Məhkəmə qərarları › İş №e-2(036)-620/2025

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(036)-620/2025

22.05.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-620/2025 22.05.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Tağıyev Rasət Şaiq oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı (bundan sonra - iddiaçı) və onun vəkili və nümayəndəsi Nümayəndə, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh (bundan sonra – cavabdeh) və onun vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçının cavabdehə qarşı fərdi yaşayış evinə çəkilmiş xərcin tutulması və tutulmanın cavabdehə məxsus torpaq sahəsinə yönəldilməsi barədə ilkin iddiasına, cavabdehin iddiaçıya qarşı maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair qarşılıqlı iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İlkin və qarşılıqlı iddia ərizələrinin dəlilləri: İlkin iddia ərizəsinin dəlilləri. İddiaçı Cavabdeh xx.xx.2017-ci il tarixli AN-İ № ******* saylı alqı-satqı müqaviləsi əsasında Sumqayıt şəhəri, “Azərbaycan Dəmir Yolu yük həyəti” rayonu ünvanında yerləşən, ümumi sahəsi 0.0451 ha olan torpaq sahəsində yerləşən yaşayış sahəsinə çəkilmiş xərc - 40.000 manat məbləğində pulun Cavabdeh tutulub İddiaçı ödənilməsinə, tutmanın Cavabdeh mülkiyyətində olan Sumqayıt şəhəri, “Azərbaycan Dəmir Yolu yük həyəti” rayonu ünvanında yerləşən, ümumi sahəsi 0.0451 ha olan torpaq sahəsinə yönəldilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, Cavabdeh ilə 2017-ci il tarixində İmişli rayonunda tanış olmuşdur. Həmin rayonda yerləşən Şirinqum ərazisində cavabdehə məxsus mal-qara ferması olmuşdur. Cavabdeh tibb bacısı işləmiş və onunla tanışlığı da cavabdehin İmişli rayon Mərkəzi Xəstəxanasına müraciət etdikdən sonra yaranmışdır. Tanışlıqları yarandıqdan sonra faktiki nikah münasibətlərində olmuşlar. Bir müddətdən sonra o, Sumqayıt şəhərinə köçmək istədikdə Cavabdeh da onunla Sumqayıt şəhərinə köçmək qərarına gəlmişdir. Sumqayıt şəhərinə köçdükdən sonra yaşayacaqları bir evə sahib olmaq üçün iddiaçı maklerlər vasitəsi ilə torpaq sahəsi almaq fikrində olmuş və bu məqsəd ilə də İmişli rayonunda yerləşən mal-qara fermasını satmaq qərarına gəlmiş və həmin fermanı 90.000 manata satmışdır. Bundan sonra iddiaçı Sumqayıt şəhərində yaşayış yeri almaq üçün X8 ilə tanış olmuşdur. Belə ki, Nazim, arvadı X1 adına olan və Sumqayıt şəhəri, “Azərbaycan Dəmir Yolu yük həyəti” rayonu ünvanında yerləşən, ümumi sahəsi 0.0451 ha olan torpaq sahəsi iddiaçıya satmaq üçün xx.xx.2017-ci il tarixdə AN-İ № ******* saylı alqı-satqı müqaviləsi imzalayaraq, müqavilə Cavabdeh adına rəsmiləşdirilmişdir. Belə ki, həmin torpaq sahəsi üçün 50.000 manat məbləğində pul notariusun bank hesabına, 13.000 manat məbləğində pul isə X2 özünə ödənilmişdir. Qeyd edilən torpaq sahəsi üçün ümumiulikdə 63.000 manat məbləğində pul onun tərəfindən ödənilmiş, torpaq sahəsində yerləşən yaşayış sahəsi üçün isə 27.900 manat məbləğində pul xərclənmişdir. Qeyd etmək istəyirəm ki, Cavabdeh tibb bacısı vəzifəsində işləməklə qeyd edilən daşınır və daşınmaz əmlakları almağa maddi imkanı olmamış, əmlakların hamısı onun tərəfindən təmin edilmişdir. 2017-ci ildən 2020-ci il tarixədək qeyd edilən torpaq sahəsində inşa edilmiş evdə birlikdə yaşadıqdan sonra Cavabdeh evi tərk etmiş və bir daha geri qaytımamışdır. Hesab edir ki, Cavabdeh, Sumqayıt şəhəri, “Azərbaycan Dəmir Yolu yük həyəti” rayonu ünvanında yerləşən, ümumi sahəsi 0.0451 ha olan torpaq sahəsində yerləşən yaşayış sahəsinə onun tərəfindən xərclənmiş pul vəsaiti geri ödənilməlidir. Cavabdeh ona qarşı “mənzildən çıxarılma” tələbinə dair iş Sumqayıt şəhər Məhkəməsində olmuş və 2(060)-324/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, o, qarşılıqlı iddia ilə Cavabdeh qarşı “müqavilənin etibarsızılığına” dair Sumqayıt şəhər Məhkəməsində olmuş və 2(060)-5359/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Bundan sonra, Sumqayıt şəhər Məhkəməsin və 2(060)-324/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi qətnaməni quvvədə saxlanılmışdır. Daha sonra, Ali Məhkəməyə verilmiş kassasiya şikayyəti Məhkəmənin 2(102)-3479/2024 saylı, xx.xx.2024-cü il qərarına əsasən təmin edilməmişdir. Hesab edir ki, iddia ərizəsninin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti ötürülməmişdir. Qarşılıqlı iddia ərizəsinin dəlilləri: Cavabdeh iddiaçıdan 16800 manat məbləğində pul vəsaitinin və ödənilmiş 140 AZN dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsində qeyd etmişdir ki, iddiaçı öz vəsaiti hesabına X1 xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri Azərbaycan dəmir yolu yük həyəti ünvanında yerləşən torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən tikilini alqı-satqı müqaviləsinə əsasən almışdır. Həmin torpaq sahəsində yerləşən tikilini alqı - satqı müqaviləsinə əsasən almışdır. Həmin torpaq sahəsinə dair iddiaçıya ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Beləliklə həmin torpaq sahəsi və onun üzərində inşa edilmiş tikili iddiaçının xüsusi mülkiyyətinə çevrilmişdir. İddiaçı həmçinin həmin evi öz vəsaiti hesabına bütün zəruri məişət əşyaları ilə təmin etmişdir. Daha sonra iddiaçı nikahdan kənar münasibətdə olduğu cavabdeh ilə həmin evdə yaşamışdır. Evdə yaşayarkən cavabdehin əsl niyyəti bəlli olmuş və qəsdən iddiaçı ilə səbəbsiz mütəmadi mübahisələr yaradaraq onu döyərək həmin evdən qovub evə yiyələnmək fikrinə düşərək evi qanusuz ələ keçirmişdir. Cavabdeh hətta evə dair mülkiyətçiyə məxsus sənədləri belə ona verməkdən imtina edərək qanunsuz olaraq özündə saxlamışdır. İddiaçı cavabdehdən xüsusi mülkiyyətində olan evdən çıxmasını dəfələrlə tələb etsə də cavabdeh buna heç bir məhəl qoymayaraq iddiaçının mülkiyyət hüququnu pozmaqda davam edir. Belə ki, Sumqayıt Şəhər Məhkəmsinin 07 aprel 2023-cü il tarixli qətnaməsi ilə onun iddiası əsasında cavabdeh İddiaçıya məxsus Sumqayıt şəhəri Azərbaycan dəmir yolu yük həyəti ünvanında verləşən 0.0451 hektar torpaq sahəsində inşa olunmuş evdən çıxarılsın və həmin ev iddiaçı Cavabdeh təhvil verilməsi qət edilmişdir. Sumqayıt Apellasiya Məhkəməsinin xx.xx.2024-cii ii tarixli qərarı ilə Sumqayıt Şəhəri Məhkəmsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin qərarı ilə də Sumqayıt Şəhər Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Nəzərə alır ki, artıq iddiaçı cavabdehin qanunsuz əməlləri nəticəsində xx.xx.2021-ci ildə öz mənzilindən məhrum olmuşdur. Qüvvədə olan məhkəmə qətnamələrinə baxmayaraq cavabdeh süni şəkildə məhkəmələrə iddialar verərək qüvvədə olan qətnamələrin icrasına maneəçilik törədir. Nəzərə alır ki, həmin ərazidə eyni şəraitə uyğun kirayə haqqı 300 AZN təşkil edir. Cavabdehin qanunsuz, mənim evimi zəbt etməsinə görə iddiçıya 16800 manat zərər dəyib, çünki iddiaçı həmin müddətdə məcburiyyətdən 3-cü qrup əlil uşağı ilə kirayədə qalmışdır. Cavabdehin iddiasına gəldik də isə təmamilə yazdıqları yalandır. Evin mübahisəsinə dair artıq məhkəmə qərarları var. Cavabdehin iddiasının yalan olduğunu bir daha aşağıdakılar sübut edir. Sumqayıt Şəhər Məhkəməsində onun iddiaçı olduğu araşdırılan zaman cavabdeh və nümayəndəsi izahatlarında bildirmişlər ki, torpaq sahələrində yerləşən yaşayış sahəsi üçün 20 min manat məbləğində pul xərclənmişdir, hazırki iddia əizələrində isə həmin məbləği 27000 manat məbləğində qeyd elmişlər. 13 min manat məbləğində pulun X4 ödəməsi barədə iddia etsə də nə əvvəlki məhkəmələr də nə də hal-hazırdakı iddialarda heç bir sübut təqdim eləməmişdir. İddia ərizəsində qeyd edir ki, guya o, heyvandarlıqla məşğul olur guya ferması olmuş və həmin fermanı 90 min manata satmışdır. Nəzərə çatdırır ki, həmin iddianı o, onun iddiası üzrə işə baxılarkən desə də buna dair heç bir sübut təqdim edə bilməmişdir və həmin dəlillərin sübut edilə bilməməsi barədə məhkəmə qətnamələri var. Onun iddiaları üzrə gedən proseslərdə də həmin evin ona məxsus olması, anasının ona bağışladığı evi satıb, həmin evi almağı tam sübuta yetmişdir. Məhkəmə iclasında verilən izahatlar: İddiaçı, vəkili və nümayəndəsi Nümayəndə məhkəmə baxışı zamanı ilkin iddia ərizəsinə uyğun izahat verərək ilkin iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddia tələbinin isə təmin edilməməsini xahiş etdi. Cavabdeh, vəkili və nümayəndəsi Vəkil məhkəmə baxışı zamanı qarşılıqlı iddia ərizəsinə uyğun izahat verərək ilkin iddia tələbinin təmin edilməməsini, qarşılıqlı iddia tələbinin isə təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid X9 izahatında bildirdi ki, əvvəldən atasının İddiaçı atası ilə dostluqları olmuşdur. O, stansiya Sumqayıtda usta kimi fəaliyyat göstərmişdir. Təxminən 2018-ci ildə həmin evdə işləmişdir. Həmin ərazidə yerləşən evin hasarına suvaq vurmaq, palçıq vurmaqda və rəngləmə işlərini o aparmışdır. Evin içərisində işləməmişdir. Həmin evdə Vahidi gördüyünü və bir neçə dəfə tanımadığı qadın görmüşdür. Cavabdehi də 3-4 dəfə həmin görmüşdür. 3700 manat məbləğind pulu ona Vahid nağd şəkildə vermişdir. Məhkəmə iclasında şahid X3 izahatında bildirdi ki, o, Vahidlə qonşudur. Cavabdehi tanımır. 2021-ci il dən 4 ildir ki, orada yaşayıram, yaşadığım müddətdə də görməmişəm. Həmin evdə Vahid tək yaşayır. Həmin evin ünvanı yoxdur. Həmin evin həyətində usta kimi işləyərək tövlə tikmişdir. Buna görə 350 manat məbləğində pul almışdır. O tövləni tikəndə ev təmirli idi, kimin təmir etdirməsini görməmişdir. Məhkəmə iclasında şahid X5 izahatında bildirdi ki, o, Vahidin qardaşıdır. Vahid yaşadığı evdə görülən işlərdən beton tökülməsini, hörgü işlərini və rəndləmə işlərini görmüşdür. İşi gördükcə pulu nağd formada hissə-hissə ödəyirdi. Nə qədər pul ödənilməsi yadında deyil. Həmin vaxt evdə işləyərkən Rəna ilə Vahid ər-arvad formada yaşayırdılar. Pulu Rəna xanım yox, qardaşı Vahid vermişdir onlara. Həmin vaxt fermasını satmışdır. Məhkəmə iclasında şahid X12 izahatında bildirdi ki, o, iddiaçının qardaşının dostudur, onun vasitəsilə iddiaçı tanımışdır. Həmin evin həyətində beton və torpağ yayma işləri görmüşdür. Özü tək işləmiş, lazım olanda fəhlər gətirmişdir. Betonu işlərini görəndə ümumilikdə nağd şəkildə 720 (yeddi yüz iyirmi) manat məbləğində pul vermişdir. Cavabdeh həmin evdə yaşamasını görməmişdir. Aralarında heç bir yazılı müqavilə olmamışdır. İş materiallarında olan "xxxx" MMC-nin Sumqayıt şəhəri, “Azərbaycan Dəmir Yolu yük həyəti” rayonu ünvanında yerləşən, ümumi sahəsi 0.0451 ha olan torpaq sahəsi, üzərindəki fərdi yayış evinin və yaxşılaşdırma işlərinin məbləğinin qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli hesabatdan görünür ki, qiymətləndirmə obyektinin dəyərinin hesablanması üçün Qiymətləndirici xərc, gəlir və müqayisəli satışlar yanaşmasından istifadə etmişdir. Nəticələrin razılaşdırılması zamanı xərc metodu ilə alınmış dəyərin çəki payının az olması qiymətləndirmə obyektinə çəkilmiş xərclərin obyektin ədalətli bazar dəyərinin həddinə uyğun olmaması ilə əlaqəlidir. Beləliklə vətəndaş X1 xüsusi mülkiyyətində olan, Sumqayıt şəhəri, “Azərbaycan dəmir yolu yük” rayonu ünvanında yerləşən 0,0451 ha torpaq sahəsi və üzərindəki fərdi yaşayış evinin (digər tikililərlə birlikdə) qiymətləndirmə tapşırığına uyğun olaraq hesablanmış ədalətli bazar dəyəri 22 avqust 2024-cü il tarixinə 71 120,0 (yetmiş bir min bir yüz iyirmi) manat; vətəndaş X1 xüsusi mülkiyyətində olan, Sumqayıt şəhəri, “Azərbaycan dəmir yolu yük” rayonu ünvanında yerləşən 0,0451 ha torpaq sahəsi və üzərindəki fərdi yaşayış evində vətəndaş İddiaçı tərəfindən görülmüş yaxşılaşdırma işlərinin məbləği 22 avqust 2024-cü il tarixinə 27 900,0 (iyirmi yeddi min doqquz yüz) manat təşkil edir; İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli çıxarışa əsasən Sumqayıt şəhəri, “Azərbaycan dəmir yolu yük” rayonu ərazisində yerləşən 0.0451 kv/m torpaq sahəsi üzərində X1 mülkiyyət hüququ **********34 reyestr nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır; İş materiallarında olan daşınmaz əmlakın ******* saylı alqı-satqı müqaviləsindən görünür ki, X6 ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixdə Azərbaycan dəmir yolu yük” rayonu ərazisində yerləşən 0.0451 kv/m torpaq sahəsinin alqı-satqısı müqaviləsi bağlanmışdır; İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2017-ci il tarixli mədaxil qəbzindən görünür ki, Cavabdeh tərəfindən alqı-satqı müqaviləsi üzrə AZ59MUGA**********06290AZM67 nömrəli hesaba 50 000.00 (əlli min) manat məbləğində pul köçürülmüşdür; İş materiallarında olan 157574 saylı məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı məcburi köçkün kimi qeydiyyata alınmışdır; İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-286/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli, 2(060)-5359/2023 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh Sumqayıt şəhəri 4 saylı Notariat Kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2017-ci il tarixli və AN-İ № ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə və Cavabdeh adına Azərbaycan Respublikası Əmlak X7 yanında DƏDRX-də **********34 reyestr nömrəsi ilə qeydə alınmış çıxarışın ləğv edilməsinə dair iddia tələbinin rədd edilməsi qət edilmişdir. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-5359/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır; İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-100/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-324/2023 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh İddiaçı Cavabdeh məxsus olan Sumqayıt şəhəri, “Azərbaycan dəmir yolu yük həyəti” ünvanında yerləşən 0,0451 hektar torpaq sahəsində inşa olunmuş evdən çıxarılması və həmin evin iddiaçı Cavabdeh təhvil verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun 70 (yetmiş) manatının cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. Cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməmiş və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-324/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır; İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 3479/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından görünür ki, cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 100/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır; İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2025ci il tarixli qərarından görünür ki, Sumqayıt Bələdiyyəsinin əməkdașı Eldar Əhmədovun həqiqətə uyğun olmayan formada arayış verməsi ilə bağlı iddiaçının müraciəti əsasında aparılmış yoxlamanın nəticələri üzrə cinayət işinin başlanması rədd edilmişdir; İş materiallarında olan kim tərəfindən imza edilməsi göstərilməyən və təsdiq edilmiş möhürü oxunmayan ******* saylı qaimə fakturasından görünür ki, şebelin miqdarı-5, qiyməti 16, məbləği -80, atsepin miqdarı-6, qiyməti 18, məbləği - 108, qumun miqdarı-10, qiyməti 17, məbləği -170 və şiferin miqdarı-30 kv, qiyməti 7,8, məbləği -234 manat olmaqla cəmi 592 manat təşkil etmişdir; İş materiallarında olan imza edilməsi göstərilməyən və təsdiq edilmiş möhürü oxunmayan ******* saylı qaimə fakturasından görünür ki, N400 miqdarı-75, qiyməti 5,8, məbləği - 435, profilin miqdarı-8, qiyməti 3, məbləği - 24, dekor 40 miqdarı-4, qiyməti 5, məbləği -20 və əlcəyin miqdarı-12, qiyməti 0,5, məbləği -6 manat olmaqla cəmi 485 manat təşkil etmişdir; İş materiallarında olan imza edilməsi göstərilməyən və təsdiq edilmiş möhürü oxunmayan ******* saylı qaimə fakturasından görünür ki, emusiya 25kq. miqdarı-5, qiyməti 52, məbləği - 260, arm 14 miqdarı-120, qiyməti 0,9 məbləği - 108, 15x15 miqdarı-64, qiyməti 0,22, məbləği -14,1 və kubikin miqdarı - 1200, qiyməti 0,44, məbləği -528 manat olmaqla cəmi 910 manat təşkil etmişdir; İş materiallarında olan Laçın RİHB-nın Malıbəy kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 24 nömrəli, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı Malıbəy kənd icra nümayəndəliyinin daimi qeydiyyatındadır. 1992-ci ilin may ayının 18-də Laçın rayonu erməni təcavüzkarları tərəfindən işğal edilən zaman köçkün düşmüşdür. Halhazırda Sumqayıt şəhəri, “Azərbaycan dəmir yolu yükboşaltma” ərazisində məskunlaşmışdır; İş materiallarında olan Sumqayıt şəhər bələdiyyəsi “Sumqayıtçay stansiyası və Qazpaylayıcı Mərkəzin ətraf əraziləri” üzrə 1 saylı Məhəllə Komitəsinin 349 saylı xx.xx.2025-ci il tarixli arayışından görünür ki, İddiaçı Sumqayıt Çay Stansiyası Qazpaylayıcı Mərkəzin ətraf ərazisində qeydiyyatsız (Azərbaycan dəmir yolu yük həyəti ərazisi) 2017-ci ildən yaşayır və həmin ildən aparılmış tikinti təmir işlərini, kommunal xərclərini özü aparmışdır; İş materiallarında olan Ruslan Pənahov, Ələddin Abbasov, Azər Həsənov, Anar Həsənov, Vaqif Cəfərov və Aqşin Paşayevin imzaları ilə təsdiq edilmiş aktdan görünür ki, hariqətən də Sumqayıt şəhəri, “Azərbaycan Dəmir Yolu yük həyəti” rayonu ünvanında yerləşən, ümumi sahəsi 0.0451 ha olan torpaq sahəsində yerləşən yaşayış sahəsi 2017-ci ildən İddiaçı istifadəsində olmuş, yaşayış sahəsində ondan başqa şəxs və ya şəxslər olmamışdır. Bundan əlavə Sumqayıt şəhəri, “Azərbaycan Dəmir Yolu yük həyətı” rayonu ünvanında yerləşən, ümumi sahəsi 0.0451 ha olan torpaq sahəsində və üzərində yerləşən yaşayış sahəsində aparılmış yaxşılaşdırma işləri vətəndaş İddiaçı tərəfindən həyata keçirilmişdir; İş materiallarında olan abonent saldosundan görünür ki, abonent X1 adına “Smart G- 4 İTRON” tipli sayğac xx.xx.2016-cı il tarixdə quraşdırılmışdır; İş materiallarında olan abonent saldosundan görünür ki, abonent X1 adına “Smart G- 4 İTRON” tipli sayğac xx.xx.2016-cı il tarixdə quraşdırılmışdır; İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2023cü il tarixli qərarından görünür ki, göstərilənlərə əsasən aparılmış yoxlamanın nəticələri üzrə cinayət işinin başlanması rədd edilmişdir; İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 6 saylı DOST Mərkəzinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Cavabdeh (FİN xxxxxxx) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sosial ödənişlər” altsisteminə əsasən Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı X10 (FİN 7GNMY4S) üçün 150 (yüz əlli) manat məbləğində sosial müavinət və 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə qulluğa görə 100 (yüz) manat məbləğində Prezident təqaüdü alır; Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 152.1 mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. 1096.1. mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1. mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1087.1. Özgəsinin (sahibkarın) işlərini tapşırıq və ya digər əsas olmadan aparan şəxs (icraçı) onu vicdanla aparmağa borcludur. 1088.1. İcraçı işləri idarəetməyə qəbul etməsi barədə sahibkarı mümkün qədər qısa müddətdə xəbərdar etməli və əgər ləngimə hər hansı risklə bağlı deyilsə, onun qərarını gözləməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, həm ilkin, həm də qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, iddia tələbinə düzgün hüquqi qiymət verilməsi üçün iddianın qanuni əsasının tapılması vacib şərtlərdəndir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa, hüquqi dəyərləndirmə artıq məhkəmə üçün başa çatmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh ilə İddiaçı arasında 2017-ci ildə qeyri-rəsmi nikah münasibətləri yaranmışdır. İddiaçı ilə X6 arasında bağlanmış xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Sumqayıt şəhəri, “Azərbaycan Dəmir Yolu yük həyəti” rayonu ünvanında yerləşən, ümumi sahəsi 0,0451 hektar olan torpaq sahəsini 50000 manata Cavabdeh satılmışdır. Həmin torpaq sahəsi xx.xx.2015- ci il tarixdə iddiaçının xüsusi mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyata alınmışdır. İş materiallarından aydın olur ki, torpağın üzərində yerləşən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Belə ki, qanuni qüvvəyə minmiş Sumqayıt Şəhər Məhkəməsinin 03 oktyabr 2023- cü il tarixli, 2(060)-5359/2023 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh Sumqayıt şəhəri 4 saylı Notariat Kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2017-ci il tarixli və AN-İ № ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə və Cavabdeh adına Azərbaycan Respublikası Əmlak X7 yanında DƏDRX-də **********34 reyestr nömrəsi ilə qeydə alınmış çıxarışın ləğv edilməsinə dair iddia tələbi rədd edilmişdir. Qanuni qüvvəyə minmiş Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-324/2023 nömrəli qətnaməsi ilə cavabdeh İddiaçı Cavabdeh məxsus olan Sumqayıt şəhəri, “Azərbaycan dəmir yolu yük həyəti” ünvanında yerləşən 0,0451 hektar torpaq sahəsində inşa olunmuş evdən çıxarılması və həmin evin iddiaçı Cavabdeh təhvil verilməsi qət edilmişdir. Hazırda İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək xx.xx.2017-ci il tarixli AN-İ № ******* saylı alqı-satqı müqaviləsi əsasında Sumqayıt şəhəri, “Azərbaycan Dəmir Yolu yük həyəti” rayonu ünvanında yerləşən, ümumi sahəsi 0.0451 ha olan torpaq sahəsində yerləşən yaşayış sahəsinə çəkilmiş xərc - 40.000 manat məbləğində pulun Cavabdeh tutulub İddiaçı ödənilməsinə, tutmanın Cavabdeh mülkiyyətində olan Sumqayıt şəhəri, “Azərbaycan Dəmir Yolu yük həyəti” rayonu ünvanında yerləşən, ümumi sahəsi 0.0451 ha olan torpaq sahəsinə yönəldilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsində isə iddianın əsası kimi cavabdehin əsassız varlanmasını qeyd etmişdir, sübut qismində şahid ifadələri, qiymətləndirmə rəyi, qaimə və arayış təqdim etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının təqdim etdiyi sübutlarla iddia tələbi sübuta yetirilməmişdir. Belə ki, məhkəmə iclasında dindirilmiş şahidlərdən məhkəmə iclasında şahid X5 izahatında bildirmişdirdi ki, o, iddiaçının qardaşı olduğunu və iddiaçının sifarişi pul müqabiləndə ilə həmin evdə təmir işlərini görməsini bildirsə də, ona nə qədər pul verməsini xatırlamadığını bildirmişdir. Digər şahidlər X9 təmir işləri müqabilində 3700 manat məbləğində pulun, şahid X3 350 manat məbləğində pulun, X12 isə 720 (yeddi yüz iyirmi) manat məbləğində pulun verilməsini bildirsələr də, onlar iddiaçının tanışları olduqlarına, ödəmə və aralarında iddiaçı ilə hər hansı yazılı və ya şifahi şəkildə müqavilə bağlanması bərədə heç bir sübut təqdim etmədiklərinə görə məhkəmə şahidlərin ifadələrinə tənqidi yanaşmaqla, hesab edir ki, həmin ifadələr mötəbər sübut kimi qəbul edilərək, iddia tələbinin qismən təmin edilməsinin yeganə əsası kimi çıxış edə bilməz. Eyni zamanda iddiaçı tərəfindən də ödəmə barədə və şahidlərlə aralarında hər hansı yazılı və ya şifahi şəkildə müqavilə bağlanması bərədə sübut təqdim edilməmişdir. Bundan başqa şahid ifadələrinin mötəbər sübut kimi qəbul edilməməsinin digər bir səbəbi də ondan ibarətdir ki, iddiaçı tərəfindən həmçinin şahidlər Ruslan Pənahov, Azər Həsənov, Vaqif Cəfərov və Aqşin Paşayevin imzaları ilə təsdiq edilmiş aktda onlar Sumqayıt şəhəri, “Azərbaycan Dəmir Yolu yük həyəti” rayonu ünvanında yerləşən, ümumi sahəsi 0.0451 ha olan torpaq sahəsində yerləşən yaşayış sahəsinin 2017-ci ildən İddiaçı istifadəsində olmasını, yaşayış sahəsində ondan başqa şəxs və ya şəxslər olmamasını bildirsələr də, məhkəmə iclasında X3 2021-ci ildən iddiaçı ilə qonşu olduğunu və 4 ildir ki, orada yaşadığını, X9 və Anar Əkbər oğlu isə aktda göstərdiklərinin əksinə olaraq cavabdeh Həsənov Cavabdeh həmin evdə yaşamasını gördüklərini bildirmişlər. İddiaçı tərəfindən bu ziddiyyətləri aradan qaldıran hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, şahid ifadələri və onların tərtib etdiyi akta iddiaının təmin əsası ola bilməz. Bundan başqa, iddiaçı tərəfindən iş materiallarında olan 0159474, 0159475, 0159477, ******* saylı qaimə fakturaların üzərində “kimdən” xanasında “Laçın İnşaat” göstərilsə də, “kimə” xanasında heç bir yazı mövcud deyil. Həmçinin, qaimələrdə “təhvil verdi” və “təhvil aldı” xanasında imzalar olsa, imzaların kimə məxsus olması qeyd edilməmişdir. Qaimələrdə olan möhürlər isə oxunmadığı üçün kimə məxsus olması müəyyən edilmir. Eyni zamanda qaimlərin tarixləri müvafiq olaraq xx.xx.2018-ci il, xx.xx.2019-cü il, xx.xx.2020-ci il, xx.xx.2023-cü il göstərilmişdir, lakin nömrələri 0159474, 0159475, 0159477, ******* ardıcıllıqla qeyd edilmişdir. xx.xx.2018-ci il tarixdən xx.xx.2023cü il tarixə qədər olan 5 ildən artıq müddətdə ardıcıl nömrələrlə qaimlərin məhz iddiaçıya verilməsinin iddia edilməsi və yuxarıda qeyd edilən digər səbəblər həmin qaimlərin mötəbər sübut kimi qəbul edilməsini mümkün etmir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi sübuta yetirilmədiyi üçün təmin edilə bilməz. Məhkəmə qarşılıqlı iddia ərizəsinə münasibət bildirərək qeyd edir ki, cavabdeh iddiaçıdan 16800 manat məbləğində pul vəsaitinin və ödənilmiş 140 AZN dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehin qanunsuz əməlləri nəticəsində xx.xx.2021-ci ildə öz mənzilindən məhrum olmuşdur. Qüvvədə olan məhkəmə qətnamələrinə baxmayaraq cavabdeh süni şəkildə məhkəmələrə iddialar verərək qüvvədə olan qətnamələrin icrasına maneəçilik törədir. Həmin ərazidə eyni şəraitə uyğun kirayə haqqı 300 AZN təşkil edir. Cavabdehin qanunsuz zəbt etməsinə görə iddiçıya 16800 manat zərər dəyib, çünki iddiaçı həmin müddətdə məcburiyyətdən 3-cü qrup əlil uşağı ilə kirayədə qalmışdır. Məhkəmə hesab edir ki, cavabdeh iddiaçı tərəfindən ona 16800 manat məbləğində maddi ziyan vuralmasını iddia etsə də, bununla bağlı məhkəmə hər hansı mötəbər sübut təqdim etmişdir. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Göründüyü kimi, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına səbəb olan təqsirli, hüquqazidd əməldir. Bunun nəticəsində yaranmış öhdəlikdə delikt törətmiş zərərvuran və zərərçəkmiş şəxs iştirak edir. Mülki hüquq pozuntusunun yaranmasında nəzərdə tutulan hüquqazidd əməl dedidə, mülki qanunvericiliyin normalarını pozan hərəkət və ya hərəkətsizlik anlaşılır. Eləcə də delikt törətmiş şəxsin əməli təqsirli olmalıdır. Təqsirli əməl şəxsin qəsdi və ya ehtiyatsızlığı nəticəsində yaranır. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən məhz iddiaçının hüquqazidd əməli yəni, mülki qanunvericiliyin normalarını pozan hərəkət və ya hərəkətsizliyinin ona məhz 16 000 manat məbləğində ziyan dəyməsinin səbəbli əlaqəsi ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, qarşılıqlı iddia ərizəsində göstərilən 16000 manat məbləğində dəymiş zərər kifayət qədər əsaslandırılmamaqla, formal mülahizələrə söykənmişdir. Belə ki, iddiaçı tərəfindən cavabdehin məhkəmə qətnaməsi qərəzli şəkildə icra etməməsi, buna görə də məsuliyyətə cəlb edilməsi, həmçinin bunun nəticəsində onun kirayədə qalması ilə bağlı sübut – kirayə müqavilə məhkəməyə təqdim edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarı: Məhkəmə qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki-Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Məhkəmə hesab edir ki, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh mötəbər sübut təqdim edə bilməmiş, bu hallar məhkəmə iclasında işin hər hansı halı ilə sübuta yetirilməmişdir. Beləliklə, iddiaçının və cavabdehin təqdim etdiyi sübutlar iddianın təmin edilməsi üçün kifayət etmədiyindən məhkəmə iş materiallarına qiymət verərək hesab edir ki, iddiaçı və cavabdeh tələblərində istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı və cavabdeh tələblərinin əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını, mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddiaçının və cavabdehin tələbləri sübutlarla təsdiq edilmədiyindən iddia və qarşılıqlı iddia ərizəsi rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İlkin iddia və qarşılıqlı iddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu tərəflərin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar