Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-2757/2023 27.12.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Əsədli Xuraman Emin qızının katibliyi ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbi barədə iddia qaldıraraq xx.xx.2022-ci il tarixdə, saat 19-00 radələrində Cavabdeh idarə etdiyi «Toyota Prius minik» markalı **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobilin Sülh-Koroğlu küçəsinin kəsişməsində «Renault Megane» markalı **-BG-*** dövlət nömrə nişanlı avtomobillə toqquşması nəticəsində baş vermiş sığorta hadisəsinə görə 2410,0 manat məbləğində sığorta ödənişi edildiyini göstərərək həmin məbləğin və 44,50 manat dövlət rüsumunun alınıb cəmiyyətin xeyrinə ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan İcbari Sığorta müqavilələrinin mövcudluğunun yoxlanılması barədə məlumata əsasən «Toyota Prius minik» markalı **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı Sığorta Şirkəti ASC-də sığortalanmışdır. İşdə olan Sumqayıt şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(060)-623/2022 nömrəli qərarın surətinə əsasən Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinib, nəqliyyat vasitələrini idarə etmə hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılmışdır. İşdə olan xx.xx.2023-cü il tarixli 120045 nömrəli Sığorta Aktının surətinə əsasən PAT ********** nömrəli Sığorta müqaviləsi ilə xx.xx.2022-xx.xx.2023-cü sığorta müddətində sığortaçı İddiaçı Sığorta Şirkəti ASC-də sığortalanmış «Toyota Prius minik» markalı **-OT- *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, Sülh-Koroğlu küçəsinin kəsişməsində «Renault Megane» markalı **-BG-*** dövlət nömrə nişanlı avtomobillə toqquşma nəticəsində yaranmış sığorta hadisəsində dəymiş zərər 2410,0 manat məbləğində müəyyən olunmuş, sığorta ödənişi 2410,0 manat təşkil etmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli PRP**********005 nömrəli Ödəniş tarşırığının surətinə əsasən İddiaçı Sığorta Şirkəti Sığorta Aktına əsasən X1 2410,0 manat ödəmişdir. «İcbari sığortalar haqqında» AR Qanununun 6.2-ci maddəsinə əsasən mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. Həmin Qnunun 13.1-ci maddəsinə əsasən icbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun xüsusi hissəsində nəzərdə tutulmuş hadisələr və hallardır. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin,.... və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və ( və ya) əmlakına vurulmuş zərərin ödənilməsi üçün sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır. Həmin Qqanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. AR Mülki Məcəlləsinin 923-cü maddəsinə əsasən mülki məsuliyyətin sığortası müqaviləsinə görə sığortaçı sığortalını sığorta dövründə əmələ gəlmiş məsuliyyətlə əlaqədar üçüncü şəxs qarşısında ona həvalə edilən öhdəlikdən azad etməlidir. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi ( iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Cavabdeh 2410,0 manat sığorta ödənişi və ödənilmiş dövlət rüsumuna görə 44,50 manat alınıb İddiaçı Sığorta Şirkəti ASC-yə verilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin olunsun. Cavabdeh 2410,0 (iki min dörd yüz on) manat və ödənilmiş dövlət rüsumuna görə 44,50 (qırx dörd manat əlli qəpik) manat alınıb İddiaçı Sığorta Şirkəti ASC –nin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №e-2(036)-2757/2023
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(036)-2757/2023
27.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver