Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-1207/2024 01.08.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə İmişli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları
1. İddiaçı Sığorta Şirkəti ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Cavabdeh 16282 manat məbləğində sığorta ödənişi və ödənilmiş 138.85 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixdə Cavabdeh tərəfindən idarə olunan “KAMAZ 53212” markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi “QAZ 330210” markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobili ilə toqquşaraq yol nəqliyyat hadisəsi törətmişdir. X1 və X11 vəfat etmiş, X6 ağır dərəcəli xəsarət almışdır. İş materiallarına əlavə edilmiş icbarisığorta müqaviləsindən çıxarışadan görünür ki, sözügedən “KAMAZ 53212” markalı, ** BD *** dövləq qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı Sığorta Şirkəti ASC-də icbari sığorta ilə sığortalanmışır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BDYPİ tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli etibarnamələrin elektron sistemdən çıxarışına əsasən, Cavabdeh KAMAZ 53212” markalı, ** BD *** dövləq qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək üçün xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək qüvvədə olan etibarnaməsi olmuşdur. İş materiallarına əlavə edilmiş sığorta ödənişini təsdiq edən ödəniş tapşırığından görünür ki, İddiaçı Sığorta Şirkəti dəymiş zərəri aradan qaldıraraq, zərərlərin qiymətləndirilməsi barədə hesabata əsaəsn “QAZ 330210” markal ** BE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 2527 saylı ödəniş tapşırığına uyğun olaraq X9 4782 manat, hadisə zamanı vəfat etmiş X2 görə 4322 saylı ödəniş tapşırığına uyğun olaraq X4 5000 manat, vəfat etmiş X10 görə ******************** saylı ödəniş tapşırığına uyğun olaraq X9 5000 manat, ağır xəsarət almış X5 görə 1489 saylı ödəniş tapşırığına uyğun olaraq 1500 manat sığorta ödənişi, ümumilikdə 16282 manat sığorta ödənişi həyata keçirmişdir. İş materiallarına əlavə edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(099)-337/2020 saylı hökmündən aydın olur ki, yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs Cavabdeh olmuşdur. Buna görə də Cavabdeh qarşı subroqasiya hüququ yaranmışdır.
3. İş matriallarına əlavə edilmiş 2527 saylı ödəniş tapşırığına uyğun olaraq X9 4782 manat, hadisə zamanı vəfat etmiş X2 görə 4322 saylı ödəniş tapşırığına uyğun olaraq X4 5000 manat, vəfat etmiş X10 görə ******************** saylı ödəniş tapşırığına uyğun olaraq X9 5000 manat, ağır xəsarət almış X5 görə 1489 saylı ödəniş tapşırığına uyğun olaraq 1500 manat sığorta ödənişi, ümumilikdə 16282 manat sığorta ödənişi həyata keçirmişdir.
4. Atəşgah» Sığorta Şirkəti ASC-nin xx.xx.2021-ci il tarixli O-AP-20212085 nömrəli pretenziya məktubundan görünür ki, cavabdehə borcun ödənilməsi üçün 10 gün vaxt verilmiş əks halda məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.
5. İşdə olan “zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”dan müəyyən olunur ki, “QAZ 330210” markal ** BE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin ümumi məbləği 5475 manatdır.
6. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(099)-337/2020 saylı hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.4cü maddəsi ilə təqsirli bilinərək, 4 il 6 ay nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 9 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İddia ərizəsinə qarşı tərəfin etirazının dəlilləri
7. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları
8. İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək onların nümayəndəsinin iştirakı olmadan işin baxılmasını xahiş etmişdir.
9. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada cavabdehə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir.
10. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
11. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
12. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
13. Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.
14. Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir
15. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır
16. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “İcbari Sığortalar Haqqında” Azərbaycan Respublikası Qanunu
17. Maddə 25.1. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır:
18. 25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
22. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
23. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
24. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi
25. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin olunmalıdır.
26. Belə ki, iş materialları ilə müəyyən olur ki, xx.xx.2020-ci il tarixdə Cavabdeh tərəfindən idarə olunan “KAMAZ 53212” markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi “QAZ 330210” markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobili ilə toqquşaraq yol nəqliyyat hadisəsi törətmişdir. X1 və X11 vəfat etmiş, X6 ağır dərəcəli xəsarət almışdır. İş materiallarına əlavə edilmiş icbarisığorta müqaviləsindən çıxarışadan görünür ki, sözügedən “KAMAZ 53212” markalı, ** BD *** dövləq qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı Sığorta Şirkəti ASC-də icbari sığorta ilə sığortalanmışır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BDYPİ tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli etibarnamələrin elektron sistemdən çıxarışına əsasən, Cavabdeh KAMAZ 53212” markalı, ** BD *** dövləq qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək üçün xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək qüvvədə olan etibarnaməsi olmuşdur. Sığorta ödənişini təsdiq edən ödəniş tapşırığından görünür ki, İddiaçı Sığorta Şirkəti dəymiş zərəri aradan qaldıraraq, zərərlərin qiymətləndirilməsi barədə hesabata əsaəsn “QAZ 330210” markal ** BE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 2527 saylı ödəniş tapşırığına uyğun olaraq X9 4782 manat, hadisə zamanı vəfat etmiş X2 görə 4322 saylı ödəniş tapşırığına uyğun olaraq X4 5000 manat, vəfat etmiş X10 görə ******************** saylı ödəniş tapşırığına uyğun olaraq X9 5000 manat, ağır xəsarət almış X5 görə 1489 saylı ödəniş tapşırığına uyğun olaraq 1500 manat sığorta ödənişi, ümumilikdə 16282 manat sığorta ödənişi həyata keçirmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(099)-337/2020 saylı hökmündən görünür ki, yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs Cavabdeh olmuşdur. Buna görə də ona qarşı subroqasiya hüququ yaranmışdır.
27. Nəzərə almaq lazımdır ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
28. Mülki Prosessual Məcəlləyə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
30. Qərarın 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir.
31. Qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
32. Beləliklə, məhkəmə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandiraraq hesab edir ki, iddia ərizəsi qanuni və əsaslı olduğu üçün təmin edilməli, Cavabdeh 16282 manat məbləğində sığorta ödənişi və ödənilmiş 138.85 manat dövlət rüsumu tutulub İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilməlidir.
33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin olunsun. Cavabdeh 16282 manat məbləğində sığorta ödənişi və ödənilmiş 138.85 manat dövlət rüsumu tutulub İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Telman Quliyev