Məhkəmə qərarları › İş №e-2(036)-1052/2023

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(036)-1052/2023

11.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-1052/2023 11.04.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Məmmədli Nadir Cabir oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin cavabdeh X2 qarşı kredit müqaviləsi üzrə mülki işə İmişli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları

1. İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edib, cavabdeh X1 “Mercedes Benz C230” markalı, ** BE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 225 manat pulun və ödənilmiş 30.40 manat dövlət rüsumunun “"xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixdə X3 tərəfindən idarə olunan “Nissan Teana” markalı, 99- KR-038 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi “Mercedes Benz C230” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilləri ilə toqquşaraq yol nəqliyyat hadisəsi törətmişdir.İddiaçı Sığorta Şirkəti ASC “Mercedes Benz C230” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyana görə 225 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir.xx.xx.2019-cu il tarixdə yol nəqliyyat hadisəsi zamanı X3 hadisə yerindən yayındığına görə X2 qarşı subroqasiya hüququ yaranmışdır.

3. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib olunmuş, KYP 550582 nömrəli, xx.xx.2019-cu il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, X4 Azərbaycan Respublikası İnxzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsi ilə təqsirli bilinib, 100 manat məbləğində inzibati tənbeh edilmişdir.

4. İşdə olan xx.xx.2019-cu il tarixli “sığorta aktı” ilə müəyyən olunur ki, “Mercedes Benz C230” markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 225 manatdır və xx.xx.2019-cu il tarixli “ödəniş tapşırığı”na əsasən "xxxx" ASC tərəfindən 225 manat zərər çəkmiş şəxsə ödənilmişdir.

5. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli O-A-0649 nömrəli pretenziya məktubundan görünür ki, cavabdehə borcun ödənilməsi üçün 10 gün vaxt verilmiş əks halda məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.

6. İşdə olan “zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”dan müəyyən olunur ki, “Mercedes Benz C230” markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin ümumi məbləği 325 manatdır.

İddia ərizəsinə qarşı tərəfin etirazının dəlilləri

7. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları

8. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada tərəflərə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir.

9. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

10. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

11. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

12. Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.

13. Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir

14. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır

15. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “İcbari Sığorta Haqqında” Azərbaycan Respublikasının Qanunu

16. Maddə 63.1. Bu qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitəsinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Mülki Prosessual Məcəllə

17. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

19. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

20. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

21. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

22. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi

23. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia ərizəsi təmin olunmalıdır.

24. Belə ki, iş materialları ilə müəyyən olur ki, İddiaçı Sığorta Şirkəti ASC “Mercedes Benz C230” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyana görə 225 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir.

25. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib olunmuş, KYP 550582 nömrəli, xx.xx.2019-cu il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, X4 Azərbaycan Respublikası İnxzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsi ilə təqsirli bilinib, 100 manat məbləğində inzibati tənbeh edilmişdir. xx.xx.2019-cu il tarixli “sığorta aktı” ilə müəyyən olunur ki, “Mercedes Benz C230” markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 225 manatdır və xx.xx.2019-cu il tarixli “ödəniş tapşırığı”na əsasən "xxxx" ASC tərəfindən 225 manat zərər çəkmiş şəxsə ödənilmişdir.

26. Nəzərə almaq lazımdır ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

27. Mülki Prosessual Məcəlləyə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

29. Qərarın 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir.

30. Qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

31. Beləliklə, məhkəmə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandiraraq hesab edir ki, iddia ərizəsi qanuni və əsaslı olduğu üçün təmin edilməli, cavabdeh X1 “Mercedes Benz C230” markalı, ** BE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 225 manat pul və ödənilmiş 30.40 manat dövlət rüsumu tutulub “"xxxx" ASC-nin xeyrinə ödənilməlidir.

32. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin olunsun. Cavabdeh X1 “Mercedes Benz C230” markalı, ** BE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 225 manat pul və ödənilmiş 30.40 manat dövlət rüsumu tutulub “"xxxx" ASCnin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Telman Quliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar