Məhkəmə qərarları › İş №e-2(037)-19/2025

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-19/2025

17.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-19/2025 17.02.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə 17 fevral 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 200 manat azadolma məbləği çıxılmaqla “Chevrolet Aveo” markalı, ** PG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 4249.70 manat sığorta ödənişinin və ödənilmiş 62.49 manat dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə saat 10:52 radələrində “OPEL ASTRA” minik markalı, ** HE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə İsmayıllı şəhəri, Cavanşir küçəsində hərəkətdə olarkən “Chevrolet Aveo” markalı, ** PG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yolnəqliyyat hadisəsi törətmişdir. **********7 nömrəli sığorta şəhadətnaməsi və 127847 nömrəli sığorta aktına əsasən “Chevrolet Aveo” markalı, ** PG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi hadisə baş verən zaman İddiaçı Sığorta Şirkətində könüllü sığorta müqaviləsi əsasında sığortalı olmuşdur. İcbari sığorta bürosundan çıxarışdan (isb) göründüyü kimi hadisə zamanı Cavabdeh idarə etdiyi “OPEL ASTRA” markalı, ** HE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" Sığorta Şirkəti ASC-də avtonəqliyyat vasitələrinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalı olmuşdur. Fiziki şəxs Anar Qəribov tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli Hesab fakturaya əsasən, “Chevrolet Aveo” markalı, ** PG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 9249.70 manat məbləğində ziyan dəyməsi müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli 33063324 saylı ödəniş tapşırığından aydın olur ki, İddiaçı Sığorta Şirkəti ASC dəymiş zərəri aradan qaldıraraq, sığortalanmış “Chevrolet Aveo” markalı, ** PG ***” markalı, dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 9249.70 manat sığorta ödənişi etmişdir. TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar və İXP seriyalı ******* saylı protokola əsasən Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verməsində İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinmişdir. Həmçinin iş materiallarında olan izahatlarda da şəxsin yol-nəqliyyat hadisəsin törədilməsində təqsirli olması qeyd olunmuşdur. Sığorta hadisəsinin baş verməsi və sığorta ödənişinin sığorta şirkəti tərəfindən ödənilməsi ilə Cavabdeh qarşı subroqasiya hüququ yaranmışdır. “Chevrolet Aveo” markalı, ** PG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 9249.70 manat məbləğin 4800 manat hissəsi “OPEL ASTRA” markalı, ** HE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin icbari sığortaçısı olan "xxxx" Sığorta Şirkəti ASC tərəfindən İddiaçı Sığorta Şirkətinə ödənilmişdir. Hesab edir ki, 200 manat azadolma (franşiza) məbləği çıxılmaqla 4249.70 manat sığorta ödənişi Cavabdeh İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. Ona görə də iddianın təmin edilməsini xahiş edir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iştirak etməmiş, əvvəlki məhkəmə iclasında elektron qaydada ərizə göndərərək,mülki iş üzrə keçiriləcək bütün məhkəmə hazırlıq və baxış iclaslarını iştirakları olmadan keçirilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək göstərdi ki, İsmayıllı rayonu, İsmayıllı kəndində yaşayır. O,xx.xx.2023-cü il tarixdə saat 10:52 radələrində “OPEL ASTRA” minik markalı, ** HE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə İsmayıllı şəhəri,Cavanşir küçəsində hərəkətdə olarkən “Chevrolet Aveo” minik markalı, ** PG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Nəticədə “Chevrolet Aveo” minik markalı, ** PG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi ziyan dəymişdir. İsmayıllı avto servis mərkəzinin xx.xx.2023-cü il tarixli,**********1 nömrəli təmir aktı ilə “Chevrolet Aveo” minik markalı ** PG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyanın məbləği ehtiyyat hissələri və təmir işləri ilə birlikdə 9249.70 manat məbləğində müəyyən edilmişdir. Mübahisənin tam, hərtərəfli və obyektiv araşdırılmasının təmin edilməsi, həmçinin iddianın əsasını təşkil edən zərər dəymiş avtomobilin hansı hissəsində təmir-bərpa işlərin görüldüyü və ya həmin hissəsinin dəyişdirildiyini avtomobilin hissələrinin real bazar və hazırkı likvid dəyərinin müəyyənləşdirilməsi məqsədilə onun vəsatəti əsasında məhkəmə tərəfindən iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir.Məhkəmə Ekspertiza Mərkəzinin 26 noyabr 2024-cü il tarixli, №3-16-16/2-9/8201-8/2781/2024 nömrəli “məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə” məlumatında ekspert qarşısında qoyulmuş sualın həll edilməsi üçün tədqiqat obyekti olan 2015-ci il buraxılışlı “Chevrolet Aveo” minik markalı avtomobilin ehtiyat hissələrinin 2023-cü il tarixə satışına və qiymətinə dair yerli internet sayıtlarında məlumat olmadığından qiymətləndirilmə aparmaq mümkün olmamış və hazırkı ekspertizanın aparılmasından imtina edilərək iş üzrə materiallar icrasız geri qaytarılmışdır. O, “Chevrolet Aveo” minik markalı, ** PG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin aradan qaldırılmasına çəkilən xərcin məbləğinin müəyyənləşdirmək üçün müstəqil avtoservis mərkəzinə müraciət etmişdir. Həmin servis mərkəzi tərəfindən ondan hadisə vaxtı avtomaşının qəzalı vəziyyətdə çəkilmiş foto şəkilləri tələb edilmişdir.O, avtomaşının qəzalı vəziyyətdə çəkilmiş foto şəkillərini sığorta şirkətindən tələb etsə də, həmin foto şəkillər ona təqdim edilməyərək müvafiq məhkəmə sorğusu əsasında verilə biləcəyi bildirilmişdir. Hesab edir ki, “Chevrolet Aveo” minik markalı, ** PG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin aradan qaldırılmasına çəkilən xərcin məbləğinin müəyyənləşdirilməsi məqsədi ilə müstəqil avtoservis mərkəzinə təqdim etmək üçün hadisə vaxtı avtomaşının qəzalı vəziyyətdə çəkilmiş foto şəkilləri İddiaçı Sığorta Şirkəti ASC-dən məhkəmə sorğusu əsasında tələb edilərək alınmalıdır. İddia tələbinə münasibət bildirərək qeyd edir ki, İddiaçı Sığorta Şirkəti ASC-nin məhkəməyə təqdim etdiyi sığorta ödənişinin qaytarılması barədə ərizədə göstərilən məbləğlər həqiqəti əks etdirmir. Belə ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən göstərilən məbləğlər şişirdilmiş qaydada göstərilmişdir. Ona görə də izahatında qeyd etdikləri nəzərə alınmaqla ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iddia ərizəsini, cavabdehin iddia tələbinə münasibətini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: TP ******* nömrəli İnzibati tənbeh vermə haqqında protokolun surətindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinərək barəsində İXM-nin 327.2-ci maddəsi ilə TP ******* nömrəli inzibati tənbeh vermə haqqında protokol tərtib edilmişdir. İXP ******* nömrəli X3 Protokolun surətindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinərək barəsində İXM-nin 327.2-ci maddəsi ilə İXP ******* nömrəli X3 Protokol tərtib edilmişdir. İsmayıllı Avto servis mərkəzinin xx.xx.2023-cü il tarixli, **********1 nömrəli təmir aktının sürətindən görünür ki, “Chevrolet Aveo” minik markalı ** PG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyanın məbləği ehtiyyat hissələri və təmir işləri ilə birlikdə 9249.70 manatdır. xx.xx.2024-cü il tarixli, №127847 nömrəli Sığorta Aktının surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı olaraq "xxxx" MMC-nin mülkiyyətində olan “Chevrolet Aveo” minik markalı, ** PG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyana görə fiziki şəxs X2 tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 02/23 saylı hesab fakturaya uyğun olaraq “Chevrolet Aveo” minik markalı, ** PG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyanın aradan qaldırılması üçün fiziki şəxs X1 hesabına 9249.70 manat məbləğində ödəniş olunmuşdur. xx.xx.2024-cü il tarixli, №330633324 (664) nömrəli ödəniş tapşırığının surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə İddiaçı Sığorta Şirkəti ASC-nin "xxxx" KB ASC-də olan bank hesabı vasitəsilə xx.xx.2024-cü il tarixli 127847 saylı sığorta aktına əsasən sığorta ödənişi olaraq X1 "xxxx" KB ASC-də olan bank hesabına 9249.70 manat məbləğində ödəniş olunmuşdur. xx.xx.2024-cü il tarixli,№O-AS-2024/1218 nömrəli pretenziya məktubunun surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə Cavabdeh pretenziya məktubu göndərilərək İddiaçı Sığorta Şirkəti ASC tərəfindən həyata keçirilən sığorta ödənişinin qalan 4249.70 manat hissəsinin 10 iş günü ərzində İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməsi xahiş edilmiş, əks təqdirdə müvafiq məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. 26 noyabr 2024-cü il tarixli, №3-16-16/2-9/8201-8/2781/2024 nömrəli “məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə” məlumatından görünür ki, ekspert qarşısında qoyulmuş sualın həll edilməsi üçün tədqiqat obyekti olan 2015-ci il buraxılışlı “Chevrolet Aveo” minik markalı avtomobilin ehtiyat hissələrinin 2023-cü il tarixə satışına və qiymətinə dair yerli internet sayıtlarında məlumat olmadığından qiymətləndirilmə aparmaq mümkün olmamış və hazırkı ekspertizanın aparılmasından imtina edilərək iş üzrə materiallar icrasız geri qaytarılmışdır. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən 62.49 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36.3-cü maddəsinə əsasən (Yol hərəkəti iştirakçılarının əsas vəzifələri və hüquqları) yol hərəkəti iştirakçıları üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinə (yol hərəkəti iştirakçılarının əsas vəzifələri və hüquqları) əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidir. İcbari Sığortalar haqqında Azərbaycan Respublikası Qanunun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla,avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Həmin Qanunun 63.2-ci maddəsinə əsasən subroqasiya hüququnun bu Qanunun 25.1.5-ci, 25.1.6-cı və 25.1.7-ci maddələrində nəzərdə tutulmuş əsasları bu Fəslin məqsədləri üçün tətbiq edilmir. Həmin qanunun 25.1.5, 25.1.6 və 25.1.7-ci maddəsinə əsasən sığortalı (sığorta olunan) və ya onun nümayəndəsi sığorta hadisəsi zamanı əmlaka daha çox zərərin dəyməsinin qarşısının alınması və (və ya) onun azaldılması istiqamətində, həmçinin zərər çəkmiş və ya zərər çəkmə ehtimalı olan şəxslərin həyatını xilas etmək üçün mümkün olan tədbirləri qəsdən görmədikdə; bu zaman subroqasiya hüququ o həcmdə yaranır ki, qeyd olunan tədbirlər görülmüş olsaydı, zərərin miqdarı həmin həcmdə azalmış olardı; sığorta hadisəsi sığortalının və ya zərərçəkən olmayan sığorta olunanın bu və ya digər fəaliyyət növü ilə məşğul olarkən, belə fəaliyyət növünü tənzimləyən qanunun tələblərini pozmaqla qəsdən törədilən əməli ilə müşayiət olunduqda; sığortalı və ya sığorta olunan sığorta müqaviləsi bağlanarkən, sığorta müqaviləsinin məzmununa daxil edilməli olan, həmçinin özünə məlum olan, habelə sığortaçının yazılı surətdə tələb etdiyi və müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən, habelə müqavilə bağlandıqdan sonra sığorta riskinin dəyişməsi ilə bağlı bütün hallar barədə sığortaçıya qəsdən məlumat vermədikdə, yaxud qəsdən yanlış məlumat verdikdə Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan 3-cü şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığortaçı ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1 maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1 maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən,mexanizmlərdən,yüksək gərginlikli elektrik enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər üçün yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə,əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqress) hüququ vardır. “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları”nın təsdiq edilməsi haqqında qanunun 25.1-ci maddəsinə əsasən Sığortalanmış avtomobilə dəymiş zərərin əvəzini ödəmiş sığortaçı sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən istifadə edə bilər. Həmin qanunun 25.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüququ sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2019-cu il tarixdə Cavabdeh tərəfindən idarə olunan “OPEL ASTRA” markalı, ** HE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Chevrolet Aveo” markalı, ** PG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. **********7 nömrəli sığorta şəhadətnaməsi və 127847 nömrəli sığorta aktına əsasən “Chevrolet Aveo” markalı, ** PG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi hadisə baş verən zaman İddiaçı Sığorta Şirkətində könüllü sığorta müqaviləsi əsasında sığortalı olmuşdur. İcbari sığorta bürosundan çıxarışdan (isb) göründüyü kimi hadisə zamanı Cavabdeh idarə etdiyi “OPEL ASTRA” markalı,** HE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" Sığorta Şirkəti ASC-də avtonəqliyyat vasitələrinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalı olmuşdur. Fiziki şəxs Anar Qəribov tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli Hesab fakturaya əsasən, “Chevrolet Aveo” markalı,** PG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 9249.70 manat məbləğində ziyan dəyməsi müəyyən edilmişdir.TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar və İXP seriyalı ******* saylı protokola əsasən Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. xx.xx.2024-cü il tarixli 33063324 saylı ödəniş tapşırığına əsasən İddiaçı Sığorta Şirkəti ASC dəymiş zərəri aradan qaldıraraq, sığortalanmış “Chevrolet Aveo” markalı, ** PG ***” markalı, dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 9249.70 manat məbləğində sığorta ödənişi etmişdir. İddiaçı tərəfindən dəymiş zərərin aradan qaldırılması məqsədi ilə sığortalanmış “Chevrolet Aveo” markalı, ** PG ***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 9249.70 manat məbləğin 4800 manat hissəsi “OPEL ASTRA” markalı, ** HE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin icbari sığortaçısı olan "xxxx" Sığorta Şirkəti ASC tərəfindən İddiaçı Sığorta Şirkətinə ödənilsə də,200 manat azadolma məbləği çıxılmaqla “Chevrolet Aveo” markalı,** PG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 4249.70 manat sığorta ödənişi məbləği cavabdeh tərəfindən iddiaçıya ödənilməmişdir.Sığorta hadisəsinin baş verməsi və sığorta ödənişinin sığorta şirkəti tərəfindən ödənilməsi ilə iddiaçı təşkilatın cavabdehə qarşı subroqasiya hüququ yaranmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, vurulmuş zərərin əvəzi 4249.70 manat məbləğində pul İddiaçı Sığorta Şirkəti ASC tərəfindən sığortalının avtomaşının təmiri üçün ödənildiyindən,iddiaçı Şirkətin İcbari Sığortalılar haqqında Azərbaycan Respublikası qanunun 63.1-ci maddəsinə və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936-cı maddəsinə əsasən, cavabdehdən həmin məbləğdə pulu geriyə tələb etmək (subroqasiya) hüququ yarandığından və iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh 200 manat azadolma məbləği çıxılmaqla “Chevrolet Aveo” markalı, ** PG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 4249.70 manat sığorta ödənişi İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş 62.49 manat dövlət rüsumu məbləği də Cavabdeh İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 200 manat azadolma məbləği çıxılmaqla “Chevrolet Aveo” markalı, ** PG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 4249.70 manat sığorta ödənişi və ödənilmiş 62.49 manat dövlət rüsumu məbləği tutulsun. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar