Məhkəmə qərarları › İş №e-2(036)-888/2023

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(036)-888/2023

15.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-888/2023 15.05.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Əsədli Xuraman Emin qızının katibliyi ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbi barədə iddia qaldıraraq xx.xx.2022-ci il tarixdə, saat 12-30 radələrində Cavabdeh idarə etdiyi «Daewoo Gentra» minik markalı **-AN-*** dövlət qeydiyyat nişanlı avtomobilin Bakı şəhəri, Nərimanov rayon, Z.Bünyadov prospektində «Opel Corsa» minik markalı **-PJ-*** dövlət nömrə nişanlı avtomobillə toqquşması nəticəsində baş vermiş sığorta hadisəsinə görə 1411,0 manat məbləğində sığorta ödənişi edildiyini göstərərək həmin məbləğin və 35,0 manat dövlət rüsumunun alınıb cəmiyyətin xeyrinə ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli İXP ******* nömrəli “inzibati xəta haqqında” Protokolun surətinə əsasən Cavabdeh idarə etdiyi «Daewoo Gentra» minik markalı **-AN-*** dövlət qeydiyyat nişanlı avtomaşınla xx.xx.2022-ci il tarixdə, saat 12-30 radələrində Bakı şəhəri, Nərimanov rayon, Z.Bünyadov prospektində hərəkətdə olarkən yol hərəkəti qaydalarını pozaraq AR İXM-nin 327.1, 332.1 və 469.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli 105018 nömrəli Sığorta Aktının surətinə əsasən **********4 nömrəli Sığorta müqaviləsi ilə xx.xx.2021-xx.xx.2022 sığorta müddətində sığortaçı İddiaçı Sığorta Şirkəti ASC-də sığortalanmış «Opel Corsa» minik markalı **-PJ-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayon, Z.Bünyadov prospektində «Daewoo Gentra» minik markalı **-AN-*** dövlət nömrə nişanlı avtomobillə toqquşma nəticəsində yaranmış sığorta hadisəsində "xxxx" MMC-yə dəymiş zərər 1711,0 manat məbləğində müəyyən olunmuş, sığorta ödənişi 1711,0 manat təşkil etmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli, 5998 saylı Ödəniş tarşırığının surətinə əsasən İddiaçı Sığorta Şirkəti xx.xx.2022-ci il tarixli 105018 nömrəli Sığorta Aktına əsasən "xxxx" MMC-nin hesabına 1450,0 manat ödəmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli, 5999 saylı Ödəniş tarşırığının surətinə əsasən İddiaçı Sığorta Şirkəti xx.xx.2022-ci il tarixli 105018 nömrəli Sığorta Aktına əsasən "xxxx" MMC-nin hesabına 261,0 manat ödəmişdir. «İcbari sığortalar haqqında» AR Qanununun 6.2-ci maddəsinə əsasən mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən icbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun xüsusi hissəsində nəzərdə tutulmuş hadisələr və hallardır. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin,.... və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və ( və ya) əmlakına vurulmuş zərərin ödənilməsi üçün sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır. Həmin Qqanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. AR Mülki Məcəlləsinin 923-cü maddəsinə əsasən mülki məsuliyyətin sığortası müqaviləsinə görə sığortaçı sığortalını sığorta dövründə əmələ gəlmiş məsuliyyətlə əlaqədar üçüncü şəxs qarşısında ona həvalə edilən öhdəlikdən azad etməlidir. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi ( iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Cavabdeh 1411, 0 manat sığorta ödənişi və ödənilmiş dövlət rüsumuna görə 35,0 manat alınıb İddiaçı Sığorta Şirkəti ASC -ə verilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia tələbi təmin olunsun. Cavabdeh 1411,0 (bir min dörd yüz on bir) manat və ödənilmiş dövlət rüsumuna görə 35,0 (otuz beş) manat alınıb İddiaçı Sığorta Şirkəti ASC–nin hesabına keçirilsin. Qətnamədən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar