Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-1347/2024 25.07.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Tağıyev Rasət Şaiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia ərizəsi və onun dəlilləri: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan “Hyundai İ40” markalı **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobili yararsız hala saldığına görə 4227 (dörd min iki yüz iyirmi yeddi) manat məbləğində maddi zərərin və məhkəməyə ödədiyi 62.27 manat dövlət rüsümunun əvəzi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixdə ona məxsus olan “Hyundai İ4Q” markali **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobili azadlıq prospektində park vəziyyətində olarkən, cavabdeh X3 istifadəsində olan “Mercedes Benz G63 minik” markalı **-RU-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə vuraraq qaçmışdır. Nəticədə ona məxsus “Hyundai İ40” markalı 39-RY- 381 dövlət qeydiyyat nişanlı avtomobilə xeyli miqdarda ziyan dəymişdir və avtomobil yararsız hala düşmüşdür. Faktla bağlı Bakı şəhər DYRİ-nin polis mayoru Qafar Həmidov tərəfindən “Mercedes Benz G63 minik” markalı **- RU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.6-cı maddələri üzrə xx.xx.2021ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək məsuliyyətə cəlb edilmişdir. O, Bakı şəhəri BPİ DYPİ-nə şikayət ərizəsi ilə müraciət edərək ona məxsus “Hyundai İ4Q” markalı **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın ödənilməsi barədə köməklik göstərilməsini xahiş etmişdir. Bakı şəhəri BPİ DYPİ ona xx.xx.2021-ci il tarixli cavab məktubu göndərərək iş üzrə təhqiqat araşdırması aparıldığını, ekspertiza keçirilərək “Mercedes Benz G63 minik” markalı 10-RU- 123 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X3 barəsində Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.6-cı maddələri üzrə İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək məsuliyyətə cəlb edildiyini və yol nəqliyyat hadisəsi nəticəsində dəymiş maddi ziyanın ödənilməsi ilə əlaqədar mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəməyə müraciət edilməsini bildirmişlər. X1 həm avtomobilə dəymiş zərəri ödəyəcəyini bildirsə də o, bundan yayınmışdır. Ona məxsus olan “Hyundai İ40” markalı **- RY-*** dövlət qeydiyyat nişanlı avtomobili hal-hazırda təmirsiz vəziyyətdədir və o, öz sahibliyində olan avtomobildən istifadə edə bilmir. “Auto Azərbaycan” (HUNDAİ Servis) Servis Mərkəzinin tərtib etdiyi xx.xx.2024-cü il tarixli, AA041938 nömrəli Qüsur Aktına əsasən ona məxsus olan “Hyundai İ40" markalı **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyyat hissələrinin dəyişdirilməsi və təmirinə görə çəkiləcək xərc 4227 (dörd min iki yüz iyirmi yeddi) manat təşkil edir. Hesab edir ki, ona məxsus “Hyundai İ40” markalı **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobili yararsız hala saldığına görə 4227 (dörd min iki yüz iyirmi yeddi) manat məbləğində maddi zərərin və məhkəməyə ödədiyi 62.27 manat dövlət rüsümunun əvəzi cavabdehdən alınıb ona ödənilməlidir. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirmişdir ki, hadisə gecə saatlarında baş vermişdir. Cavabdeh idarə etdiyi avtomobili arxa-arxaya sürətlə verəndə onun idarə etdiyi avtomobilə çırpmış və hadisə yerindən gizlincə yayınmışdır. Hazırda Cavabdeh tərəfindən ona dəyən ziyan ödənilməmişdir. Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. İşin faktiki halları: İşin mübahisə edilməyən halı ondan ibarətdir ki, xx.xx.2021-ci il tarixində saat 00:37də “Mercedes Benz G 63” markalı **-RU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Cavabdeh tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilərək, İddiaçı idarə etdiyi “Hyundai İ40” markalı **-RY-*** dövlət nömrə nişanlı avtomobilə maddi ziyan dəymişdir. İş materiallarında olan “Hundai Auto Azərbaycan” Servis Departamentinin AA041/1100 nömrəli xx.xx.2024-cü il tarixli aktından görünür ki, “Hyundai İ40” markalı **- RY-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin zədələnməsi ilə əlaqədar təmirə yararlı və yararsız olan zədələnmiş hissələrin yenisi ilə əvəz edilib təmir olunmasına və usta xərclərinə zəhmət haqqı: cəmi 4227 (dörd min iki yüz iyirmi yeddi) manat tələb olunur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin xx.xx.2021-ci il tarixli, 046-32660 Q-332 nömrəli məktubundan görünür ki, yol-nəqliyyat hadisəsi Bakı şəhər BPİ DYPİ tərəfindən müvafiq qaydada sənədləşdirilərək, xx.xx.2021-ci il tarixdə avtomobili vuraraq hadisə yerindən yayınmış “Mercedes Benz G 63” markalı **-RU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən sürücü Cavabdeh müəyyən edilmiş və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.6-cı maddələri üzrə İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, inzibati məsuliyyətə cəlb edilmişdir. İş materiallarında olan Bakı şəhər DYPİ tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2021-ci il tarixdə saat 00:37-də törətdiyi əmələ görə “Mercedes Benz G 63” markalı **-RU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən sürücü Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.6-cı maddələri üzrə İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan İcbari Sığorta Bürosunun xx.xx.2024-cü il tarixli 10-D8- 354/2024 nömrəli məktubundan görünür ki, büronun informasiya sistemində axtarış zamanı xx.xx.2021-ci il tarixdə “Mercedes Benz G 63” markalı **-RU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə aid qüvvədə olan sığorta şəhadətnaməsi barədə məlumat aşkar edilməmişdir. İş materiallarında olan “AZEMİS” elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, “Hyundai İ40” markalı **-RY-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi xx.xx.2024-cü il tarixdən İddiaçı mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 007629 nömrəli etibarnamədən görünür ki, mülkiyyətçi X2 tərəfindən İddiaçı “Hyundai İ40” markalı **-RY-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq və ərizə vermək səlahiyyətləri verilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 21-ci maddəsinə görə hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövrüyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarına əsasən: Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il tarixli Qərarına əsasən: Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.4. İşdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. İşə baxan məhkəmənin mövqeyi: İddiaçı hazırkı iş üzrə cavabdehin hərəkətləri nəticəsində ona maddi zərərin dəyməsinə istinad etmiş, ona dəyən zərərin əvəzində cavabdehdən pul vəsaiti tələb etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıya məxsus avtomobilə yol-nəqliyyat hadisəsi baş verməsi nəticəsində maddi ziyan dəymişdir. Məhkəmə iddia tələbinin cavabdehdən maddi zərərin tutulmasına dair hissəsinə qiymət verərək hesab edir ki, hazırkı işin halları baxımından vurulmuş zərərə görə məsuliyyət daşıyan şəxs qanuna müvafiq qaydada təqsiri müəyyən olunmuş delikt törədən olmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh idarə etdiyi avtomobili arxa-arxaya sürətlə verəndə İddiaçı idarə etdiyi avtomobilə çırpmış və hadisə yerindən yayınmışdır. Mercedes Benz G 63” markalı **-RU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən sürücü Cavabdeh müəyyən edilmiş və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.6-cı maddələri üzrə İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə araşdırması zamanı Cavabdeh təqsiri qanunla müəyyən edilmiş qaydada öz təsdiqini tapmışdır. Beləliklə, delikt törədən şəxsin Cavabdeh olması müəyyən olunur. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, hazırkı iş üzrə vurulmuş zərərə görə Cavabdeh məsuliyyət daşıyır. Eyni zamandan məhkəmə iclasnın yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və dəlillərini məhkəmə təqdim etməmişdir. Məhkəmə qeyd olunanlar kontekstində hesab edir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş ziyanın əvəzinin ödənilməsi vəzifəsi Cavabdeh öhdəsinə qoyulmalıdır. Məhkəmə iddiaçıya dəymiş ziyanın həcmini müəyyən edərkən iş üzrə təqdim edilmiş “Hundai Auto Azərbaycan” Servis Departamentinin aktını mötəbər sübut qismində qəbul edir və iddia tələbinin tam həcmdə, yəni 4227 (dörd min iki yüz iyirmi yeddi) manat məbləğində təmin edilməsini qanuni hesab edir. Belə ki, həmin aktın mötəbərsizliyi ilə əlaqədar cavabdeh tərəfindən heç bir etiraz və sübut məhkəmə təqdim edilməmişdir. Məhkəmə formal həqiqəti müyyən edərkən iddiaçı tərəfindən təqdim edilmiş “Hundai Auto Azərbaycan” Servis Departamentinin aktını mötəbər sübut hesab etmişdir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı 62.27 manat dövlət rüsumu ödəmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi təmin edildiyindən, cavabdehdən 62.27 (altmış iki manat iyirmi yeddi qəpik) manatı alınıb iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh vurulmuş maddi zərərə görə 4227 (dörd min iki yüz iyirmi yeddi) manat pulun və ödənilmiş 62.27 (altmış iki manat iyirmi yeddi qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Mahmud
Məhkəmə qərarları › İş №e-2(036)-1347/2024
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(036)-1347/2024
25.07.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver