Məhkəmə qərarları › İş №e-2(034)-13/2023

Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(034)-13/2023

22.11.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № e-2(034)-13/2023 22.11.2023 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Mahmudov Ağa Alqulu oğlunun katibliyi, İddiaçı X2 direktoru X3, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə, İddiaçı X2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «maddi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı X7 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «maddi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 vurulmuş zərər əvəzi olaraq 68.530 manat və 296 manat dövlət rüsumu olmaqla, ümumilikdə 68.826 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nizami RPİ-nin DYPŞdən daxil olmuş 13 iyun 2022-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Cavabdeh2 15 may 2022-ci il tarixdə saat 21:30 radələrində müvafiq hüququ olmadan idarə etdiyi Cavabdeh1 məxsus **-OG-*** dövlət qeydiyyat nişanlı "Hyundai Elantra" markalı avtomobillə Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi ilə hərəkət edib həmin küçənin R.Teymurov küçəsi ilə kəsişməsində "yol ver" nişanının tələbini pozub yolayrıcına daxil olaraq R.Teymurov küçəsindən həmin yolayrıcına daxil olan "xxxx" MMC-yə məxsus olmaqla X5 etibarnamə əsasında idarə etdiyi **-AZ-*** dövlət qeydiyyat nişanlı "Mercedes Benz G63 minik" markalı avtomobillə toqquşmuş, yol hərəkəti qaydalarını pozması nəticəsində zərərçəkmiş hüquqi şəxsə maddi zərər vurmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(007)-1413\2022 saylı qərarı ilə Məmmədli X10 Respublikası İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 400 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. "Daimler-AG"-nin Azərbaycanda rəsmi dileri "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli "İcra edilmiş xidmətlərə dair AKT" və "İlkin Təmir Sifarişi" sənədlərə görə iddiaçı "xxxx" MMC-yə vurulmuş zərər ümumilikdə 68.530 manat təşkil etmişdir. **-OG-*** dövlət qeydiyyat nişanlı "Hyundai Elantra" markalı avtomobilin mülkiyyətçisi Cavabdeh1 AR İXM-nin 335.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Yəni, nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarəetmə hüququ olmayan şəxsə verilməsinə görə Cavabdeh1 inzibati məsuliyyətə cəlb edilmişdir. Maddi hüquq normalarına görə nəqliyyat vasitəsinin sahibi Cavabdeh1 ona məxsus 99-OG549 dövlət qeydiyyat nişanlı "Hyundai Elantra" markalı avtomobilin "xxxx" MMC-yə məxsus **-AZ-*** dövlət qeydiyyat nişanlı "Mercedes Benz G63 minik" markalı avtomobillə toqquşması nəticəsində əmələ gələn zərərin əvəzini ödəməyə borcludur. Cavabdehlərdən tələb olunan zərərin məbləği 68.530 manat olduğundan iddiaçı 296 manat dövlət rüsumu ödəmişdir. Buna görə cavabdehlərdən ödənilmiş 296 manat məbləğində dövlət rüsumu da alınaraq iddiaçı təşkilata ödənilməlidir. Sonda məhkəmədən iddianın təmin olunması xahiş olunur. Cavabdeh2 iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, iş üzrə İddiaçı MMC cavabdehlər X11 və Cavabdeh1 qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı hüquqi şəxs iddiasını onunla əsaslandırmışdır ki, “baş vermis yol nəqliyyat hadisəsi nəticəsində mülkiyyətlərində olan nəqliyyat vasitəsinə maddi ziyan dəymiş, güya həmin ziyanın məbləği 68.530 manat təşkil etmiş və həmin məbləğ 296 manat ödənilmiş dövlət rüsumu ilə birlikdə cavabdehlərdən alınaraq İddiaçı MMC-yə ödənilməlidir. İddia ərizəsinin məzmunu ilə razılaşmır və AR MPM-nın 154.1-ci maddəsini rəhbər tutaraq ona dair öz etirazını bildirir. İddia tərəflərindən qəbul edilmir. İddiaçının tələb üzrə bu həcmdə mövqeyi əsassızdır və rədd olunmalıdır. İddia ərizəsində göstərilənlər işin faktiki hallarını əks etdirmir və məhkəməyə qeyri doğru məlumatlar, şişirdilmiş ziyan göstəriciləri verməklə sübutların təhrifinə yol verilmişdir. “N.Babayevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarının məzmununa əsasən Konstitusiya Məhkəməsi Plenumunun bu məsələ ilə bağlı hüquqi mövqeyi ondan ibarətdir ki, konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Konstitusiyanın Preambulasında öz əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı, ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli Qərarı).” Mövcud mübahisəli işdə də iddiaçının ziddiyyətli mövqeyi aşkar ortadadır və diqqət olunası hallar mövcuddur. İddiaçının riayət etməli olduğu mülki hüquq münasibətlərinin əsas prinsipləri gözlənilməmiş və təhrif olunmuş dəlliləri irəli sürməklə məhkəməyə yanlış sübutlar təqdim edilməsinə cəhd olunmuşdur. Belə ki, tərəflər arasında baş vermis yol nəqliyyat hadisəsinin hüquq nəticəsi olaraq Bakı şəhəri Nizami Rayon Məhkəməsində baxılmış inzibati xəta üzrə protokola dair 3(007)-1413/2022 saylı xx.xx.2022-ci il tarixli qərarın məzmunundan görünür ki, “Bakı şəhəri Nizami rayonu RPİ-nin DYPŞ-dən daxil olmuş 13 iyun 2022-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Cavabdeh2 15 may 2022-ci il tarixdə saat 21:30 radələrində müvafiq hüququ olmadan idarə etdiyi **-OG-*** dövlət qeydiyyat nişanlı “Hyunday Elantra” markalı avtomobillə Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi ilə hərəkət edib həmin küçənin R.Teymurov küçəsi ilə kəsişməsində yol ver nişanının tələbini pozub yol ayrıcına daxil olaraq R.Teymurov küçəsindən həmin yol ayrıcına daxil olan, İddiaçı MMC-yə məxsus olmaqla X6 etibarnamə əsasında idarə etdiyi **-AZ-*** dövlət qeydiyyat nişanlı “Mersedes Benz G63 minik” minik avtomobillə toqquşmuş, yol hərəkəti qaydalarına pozması nəticəsində zərərçəkmiş hüquqi şəxsə maddi zərər vurulmuşdur.” Bu qeyd olunanlar işin mübahisə edilməyən halı kimi müəyyən olunmuşdur. Həmçinin həmin Qərarın məzmununda qeyd olunur ki, işdə olan İddiaçı MMC-nin 31 may 2022-ci il tarixli 54 nömrəli məktubundan görünür ki, 15 may 2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi ilə R.Teymurov küçəsində Cavabdeh2 idarə etdiyi **-OG-*** dövlət qeydiyyat nişanlı “Hyunday Elantra” markalı avtomobilin İddiaçı MMC-nin mülkiyyətində olan 10- AZ829 dövlət qeydiyyat nişanlı “Mersedes Benz G63 minik” minik avtomobillə toqquşması nəticəsində İddiaçı MMC-yə 17.000 manat məbləğində dəymiş maddi ziyan vurulmuşdur. İşdə olan cinayət işinin rədd edilməsi haqqında 01 iyun 2022-ci il tarixli qərardan görünür ki, HK1-295 saylı araşdırma materialı üzrə baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar sürücü Cavabdeh2 əməlində cinayət tərkibi olmadığından onun barəsində Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət işi başlaması rədd edilmiş, Cavabdeh2 Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi üçün material Nizami RPİ-nin DYPŞ-nin vasitəsi ilə Nizami Rayon Məhkəməsinə göndərilmiş, Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 335.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi üçün qərarın surəti Nizami RPİ-nin DYPŞ-nə göndərilmiş, İddiaçı MMC-yə dəymiş ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir.” Tərəflərindən aparılmış ilkin araşdırmalar nəticəsində isə müəyyən edilmişdir ki, hadisəni faktiki fiksasiya edilməsi, xəsarətin həddlərinin müəyyən olunması mərhələsində ilkin və real qiymətləndirmə aparılaraq toqquşma nəticəsində **- AZ-*** dövlət qeydiyyat nişanlı “Mersedes Benz G63 minik” minik avtomobilinin arxa sağ qanad və təkər hissəsinə nüfuz olunmuş və Nizami Rayon Polis İdarəsinin 02.06.202-ci il tarixli 087-295 saylı məktubu ilə "xxxx" Şirkətinin Sığorta hadisələri Departamentinə təqdim olunan sənədlərdə vurulmuş ziyanın həddi 6460 manat müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1 maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Hazırkı işdə isə qarşı tərəf vicdansız davranmaqla olmayan zərər və öhdəlik barədə iddia verməkdədir. İşin faktiki halları isə ondan ibarət olmuşdur ki, Cavabdeh2 15 may 2022-ci il tarixdə saat təxminən 21 radələrində dostu Cavabdeh1 ilə Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində olduqları vaxt Sənan günorta saatlarında iki bakal pivə içdiyini bildirərək ondan avtomobili idarə etməsini istəmiş, Samir isə etiraz etməyərək Sənana məxsus “Hyunday Elantra” markalı **-OG-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmişdir. X20 metrostansiyasının yaxınlığında tanış adamla görüşəcəyindən həmin istiqamətə getmişlər. İdarə etdiyi həmin avtomobillə Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi ilə R.Teymurov küçəsi istiqamətində təxminən 40-50 km/saat surətlə hərəkət etdiyi vaxt Ş.Mirzəyev küçəsində yol ver nişanını görmədiyi üçün yol ayrıcına daxil olmuş, soldan avtomobil gəlmədiyini görərək hərəkətini davam etdirmək istəmiş, bu zaman R.Teymurov küçəsi ilə Ş.Mirzəyev küçəsi istiqamətində hərəkətdə olan “Mersedes Benz G63 minik” markalı **-AZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ hissəsindən toqquşmuşdur. Müvafiq sənədləşmə, rəsmiləşdirmə, araşdırmalardan sonra tərəflər birlikdə nəqliyyat vasitəsini ustaya aparmış, birgə baxış keçririlmiş (həmin hal video çəklişlə qeydə alınmışdır), vurulan zərərin həddi müəyyən olunmuşdur. Zərərin həddi sığorta şirkəti tərəfindən hesablanaraq ödəniş təqdim olunmuş, lakin iddiaçı bu pulu götürməmişdir. Özünün məhkəməyə təqdim etdiyi məktubla zərərin 17.000 olmasını bildirmişdir. Lakin sonradan əsassız olaraq məbləğin 68.530 manat olmasını iddia edərək məhkəməyə müraciət etmişdir. “Mersedes Benz G63 minik” markalı avtomobilə dəymiş ziyan həddindən artıq şişirdilməklə yanaşı ziyanın məbləği müxtəlif məbləğlərdə bildirilmişdir, ona görə məbləğ dəqiq müəyyən edilməlidir. AR MPM-nin 76-cı maddəsinin məzmununda qeyd olunur ki, işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. İddiaçı tərəf çəkilmiş xərclərə dair də heç bir sübut təqdim etməmişdir. Yazılanlar hamısı sözdür, mötəbər təsdiqi yoxdur. Hansısa əlavə qiymət aktının təqdim edilməsi heç də nəqliyyat vasitəsinə qoyulmalı olan zərər üzrə real xərci müəyyən edə bilməz. İddiaçı bu zərərin hansı hissələrə dəymiş xəsarətdən yarandığını göstərə bilmir və necə yarandığına dair sübut təqdim edə bilmir. AR MPM-nin 14, 77.1-ci maddələrinin məzmununda qeyd olunur ki, məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 8-ci maddəsinin məzmununa əsasən, mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Məhkəmə irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən, hüquqi şəxsin olduğu yerdən, tabeçiliyindən, mülkiyyət formasından və qanunda nəzərdə tutulmayan başqa fərqlərdən asılı olmayaraq işdə iştirak edən bütün şəxslərə eyni cür yanaşır. Mülki Məcəllənin 16, 17 və 18-ci maddələrində qeyd olunur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Bütün dövlət hakimiyyəti orqanları, yerli özünüidarə orqanları, siyasi partiyalar, ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları, fiziki və hüquqi şəxslər mülki hüquqlara hörmət bəsləməyə və onların müdafiəsinə kömək göstərməyə borcludurlar. Mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Həmin Məcəllənin 50-ci maddəsinin məzmununda qeyd olunur ki, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan suiistifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Hazırda iddiaçı məhəməyə müraciət edə bilmək hüququndan sui istifadə edərək əsassız tələb irəli sürmüşdür.İddia bu məzmunda tamamilə əsassızdır və təmin oluna bilməz. Ona görə də, hazırkı iddia sübut edilən əsaslara malik deyildir və rədd olunmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, avtomobil 2013-cü ildə alınmışdır. Nəqliyyat vasitəsi xüsusi nəqliyyat vasitəsidir, sıravi nəqliyyat vasitəsi deyildir. Qiyməti 250.000-300.000 manat olan nəqliyyat vasitəsidir. Təbii avtomobilin ehtiyyat hissəsi də, çox az və bahadır. Ona görə də onlar onun qiymətləndirilməsi və baxışın keçirilməsi xüsusi bu sahəylə məşğul olan “Mercedes”-nin özünün hüquqi şəxsinə müraciət etmişlər. Həmin hüquqi şəxs tərəfindən bu rəy verilmişdir. Bundan əlavə baxışın keçirilməsi adi gözlə keçirilmir. “Mersedes Benz”-in həmin müəssəsində xüsusi avadanlığı ilə avtomobilin altına baxış keçirmiş, altında olan bəzi hissələri çıxardıqdan sonra zədələrin müəyyən olunmasını nəzərə almış, onların smetasını təqdim etmiş, avtomobili təmir edib əvvəlki vəziyyətdə verilməsi üçün bu qədər pul lazım olmasını bildirmiş, yəni, 63.000 manata yaxın zərər çıxarmışlar. Onlar müraciət etməmişlər ki, onlara rəy ver və bu şişirdilmiş olsun. Düzəldilib verilməsi ilə bağlı müraciət etmiş, onlar da 69.000 manata düzəlidib verərlər demişlər. O ki, qaldı sığorta təşkilatı tərəfindən verilməsinə, sığorta təşkilatı oraya gəlir və mütəxəssisi göndərir, mütəxəss xüsusi biliyə malik olan şəxs deyildir. Qərarda cinayət məsuliyyətnin olması göstərilmişdir. Cinayət məsuliyyətini biləbilə rəylərini hazırlayıb verirlər və onlar nəqliyyat vasitəsini bu günə qədər də təmir etmirlər. Əvvəla təmir etməyə vəsatətləri yoxdur. İkincidə baxış keçirmək istəyən gəlib baxış keçirsin. Ekspertin özünün-özünə məxsus hallarıdır. Əmtəəşünaslıq hesab edir ki, bunu zədələrlə hesablayır və müəyyən edir. Hesabladıqdan sonrada “Mersedes Benz” tərəfindən onlara hesabladığı rəqəmdən 2/3 hissəsini saxlayır. Onun hər bir şeyini nəzərə alır. Onlar hesab edirlər ki, rəy obyektiv və ədalətlidir. O ki, qaldı sığorta təşkilatının verdiyi 6000 manat avtomobilin buferinin qiyməti deyildir. Bilirlər ki, sığorta təşkilatı daim azaldır, çoxaltmır, onun tərəfi olduğuna görə marağı var. 17000 razı olmuşlar, onun qiymətini bilməmişlər. Amma onlar təmirə verəndə 69.000 manat olmasını bilmişlər. Onlar nəqliyyat vasitəsindən istifadə edə bilmirlər, bu da onlara ziyandır. Zərər müəyyən olunmuş, gəlib al bu 30.000 manatı deməmişlər. Sığorta gəlib baxış keçirir, sığorta özü qiyməti aşağı yazır. Zərər aktını vermiş, aktda 30% azaltmışlar. 2013-cü ilin Qalinvagenidir. Zərər dəyməsəydi avtomobilin 150.000-160.000 qiyməti vardı. Avtomobil hal-hazırda onlardadır. Onlar deyirlər ki, gəlib baxmırlar, qüsur aktlarına uyğun olaraq, onlar qiymət verirlər. Onlarda da qüsur aktları var. İcbari sığortanın məbləği 5.000 manatdır. Sığorta sənədlərinin təqdim olunması üçün onların qüsur aktı göstərilmişdir. Onlar maksimum 5000 verirlər. 17.000 yazılmasına səbəb ondan ibarətdir ki, onlar sığortanı qəbul etmədikləri üçün maksimum 5.000 qoyulmuşdur. 17.000 manat kifayət edərdi, icbari sığorta olduğuna görə məcburlar ki, sübutlar toplansınlar. Sığorta 5.000 ödəyəcək deyə onlar onu sığortadan tələb etməmişlər. Onların sığortadan pul tələbləri yoxdur. Onun ərizəsi ilə həmin avtomobilə üzdən baxanda ona dəymiş ziyan 17.000- 2000 görünür. "xxxx" MMC-yə aparmışlar ki, o zərbələrdən maşının altına hər hansı təsir dəymişdir. Məlum olmuşdur ki, maşında əyrilik var, əzilmişdir. Zərbələrdən əyilmələr var. Nəqliyyat vasitəsi ələ gələn deyildir. «Avtoqafqaz” MMC-dən başqa heç kim o rəyi verə bilmir. Mercedesin rəsmi dilleri həmin müəssisədədir. Tərəfin 17.000 etiraf etməsi o demək deyil ki, 17.000 manatdır, 5.000 ödəməyə hazırdır, onunla onların işləri düzəlmir. Zərər vurubsa gəlib ödəmələrini istəyirlər.Nəqliyyat mövcuddur, mostu xarab olduğuna görə işləmir. Nəqliyyat vasitəsi daim orda təmir olunmuşdur. Tərəflə bir gün qabaq əlaqə saxlamış və bildirmişdir ki, Samir özü avadanlıq tapacaq onun baxdığı yerdə yoxdur. Most dedikləri avadanlıq onun xəsarətinin müəyyən olunması üçün həmin avadanlıq Autokaukasdadır. Tərəfin təqdim etdiyi servisin harda olması avadanlığın orda olması demək deyildir. Volvo mərkəzində Autokaukasdan əvvəl olmuşlar. Autokaukasda bildirdmişlər ki, işlər çoxdur və dedikləri avadanlığın qiyməti 700.000 manatdır. Onların o avadanlığı gətirməyə o pulları yoxdur. Yalnız dedikləri avadanlıq Autokaukasdadıdır, ora gedin demişlər. Ondan sonra Autokaukasa müraciət etmişlər, bir neçə gün gözləmiş və onlar rəy vermişlər. Onlar düşünmüşlər ki, Autokaukasdan başqa Azərbaycanda onun müəyyənedici elə bir qurum, müəssisə yoxdur. Ümumiyyətlə "xxxx" şirkətinin mütəxəssis kimi seçilməsi onlara hələ də müəamalıdır. «Lex Fori” şirkətinə dair onlarda hər-hansı bir məlumat yoxdur. Eyni zamanda onlar düşünmüşlər ki, qiymətləndirmə rəyində bu hallar göstərilər ki, neçə il bu sahədə işləmişlər, buna dair hər-hansı bir qeyd yoxdur Mercedesin Azərbaycan Respublikasında bir distribitoru var. O distribitorda özünün əsasən xərc aparan arxa körpü deyirlər ki, onun zədələnməsidir və Mercedesin avadanlığı ilə müəyyən olunmuşdur ki, əyrilik var. Bununda dəyəri 34000 manatdır. Bu mütəxəssisdə gəlib yerində baxanda gözlə görünür ki, əyrilik var. Bunu müəyyən etmək üçün ekspertin avadanlığı yoxdur və nəyə görə məhkəmə bu gün o ekspertin rəyinə istinad edir. Əgər mütəxəssis xüsusi biliyə malikdirsə niyə rus dilində qeyd etmişdir ki, arxa “krılo” əzilibsə deməli arxa “mosta” pis gündədir. Onların məqsədləri odur ki, nəqliyyat vasitəsi təmir olsun. Ustaya verməyə 1100 manat pul lazım olmuş, onun 300 manatını onlar verirmişlər. Həmin materiallar hamısı elektron yüklənmiş, bu sahədə problem yoxdur, amma lisenziya yoxdur. Onlar hesab edirlər ki, bu şübhəli hallar məhkəmə tərəfindən qeydiyyata alınmalıdır. Sonda iddiaçının nümayəndəsi (vəkili) məhkəmədən iddia ərizəsinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən “Zəngəzur–R” Məhdud Məsuliyyəti Cəmiyyətinin direktoru X8 bildirmişdir ki, bu hadisə baş verəndə o Türkiyədə olmuşdur. Ona hadisə ilə bağlı zəng etmişlər, təki salamtçılıq olsun maşındır gedin düzəltdirin demişdir. Qarşı tərəflə dörd dəfə görüşmüş, hamısı boşuna getmişdir. Maşın orda belə qalsada əl vuran deyildir. Qarşı tərəf onların yanında inamını itirmişdir. «Lex Fori” şirkəti tərəfindən aparılmış qiymətləndirilmə ilə razıdır. Ekspertizada gözlə baxılıb qiymət verilmiş, onlar təcrübəli ustalardır.Ustalar baxan kimi avtomobilin arxa körpüsünün əyri olmasını bildirmişlər. Avtomobilə onların iştirakları ilə baxılmış və qiymətləndirilmişdir. Onlar avadanlıqların işlənmiş olması ilə razılaşmışlar. Maşın işə düşməmiş, usta baxıb bildirmişdir ki, motorun beynini yandırmışlar. İşləmiş materialların qiyməti orda müzakirə olunmuşdur. 11335 manata o zaman razı olardır ki, tərəf həmin məbləği vaxtında ödəniş etsin. Sonda məhkəmədən məhkəmə iclasının yekunlaşdırılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil2 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, tərəfin özü ona vurulan ziyanı 17.000 manat müəyyən etmiş, sığortada isə 6.000 manat müəyyən edilmişdir. Birdən birə hansısa bahalı Mercedes center maşının bütün siyahısı üzrə qüsur aktı çıxarmış və 63.000 müəyyən etmişdir. 49-63000 manat, maşının yarısı yoxdur, xarici hissələr dəyişilməlidir. Sığorta müəyyən etmiş, yol polisi də forma 4 təqdim etmiş, iş materiallarında var. Yubatma məsələsi bəhanədir. Hadisə baş verəndə sığorta şirkəti yol polisinin təqdim etdiyi qüsurları, forma 4-də qeyd olunan qüsurları götürür, yenidən baxış keçirir müəyyən edir ki, bu maşına dəyən ziyan 6.800 manatdır. Hadisənin gedişatı dövründə tərəf özü məktub yazıb yol polisinə vermiş, vurulmuş ziyanın məbləğini onlar hesablamış və 17000 manat müəyyən edilmişdir. Üstündən bir müddət keçir Ağalar müəllim hüququ yardım göstərən vəkil kimi arayış alır ki, 68000 manatdır. Hadisə baş verən zaman ustanın yanında sığorta 6800 manat müəyyən etmişdir. Hadisə may ayında baş vermiş, tərəf özü dərhal mütəxəssisin yanına aparmış, onlar aparmamışlar. Yol polisinin forma 4 arayışı var, sığortanın rəyi var, məbləğ 5000-7000 arası müəyyən olunmuşdur. Üstündən bir ay keçəndən sonra iyun ayında tərəf maşınıAutostar Kaukasa aparmış və rəydə 47.000 manat müəyyən edilmişdir. Hadisənin isti-isti görüntüləri var. Tətəflə barışığa getmişlər, amma imkan yaranmamışdır. İşdə tərəflərin təqdim etdikləri rəy var. Məhkəmə hər iki tərəfə mütəxəssis gətirmələrini təklif etmiş, lakin hər iki tərəf mütəxəssis təqdim edə bilmədikdəri üçün məhkəmə öz təşəbbüsü ilə işi ekspertizaya göndərmişdir. Ekspertizanın keçirilməsində onlar iştirak etmiş, mütəxəssis gəlib avtomobilə baxmış, müqavilə bağladıqları usta cəlb etmiş və onlar baxıb rəy vermişlər. Avtomobilə baxışda iddiaçı tərəf özü də iştirak etmiş, amma heç bir etirazları olmamışdır. Ekspertində rəyində ustalar baxıb müəyyən etmişlər. Real dəymiş zərəririn nə qədər olmasını müəyyən etmək üçün təkrar ekspertiza keçirmişlər. Ekspert işlənmiş ya təzə avadanlıq yaza bilcəkələrini bildirmiş, tərəf isə işlənmiş avadanlıqla razılaşmışdır. Usta işə başlasın deyə onlar tərəfdən pul ödənilmişdir. Maşını iddiaçı tərəfin dedikləri ustanın yanına aparıb qoymuşlar. Onlar bu işin çox uzanmasını istəmirlər. Samir qarşı tərəflə razılaşmış, xərc çəkib işə başlamışlar. Mütəxəssislərin sayı 3 nəfərdən ibarət olmuşdur. Sonda cavabdehin nümayəndəsi (vəkili) eksperti rəyi ilə razı olmalarını bildirmişdir. Məhkəmə iclasında dindirilmiş ekspert X12 izahatında bildirmişdir ki, həmin iş üzrə 3 may 2022-ci il tarixli rəy verilmişdir. Burda ekspert qarşısında “Zəngəzur MMC”-yə məxsus ** AZ *** qeydiyyat nişanlı “Mercedes Benz” markalı avtomobil xəsarət almış, hissələrinin müəyyən olunması, dəymiş ziyan məbləği nə qədər təşkil etməsi barədə suallar qoyulmuşdur. Həmin iş üzrə 18 yanvar 2023-cü ildə məhkəmə əmtəəşünaslıq ekspertizanın rəyi verilmişdi. Təkrar iş onun icraatına verilmiş və ona uyğun olaraq ekspertiza aparılmışdır. İş materialları araşdırılmış və iş materiallarında "xxxx" MMC-nin qüsur aktı məlumatlarından istifadə olunmuş, ondan sonra əlavə "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli qüsur aktları iş materiallarında var. Avtomobilə dəymiş ziyan müəyyən edilmişdir. Birinci rəydə avtomobilin sıradan çıxmış hissələri Autostar Kaukasus MMC-yə məxsus qüsur aktında 64 akta dəymiş hissələr göstərilmiş, digərində isə 18 akta avtomobilin sıradan çıxma hissələri göstərilmişdir. Ekspert araşdırma aparmış, hər iki qüsur aktına uyğun olaraq öz rəyini tərtib etmişdir. Burda 18 akta göstərilən hissələrin ümumilikdə qiyməti Hermes avto MMC tərəfindən 8074 manat, təmirin məbləği isə 1770 manat müəyyən olunmuşdur. Digər akta isə 64 hissənin qiyməti ümumilikdə isə 65100 manat, təmirə 4400 manat müəyyən olunmuşdur. Qüsur aktları araşdırılımış, qiymətlər müəyyənləşdirilmiş və orda göstərilən sıradan çıxmış hissələrə uyğun rəy tərtib olmuşdur. Birinci akta görə qiymət 7361 manat, digər akta görə 49484 manat müəyyən olunmuşdur. Əmtəəşünas eksperti sıradan çıxmış hissələri müəyyən etmir. Bu barədə mərkəzin müvafiq məktubu var. Məktub 27 yanvar 2015-ci ildən var. Əmtəəşünas ekspert tərəfindən dəymiş ziyan müəyyən olunarkən ixtisaslaşdırılmış servis müəssələrinin tərtib etdiyi qüsur aktlarından istifdə olunur. Əmtəəşünas hansı hissənin sıradan çıxıbçıxmağını müəyyən eləmir. Onlar avtomobilə baxış aparmırlar, iş materiallarında olan nöqsan aktlarına uyğun olan xidməti aparırlar. Bu rəyin ikisinə də inanmalıdırlar, çünki bir müəsisə 64 akta, digəri isə 18 akta müəyyən olunmuşdur. Ekspert əmtəəşünas bunu müəyyən edə bilmir, hansının doğruluğunu ancaq servis müəssəsi müəyyən edir və onlarda servisinin mərkəzinin iş materiallarında olan sənədlərə uyğun qiymətləndirmə aparırlar. Birinci rəy 69 hissə, uyğun digər 18 hissə qiymətləndirməsini aparmışlar. Göstərilən qiymətlər öz təsdiqini tapmışdır. Baxış keçirilmir qüsur aktına uyğun qiymətləndirilir. 64 hissənin dəyişilib-dəyişilməməyi əmtəəşünas ekspert müəyyən edə bilmir. Ancaq avto maşına dəymiş ziyan qiymətləndirilərkən servis müəssələri tərəfindən tərtib olunmuş nöqsan aktı onlara uyğun olaraq yazılır. Əlavə olaraq avtomaşının qabağı dəymiş, buferin altında müəyyən detallar var sıradan çıxıb-çıxmaması əmtəəşünas ekspert gözlə görə bilmir, onu ancaq söküldükdə mütəxəsis müəyyən edir. Azərbaycanda Mercedesin təmiri ilə ixtisaslaşmış müəssələr çoxdur. Rəsmi olaraq Avtostar Kaukaus avto maşınların həm satışı, həmdə təmiri ilə məşğul olur. Hermes firmanın satışı barədə məlumat yoxdur. Azərbaycanda yerləşən ixisaslaşdırılmış servis müəssəsi avtomaşının hər-hansı bir hissəsinin sıradan çıxıb-çıxmamasını müəyyən edə bilir. Müəyyən edə bildiyi üçün bunlar arayış təqdim edirlər. Arayışa cavabdehlik daşıyırlar ondan onlar istifadə edə bilməlidirlər. Onlar əsas avto maşının dəyişilmiş hissələrini qiymətləndirmək istəyirlər. Avtomaşında dəyişilmiş hissələrinə rəy verə bilmirlər. Rəy diller tərəfindən verilir. Xəsarətləri onlar müəyyən edə bilmirlər. Avtotexniki ekspertiza onlarda yoxdur. Onların rəsmi əməkdaşlıq etdikləri şirkət yoxdur. Servis müəssəsi tərəflərin iştirakı ilə baxış keçirir. Məhkəmə Ekspertiza Mərkəzində ekspertiza tərəflərin iştirakı ilə baxış keçirmək səlahiyyətində deyildir. Ekspert tərəfindən rəy verildiyi zaman ümumuyyətlə avtomobilə baxış keçirilmir. Rəy qüsur aktı əsasında verilir. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadığından Məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, təqdim olunmuş sübutları müvafiq maddi və prosessual hüquq normalarına əsasən qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin notarial təsdiq edilmiş surətindən görünür ki, «Mercedes Benz G63» minik markalı 10 AZ-829-dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi “Zəngəzur –R” Məhdud Məsuliyyəti Cəmiyyətidir. İş materiallarında olan «Mercedes-Benz» Autostar Kaukasus QmbH Azərbaycan" MMC-ti tərəfindən verilmiş qüsur aktından görünür ki, «Mercedes Benz G63» minik markalı 10 AZ-829-dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyanın dəyəri 47192, 36 manat məbləğində müəyyənləşdirilmişdir. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 3(007)-1413/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Cavabdeh2 Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş, barəsində 400 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» 01 iyun 2022-cı il tarixli qərarın surətindən görünür ki, HK1-295 saylı araşdırma materialı üzrə qərarın təsviri hissəsində göstərilənlərə əsasən baş vermiş yolnəqliyyat hadisəsi ilə əlaqədar sürücü Cavabdeh2 əməlində cinayət tərkibi olmadığından onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət işi başlanması rədd edilmiş, Cavabdeh2 Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi üçün material Nizami RPİnin vasitəsi ilə Nizami Rayon Məhkəməsinə göndərilmiş, Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 335.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi üçün qərarın surəti Nizami RPİ-nə göndərilmiş, Zəngəzur-R” MMC-ə dəymiş ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İş materiallarında olan «Zəngəzur-R” MMC-ti tərəfindən verilmiş 11 nömrəli, xx.xx.2021-ci il tarixli etibarnamənin surətindən görünür ki, cəmiyyətə məxsus olan 10 AZ-829 dövlət nömrə nişanlı «Mercedes Benz G63» minik markalı avtomobil X9 idarə etmək üçün etibar edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respulikası Daxili İşlər Nazirliyi Baş X21 İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 139855/222 nömrəli məktubundan aydın olur ki, «Mercedes Benz G63» markalı 10 AZ-829 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019-cu il tarixdən ünvan 1 ünvanda qeydiyyatda olan «Zəngəzur-R”Məsuliyyətli Cəmiyyətinin adında qeydiyyatdadır. Qeyd olunan avtomobilin etibarnamə ilə hər hansı şəxsin istifadəsinə verilməsi barədə DİN Baş X21 İdarəsinin Mərkəzi İnformasiya sistemində məlumat mövcud deyildir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respulikası Daxili İşlər Nazirliyi Baş X21 İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 153596//222 nömrəli məktubundan aydın olur ki, DİN Baş X21 İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən «HYUNDAİ ELANTRA» markalı **-OG-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdən ünvan 2 ünvanda qeydiyyatda olan xx.xx.1990-cı il təvəllüdlü X4 adında qeydiyyatdadır. Qeyd olunan avtomobilin etibarnamə ilə xx.xx.2022ci il tarixdən xx.xx.2026-cı il tarixədək Cavabdeh1 istifadəsinə verilməsi barədə DİN Baş X21 İdarəsini Mərkəzi İnformasiya Sistemində məlumat mövcuddur. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 9/8617 nömrəli, 18 yanvar 2023-cü il tarixli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə iş materiallarında olan «Autostar Kaukasus QmbH Azərbaycan" MMC-nin xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlarına əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla, 2013-cü il buraxılışlı «Mercedes Benz G63» minik markalı, 10 AZ-829 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyyat hissələrinə köhnəlmə tarixi tətbiq edilməklə təxminən 49484,0 manat müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 9/1727 nömrəli, 03 may 2023-cü il tarixli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə iş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla, 2013-cü il buraxılışlı «Mercedes Benz G63» minik markalı, 10 AZ-829 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 7.361 manat müəyyən edilmişdir. Nəzəri hesablama yolu ilə iş materiallarında olan «Autostar Kaukasus QmbH Azərbaycan" MMC-nin xx.xx.2022ci il tarixli qüsur aktındakı məlumatlarına əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla, 2013-cü il buraxılışlı «Mercedes Benz G63» minik markalı, 10 AZ-829 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyyat hissələrinə köhnəlmə tarixi tətbiq edilməklə təxminən 49484,0 manat müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" Hüquq və Qiymətləndirmə şirkəti tərəfindən verilmiş LF-32 nömrəli, 18 oktyabr 2023-cü il tarixli avtomobillərə dəymiş zərərin müəyyən edilməsi barədə mütəxəssis rəyindən görünür ki, «Mercedes Benz G63» minik markalı, 10 AZ-829 dövlət nömrə nişanlı avtomobilin təmiri üçün çəkiləcək xərcin dəyəri 8595,0 manat (ehtiyyat hisssələri) +2740,0 manat (təmir xərci) =11.335,0 manat təşkil elir. Mütəxəssis rəyi X1 (BQS) eləcə də, əmlakın qiymətləndirilməsi üzrə digər beynəlxalq qiymətləndirmə birliklərinin peşəkar qiymətləndirmə qyadalarına uyğun olaraq hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcələlnin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fıziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh2 15 may 2022-ci il tarixdə saat 21:30 radələrində müvafiq hüququ olmadan idarə etdiyi Cavabdeh1 məxsus **-OG-*** dövlət qeydiyyat nişanlı "Hyundai Elantra" markalı avtomobillə Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi ilə hərəkət etmiş, həmin küçənin R.Teymurov küçəsi ilə kəsişməsində "yol ver" nişanının tələbini pozub yolayrıcına daxil olaraq R.Teymurov küçəsindən həmin yolayrıcına daxil olan "xxxx" MMC-yə məxsus olmaqla və X5 etibarnamə əsasında idarə etdiyi **-AZ-*** dövlət qeydiyyat nişanlı "Mercedes Benz G63 minik" markalı avtomobillə toqquşmuş, yol hərəkəti qaydalarını pozması nəticəsində zərərçəkmiş hüquqi şəxsə maddi zərər vurmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(007)- 1413\2022 saylı qərarı ilə Məmmədli X10 Respublikası İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 400 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. "Daimler-AG"-nin Azərbaycanda rəsmi dileri "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli "İcra edilmiş xidmətlərə dair AKT" və "İlkin Təmir Sifarişi" sənədlərə görə iddiaçı "xxxx" MMC-ə vurulmuş zərərin dəyəri ümumilikdə 68530 manat təşkil etmişdir. **-OG-*** dövlət qeydiyyat nişanlı "Hyundai Elantra" markalı avtomobilinin mülkiyyətçisi Cavabdeh1 isə Azərbaycan Respublikası İXM-nin 335.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Yəni nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarəetmə hüququ olmayan şəxsə verilməsinə görə Cavabdeh1 inzibati məsuliyyətə cəlb edilmişdir. İddiaçı "xxxx" MMC Cavabdeh1 məxsus 99-OG549 dövlət qeydiyyat nişanlı "Hyundai Elantra" markalı avtomobilin "xxxx" MMC-yə məxsus **-AZ-*** dövlət qeydiyyat nişanlı "Mercedes Benz G63 minik" markalı avtomobillə toqquşması nəticəsində ona «Mercedes-Benz» Autostar Kaukasus QmbH Azərbaycan" MMC-ti tərəfindən verilmiş qüsur aktına əsasən 68530 manat əbləğində zərər vurulduğunu və əmələ gələn həmin zərərin əvəzini cavabdehlər tərəfindən ödənilməsini tələb etmişdir.Cavabdeh tərəfindən təqdim olunmuş "xxxx"MMC tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib olunmuş dəymiş zərərin hesablanmasına dair Akta əsasən "Mercedes G63” markalı, 10 AZ-829 dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa işinə ümumilikdə 6460 manat xərc tələb olunması göstərilmişdir. **-AZ-*** dövlət qeydiyyat nişanlı "Mercedes Benz G63 minik" markalı avtomobilə yol nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin dəyərini müəyyən olunması üçün məhkəmə-əmtəəşünaslıq ekspertizaları təyin olunmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş rəylər avtomobilə baxış keçirilmədən, iş materiallarında olan qusur aktlarında olan məlumatlar əsasında verilmiş ziddiyyətli rəy olduğundan, tərəflərin razılaşması əsasında,tərəflərin və ekspertin iştirakı ilə “Mercedes Benz G63» minik markalı, 10 AZ-829 dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməklə əmtəəşünaslıq ekspertizanın keçirilməsi qərara alınmışdır.Ekspertizanın aparılması "xxxx" MMC Hüquq və Qiymətləndirmə şirkətinə həvalə edilmişdir. "xxxx" Hüquq və Qiymətləndirmə şirkəti tərəfindən verilmiş LF-32 nömrəli, 18 oktyabr 2023-cü il tarixli mütəxəssis rəyinə əsasən «Mercedes Benz G63» minik markalı, 10 AZ-829 dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün çəkiləcək xərcin dəyəri 8595,0 manat (ehtiyyat hisssələri) və 2740,0 manat təmir xərci olmaqla,cəmi 11335,0 manat təşkil etmişdir. Hər iki tərəf,həm iddiaçı,həm də cavabdeh tərəf son mütəxəssis rəyi ilə müəyyən edilmiş 11335 manat zərərin məbləği ilə razı olduğunu bildirmişlər. Məhkəmə iclasında iştirak edən “Zəngəzur–R” Məhdud Məsuliyyəti Cəmiyyətinin direktoru X8 ekspert tərəfindən müəyyən edilmiş 11335 manat zərərin cavabdeh tərəfindən ödənilməsinə razı olmasını bildirmişdir. Göstərilənləri və qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 11335,0 manat məbləğində maddi ziyanın iddiaçı «Zəngəzur–R” Məhdud Məsuliyyəti Cəmiyyətinin xeyrinə tutulmalıdır. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 296 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia qismən təmin edildiyinə görə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 296 manat dövlət rüsumunun 148 manatı cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçının özünə aid edilməlidir.Bundan başqa 100 manat məbləğində ekspertiza xərci cavabdehlərdən müştərək qaydada alınaraq Dövlət Büdcəsinə köçürülməlidir. "xxxx"MMC Hüquq və Qiymətləndirmə şirkətinin qiymətləndirmə xərcləri olan 840 manatının 420 manatı cavabdehlərdən müştərək qaydada, 420 manatı isə iddiaçıdan tutularaq "xxxx"MMC Hüquq və Qiymətləndirmə şirkətinin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir». Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Azərbaycan Respublikası MPM-nin 80-cı maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim edilmiş o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbacan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 241.1, 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə Qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 11335,0 manat məbləğində maddi ziyan və 148 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı «Zəngəzur–R” Məhdud Məsuliyyəti Cəmiyyətinin xeyrinə ödənilsin. Ekspertiza xərci olan 100 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq Dövlət Büdcəsinə köçürülsün. "xxxx"MMC Hüquq və Qiymətləndirmə şirkətinin qiymətləndirmə xərcləri olan 420 manatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq "xxxx"MMC Hüquq və Qiymətləndirmə şirkətinin (üvnanı:Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu, Ə.Əlixanov küçəsi, 12.VÖEN:**********. Hesablaşma hesabı:AZ42PAHA40060AZNHC********** "xxxx" ASC 505141. VÖEN:**********. SW.İ.F.T:PAHAAZ22.AZ82NABZ********************) xeyrinə ödənilsin. "xxxx"MMC Hüquq və Qiymətləndirmə şirkətinin qiymətləndirmə xərcləri olan 420 manatı iddiaçı «Zəngəzur–R” Məhdud Məsuliyyəti Cəmiyyətindən tutularaq "xxxx"MMC Hüquq və Qiymətləndirmə şirkətinin (üvnanı: Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu, Ə.Əlixanov küçəsi, 12. VÖEN:**********. Hesablaşma hesabı: AZ42PAHA40060AZNHC********** "xxxx" ASC 505141. VÖEN:**********. SW.İ.F.T:PAHAAZ22.AZ82NABZ********************) xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar