Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-115/2023 27.01.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımova Elnarə Ayyət qızının katibliyi ilə İddiaçı "xxxx" Sığorta Şı̇ rkəti Açıq Səhmdar Cəmı̇ yyətinin Cavabdeh Nı̇ zam oğluna qarşı mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr tələbinə dair mülki işə 27 yanvar 2022-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" Sığorta Şı̇ rkəti Açıq Səhmdar Cəmı̇ yyəti Cavabdeh Nı̇ zam oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ondan 890 (səkkiz yüz doxsan) manat sığorta ödənişi məbləği və bu iddia ərizəsinin verilməsi ilə bağlı 30,40 (otuz manat 40 qəpik) manat dövlət rüsumu olmaqla cəmi 920,40 (doqquz yüz iyirmi manat 40 qəpik) manat pulun "xxxx" Sığorta Şı̇ rkəti Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2018-ci il tarixdə saat 14:00 radələrində Bakı-Şamaxı-Yevlax yolunun 174-cü kilometrində İsmayıllı rayonu Eyyubbəyli kəndi ərazisində Cavabdeh tərəfindən idarə olunan “Kamaz 65115” markalı, **-EV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Mitsubishi Outlander” markalı, H 027 347 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. İddiaçı Sığorta dəymiş zərəri aradan qaldıraraq, “Mitsubishi Outlander” markalı, H 027 347 dövlət qeydiyyat nişanlı avtomobilə görə 890 manat sığorta ödənişi həyata keçirmişdir. İsmayıllı Rayon YPX-nin “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışın” dan, İsmayıllı Rayon YPX tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli, TP 505824 saylı X4 haqqında qərara əsasən xx.xx.2018-ci il tarixdə saat 14:00 radələrində İsmayıllı rayonu Eyyubbəyli kəndi ərazisində avtomaşınların toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş vermişdir. Cavabdeh hadisə yerindən yayındığına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Zədələnmiş “Mitsubishi Outlander” markalı, H 027 347 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin miqdarı “İcbari Sığortalar haqqında” Qanunun 16-cı və “Sığorta fəaliyyəti haqqında” Qanunun 10.10-cu maddələrinin tələblərinə əsasən müqavilə üzrə "xxxx" Sığorta Şı̇ rkəti Açıq Səhmdar Cəmı̇ yyəti tərəfindən qiymətləndirilərək 890 manat məbləğində müəyyən edilmişdir. xx.xx.2019-cu il tarixli № 062276 saylı sığorta ödəniş aktına və xx.xx.2019-cu il tarixli №1669 saylı ödəniş tapşırığına əsasən 890 manat sığorta ödənişi faydalanan şəxsin bank hesabına köçürülmüşdür. Cavabdeh baş vermiş yol-nəqliyyat hadisəsi zamanı sığortalanmış avtomobilə hadisə yerindən yayındığı üçün Azərbaycan Respublikası MM-in 936.5-ci, İcabri Sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 63.1-ci maddəsinə əsasən "xxxx" Sığorta Şı̇ rkəti Açıq Səhmdar Cəmı̇ yyətinin ödənilmiş sığorta ödənişini cavabdehdən subroqasiya hüququ qaydasında tələb etmək hüququ yaranmışdır. Cavabdehə bu barədə pretenziya məktubu göndərilmiş, lakin müsbət nəticəsi olmamışdır. Ona görə də iddiaçı cavabdehdən 890 manat sığorta ödənişi məbləği və 30 manat dövlət rüsumu olmaqla, cəmi 920,40 (doqquz yüz iyirmi manat 40 qəpik) manat pulun "xxxx" Sığorta Şı̇ rkəti Açıq Səhmdar Cəmı̇ yyətinin xeyrinə tutulmasını tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçı "xxxx" Sığorta Şı̇ rkəti Açıq Səhmdar Cəmı̇ yyətinin nümayəndəsi X1 məhkəmə prosesinə gəlməmiş, ərizə göndərərək iddia tələbini müdafiə etdiyini, işə iştirakı olmadan baxılaraq iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, ərizə təqdim edərək iddianı qismən qəbul etdiyini bildirmiş, işi ilə əlaqədar məhkəmə baxış iclasında iştirak edə bilmədiyindən işə iştirakı olmadan baxılmasını, iddia tələbinin qismən təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını qərara almışdır. xx.xx.2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında cavabdeh iddianı qismən qəbul edərək bildirmişdir ki, xx.xx.2018-ci il tarixdə saat 14:00 radələrində Bakı-Şamaxı- Yevlax yolunun 174-cü kilometrində İsmayıllı rayonu Eyyubbəyli kəndi ərazisində palçığa batmış maşını qoşqu ilə dartıb palçıqdan çıxararkən yol-nəqliyyat nəqliyyat hadisəsi baş vermişdir. Hadisə zamanı sığorta şirkətinin əməkdaşları hadisə yerinə gəlməmiş, yol polis idarəsinin tərtib etdiyi Forma 4 əsasında sığorta şirkəti tərəfindən ona qarşı bu tələb irəli sürülmüşdür. Həmin vaxtdan iddiaçı tərəfindən məhkəməyə müraciət edilənədək hadisə ilə bağlı ona bu barədə hər hansı məlumat verilməmişdir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 23 fevral 2018-ci il tarixli 18/809 nömrəli avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışın surətindən görünür ki, xx.xx.2018-ci il tarixdə Bakı-Şamaxı-Yevlax yolunun 174-cü km-də Cavabdeh Nı̇ zam oğlunun idarə etdiyi “Kamaz 65115” markalı, **-EV-*** dövlət qeydiyyat nişanlı avtomobillə X2 idarə etdiyi “Mitsubishi Outlander” markalı, H 027 347 dövlət qeydiyyat nişanlı avtomobil toqquşması nəticəsində yol nəqliyyat hadisəsi baş vermişdir. İş materiallarına əlavə edilmiş 15 mart 2018-ci il tarixli, 82 saylı nöqsan aktının surətindən görünür ki, Mitsubishi Outlander” markalı, H 027 347 dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 990 manat məbləğində maddi ziyan dəymişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh Nı̇ zam oğlunun izahatından görünür ki, 23 fevral 2018-ci il tarixdə idarə etdiyi “Kamaz 65115” markalı, **-EV-*** dövlət qeydiyyat nişanlı avtomobillə X2 idarə etdiyi “Mitsubishi Outlander” markalı, H 027 347 dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş, nəticədə yol nəqliyyat hadisəsi baş vermiş avtomobilə maddi ziyan dəysə də xəsarət alan olmamışdır. İş materiallarına əlavə edilmiş zərərçəkmiş X2 izahatdan görünür ki, xx.xx.2018-ci il tarixdə Bakı-Şamaxı-Yevlax yolunun 174-cü km-də Cavabdeh Nı̇ zam oğlunun idarə etdiyi “Kamaz 65115” markalı, **-EV-*** dövlət qeydiyyat nişanlı avtomobillə onun idarə etdiyi “Mitsubishi Outlander” markalı, H 027 347 dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində yol nəqliyyat hadisəsi baş vermişdir və nəticədə “Mitsubishi Outlander” markalı, H 027 347 dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. İş materiallarına əlavə edilmiş İsmayıllı Rayon YPX tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli, TP 505824 saylı X4 Haqqında Qərarından görünür ki, Cavabdeh Nı̇ zam oğlu İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 100 manat məbləğində cərimə olunmuşdur. İş materiallarına əlavə edilmiş İcbari sığorta müqavilələrinin mövcudluğunun yoxlanılması haqqında sistemdən çıxarışdan görünür ki, “Kamaz 65115” markalı, **-EV-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" Şirkəti ASC tərəfindən sığorta edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 062276 nömrəli sığorta aktının surətindən görünür ki, Mitsubishi Outlander” markalı, H 027 347 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin miqdarı 990 manatdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli ödəniş tapşırığından görünür ki, “Mitsubishi Outlander” markalı, H 027 347 dövlət qeydiyyat nişanlı qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 890 manat sığorta ödənişi Paşa Sığorta ASC-nin "xxxx" ASCdəki hesabına ödənilmişdir. İş materiallarına əlavə edilmiş 21 sentyabr 2022-ci il tarixli, O-A2022-0690 nömrəli Pretenziyadan görünür ki, "xxxx" Şirkəti ASC tərəfindən ödənilmiş 890 manat sığorta ödənişinin Rüstəm Novruzov tərəfindən 10 gün ərzində "xxxx" Şirkətinin hesabına ödənilməsi tələb olunmuşdur. Əks təqdirdə məhkəməyə müraciət olunması bildirilmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36.3-cü maddəsinə əsasən (Yol hərəkəti iştirakçılarının əsas vəzifələri və hüquqları) yol hərəkəti iştirakçıları üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinə (yol hərəkəti iştirakçılarının əsas vəzifələri və hüquqları) əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidir. İcbari Sığortalar haqqında Azərbaycan Respublikası Qanunun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Həmin Qanunun 63.2-ci maddəsinə əsasən subroqasiya hüququnun bu Qanunun 25.1.5-ci, 25.1.6-cı və 25.1.7-ci maddələrində nəzərdə tutulmuş əsasları bu Fəslin məqsədləri üçün tətbiq edilmir. Həmin qanunun 25.1.5, 25.1.6 və 25.1.7-ci maddəsinə əsasən sığortalı (sığorta olunan) və ya onun nümayəndəsi sığorta hadisəsi zamanı əmlaka daha çox zərərin dəyməsinin qarşısının alınması və (və ya) onun azaldılması istiqamətində, həmçinin zərər çəkmiş və ya zərər çəkmə ehtimalı olan şəxslərin həyatını xilas etmək üçün mümkün olan tədbirləri qəsdən görmədikdə; bu zaman subroqasiya hüququ o həcmdə yaranır ki, qeyd olunan tədbirlər görülmüş olsaydı, zərərin miqdarı həmin həcmdə azalmış olardı; sığorta hadisəsi sığortalının və ya zərərçəkən olmayan sığorta olunanın bu və ya digər fəaliyyət növü ilə məşğul olarkən, belə fəaliyyət növünü tənzimləyən qanunun tələblərini pozmaqla qəsdən törədilən əməli ilə müşayiət olunduqda; sığortalı və ya sığorta olunan sığorta müqaviləsi bağlanarkən, sığorta müqaviləsinin məzmununa daxil edilməli olan, həmçinin özünə məlum olan, habelə sığortaçının yazılı surətdə tələb etdiyi və müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən, habelə müqavilə bağlandıqdan sonra sığorta riskinin dəyişməsi ilə bağlı bütün hallar barədə sığortaçıya qəsdən məlumat vermədikdə, yaxud qəsdən yanlış məlumat verdikdə Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan 3-cü şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığortaçı ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Qeyd olunan Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və ( və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər üçün yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.3-cü maddəsinə əsasən yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqress) hüququ vardır. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilir ki, xx.xx.2018-ci il tarixdə saat 14:00 radələrində Bakı-Şamaxı-Yevlax yolunun 174-cü kilometrində İsmayıllı rayonu Eyyubbəyli kəndi ərazisində Cavabdeh tərəfindən idarə olunan “Kamaz 65115” markalı, **- EV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Mitsubishi Outlander” markalı, H 027 347 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Nəticədə “Mitsubishi Outlander” markalı avtomobilə 890 manat maddi ziyan dəymişdir. İddiaçı Sığorta Şirkəti tərəfindən dəymiş zərər aradan qaldıraraq, “Mitsubishi Outlander” markalı, H 027 347 dövlət qeydiyyat nişanlı avtomobilə görə 890 manat sığorta ödənişi həyata keçirmişdir. İddiaçı cavabdehdən 890 (səkkiz yüz doxsan) manat sığorta ödənişi məbləği və bu iddia ərizəsinin verilməsi ilə bağlı 30,40 (otuz manat 40 qəpik) manat dövlət rüsumu olmaqla cəmi 920,40 (doqquz yüz iyirmi manat 40 qəpik) manat pulun "xxxx" Sığorta Şı̇ rkəti Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iştirak etdiyi məhkəmə prosesində iddia tələbini qismən qəbul etdiyini göstərərək qanunamüvafiq qərar qəbul olunmasını xahiş etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmı̇ yyəti tərəfindən zərərçəkən avtomobilin təmiri üçün ödənilmiş 890 (səkkiz yüz doxsan) manat, iddia ərizəsinin verilməsi ilə bağlı 30,40 (otuz manat 40 qəpik) manat dövlət rüsumu olmaqla cəmi 920,40 (doqquz yüz iyirmi manat 40 qəpik) manat vəsaitin “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 63.1-ci maddəsinə və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936-cı maddəsinə əsasən iddiaçının cavabdehdən həmin məbləğin geriyə tələb etmək (subroqasiya) hüququ yarandığından və iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh subroqasiya qaydasında 890 (səkkiz yüz doxsan) manat və ödənilmiş 30,40 (otuz manat 40 qəpik) manat məbləğində dövlət rüsumu olmaqla cəmi 920,40 (doqquz yüz iyirmi manat 40 qəpik) manat məbləği tutularaq "xxxx" Sığorta Şı̇ rkəti Açıq Səhmdar Cəmı̇ yyətinin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 214, 216- 220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. "Mitsubishi Outlander" markalı, H 027 347 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 890 (səkkiz yüz doxsan) manat sığorta ödənişi məbləği və bu iddia ərizəsinin verilməsi ilə bağlı 30,40 (otuz manat 40 qəpik) manat dövlət rüsumu olmaqla cəmi 920,40 (doqquz yüz iyirmi manat 40 qəpik) manat Cavabdeh tutularaq "xxxx" Sığorta Şirkəti Şı̇ rkəti Açıq Səhmdar Cəmı̇ yyətinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №e-2(037)-115/2023
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-115/2023
27.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver