Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № e-2(037)-140/2023 13.01.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmı̇ yyətinin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə 13 yanvar 2023-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmı̇ yyəti Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək cavabdehdən 6000 manat sığorta ödənişi məbləği və 80,40 manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmı̇ yyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclası zamanı müəyyən edildi ki, Cavabdeh qeydiyyat ünvanı Laçın rayonu Oğuldərə kəndidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. 44.2 və 44.2.2-ci maddələrinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. 45.1-ci maddəsinə əsasən mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. Məhkəmə hesab edir ki, iş üzrə Cavabdeh Laçın rayonu Oğuldərə kəndində qeydiyyatda olduğuna görə mülki iş baxılması üçün Laçın rayon Məhkəməsinə verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45, 263, 264, 266-268-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmı̇ yyətinin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki iş baxılması üçün Laçın rayon Məhkəməsinə verilsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №e-2(037)-140/2023
İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №e-2(037)-140/2023
13.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver