Məhkəmə qərarları › İş №e-2(036)-3025/2023

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(036)-3025/2023

15.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-3025/2023 15.12.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Qənbərov Ülvi Oktay oğlu, iddiaçı "xxxx" ASC-nin cavabdehlər, Cavabdeh1 və qeyrisinə qarşı subroqasiya qaydasında zərərin ödənilməsi tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxаraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər, Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya qaydasında zərərin ödənilməsi tələbi barədə iddia qaldıraraq xx.xx.2020-ci il tarixdə, saat 10-30 radələrində İmişli şəhəri, S.Fətəliyev küçəsində baş vermiş yol nəqliyyat hadisəsində cəmiyyətdə sığortalanmış “Vaz-21074” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşma nəticəsində zədələnmiş “Mercedes Benz C220” markalı, **- EM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə dəymiş maddi zərərin ödənilməsi üçün 1300,0 manat məbləğində sığorta ödənişi həyata keçirildiyini göstərərək həmin məbləğin və 33,40 manat dövlət rüsumunun tutulub cəmiyyətin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan İcbari sığorta müqaviləsinə dair məlumata əsasən sığortaçı "xxxx" ASC xx.xx.2020-xx.xx.2021 sığorta müddətində “Vaz-21074” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobillə törədilən yol nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin əmlakına dəymiş zərərə görə 5000,0 manat sığorta təminatı vermişdir. İşdə olan xx.xx.2020-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətinə əsasən Cavabdeh1 idarə etdiyi “Vaz-21074” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomaşınla xx.xx.2020-ci il tarixdə, saat 10-30 –da İmişli şəhəri, S.Fətəliyev küçəsində hərəkətdə olarkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydasını pozmuş və İXM 327.1-ci maddəsi ilə 40 manat cərimə edilmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli PGU-202389 nömrəli Sığorta ödənişi aktının surətinə əsasən PGU********** nömrəli Sığorta müqaviləsi ilə xx.xx.2020-xx.xx.2021 sığorta müddətində sığortaçı "xxxx" ASC-də sığortalanmış “Vaz-21074” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2020-ci il tarixdə, saat 10-30 radələrində İmişli şəhəri, S.Fətəliyev küçəsində baş vermiş yol nəqliyyat hadisəsində toqquşmuş X1 idarə etdiyi “Mercedes Benz C220” markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi nəticəsində dəymiş zərər 1300,0 manat məbləğində müəyyən olunmuş, sığorta ödənişi 1300,0 manat təşkil etmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli, 63738 nömrəli Ödəniş tarşırığının surətinə əsasən "xxxx" ASC PGU-202389 saylı akta əsasən X2 1300,0 manat ödəmişdir. «İcbari sığortalar haqqında» AR Qanununun 6.2-ci maddəsinə əsasən mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. Həmin Qnunun 13.1-ci maddəsinə əsasən icbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun xüsusi hissəsində nəzərdə tutulmuş hadisələr və hallardır. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin,.... və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və ( və ya) əmlakına vurulmuş zərərin ödənilməsi üçün sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır. Həmin Qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. AR Mülki Məcəlləsinin 923-cü maddəsinə əsasən mülki məsuliyyətin sığortası müqaviləsinə görə sığortaçı sığortalını sığorta dövründə əmələ gəlmiş məsuliyyətlə əlaqədar üçüncü şəxs qarşısında ona həvalə edilən öhdəlikdən azad etməlidir. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi ( iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, cavabdehlər, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1300,0 manat və ödənilmiş dövlət rüsumuna görə 33,40 manat tutulub iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməlidir. Yuxarıda qeyd olunanlara əssən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia tələbi təmin olunsun. Cavabdehlər, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1300,0 (bir min üç yüz) manat və ödənilmiş dövlət rüsumuna görə 33,40 (otuz üç manat, qırx qəpik) manat tutulub iddiaçı "xxxx" ASC-nin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar