Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № e-2(034)-880/2025 23.02.2026 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «borc tələbinə dair» iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı Cavabdeh qarşı «borc tələbinə dair» iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 1.409.941 manat pulun və ödənilmiş 1495 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddia tələbi onunla əsaslandırılır ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə təqsirləndirilərək məhkəməyə verilmişdir ondan ötrü ki, o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını əvəzsiz ələ keçirmək məqsədi ilə tanışlıq münasibətlərində olduğu Türkiyə Respublikasının vətəndaşı İddiaçı etibarından sui-istifadə edərək sonuncuya özünü geniş biznes əlaqələrinə malik və böyük həcmli ticarət dövriyyəsi olan güvənli şəxs kimi təqdim edib borc əvəzində X2 tərəfindən İddiaçı verilmiş ünvan 1 ünvanında “Şaiq" Mənzil-Tikinti Kooperativi tərəfindən inşa olunmuş çoxmərtəbəli yaşayış binasının “B” girişində yerləşən 105,21 kvadrat metr sahəyə malik 90000 ABŞ dolları dəyərində 62 saylı üç otaqlı mənzili cinayətkar niyyətindən çıxış edərək həmin vaxt İddiaçı ölkə hüdudlarından kənarda olduğunu səbəb kimi bəhanə edib Azərbaycan Respublikasına gəldikdən sonra həmin daşınmaz əmlakı onun adına sənədləşdirəcəyinə dair yalan vəd verib aldadaraq 09 may 2013-cü il tarixdə "xxxx" MTK-nın ünvan 2 ünvanında yerləşən ofisində mənzili öz adına sənədləşdirməklə ələ keçirib sonradan başqa şəxsə 90.000 manata sataraq əldə etdiyi pul vəsaitini şəxsi ehtiyaclarına sərf etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş şəxs İddiaçı həmin dövrün məzənnəsi ilə 70.200 manat təşkil edən 90.000 ABŞ dolları məbləğində, külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Cavabdeh təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xüsusilə külli miqdarda əmlakını əvəzsiz ələ keçirmək məqsədi ilə tanışlıq münasibətlərində olduğu Türkiyə Respublikasının vətəndaşı İddiaçı etibarından suiistifadə edərək sonuncuya özünü geniş biznes əlaqələrinə malik və böyük həcmli ticarət dövriyyəsi olan güvənli şəxs kimi tanıdıb guya alışına kütləvi təlabat olan Rusiya Federasiyasının Dağıstan Respublikasında çoxsaylı başmaqların yüksək qiymətə topdan satışını təşkil edib dəyərini qısa müddət ərzində tam ödəyəcəyinə dair yalan vəd verib aldadaraq 2018-ci ilin yaz aylarında vahid niyyətlə əhatə olunmuş qəsdlə bir neçə dəfə olmaqla, sonuncu dəfə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Salyan şossesi ünvanında olan “Binə” Ticarət Mərkəzində yerləşən icarə əsasında başmaqların satışı ilə məşğul olduğu mağazasında Eren Hüseynə məxsus və sonuncu tərəfindən göndərilmiş ümumilikdə həmin dövrün məzənnəsi ilə 1.339.741 manat təşkil edən 788.083 ABŞ dolları dəyərində müxtəlif növ başmaq mallarını alaraq ələ keçirib sonradan sataraq İddiaçı heç bir ödəniş etməyib əldə etdiyi bütün pul vəsaitlərini şəxsi ehtiyaclarına sərf edib etibardan suiistifadə etmə və aldatma yolu ilə zərərçəkmiş şəxs İddiaçı 1.339.741 manat məbləğində, xüsusilə külli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Nəticədə Cavabdeh tərəfindən törədilmiş dələduzluq cinayəti nəticəsində İddiaçı 70.200 manat və 1.339.741 manat məbləğində maddi ziyan dəymişdir. Göründüyü kimi, bu hərəkətləri ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcələsinin 178.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Lakin, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(101)-467/2025 saylı hökmünə əsasən, Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə ona cəza təyin edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsinə əsasən təqsirləndirilməsinə dair ********** №-li cinayət işinin İ cildinin 248-250-ci səhifələrində “təqsirləndirilən şəxs Cavabdeh zərərçəkmiş şəxs və mülki İddiaçı xeyrinə 70.200 manat və 1.339.741 manat, ümumilikdə 1.409.941 manat məbləğində maddi ziyanın tutulması barədə qərar qəbul edilməsi xahişi ilə bağlı” mülki iddia mövcud olsa da, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(101)- 467/2025 saylı hökmündə həmin mülki iddia ilə bağlı heç bir hüquqi qiymətləndirmə aparılmamış, mülki iddia məsələsinə ümumiyyətlə toxunulmamışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin “məhkəmə hökmündə mülki iddianın həlli” adlanan 354-cü maddəsinin tələbinə əsasən, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi; iddianın rədd edilməsi; iddianın baxılmamış saxlanması barədə qərarlardan biri əks etdirilməlidir. Həmin Məcəllənin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 42-ci maddəsinə əsasən, cinayət işindən əmələ gələn mülki iddia, əgər o, cinayət işinin icraatı zamanı verilməmişdirsə və yaxud həll olunmamışdırsa, bu Məcəllə ilə müəyyən olunmuş mülki məhkəmə icraatının qaydaları üzrə baxılmaq üçün verilir. Cavabdeh iddia tələbinə qarşı etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək etirazı onunla əsaslandırmışdır ki, məhkəmənin icraatında iddiaçı Eren Hüseyn məhkəməyə iddia tələbi verərək 1.409941 manat və ödənilmiş 1495 manat dövlət rüsumunun ondan tutularaq iddiaçıya verilməsinə dair iddia tələbi var. Qeyd edir ki, Bakı Ağır Cinayətlər Məhkəməsi xx.xx.2025-ci il tarixli hökmü ilə hesab etmişdir ki, Cavabdeh ibtidai istintaq orqanı tərəfindən verilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü ilə nəzərdə tutulan ittihamda ittihamın ikinci bəndi üzrə sonuncunun əməlində cinayət tərkibi olmadığından həmin bənd ittihamdan xaric edilmişdir. İbtidai istintaq orqanı tərəfindən verilən ittiham da qeyd edilmişdir ki, indiki iddiaçıya , yəni cinayət işi üzrə zərərçəkmiş kimi tanınmış Eren Hüseynə ******* manat zərər vurulmuşdur. Lakin, həmin verilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü ilə nəzərdə tutulan ittiham üzrə Cavabdeh əməlində cinayət tərkibi olmadığına görə həmin maddə ittihamdan xaric edilmiş və bununla da iddiaçının iddiasının əsaslı və qanunsuz olması öz təsdiqini tapmış və Bakı Ağır Cinayətlər Məhkəməsi xx.xx.2025-ci il tarixli hökmündən iddiaçı apellyasiya şikayəti vermiş və həmin şikayəti təmin olunmamış, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025 -ci il tarixli hökmü dərhal qüvvəyə minmiş, həmin hökmlə təsdiq olunmuşdur ki, bu günki iddiaçı tərəfindən ******* manat dəyərində başmaq məhsulları Türkiyədən Azərbaycana Cavabdeh göndərilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025 -ci il tarixli hökmü mülki iş üçün preyudisial (şərtsiz məcburi) əhəmiyyət daşıyır. Cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü mülki iş üzrə məhkəmə üçün preyudisial (şərtsiz məcburi) əhəmiyyət daşıyır. Bu, o deməkdir ki, cinayət məhkəməsinin müəyyən etdiyi faktlar, hərəkətlər və şəxsin təqsirliliyi mülki işdə yenidən sübuta yetirilmədən qəbul edilir. Faktların sübutu: Cinayət hökmü ilə təsdiq olunmuş halın (məsələn, yol-nəqliyyat hadisəsinin baş verməsi və sürücünün təqsiri) mülki qaydada (məsələn, dəyən zərərin ödənilməsi davasında) yenidən araşdırılmasına ehtiyac yoxdur. Məcburi xarakter: Mülki işə baxan məhkəmə cinayət hökmündə müəyyən edilmiş halları şübhə altına ala bilməz, lakin həmin halların mülki-hüquqi nəticələrini (məsələn, zərərin məbləği) müəyyən edir. Yuxarıda qeyd olunanları, Azərbaycan Respublikası Konstitusiyasının 12, 26, 71-ci maddəsini, İnsan hüquqları üzrə Avropa Konvensiyasının 5,6,13-cü və MPM-nin 14, 77, 217-ci maddələrini rəhbər tutaraq məhkəmədən iddianın əsassız olduğuna görə rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştrak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia tələbini müdafiə edib, iddianın məzmununa uyğun izahat verərək bildirmişdir ki, cavabdeh öz imzası ilə iddiaçıya 550.000 ABŞ dolları borcu olmasını bildirmişdir. 550.000 ABŞ dolları və 90.000 ABŞ dolları ümumilikdə 640.000 ABŞ dolları cavabdehin iddiaçıya borcu var. Mənzilin qiyməti 90.000 ABŞ dolları təşkil edir. Tərəf ziddiyyətli ifadə verir və deyir ki, 2018-ci ildə 300.000 vermiş, bundanda qabaq deyir ki, evi 2020-ci ildə satmış, 30.000 Hüseyinə vermişdir. Halbuki 2019-2020-ci illərdə tərəfin yazışması var ki, narahat olma borcu qaytaracaqdır. 550.000 ABŞ dolları ilə bağlı indiyə kimi polisə, ya digər orqanlara müraciət etməmişdir. Hüseyin malları göndərmiş, cavabdehdə qəbul etmişdir. 10 il malın qalmağı mümkünsüzdür. Sonda iddiaçının nümayəndəsi məhkəmədən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, məhkəmənin icraatında iddiaçı Eren Hüseyn məhkəməyə iddia tələbi verərək ondan 1.409941 manat və ödənilmiş 1495 manat dövlət rüsumunun tutularaq iddiaçıya verilməsinə dair iddia tələbi var. Bakı Ağır Cinayətlər Məhkəməsi xx.xx.2025-ci il tarixli hökmü ilə hesab etmişdir ki, Cavabdeh ibtidai istintaq orqanı tərəfindən verilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-ci ilə nəzərdə tutulan ittihamda ittihamın ikinci bəndi sonuncunun əməlində cinayat tarkibi olmadığından həmin bənd ittihamdan xaric edilmiş, ibtidai istintaq orqanı tərəfindən verilən ittihamda qeyd edilmişdir ki, indiki iddiaçıya, yəni cinayət işi üzrə zərərçəkmiş kimi tanınmış Eren Hüseynə 1.409941 manat zərər vurulmuşdur. Lakin, həmin verilmiş Azarbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü ilə nəzərdə tutulan ittiham üzrə Cavabdeh əməlində cinayət tarkibi olmadığına görə həmin maddə ittihamdan xaric edilmiş və bununla da iddiaçının iddiasının əsassız va qanunsuz olması öz təsdiqini tapmış və Bakı Ağır Cinayatlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmündən iddiaçı apellyasiya şikayəti vermiş, həmin şikayət təmin olunmamışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü dərhal qüvvəyə minmiş və həmin hökmlə təsdiq olunmuşdur ki, bu günkü iddiaçı tərəfindən ******* manat dəyərində başmaq mahsulları X1 Rzayeva göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü mülki iş üçün preyudisial (şərtsiz məcburi) əhəmiyyət daşıyır. Cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü mülki iş üzrə məhkəmə üçün preyudisial (şərtsiz məcburi) əhamiyyat daşıyır. Bu, o deməkdir ki, cinayət mühakiməsinin miüəyyən etdiyi faktlar, hərəkətlər və şəxsin təqsirliliyi mülki işdə yenidən sübuta yetirilmədən qəbul edilir. O, evi 90.000 ABŞ dollarına satmışdır. 90.000 ABŞ dollardan 30.000 ABŞ dolları İddiaçı qaytarmışdır. İddiaçı Antep şəhərində makler işləmişdir. İttihamları qəbul etmir. O, cəza çəkmə məntəqəsində olanda malları Hüseyinə qaytarmaq istəsə də, gömrük rüsumu 70.000 ABŞ dolları etdiyi üçün qəbul etməmişdir. Silah onun oteldə başına dayanıldığı üçün 550.000 ABŞ dollarını qəbul etmişdir. Bununla bağlı polisə müraciət etmişdir. O, mənzili 2020-ci ildə satmışdır. Hüseyinə 2018-ci ildə 30.000 ABŞ dolları göndərmiş, lakin 30.000ABŞ dollarını göndərməsi ilə bağlı heç bir sübutu yoxdur. 2015-ci ildən sonra Hüseynlə gördükləri işə son qoyulmuşdur. 175.000 ABŞ dolları Hüseyinə borcu qalmış və ona müraciət edərək bildirmişdir ki, devalovasiyadır, aldıqları malın dəyəri istədikləri kimi satılmır. Ev 3 otaqlı olmuş və evi 2013-cü ildə almışdır. Sonda cavabdeh məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə, tərəflərin izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdırıb, təqdim olunmuş sübutları müvafiq maddi və prosessual hüquq normalarına əsasən qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Tədqiq edilən sübutlar: -İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-467/2025 nömrəli, xx.xx.2025-ci il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.3-cü maddəsinə əsasən Cavabdeh cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə barəsində cəza təyin edilməmiş, həmin hökmlə zərərçəkmiş şəxs İddiaçı ona dəymiş maddi ziyana görə Cavabdeh qarşı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. -İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 1(103)-1523/2025 nömrəli, xx.xx.2025-ci il tarixli hökmdən görünür ki, apellyasiya protesti və zərərçəkmiş şəxs-mülki iddiaçının nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, təqsirləndirilən şəxs (mülki cavabdeh) Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 may 2025-ci il tarixli hökmü ləğv edilmiş, təqsirləndirilən şəxs (mülki cavabdeh) Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinmiş və Azərbaycan Respublikası CM-nin 75.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə ona cəza təyin edilməsin və barəsində seçilmiş “həbs” qətimkan tədbirinin ləğv edilməsi nəzərə alınmış, zərərçəkmiş şəxs-mülki İddiaçı nümayəndəsi tərəfindən, təqsirləndirilən şəxs (mülki cavabdeh) Cavabdeh qarşı 1.409,941 manat məbləğində verilmiş mülki iddia baxılmamış saxlanılmış, zərərçəkmiş şəxs İddiaçı mülki iddia ilə Cavabdeh qarşı mülki mühakimə icraatı qaydasında müraciət etmək hüququ izah edilmişdir. -İş materiallarında olan və Cavabdeh tərəfindən yazılmış xx.xx.2018-ci il tarixli əlyazısından görünür ki, o, 550.000 ABŞ dolları borcu qaytaracağını öz imzası ilə təsdiq etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmənin mövqeyi: Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını əvəzsiz ələ keçirmək məqsədi ilə tanışlıq münasibətlərində olduğu Türkiyə Respublikasının vətəndaşı İddiaçı etibarından sui-istifadə edərək sonuncuya özünü geniş biznes əlaqələrinə malik və böyük həcmli ticarət dövriyyəsi olan güvənli şəxs kimi təqdim edərək, borc əvəzində X2 tərəfindən İddiaçı verilmiş ünvan 1 ünvanında “Şaiq" Mənzil-Tikinti Kooperativi tərəfindən inşa olunmuş çoxmərtəbəli yaşayış binasının “B” girişində yerləşən 105,21 kvadrat metr sahəyə malik 90.000 ABŞ dolları dəyərində 62 saylı üç otaqlı mənzili cinayətkar niyyətindən çıxış edərək həmin vaxt İddiaçı ölkə hüdudlarından kənarda olmasını bəhanə edib Azərbaycan Respublikasına gəldikdən sonra həmin daşınmaz əmlakı onun adına sənədləşdirəcəyinə dair yalan vəd verib aldadaraq 09 may 2013-cü il tarixdə "xxxx" MTK-nın ünvan 2 ünvanında yerləşən ofisində mənzili öz adına sənədləşdirməklə ələ keçirmiş, daha sonra həmin mənzili başqa şəxsə 90.000 manata sataraq əldə etdiyi pul vəsaitini şəxsi ehtiyaclarına sərf etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş şəxs İddiaçı həmin dövrün məzənnəsi ilə 70.200 manat təşkil edən 90.000 ABŞ dolları məbləğində, külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Cavabdeh Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-467/2025 nömrəli, xx.xx.2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.3-cü maddəsinə əsasən Cavabdeh cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə barəsində cəza təyin edilməmiş, həmin hökmlə zərərçəkmiş şəxs, yəni İddiaçı ona dəymiş maddi ziyana görə Cavabdeh qarşı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İddiaçı cavabdehin ona hazırda 1.409, 941 manat dəymiş ziyana görə borcu olmasını iddia etsə də, məhkəmə araşdırması zamanı , cavabdehin iddiaçıya 1.409941 manat borcunun olmasını iddiaçı sübuta yetirə bilməmiş, lakin məhkəmə araşdırması zamanı mülki işdə olan sübutlarla müəyyən edilmişdir ki, cavabdehin hazırda iddiaçıya 550.000 ABŞ dolları məbləğində iddiaçıdan aldığı mallara görə borcunun olunması, yəni manat məzənnəsi ilə 935.000 manat və iddiaçıya məxsus mənzilin satılmasından əldə olunmuş 90.000 ABŞ dolları məbləğində, yəni manat məzənnəsi ilə 153.000 manat borcu olması təqdim edilmiş sübutlarla,o,cümlədən cavabdehin özünün əlyazması ilə tam tasdiq olunmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 550.000 ABŞ dolları iddiaçıdan aldığı mallara görə Azərbaycan Respublikası manatının məzənnəsi ilə 550.000x1.7=935000 manat borc və 90.000 ABŞ dolları Azərbaycan Respublikası manatının məzənnəsi ilə 90.000x1.7=153.000 manat məbləğində mənzilin satılmasından əldə olunmuş borc olmaqla, ümumilikdə 1.088000 manat (640.000 ABŞ dolları) məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Bundan başqa iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 1495 manat dövlət rüsumu ödənilmişdir. MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsmu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 222ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 935.000 manat (550.000 ABŞ dolları) məbləğində iddiaçıdan aldığı mallara görə borc, 153.000 manat (90.000 ABŞ dolları) məbləğində mənzilin satılmasından əldə olunmuş borc olmaqla, ümumilikdə 1.088000 (bir milyon səksən səkkiz min) manat (640.000 ABŞ dolları) məbləğində pul vəsaiti və 1495 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №e-2(034)-880/2025
Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(034)-880/2025
23.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver