Məhkəmə qərarları › İş №e-2(036)-939/2025

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(036)-939/2025

12.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-939/2025 12.03.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Mahmud Orxan Əlövsət oğlu, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra- İddiaçı Sığorta Şirkəti ASC) Cavabdeh qarşı “subroqasiya qaydasında pulun tutulması” tələbinə dair ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh qarşı “subroqasiya qaydasında pulun tutulması” tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, “Qaz 2410” markalı, **- BC-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın və X1 dəymiş zərərin ödənilməsi üçün ödənilmiş cəmi, 1800 (bir min səkkiz yüz) manat sığorta ödənişi məbləğinin və ödənilmiş 38 (otuz səkkiz) manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa (forma 4) əsasən, xx.xx.2018-ci il tarixdə Cavabdeh tərəfindən etibarnamə ilə idarə olunan “VAZ 21061” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “QAZ 2410” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi toqquşaraq yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə X6 yüngül dərəcəli xəsarət almışdır. İş materiallarına əlavə edilmiş PAT********** nömrəli icbari sığorta şəhadətnaməsinin 066789 və 066179 nömrəli sığorta aktlarından və icbari sığorta bürosundan (İSB) çıxarışdan görünür ki, hadisə zamanı “VAZ 21061” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı Sığorta Şirkətində xx.xx.2018-ci ildən xx.xx.2019-cu ilə qədər müddətdə icbari qaydada sığortalı olmuşdur. İş materiallarında olan xx.xx.2028-ci il tarixli ƏN-Vİ 422650 nömrəli etibarnamənin surətindən görünür ki, Cavabdeh “VAZ 21061” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək üçün xx.xx.2018-ci ildən xx.xx.2019-cu ilə qədər qüvvədə olan etibarnaməsi olmuşdur. Beləliklə hadisə zamanı o nəqliyyat vasitəsinə qanuni sahiblik etmişdir. Nəqliyyat vasitələrinin yolnəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə xx.xx.2019-cu il tarixli hesabata əsasən, “QAZ 2410” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 1050 AZN (min əlli manat) məbləğində zərər dəymişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 5302 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı SŞ dəymiş zərərlə bağlı “QAZ 2410” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi, zərərçəkən X2 1050 AZN (min əlli manat) və xx.xx.2019-cu il tarixli 4601 nömrəli ödəniş tapşırığına əsasən X3 yüngül dərcəli bədən xəsarət almasına görə isə 750 AZN (yeddi yüz əlli manat) ümumilikdə 1800 AZN ( min səkkiz yüz manat) sığorta ödənişi həyata keçirmişdir. Bildirmişlər ki, xx.xx.2018-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh sürücülük hüququ olmadan nəqliyyat vasitəsi idarə etdiyi üçün ona qarşı iddiaçının subroqasiya hüququ yaranmışdır. Belə ki, İmişli Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 3(036)-55/2018 nömrəli inzibati xəta haqqında iş üzrə qərarının çıxarışından da göründüyü kimi Cavabdeh İXM-nin 327.2 və 332.4-cü maddəsi ilə təqsirli bilinmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.1-ci maddəsinə əsasən, pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. Belə olan halda, məhkəmə iddia ərizəsi üzrə tələb olunan məbləğin iki min manatdan az olduğunu nəzərə alaraq, hazırki mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş üzrə cavabdeh qanunvericilikdə nəzərdə tutulmuş qaydada bildiriş göndərilsə də, o, əsaslandırılmış etirazını, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə ərizənin dəlillərini nəzərə alaraq iş üzrə təqdim olunmuş digər sübutları yoxlayıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. İşdə olan İcbari sığorta müqavilələrinin mövcudluğunun yoxlanılması barədə xx.xx.2025-ci il tarixli məlumata əsasən, “VAZ 21061” markalı, **-BK-*** qeydiyyat nömrə nişanlı avtomobil İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətində sığortalanmışdır. İşdə olan İmişli Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 3(036)-55/2019 saylı qərarının surətinə əsasən Cavabdeh Azərbaycan Respublikasının İXM-nin 327.2 və 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 400 (dörd yüz) manat inzibati cərimə edilmişdir. İşdə olan xx.xx.2019-cu il tarixli 066789 nömrəli Sığorta Aktının surətinə əsasən PAT********** nömrəli Sığorta müqaviləsi ilə xx.xx.2018-xx.xx.2019 sığorta müddətində sığortaçı İddiaçı Sığorta Şirkəti ASC-də sığortalanmış “VAZ 21061” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin xx.xx.2018-ci il tarixdə İmişli şəhəri ərazisində “QAZ 2410” markalı, **-BC-*** dövlət nömrə nişanlı avtomobillə toqquşma nəticəsində yaranmış sığorta hadisəsində dəymiş zərər 1050 manat məbləğində müəyyən olunmuş, sığorta ödənişi 1050 manat təşkil etmişdir. İşdə olan xx.xx.2019-cu il tarixli 5302 saylı Ödəniş tarşırığının surətinə əsasən İddiaçı Sığorta Şirkəti ASC xx.xx.2019-cu il tarixli 066789 nömrəli Sığorta Aktına əsasən X2 1050 (bir min əlli) manat ödəmişdir. İşdə olan xx.xx.2019-cu il tarixli 066179 nömrəli Sığorta Aktının surətinə əsasən PAT********** nömrəli Sığorta müqaviləsi ilə xx.xx.2018-xx.xx.2019 sığorta müddətində sığortaçı İddiaçı Sığorta Şirkəti ASC-də sığortalanmış “VAZ 21061” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin xx.xx.2018-ci il tarixdə İmişli şəhəri ərazisində baş vermiş sığorta hadisəsində həmin avtomobilin sərnişini X3 yüngül dərəcəli bədən xəsarətləri alması ilə əlaqədar sağlamlığına dəymiş zərər 750 manat məbləğində müəyyən olunmuş, sığorta ödənişi 750 manat təşkil etmişdir. İşdə olan xx.xx.2019-cu il tarixli 4601 saylı Ödəniş tarşırığının surətinə əsasən İddiaçı Sığorta Şirkəti ASC xx.xx.2019-cu il tarixli 066179 saylı Sığorta Aktına əsasən X2 750 (yeddi yüz əlli) manat ödəmişdir. İş materialları ilə müəyyən olunur ki, Cavabdeh tərəfindən etibarnamə əsasında idarə edilən “VAZ 21061” markalı, **-BK-*** dövlət nömrə nişanlı avtomobil xx.xx.2018-ci ildən xx.xx.2019-cu ilədək İddiaçı Sığorta Şirkəti ASC-də icbari sığorta növündə sığortalanmışdır. Cavabdeh xx.xx.2018-ci il tarixdə “VAZ 21061” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olmadan idarə edərkən yol nəqliyyat hadisəsi baş vermiş və hadisə nəticəsində, X4 idarə etdiyi “QAZ 2410” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymiş və həmçinin sərnişin X6 yüngül dərəcəli bədən xəsarətləri almışdır. Həmin zərər İddiaçı Sığorta Şirkəti ASC tərəfindən X2 ödənilmişdir. Ona görə də, 1800 (bir min səkkiz yüz) manat pul Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. (MM-936.2) Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. (MM-936.5) Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. (MM-1114.1) Məhkəmə qeyd edir ki, “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 50.1-ci maddəsinə əsasən, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Həmin Qanunun 63.1-ci maddəsinə əsasən, Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən belə hesab edir ki, Cavabdeh “VAZ 21061” markalı, **-BK-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə etməsi və onun mülki məsuliyyətinin icbari sığortası üzrə sığortaçı İddiaçı Sığorta Şirkəti ASC tərəfindən faydalanan şəxs X2 cəmi, 1800 manat məbləğində sığorta ödənişi ödənilməsini nəzərə alaraq belə hesab edir ki, iddiaçının cavabdehə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranmışdır. Belə olan halda, iddiaçı ödədiyi sığorta ödənişi məbləğini Cavabdeh geri tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia tələbi isə tam təmin olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 38 (otuz səkkiz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh 1800 (bir min səkkiz yüz) manat sığorta ödənişi məbləği və 38 (otuz səkkiz) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 1838 (bir min səkkiz yüz otuz səkkiz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-230, 222, 229, 284-1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1800 (bir min səkkiz yüz) manat sığorta ödənişi məbləği və 38 (otuz səkkiz) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 1838 (bir min səkkiz yüz otuz səkkiz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar