Məhkəmə qərarları › İş №e-2(037)-1133/2023

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-1133/2023

02.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-1133/2023 02.11.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “VAZ-21063” markalı ** BL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 1450 manat pulun və 34,9 manat dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 24 noyabr 2020-ci il tarixdə Cavabdeh tərəfindən idarə olunan “QAZ 3110” markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobil ilə “VAZ-21063” markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomobil toqquşaraq yol nəqliyyat hadisəsi baş vermişdir. İddiaçı Sığorta Şirkəti ASC dəymiş zərəri aradan qaldıraraq, “VAZ- 21063” markalı ** BL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 1700 manat sığorta ödənişi həyata keçirmişdir. Cavabdeh 1700 manat borcun 250 manat hissəsini ödəmiş, 1450 manat isə ödənilməmiş qalmışdır. Sığorta şirkətinin ödədiyi pul vəsaitini mübahisəsiz qaydada geri tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş 26 sentyabr 2023-cü il tarixdə göndərilmişdir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı hər hansı əsaslandırılmış etirazı məhkəməyə göndərməmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -AC seriyalı 885942 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “QAZ 3110” markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobi Cavabdehdur. -nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabatdan görünür ki, “VAZ-21063” markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyat hissələrinə dəymiş ziyan 796 manat, görüləcək işlər üçün 904 manat olmaqla cəmi 1700 manat müəyyən olunmuşdur. -İcbari sığorta müqavilələrinin mövcudluğunun yoxlanılması barədə məlumatdan görünür ki, “QAZ 3110” markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı Sığorta Şirkəti ASC-də sığorta olunmuşdur. -İsmayıllı rayon Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli 3(037)-405 nömrəli qərarının surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə təqsirli bilinərək 800 manat məbləğində inzibati cərimə edilmişdir. -29 iyul 2021-ci il tarixli 092499 nömrəli sığorta aktının surətindən görünür ki, “QAZ 3110” markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobil 26 sentyabr 2020-ci il tarixdən 26 sentyabr 2021-ci il tarixədək 55000 manat məbləğində sığorta olunmuşdur. 23 noyabr 2020-ci il tarixdə baş vermis yol nəqliyyat hadisəsində zərərçəkmiş X1 1700 manat maddi ziyan ödənilmişdir. - 16 dekabr 2020-ci il tarixli 91771620 (12263) nömrəli ödəniş tapşırığının surətindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən 092499 saylı akta əsasən X1 1700 manat sığorta ödənişi olunmuşdur. 3 iyul 2021-ci il tarixli O-AP-2021-3487 nömrəli pretenziyanın surətindən görünür ki, Cavabdeh İddiaçı Sığorta Şirkəti ASC tərəfindən həyata keçirilən 1700 manat sığorta ödənişinin 10 iş günü ərzində İddiaçı Sığorta Şirkəti ASC-nə ödənilməsi tələb olunmuş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. -21 sentyabr 2023-cü il tarixli ********** nömrəli rüsum qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən 34,9 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, 24 noyabr 2020-ci il tarixdə Cavabdeh tərəfindən idarə olunan “QAZ 3110” markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobil ilə “VAZ-21063” markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomobil toqquşaraq yol nəqliyyat hadisəsi baş vermişdir. Baş vermiş hadisə ilə bağlı inzibati xəta haqqında iş üzrə araşdırma aparılmış, İsmayıllı rayon Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli qərarı ilə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə təqsirli bilinərək 800 manat məbləğində inzibati cərimə edilmişdir. “VAZ-21063” markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərlə bağlı 1700 manat məbləğində sığorta ödənişi aparılmışdır. Cavabdeh 1700 manat sığorta ödənişindən 250 manat ödəmiş, 1450 manat isə ödənilməmiş qalmışdır. Sığorta şirkətinin ödədiyi pul vəsaitini mübahisəsiz qaydada geri tələb etmək hüququ yaranmışdır. İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti Cavabdeh 1450 manat məbləğində borcunun yarandığını bildirir və həmin məbləğin ödənilməsini tələb edir. Cavabdeh tərəfindən iddiaçının tələbinə dair münasibət bildirilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1, 884, 897, 907, 922, 925, 926, 934 maddələrinin və “İcbari sığortalar haqqında” AR Qanununun 25-ci maddəsinin tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh icbari sığorta şəhadətnaməsində göstərilən əmlakı onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmadan istismar etdiyi üçün sığortaçının ödədiyi pul vəsaitini mübahisəsiz qaydada geri tələb etmək hüququ yarandığından cavabdeh sığortaçının ödədiyi pul məbləğini və digər xərcləri ödəməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən “VAZ-21063” markalı ** BL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 1450 manat və 34,9 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməlidir. Qeyd olanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh nəqliyyat vasitəsinə görə ödənilmiş 1450 manat və 34,9 manat dövlət rüsumu olmaqla, cəmi 1484 (bir min dörd yüz səksən dörd) manat 90 (doxsan) qəpik məbləği İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmı̇ yyətinin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar