Məhkəmə qərarları › İş №e-2(035)-110/2024

Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №e-2(035)-110/2024

28.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № e-2(035)-110/2024 28.02.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər:Pul tələbi) X1 Məhkəmə iclas katibi X7 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin Cavabdeh qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə mülki işə 28 fevral 2024cü il arixdə Zərdab Rayon Məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin Cavabdehdan 160 manat məbləğində pul vəsaitinin və 30.40 manat pulun tutularaq Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə, saat 17:18-də Bakı şəhəri, Neftçilər prospekti ərazisində Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində sığortalanmış X4 məxsus olan və Cavabdeh tərəfindən idarə edilən “BMW 5281” minik markalı, ** TY *** dövlət qeydiyyatlı nişanlı avtomobil “Hyndai Elantra” minik markalı, ** CD *** dövlət qeydiyyatlı nişanlı avtomobillə toqquşmuş və sonuncu avtomobilə maddi zərər dəymişdir. Bakı şəhəri Səbayıl rayon DYPŞ-nin xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında Qəraraına əsasən baş vermiş yol nəqliyyat hadisəsində X5 AR İnzibati Xətalar Məcəlləsinin 327.6-cı (hadisə yerindən yayınma) maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli hesab edilərək inzibati cərimə edilmişdir. Dəymiş ziyanın hesablanmasına dair Qiymətləndirilmə aktında göstərilmişdir ki, “Hyndai Elantra” minik markalı, ** CD *** dövlət qeydiyyatlı nişanlı avtomobilə 160 manat maddi zərər vurulmuşdur. Bununla əlaqədar olaraq iş üzrə 06457 nömrəli sığorta aktı tərtib edilməklə sığorta müqaviləsində və şəhadətnaməsində nəzərdə tutulmuş qaydada sığorta hesablamaları həyata keçirdikdən sonra Şirkət tərərfindən zərərçəkən “Hyndai Elantra” minik markalı, ** CD *** dövlət qeydiyyatlı nişanlı avtomobilə dəymiş zərərə görə 160 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Ona görə də iddiaçı zərərçəkənə ödənilmiş məbləğin əvəzi olaraq 160 manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmə hesabına ödənilən 30.40 manat dövlət rüsumunun cavabdehdən tutulması üçün hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Cavabdehə sadələşdirilmiş icraat qaydasında göndərilən məhkəmə bildirişi ona çatmadığı üçün məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadına əsasən ərizəyə iddia icraatı qaydasında baxılması qərara alınmışdır . Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, cavabdeh məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasına gəlməməyin səbəbi barədə məhkəməyə məlumat verməmiş, nə də ki, iddiaya qarşı yazılı mülahizə və ya etirazını məhkəməyə göndərməmişdir. Lakin, iddiaçının nümayəndəsi isə məhkəməyə ərizə göndərərək məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəklərini, iddianı müdafiə etdiklərini, məhkəmə iclasını onların iştirakı olmadan keçrilməsini və qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Həmin Məcəllənin 185.6-cı maddəsinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5 və 185.6-cı maddələrinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işdə olan sənədlər: Belə ki, işdə olan xx.xx.2022-ci il tarixli, PDS********** nömrəli icbari sığorta müqaviləsinin surətindən görünür ki, X2 məxsus “BMW 5281” minik markalı, ** TY *** dövlət qeydiyyatlı nişanlı avtomobil xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək sığorta edilmişdir. İşdə olan Bakı şəhəri Səbahil RPİ-nin DYPŞ-nin əməkdaşı T.Əliyev tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, İXP ******* saylı izibati xəta haqqında protokolun və xx.xx.2022-ci il tarixli, TP ******* saylı qərarın surətindən görünür ki, xx.xx.2022-ci il tarixli PDS********** nömrəli icbari sığorta müqaviləsinin surətindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə, saat 17:18-də Bakı şəhəri, Neftçilər prospekti ərazisində idarə etdiyi “BMW 5281” minik markalı, ** TY *** dövlət qeydiyyatlı nişanlı avtomobillə hərəkətdə olarkən “Hyndai Elantra” minik markalı, ** CD *** dövlət qeydiyyatlı nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Bununlada, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.6-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmiş və 100 manat məbləğində inzibati cərimə olunmuşdur. İşdə olan Dəymiş ziyanın hesablanmasına dair aktın surətindən görünür ki, “Hyndai Elantra” minik markalı, ** CD *** dövlət qeydiyyatlı nişanlı avtomobilin bərpası üçün ehtiyat hissələrinin alınmasına görə çəkilmiş xərclər 100 manat, təmiri üçün çəkilmiş xərclər 60 manat, cəmi borcu 160 manat təşkil edir. İşdə olan xx.xx.2022-ci il tarixli, 33516 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən 06457 saylı Sığorta Aktına əsasən X9 hesabına ümumilikdə 160 manat məbləğində sığorta ödənişi köçürülmüşdür. İşdə olan xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən iddia ərizəsinə məhkəmədə baxılması üçün dövlət mədaxilinə 30.40 manat dövlət rüsumu ödənilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli pretenziyanın surətindən görünür ki, borcun könüllü şəkildə ödənilməsi barədə iddiaçı tərəfindən cavabdehə xəbərdarlıq edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Mülki işdə tədbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 916.1-ci maddəsinə əsasən əgər sığortalı zərərin əvəzini ödəmək tələbini üçüncü şəxs qarşısında irəli sürə bilərsə, həmin məbləğ sığortaçıya bu şərtlə keçir ki, o zərərin əvəzini sığortalıya ödəmiş olsun. Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Həmin Məcəllənin 1097.3-cü maddəsinə görə qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 1114-cü maddəsinə əsasən başqa şəxsin vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. “Sığorta haqqında” Azərbaycan Respublikası Qanunun 37.1-ci maddəsinə əsasən, sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası qanunun 63.1-ci maddəsinə görə bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, 25-ci maddəsinə əlavə olaraq avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinəəsasən yol hərəkəti qaydalarının pozuntularının törədilməsində təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda inzibati, cinayət və mülkihüquqi məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2.-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, məhkəmə araşdırması zamanı tədqiq edilən iddia ərizəsindən və iş materiallarından müəyyən olundu ki, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində sığortalanmış X4 məxsus olan və Cavabdeh tərəfindən idarə edilən “BMW 5281” minik markalı, ** TY *** dövlət qeydiyyatlı nişanlı avtomobil “Hyndai Elantra” minik markalı, ** CD *** dövlət qeydiyyatlı nişanlı avtomobillə toqquşmuş və sonuncu avtomobilə maddi zərər dəymişdir. Bakı şəhəri Səbayıl rayon DYPŞ-nin xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında Qəraraına əsasən baş vermiş yol nəqliyyat hadisəsində X5 AR İnzibati Xətalar Məcəlləsinin 327.6-cı (hadisə yerindən yayınma) maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli hesab edilərək inzibati cərimə edilmişdir. Dəymiş ziyanın hesablanmasına dair Qiymətləndirilmə aktında göstərilmişdir ki, “Hyndai Elantra” minik markalı, ** CD *** dövlət qeydiyyatlı nişanlı avtomobilə 160 manat maddi zərər vurulmuşdur. Bununla əlaqədar olaraq iş üzrə 06457 nömrəli sığorta aktı tərtib edilməklə sığorta müqaviləsində və şəhadətnaməsində nəzərdə tutulmuş qaydada sığorta hesablamaları həyata keçirdikdən sonra Şirkət tərərfindən zərərçəkən “Hyndai Elantra” minik markalı, ** CD *** dövlət qeydiyyatlı nişanlı avtomobilə dəymiş zərərə görə 160 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Ona görə də iddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə bunula əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14.2, 77.1-ci maddələri) tələbinə əsasən hər bir tərəf tələb və etirazının əsası kimi istitnad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə məhkəmə işin yuxarıda müəyyən olunan hallarına əsaslanaraq və yuxarıda sadalanan maddi və prosessual qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq belə nəticəyə gəlir ki, iddia həm faktiki, həm də hüquqi baxımdan əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumuna görə 30 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, Qət Etdi: İddia təmin edilsin. Cavabdeh vurulmuş zərərlə bağlı ödənilmiş sığorta ödənişinə görə 160 manat, dövlət rüsumuna görə 30.40 manat, cəmi 190.40 manat pul tutularaq iddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətin hesabına ödənilsin. Qətnamədən 01 (bir) ay müddətində Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən İlqam Həsənquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar