Məhkəmə qərarları › İş №e-2(035)-642/2024

Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №e-2(035)-642/2024

21.11.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № e-2(035)-642/2024 21.11.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair mülki iş üzrə (Açar sözlər: pul tələbi) X2 Elxan oğlunun sədrliyi, Babayeva Leyla Şirin qızının katibliyi, İddiaçı nümayəndəsi -vəkil Nümayəndə Yusif oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair iddia ərizəsi üzrə mülki işə 21 noyabr 2024-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 4209.50 manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh iddiaçının qayınanasıdır. 2021-ci ilin sonuna yaxın cavabdeh iddiaçıya bildirmişdir ki, Kapital Banka kredit borcu vardır. Cavabdeh iddiaçının ödəniş kartında pul olduğunu bildiyi üçün iddiaçıdan borc məqsədilə ödəniş kartını ona verməsini xahiş etmişdir.İddiaçı cavabdehə inandığı üçün etiraz etməyərək ödəniş kartını cavabdehə vermişdir. Həmin vaxt iddiaçının kartında təxminən 2000 manat məbləğində pul olmuşdur. Lakin, bundan sonra iddiaçının aylıq əməkhaqqısı hər ay kartına yüklənmişdir. Cavabdeh isə Kapital Bankdan iddiaçıya məxsus kartından istifadə etməklə müxtəlif vaxtlarda ATM-dən pulları çıxarmışdr. Belə ki, xx.xx.2021-ci il tarixdə ATM Withdraval KAPS Zərdab ŞHEH H.Əliyev prospekti, ZERDAB FİLİALİ ZERDAB AZ./31-DEC-21- (100 manat); xx.xx.2022. ATM Withdraval **********1 Zərdab AZE ZERDAB AZ./09-SEP-22- (117 manat); xx.xx.2022.Withdraval (Dpm- ATM/AZN) **********1 Zərdab AZE ZERDAB AZ./09-SEP-22-(3,50 manat); xx.xx.2022 ŞHEH H.ƏLİYEV pr. ATM Withdraval KAPS Zərdab H.Əliyev prospekti, 3A HNCİ MARKET

2. Zardab, AZ/23 SEP-22- (381 manat); xx.xx.2022. ATM Withdraval KAPS Zərdab ŞHEH H.Əliyev pr. 3A HNCİ MARKET 2. Zardab, AZ/20 OCT-22- (700 manat); xx.xx.2022 ATM Withdraval KAPS Zərdab ŞHEH H.Əliyev pr. 17. Zerdab. FİLİALİ Zardab, AZ/12-NOV-22- (657 manat); xx.xx.2022. ATM Withdraval KAPS Zərdab ŞHEH H.Əliyev pr. 17. Zerdab. FİLİALİ Zardab, AZ/03-DEC-22- (977 manat); xx.xx.2022. ATM Withdraval KAPS Zərdab ŞHEH H.Əliyev pr. 17. Zerdab. FİLİALİ Zardab, AZ/12-DEC-22- (614 manat); xx.xx.2023. ATM Withdraval KAPS Zərdab ŞHEH H.Əliyev pr. 3A HNCİ MARKET 2. ZERDAB FİLİALİ Zardab, AZ/06 JAN-23- (360 manat); xx.xx.2023. ATM Withdraval KAPS ZERDAB ŞHEH H.Əliyev pr. 3A HNCİ MARKET 2. Zardab, AZ/04 MAR-23- (200 manat); 3.07.2023-cü il ATM Withdraval KAPS Zərdab- (100 manat) olmaqla cavabdeh Kapital Bankdan iddiaçıya məxsus kartından istifadə etməklə ATM-dən, cəmi 4209.50 manat məbləğində pulları çıxarmışdr. Bu ilin yay aylarında iddiaçı cavabdehdən kartını istəmiş və onun ödəniş kartından ayrı-ayrı vaxtlarda çıxardığı 4209.50 manat məbləğində pulun iddiaçıya qaytarılmasını xahiş etsədə, lakin, cavabdeh iddiaçıya məxsus kartını və pulunu qaytarmamışdır. Ona görə də, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.

İddiaya etiraz: Cavabdeh iddiaya qarşı rəsmi etiraz məktubu ünvanlayaraq etirazında bildirmişdir ki, iddiaçı onun qızının keçmiş həyat yoldaşıdır. İddiaçı qızı ilə rəsmi nikahda olduğu müddət ərzində əksinə onun tərəfindən iddiaçıya maddi yardım edilmişdi. Bununla o, qeyd etmək istəyir ki, heç zaman maddi vəziyyəti pis olmamış və iddiaçıdan borc pul tələb etməmişdir. İddiaçının iddiası isə qərəzlidir. Belə ki, qızı digər rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək iddiaçı ilə arasında olan nikaha xitam verilməsini xahiş etmişdir. İddiaçı barışıq üçün dəfələrlə cəhd etsədə, müsbət nəticə əldə edə bilməmişdir. Bundan qərəzli qalan iddiaçı əsassız iddia ilə məhkəməyə müraciət edərək ondan pul tələb etmişdir. iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, guya o, iddaçıdan borc pul istəmiş, iddiaçı isə ona kartını verən zaman onun kartında 2000 manat pul olmuşdur. Ancaq iddiaçının iddia ərizəsinə əlavə etdiyi çıxarışdan məlum olur ki, iddiaçının hesabından çıxarılan pullar azaz və müxtəlif vaxtlarda çıxarılmışdır. Hətda çıxarılmış məbləğlərdən biri 3.50 manat müəyyən olunmuşdur. Əgər o, iddaçıdan borc istəmişdirsə bəs pulların hamısını niyə bir dəfəyə çıxartmamışdır. Odur ki, faktlar onu deməyə əsas verir ki, iddiaçının iddia ərzəsində göstərdiyi faktlar həqiqəti əks etdirmir və formal xarakter daşıyır. Hansı ki, iddiaçı qeyd etdiyi faktları sübut edə biləcək heç bir mötəbər faktı iddia ərizəsinə əlavə edə bilməmişdir. İddiaçının hazırda ondan 4209.50 manat tələb etməsinin heç bir əsası yoxdur və qərəzli xarakter daşıyır. Ona görə də məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları

Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilsə də, Cavabdeh məhkəmə iclasına gəlməmiş, lakin, məhkəməyə ərizə və iddiaya qarşı öz etirazını göndərərək iddianı qəbul etmədiyini bildirmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi vəkil-Nümayəndə iddianı müdafiə edərək iddiaya uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Eyni zamanda İddiaçı məhkəməyə vəsatət təqdim edərək 2021-ci ilin dekabr ayından 2023-cü ilin yanvar ayınadək olan dövrlərdə İddiaçı məxsus kart hesabından Cavabdeh tərəfindən nə qədər pul vəsaitinin çıxarılmasının və ya hansı hesaba köçürülərək haradan nəğdləşdirilməsini müəyyənləşdirmək məqsədilə bu əməliyyatlara dair video görüntü və fotoşəkillərin çıxarılmasını xahiş etrmişdir. Zərdab Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli № e-2(035)-642/2024 nömrəli qərardadı ilə vəsatət təmin olunmuş və qərardad icra olunması məqdəsilə "xxxx" ASC-nin Zərdab rayon filialına göndərilmişdir.

Mülki işdə olan sənədlər:

İşdə olan etibarnamədən görünür ki,İddiaçı tərəfindən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü-vəkil Nümayəndə onu məhkəmədə təmsil etmək üçün AR-İİİ № 436392 saylı etibarnamə verilmişdir. İşdə olan X1 MMC tərəfindən verilmiş xx.xx.2023 nömrəli arayışdan məlum olur ki,İddiaçı həmin MMC-də çilingər-montajçı vəzifəsində çalışır və aylıq əmək haqqısı 480,00 manat təşkil edir. İşdə olan Kapital Bank ASC tərəfindən məhkəməyə ünvanlanmış məktubdan müəyyən olunur ki, bankomatda iddiaçının iddia etdiyi dövrlər üzrə nağdlaşdırma əməliyyatlarına dair görüntülərin saxlanılma müddəti bitdiyindən görüntüləri təqdim etmək mümkün olmur. İşdə olan Kapital Bank ASC tərəfindən təqdim olunmuş hesabdan çıxarışdan məlum olur ki,iddiaçıya məxsus 510307******2251 nömrəli debit kartdan 2021-ci ildən 2023-cü ilə qədər müxtəlif vaxtlarda və müxtəlif ərazilərdə pul vəsaitləri çıxarılmışdır. İş materiallarına əlavə olunmuş mədaxil qəbzlərindən görünür ki, iddiaçı iddia ərizəsinə məhkəmədə baxılması üçün dövlət rüsumuna görə 63 manat pul ödəmişdir.

Mülki işdə tədbiq edilən hüquq:

Azərbaycan Respublikası Konstitusiyası:

Maddə 26.1. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 389.1-ci maddəsinə əsasən Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə, miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinin şərh edilməsinə dair” 12 avqust 2020-ci il tarixli Qərarına əsasən mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə bağlıdır. Müqavilənin bağlanmış sayılması üçün tərəf qarşılıqlı olaraq müəyyən hüquqi nəticəni əmələ gətirmək arzusunda olmalı və buna uyğun mühüm şərtləri özündə əks etdirən iradələrini bəyan etməlidirlər. Yəni müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır (Mülki Məcəllənin 324-cü maddəsi).

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

4.1-ci maddəsinə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcədə maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada əsasən məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdəiştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin işüçün əhəmiyyəti olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarır.

Məhkəmənin mövqeyi:

İş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsinin izahatından və tədqiq edilən iş materiallarından müəyyən olunur ki,iddia rədd olunmalıdır. Məhkəmə ilk öncə iddiaçının cavabdehə bank kartında olan pul vəsaitini borc niyyəti ilə verməsi məsələsinə münasibətdə bildirir ki, qanunvericilikdə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çox olduqda borc müqaviləsinin yazılı formada bağlanması tələb olunduğu halda, iddiaçı cavabdehə borc niyyəti ilə 4209.50 manat borc pul verməsini bildirsədə lakin bu barədə yazılı formada bağlanmış müqaviləni məhkəməyə təqdim edə bilməmişdir. İşin hər tərəfli və obyektiv araşdırılması niyyəti ilə banka video görüntü və fotoşəkillərin əldə olunması ilə bağlı sorğu verilsədə lakin video görüntü və fotoşəkillər məhkəməyə təqdim edilməmişdir.Eyni zamanda məhkəmə bildirir ki,cavabdeh məhkəməyə ünvanladığı müraciətlərdədə iddianı qəti şəkildə rədd etdiyini və iddianın formal xarakter daşımasına görə rədd olunmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını, məhkəmə iclasında tədqiq edilən işin digər materiallarına qarşılıqlı şəkildə qiymət verərək, yuxarıda istinad olunan qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq hesab edir ki, iddiaçı iddianın əsaslı və qanuni olmasını məhkəmə iclasında sübüta yetirə bilməmiş və iddianın təmin edilməsi üçün məhkəməyə heç bir sübut təqdim etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız məhkəməyə tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyi üçün ödənilmiş dövlət rüsumu iddiaçıın özünə aid edilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq,

QƏT ETDİ:

İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair iddiası təmin edilməsin. İddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən İlqam Həsənquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar