə aid edilməsi qət edilmişdir. Yuxarıda şərh edilənlərlə təsdiq edilir ki, hazırkı iddianın predmeti və əsası ilə bağlı mülki mübahisəyə bundan əvvəl məhkəmələrdə dəfələrlə baxılmış və iddia tələbi qanuni və əsaslı olmadığına görə təmin edilməmişdir. Əvvəlki iddia ərizələrindən fərqli olaraq, hazırkı iddia ərizəsində iddiaçı qismində İddiaçı oğlu, cavabdeh qismində isə Cavabdeh1 çıxış edir. Xüsusilə nəzərə alınmalıdır ki, X19 adına Zaqatala rayonu 2 saylı Notariat ofisi tərəfindən verilmiş və reyestrdə 2V-480 № ilə qeyd edilmiş, informasiya sisteminə daxil edilmiş xx.xx.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair hazırkı iş üzrə Cavabdeh1 iddia ərizəsi Zaqatala Rayon Məhkəməsinin 2(033)-257/2020 nömrəli xx.xx.2020-ci il tarixli qətnaməsi ilə təmin edilsə də, həmin qətnamə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1563/2020 nömrəli xx.xx.2020-ci il tarixli qətnaməsi ilə ləğv edilmiş, iddia ərizəsi isə təmin edilməmişdir. Apellyasiya instansiya məhkəməsinin bu qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2078/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Bununla da həmin fakta məhkəmələrdə artıq hüquqi qiymət verilmişdir. Göründüyü kimi, hazırkı mülki iş üzrə Cavabdeh1 bundan əvvəl hazırkı iddianın premetini və əsasını təşkil edən tələblə məhkəməyə müraciət etmişdir. MPM-nin 50.3-cü maddəsinə görə iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Lakin, hazırkı mülki iş üzrə İddiaçı oğlu ilə digər qardaş Cavabdeh1 maraqları tamamilə üst-üstə düşür. Belə vəziyyətdə Cavabdeh1 mülki iş üzrə cavabdeh qismində iştirakı MPM-nin 50.3-cü maddəsinin tələblərinə uyğun deyildir. Nəzərə alınmalıdır ki, MPM-nin 82.3-cü maddəsinin imperativ tələbinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bunuma bağlı "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cı il tarixli Qərarında şərh edilən hüquqi yanaşmada bildirilir ki, MPM-nin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. MPM-nin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Yenə MPM-nin 218.1-ci maddəsində müəyyən edilmişdir ki, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Hazırkı vəziyyətdə İddiaçı oğlunun prosessual hüquqlarından sui-istifadə etməsi açıq-aydın görünür və heç bir şübhə doğurmur. Düşünürəm ki, İddiaçı oğlunun hazırkı iddia ərizəsi ilə yeni məhkəmə mübahisəsi başlatmaqda əsas məqsədi qanuni qüvvəyə minmiş və icra mərhələsində olan məhkəmə qərarlarının icrasına süni maneçilik yaratmaqdan ibarətdir. İiddia tələbinin: "Zaqatala rayonu 2 saylı notariat ofisindən alınmış onun adına açılmış vərəsəlik işinin materiallarında olan etibarnamədən görünür ki, torpaq sahəsini qanunsuz almış X32 vərəsəlik işinin aparılmasında da X10nu etibarnamə əsasında təmsil etmişdir. Mirasın qəbulu haqqında ərizəni də X32 imzalamışdır məzmunlu dəlili iddianın təmin edilməsinə əsas sayıla bilməz. Çünki, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(033)-1048/2018 saylı qətnaməsindən aydın görünür ki, oğlu İddiaçı ölmüş elan edilməsi barədə ərizə ilə məhkəməyə ərizəçi Laçıb Məmmədovun özü müraciət etmiş, məhkəmədə özü şəxsən iştirak edib, ərizənin məzmununa uyğun izahat vermiş və onun dəlillərini müdafiə etdiyini bildirmişdir. Fikrincə, belə vəziyyətdə etibarnamə üzrə ona verilən səlahiyyətlər daxilində mirasın qəbulu haqqında ərizənin onun tərəfindən imzalanması işin mahiyyətinə heç bir təsir etmir. Adıçəkilən qətnamə isə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-2267/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə ləğv edilmişdir. Adıçəkilən qətnamə isə Şəki Apellyasiya Məhkəməsinin Müki Kollegiyasının 2 (107)-2267/2019 saylı 09 iyul 2019-cu il tarixli qətnaməsi ləğv edilmişdir. Ən vacibi isə hazırkı mülki iş üzrə həlledici əhəmiyyət kəsb edən iddiaçı Cavabdeh1 və onun vəkili Bakı şəhəri 6 saylı Vəkil bürosunda vəkil Nümayəndə “Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair” ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna müraciət edərək Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2078/2021 saylı 03 may 2021-ci il tarixli qərarının və ounla bağlı Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1563/2020 saylı 19 oktyabr 2020-ci il tarixli qətanaməsinin tam ləğv edilməsi və mülki işin aidiyyəti üzrə apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qbul edilməsini xahiş etmişlər. Həmin ərizəyə yazılı etiraz göndərmişdir. Ali Məhkəmədə ərizənin təmin edilməməsi barədə qərardad qəbul edilmişdir. İddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsi məhkəməyə məktub ünvanlayaraq mülki işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh Zaqatala rayonu 2 saylı Notariat Ofisinin xüsusi notariusu X7 rəsmi qaydada məmulat verilməsinə baxmayaraq o, gəlməməsinin üzürlü olması barədə məhkəməyə sənəd təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə həmin cavabdehлярin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Yazılı sübutlar Zaqatala rayonu VVAQ Şöbəsi tərəfindən verilmiş 30 iyun 1988-ci il tarixli İX-JQ 340119 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı oğlu 20 avqust 1966-cı ildə doğulumuşdur. X2 və X16r. Azərbaycan Respublikası ƏMDK-ın yanında DƏDRX-in Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Zaqatala rayonunun Göyəm kəndində yerləşən 0,3001 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə 15 avqust 2018-ci il tarixdə X19 və X8 adına ********** qeydiyyat nömrəsi ilə, 16 oktyabr 2018-ci il tarixdə İddiaçı oğlunun adına ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 137 nömrəli kitabının 15 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası ƏMDK-ın yanında DƏDRX-in Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın qeydiyyat nömrəsi ********** saylı 11 aprel 2019cu il tarixli dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Zaqatala rayonunun Göyəm kəndində yerləşən 0,3001 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ üzrə X19 adına daşınmaz əmlakın dövlət reyestrində 137 nömrəli kitabının 15 nömrəli vərəqində qeydiyyata alınmışdır. Zaqatala Rayon Məhkəməsinin 05 sentyabr 2018-ci il tarixli 2(033)-1048/2018 saylı qətnaməsinin surətindən görünür ki, ərizəçi X19 ərizəsi təmin edilərək ərizəçinin övladı 20 avqust 1966-cı il tarixdə doğulmuş İddiaçı oğlunun ölmüş elan edilməsi və hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gün 20 avqust 1966-cı il tarixdə anadan olmuş İddiaçı oğlunun ölüm günü sayılması qət edilmişdir. Zaqatala rayonu Qeydiyyat Şöbəsi tərəfindən 15 oktyabr 2018-ci il tarixdə verilmiş AZ-İ 967851 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı oğlu 05 oktyabr 2018-ci ildə ölmüşdür. Zaqatala RİHB-ın Göyəm kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 15 oktyabr 2018-ci il tarixli 706 saylı arayışından görünür ki, X19 oğlu İddiaçı oğluna məxsus kənd təsərrüfatı təyinatlı torpaqdan X10 istifadə edir. Zaqatala rayon 2 saylı Notariat X4 nümayəndəsi X32 tərəfindən verilmiş 31 mart 2019-cu il tarixli V-97(2017) saylı ərizədən görünür ki, 03 fevral 2014-cü il tarixdə vəfat etmiş X8 X17 başqa vərəsəsi yoxdur. Miras əmlak Zaqatala rayonunun Göyəm kəndində yerləşən torpaq sahəsindən ibarətdir. Göstərilən əmlak qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Ərizə Notariat Ofisi tərəfindən 31 mart 2019-cu il tarixdə 652 nömrə ilə qeydə alınmış, sistemdə Bİ-3805 nömrə ilə qeyd edilərək 03 aprel 2019-cu il tarixdə informasiya sisteminə daxil edilmişdir. Zaqatala rayon 2 saylı Notariat X4 nümayndəsi X32 tərəfindən verilmiş 31 mart 2019-cu il tarixli V-255(2019) saylı ərizədən görünür ki, 05 oktyabr 2018-ci il tarixdə vəfat etmiş İddiaçı oğlunun X17 başqa vərəsəsi yoxdur. Miras əmlak Zaqatala rayonunun Göyəm kəndində yerləşən torpaq sahəsindən ibarətdir. Göstərilən əmlak qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Ərizə Notariat Ofisi tərəfindən 31 mart 2019-cu il tarixdə 653 nömrə ilə qeydə alınmış, sistemdə Bİ-3806 nömrə ilə qeyd edilərək 03 aprel 2019-cu il tarixdə informasiya sisteminə daxil edilmişdir. Zaqatala RİHB-ın Göyəm kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 08 aprel 2019-cu il tarixli 302 saylı arayışından görünür ki, İddiaçı oğlunun 2018-ci ildə ölümü haqqında məlumat verilmişdir. Mərhumun vəfatından sonra onun varisi X10 qalmışdır. Reyestrdə 2V-480 nömrə ilə qeyd edilmiş 08 aprel 2019-cu il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 05 oktyabr 2018-ci ildə ölmüş İddiaçı oğlunun vərəsəsi X10dur və miras əmlakdan 1/1 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK yanında DƏDRX-in Zaqatala Ərazi İdarəsi tərəfindən 16 oktyabr 2018-ci il tarixdə İddiaçı oğluna verilmiş **********18 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Zaqatala rayonu Göyəm kəndində yerləşən ümumi sahəsi 0,3001 ha torpaq sahəsinin 1/3 hissəsindən ibarətdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 iyul 2019-cu il tarixli 2(107)- 2267/2019 saylı qətnaməsindən görünür ki, Cavabdeh1 apellyasiya şikayəti təmin olunaraq Zaqatala rayon məhkəməsinin 05 sentyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi və ərizəçi X19 20 avqust 1966-cı il tarixdə doğulmuş oğlu İddiaçı oğlunun ölmüş elan edilməsinə dair ərizəsinin əsassız olunaraq təmin olunmaması qət edilmişdir. Zaqatala Rayon Məhkəməsinin 01 iyun 2020-ci il tаrixli 2(033)-257/2020 nömrəli qətnaməsindən görünür ki, iddia təmin edilərək, Zaqatala rayon 2 saylı Notariat Ofisi tərəfindən tərtib və təsdiq olunmuş tərəflər arasında 18 iyul 2017-ci il tarixli 2V-157 nömrə ilə reyestrdə qeydiyyata alınmış, 01 oktyabr 2017-ci il tarixli 2V-371 nömrə ilə reyestrdə qeydə alınmış, 08 aprel 2019-cu il tarixli 2V-479 nömrə ilə reyestrdə qeydiyyata alınmış və 08 aprel 2019-cu il tarixli 2V-480 nömrə ilə reyestrdə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr və həmin şəhadətnamələr əsasında notariat ofisində bağlanmış 4Ə-309 saylı xx.xx.2017-ci il tarixli, 4Ə-564 saylı xx.xx.2017-ci il tarixli, 4Ə-398 saylı xx.xx.2017-ci il tarixli, 4Ə-579 saylı xx.xx.2019-cu il tarixli və 4Ə- 651 saylı xx.xx.2017-ci il tarixli alqı-satqı müqavilələri etibarsız hesab edilməsi, həmin müqavilələr əsasında daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəli xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli X24 və X18 adına aparılmış qeydiyyatların ləğv edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(107)- 1563/2020 nömrəli qətnaməsinə əsasən üçüncü şəxslər X24 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilərək, Zaqatala Rayon Məhkəməsinin 01 iyun 2020-ci il tаrixli 2(033)-257/2020 nömrəli qətnаməsi ləğv edilməsi, yeni qətnamə qəbul edilməsi, iddiaçı Cavabdeh1 cavabdeh Zaqatala rayon 2 saylı Notariat Ofisi, üçüncü şəxslər X24 və X22 qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və həmin şəhadətnamələr əsasında verilmiş alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqavilələrin əsasında verilmiş Çıxarışların ləğv edilməsi” tələbinə dair iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)-2078/2021 nömrəli qərarına əsasən iddiaçı Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməsi, Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-1563/2020 nömrəli iş üzrə 19 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qərara alınmışdır. 29 avqust 2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, Nümayəndə tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Aliə Məcəlləsinin 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər . 194.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.1-ci bəndinə əsasən ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyində dövlət qeydiyyatına alınır. 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. 8.7-ci bəndinə əsasən məhkəmə qaydasında ölmüş elan edilən şəxslərin ölümünün, ölüm haqqında məlumatın verilməli olduğu müddət keçdikdən sonra ölümün qeydiyyatı Qeydiyyat şöbəsində, konsulluq idarəsində və icra hakimiyyətinin nümayəndəliyində ümumi qaydalarla ilk qeydiyyat kimi həyata keçirilir, lakin sıra nömrəsindən sonra “Vaxtı keçmiş qeydiyyat” sözləri əlavə edilir. Məhkəmə qaydasında ölmüş elan edilən şəxslərin ölümü qeyd edilərkən ölüm haqqında akt qeydlərində ölümün vaxtı məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi tarixlə göstərilir. Əgər ölüm faktı məhkəmə qətnaməsində müəyyən tarixlə göstərilibsə, ölüm haqqında akt qeydində ölümün tarixi məhkəmə qətnaməsində yazılmış tarixlə göstərilir. 1.4-cü bəndinə əsasən qeydiyyat şöbəsi və konsulluq idarəsi fəaliyyət istiqamətinə uyğun olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi (bundan sonra – Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemi) vasitəsilə doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 25.2-ci maddəsinə əsasən fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır. 42.2-ci maddəsinə əsasən nə vaxt gəlməsindən asılı olmayaraq, şəxs onun ölmüş elan edilməsindən sonra əvəzsiz olaraq başqa şəxsə verilmiş əmlakın qalan hissəsinin qaytarılmasını tələb edə bilər. 42.3-cц maddəsinə əsasən ölmüş elan edilmiş şəxsin əmlakını əvəzli əldə etmiş şəxs bu əmlakı ona qaytarmağa o halda borcludur ki, əmlakı əldə edərkən onun ölmüş elan edilmiş şəxsin sağ olduğunu bildiyi sübuta yetirilsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, müəyyənləşdirilmiş hallar ondan ibarətdir ki, Zaqatala Rayon Məhkəməsinin 05 sentyabr 2018-ci il tarixli 2(033)-1048/2018 saylı qətnaməsi ilə İddiaçı oğlu ölmüş elan edilmiş və onun 05 oktyabr 2018-ci ildə ölməsi barədə Zaqatala rayonu qeydiyyat şöbəsi tərəfindən 15 oktyabr 2018-ci il tarixdə qeydiyyat aparılaraq, AZ-İ 967851 nömrəli ölüm haqqında şəhadətnamə verilmişdir. Reyestrdə 2V-480 nömrə ilə qeyd edilmiş 08 aprel 2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə 05 oktyabr 2018ci ildə ölmüş İddiaçı oğlundan miras qalmış Zaqatala rayonu Göyəm kəndində yerləşən ümumi sahəsi 0,3001 ha torpaq sahəsinin 1/3 hissəsindən ibarət mirasa X19 tam hissədə pay hüququ tanınmışdır. Zaqatala rayonu 2 saylı notariat kontorunda bağlanmış xx.xx.2019-cu il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X5 rayonu, Göyəm kəndində yerləşən 0,3001 ha torpaq sahəsini X3, 27 aprel 2019-cu il tarixdə ölmüşdür. Onun ölümündən sonra, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 iyul 2019-cu il tarixli 2(107)-2267/2019 saylı qətnaməsi ilə Zaqatala Rayon Məhkəməsinin 05 sentyabr 2018-ci il tarixli 2(033)-1048/2018 saylı qətnaməsi ləğv edilmiş ərizəçi X19 20 avqust 1966-cı il tarixdə doğulmuş oğlu İddiaçı oğlunun ölmüş elan edilməsinə dair ərizəsi təmin edilməmişdir. İş üzrə sübutlarla İddiaçı oğlunun sağ olmasının, sağlığında o cümlədən müvafiq ərizə ilə məhkəməyə müraciət edərkən və ondan qalan mirası qəbul edərkən X26, eləcə də həmin əmlakı əvəzli olaraq əldə edərkən X13 bəlli olması halları sübut edilməmişdir. İşin müəyyənləşdirilmiş hallarından həmçinin görünür ki, mübahisəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə məhkəmə qərarının icrası qaydasında verilsə də, iddiaçı cavabdehdən ləğv edilmiş məhkəmə qətnaməsi əsasında verilmiş sənədin əmlakının qaytarılması qaydasında ləğvini deyil, onun etibarsızlığını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14-cü fəslində isə əqdin bağlanmasına əsas olmuş sənədin ləğv edilməsi, onun etibarsız sayılması üçün əsas olaraq nəzərdə tutulmur. Məhkəmə iddia tələbi üzrə belə nəticəyə gəlir ki, məhkəmə qərarının icrası qaydasında verilmiş mübahisəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14-cü fəslin nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən, eləcə də iddiaçının əvəzsiz olaraq atasına verilmiş əmlakının hər hansı hissəsi sonuncuda qalmadığından, iddiaçıya məxsus əmlakın əvəzli əldə etmiş şəxsin isə bu əmlakı əldə edərkən iddiaçının sağ olduğunu bildiyi halı sübut edilmədiyindən iddia tələbi rədd edilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, mübahisənin bu qaydada həll edilməsi, onun əmlakını əvəzli olaraq başqa şəxsə özgəninkiləşdirmiş atasının varisindən əmlakından məhrum olması ilə bağlı uğradığı zərərin əvəzinin ödənilməsini tələb etmək hüququnu istisna etmir. İddia tələbi təmin edilmədiyindən iddiaçının nümayəndəsi tərəfindən dövlət rüsumu olaraq dövlətə ödənilmiş 100 (bir yüz) manat onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-217, 219-220, 227 və 233-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı oğlunun cavabdehlər Zaqatala rayonu 2 saylı Notariat Ofisinin xüsusi notariusu X9, Cavabdeh1 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı Zaqatala rayonu Göyəm kəndində yerləşən, kənd təsərrüfatı təyinatlı 0,3001 ha torpaq sahəsindən paylı mülkiyyət kimi ona məxsus olan 1/3 hissəsinə dair X19 adına Zaqatala rayonu 2 saylı Notariat Ofisi tərəfindən verilmiş və reyestrdə 2V-480 № ilə qeyd edilib, informasiya sisteminə daxil edilmiş 08 aprel 2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və onun əsasında X19 adına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş Çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi rədd edilsin İddiaçının nümayəndəsi Nümayəndə dövlət rüsumu olaraq ödədiyi 100 (bir yüz) manat onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar