Məhkəmə qərarları › İş №e-2(037)-117/2025

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-117/2025

14.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-117/2025 14.07.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya tələbinin təmin edilməsi tələbinə dair mülki işə 14 iyul 2025-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 3575 manat sığorta ödənişi və 55.75 manat ödənilmiş dövlət rüsumu məbləğinin İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa (forma 4) əsasən, xx.xx.2018-ci il tarixində Cavabdeh tərəfindən idarə olunan “Toyota Hilux” markalı ** VJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Mercedes Benz E200” markalı ** BX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. İş materiallarına əlavə edilmiş 061247 nömrəli nömrəli sığorta aktından göründüyü kimi hadisə zamanı Cavabdeh idarə etdiyi “Toyota Hilux” markalı ** VJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" də avtonəqliyyat vasitələrinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalı olmuşdur. "xxxx" ASC “Mercedes Benz E200” markalı ** BX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərə görə iş materiallarına əlavə edilmiş 896 nömrəli ödəniş tapşırığına əsasən 3575 manat sığorta ödənişi həyata keçirmişdir. Bildirmək istəyir ki, xx.xx.2018-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etdiyi üçün ona qarşı subroqasiya hüquqları yaranmışdır. Belə ki, iş materiallarına əlavə olunmuş İsmayıllı Rayon Məhkəməsinin 3(037)-485/2018 saylı qərarına əsasən Cavabdeh İnzibati-Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə təqsirli bilinmişdir. Bu səbəbdən hesab edirlər ki, Cavabdeh xx.xx.2018-ci il tarixli hadisə üzrə təqsirli olduğu üçün ona qarşı subroqasiya hüquqları yaranmışdır və 3575 manat pul Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Ona görə də iddianın təmin edilməsini xahiş edir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə elektron qaydada ərizə göndərərək, mülki iş üzrə keçiriləcək məhkəmə baxış iclasının iştirakları olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh sonuncu məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbi barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh əvvəlki məhkəmə iclasında məhkəməyə dəftərxana vasitəsilə iddia ərizəsinə etiraz və mülahizələr göndərərək qeyd etmişdir ki, "xxxx" ASC “Mercedes Benz E-200” minik markalı ** BX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərə görə güya ödəniş tapşırığına əsasən 3575 manat sığorta ödənişi həyata keçirmişdir. Lakin ona məlum deyil ki, həmin ödəniş necə hesablanıb və ödənilməsi ona məlum deyildir. Ona görə də "xxxx"xxxx"xxxx" ASC-nin iddiasının hüquqi əsası məhz onun baş vermiş yolnəqliyyat hadisəsindən yayınması faktı təşkil etdiyini, buna əsas kimi baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində polis orqanı tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokol və onun əsasında qəbul olunmuş inzibati tənbeh vermə haqqında qərar olduğunu göstərmişdir. Bununla da hadisəni araşdıran polis əməkdaşı onun İXM-nin 333.3-cü maddəsi ilə təqsirli bilindiyini əsas gətirərək ona qarşı subroqasiya hüququnun yarandığını və 3575 manat pulun ondan alınıb "xxxx" ASC-nin xeyrinə tutulması göstərilmişdir. Belə ki, yol-nəqliyyat hadisəsi xx.xx.2018-ci ildə baş vermişdir. Qeyd etmək istəyir ki, baş vermiş hadisədən 6 il 4 ay müddət keçmişdir. Ötən müddət ərzində "xxxx" ASC baş vermiş hadisəyə görə heç bir iddia qaldırmamışdır. Hazırkı iddia ilə tələb olunan məbləğ şişirdilmiş məbləğdir. Həmin məbləğ hansı əsaslarla yazıldığı ona məlum deyildir. Ona görə də iddiaçı tərəfindən verilmiş iddianı qəbul etmir. "xxxx" ASC tərəfindən “Mercedes Benz E-200” minik markalı ** BX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyanın hesablanması və ona əlavə olunmuş qüsur aktı və Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyinin olub-olmadığı “Mercedes Benz E-200” minik markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci nə qədər müəyyən edildiyi və iddiaçı "xxxx" ASC-nin sığorta aktlarına əsasən dəymiş zərərin bərpası üçün hansı məbləğdə sığorta ödənişinin zərərçəkən şəxslərin şəxsi hesabına köçürüldüyü barədə heç bir məlumatı yoxdur. Onsuzda maddi durumu ağırdır. Baş vermiş hadisədən sonra "xxxx" ASC belə hərəkətləri ilə ona daha da ağır ziyan vurmağa çalışır. Qeyd olunanlara əsaslanaraq hesab edir ki, iddiaçı "xxxx" ASC-nin ona qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddiası əsassızdır və təmin edilməməlidir. Məhkəmə iddia ərizəsini,ekspert rəyini və cavabdehin iddia tələbinə münasibətini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: “Nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə 18 yanvar 2019-cu il tarixli hesabatın surətindən görünür ki, “Mercedes Benz” minik markalı, ** BX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyanın məbləği ehtiyyat hissələri və təmir işləri ilə birlikdə 3575 manatdır. xx.xx.2019-cu il tarixli, №061247 nömrəli Sığorta Aktının surətindən görünür ki, xx.xx.2018-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı olaraq sığortalanmış avtomobil “Mercedes Benz E200 markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomaşına dəymiş ziyana görə nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq İddiaçı Sığorta Şirkət ASC tərəfindən X1 yolu ilə 3575 manat məbləğində ödəniş olunmuşdur. İsmayıllı Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2018-ci il tarixli, 3(037)- 485/2018 saylı inzibati xəta haqqında iş üzrə qərarından görünür ki, inzibati xəta törətmiş Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitəsini idarə etmək hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla 700 manat məbləğində inzibati cərimə edilmişdir. 24 dekabr 2020-ci il tarixli,№O-AP-2020/5096 nömrəli pretenziya məktubunun surətindən görünür ki, xx.xx.2018-ci il tarixdə Cavabdeh pretenziya məktubu göndərilərək İddiaçı Sığorta Şirkəti ASC tərəfindən həyata keçirilən 3575 manat məbləğində sığorta ödənişinin 10 iş günü ərzində İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməsi xahiş edilmiş, əks təqdirdə müvafiq məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 05 may 2025-ci il tarixli, №3-16-16/2-9/1456/2025 nömrəli ekspert rəyindən müəyyən edilir ki, 1997-ci il buraxılışlı “Mercedes Benz E200” minik markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 3555 manat müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat təşkil etmişdir. **********, **********, ********** və ********** nömrəli mədaxil qəbzlərindən görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən ümumilikdə 55.75 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36.3-cü maddəsinə əsasən (Yol hərəkəti iştirakçılarının əsas vəzifələri və hüquqları) yol hərəkəti iştirakçıları üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinə (yol hərəkəti iştirakçılarının əsas vəzifələri və hüquqları) əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidir. İcbari Sığortalar haqqında Azərbaycan Respublikası Qanunun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla,avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Həmin Qanunun 63.2-ci maddəsinə əsasən subroqasiya hüququnun bu Qanunun 25.1.5-ci, 25.1.6-cı və 25.1.7-ci maddələrində nəzərdə tutulmuş əsasları bu Fəslin məqsədləri üçün tətbiq edilmir. Həmin qanunun 25.1.5, 25.1.6 və 25.1.7-ci maddəsinə əsasən sığortalı (sığorta olunan) və ya onun nümayəndəsi sığorta hadisəsi zamanı əmlaka daha çox zərərin dəyməsinin qarşısının alınması və (və ya) onun azaldılması istiqamətində, həmçinin zərər çəkmiş və ya zərər çəkmə ehtimalı olan şəxslərin həyatını xilas etmək üçün mümkün olan tədbirləri qəsdən görmədikdə; bu zaman subroqasiya hüququ o həcmdə yaranır ki, qeyd olunan tədbirlər görülmüş olsaydı, zərərin miqdarı həmin həcmdə azalmış olardı; sığorta hadisəsi sığortalının və ya zərərçəkən olmayan sığorta olunanın bu və ya digər fəaliyyət növü ilə məşğul olarkən, belə fəaliyyət növünü tənzimləyən qanunun tələblərini pozmaqla qəsdən törədilən əməli ilə müşayiət olunduqda; sığortalı və ya sığorta olunan sığorta müqaviləsi bağlanarkən, sığorta müqaviləsinin məzmununa daxil edilməli olan, həmçinin özünə məlum olan, habelə sığortaçının yazılı surətdə tələb etdiyi və müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən, habelə müqavilə bağlandıqdan sonra sığorta riskinin dəyişməsi ilə bağlı bütün hallar barədə sığortaçıya qəsdən məlumat vermədikdə, yaxud qəsdən yanlış məlumat verdikdə Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan 3-cü şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığortaçı ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1 maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1 maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər üçün yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqress) hüququ vardır. “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları”nın təsdiq edilməsi haqqında qanunun 25.1-ci maddəsinə əsasən Sığortalanmış avtomobilə dəymiş zərərin əvəzini ödəmiş sığortaçı sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən istifadə edə bilər. Həmin qanunun 25.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüququ sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa (forma 4) əsasən, xx.xx.2018-ci il tarixində cavabdeh tərəfindən idarə olunan “Toyota Hilux” markalı ** VJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Mercedes Benz E200” markalı ** BX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə 18 yanvar 2019-cu il tarixli hesabata əsasən “Mercedes Benz” minik markalı, ** BX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyanın məbləği ehtiyyat hissələri və təmir işləri ilə birlikdə 3575 manatdır. xx.xx.2019-cu il tarixli, №061247 nömrəli Sığorta Aktına əsasən xx.xx.2018-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı olaraq sığortalanmış avtomobil “Mercedes Benz E200 markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomaşına dəymiş ziyana görə nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq "xxxx" ASC tərəfindən Şamil Mahmudova köçürmə yolu ilə 3575 manat məbləğində ödəniş olunmuşdur. İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 3(037)-485/2018 saylı inzibati xəta haqqında iş üzrə qərarına əsasən inzibati xəta törətmiş cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitəsini idarə etmək hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla 700 manat məbləğində inzibati cərimə edilmişdir. 24 dekabr 2020-ci il tarixli, №O-AP-2020/5096 nömrəli pretenziya məktubuna əsasən xx.xx.2018-ci il tarixdə cavabdehə pretenziya məktubu göndərilərək "xxxx" ASC tərəfindən həyata keçirilən 3575 manat məbləğində sığorta ödənişinin 10 iş günü ərzində "xxxx" ASC-yə ödənilməsi xahiş edilmiş, əks təqdirdə müvafiq məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 05 may 2025-ci il tarixli, №3-16-16/2-9/1456/2025 nömrəli ekspert rəyinə əsasən 1997-ci il buraxılışlı “Mercedes Benz E200” minik markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 3555 manat müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat təşkil etmişdir. Sığorta hadisəsinin baş verməsi və sığorta ödənişinin sığorta şirkəti tərəfindən ödənilməsi ilə iddiaçı təşkilatın cavabdehə qarşı subroqasiya hüququ yaranmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, "xxxx" ASC tərəfindən dəymiş ziyana görə sığorta ödənişi həyata keçirildiyindən, iddiaçı Şirkətin İcbari Sığortalılar haqqında Azərbaycan Respublikası qanunun 63.1-ci maddəsinə və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936-cı maddəsinə əsasən,cavabdehdən həmin məbləğdə pulu geriyə tələb etmək (subroqasiya) hüququ yarandığından və iddia tələbi qismən əsaslı olduğundan qismən Məhkəmə Ekspertiza Mərkəzinin 05 may 2025-ci il tarixli, № 3-16-16/2-9/1456/2025 nömrəli ekspert rəyində müəyyən edilmiş həddə təmin edilməli, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 3555 manat sığorta ödənişi məbləği tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən ödənilmiş 55.75 manat dövlət rüsumu məbləğinin 55.55 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 0.20 manatı isə iddiaçının özünə aid edilməlidir. Eyni zamanda iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 50 manat məbləği cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 3555 manat sığorta ödənişi və ödənilmiş 55.55 manat dövlət rüsumu məbləği tutulsun. Ödənilmiş dövlət rüsumu məbləğinin qalan 0.20 manat məbləği iddiaçı "xxxx" ASCnin özünə aid edilsin. Məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri 50 manat məbləğində pul Cavabdeh tutulsun, Az.MEM, VÖEN **********, hesab nömrəsi AZ34CTRE**********0002088501,X4,KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar