Məhkəmə qərarları › İş №e-2(037)-39/2025

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-39/2025

17.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-39/2025 17.06.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya tələbinin təmin edilməsi tələbinə dair mülki işə 17 iyun 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh “Hyundai Tucson” markalı, ** PS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 8153.44 manat məbləğində dəymiş zərər, 101.54 manat məbləğində dövlət rüsumu və 0.81 manat bank xidmət haqqı məbləğinin İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə Cavabdeh idarə etdiyi “Fiat Doblo” markalı, ** LV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Hyundai Tucson” markalı, ** PS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsində İddiaçı Sığorta Şirkəti ASC-də könüllü sığorta növü üzrə sığortalı olan “Hyundai Tucson” markalı, 99 PS 54 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi ziyan dəymişdir. Avtonəqliyyat vasitəsinin sığorta şəhadətnaməsinə əsasən “Hyundai Tucson” markalı, ** PS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi baş vermiş yol-nəqliyyat hadisəsi zamanı İddiaçı Sığorta Şirkəti ASC-də könüllü sığorta növü üzrə sığortalanması öz əksini tapmışdır. İddiaçı Sığorta Şirkəti ASC dəymiş zərəri aradan qaldıraraq “Hyundai Tucson” markalı,** PS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 100 manat şərtsiz azadolma məbləği ödənildiyindən 8253.44 manat məbləğində sığorta ödənişi tam olaraq servisin hesabına ödənilmişdir.İcbari Sığorta Bürosunun çıxarışından göründüyü kimi Cavabdeh idarə etdiyi “Fiat Doblo” markalı, ** LV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin hadisə tarixində icbari məsuliyyət sığortası müqaviləsi mövcud deyildir. Bildirmək istəyirlər ki, xx.xx.2024-cü il tarixdə yol-nəqliyyat hadisəsinin baş verməsində Cavabdeh təqsirli olduğuna görə ona qarşı subroqasiya hüquqları yaranmışdır. Belə ki, Bakı şəhər BDYPİ-nin inzibati tənbeh vermə haqqında qərarında Cavabdeh AR İXM-nin 327.1-ci və 469.3-cü maddələri ilə təqsirli bilindiyi öz əksini tapmışdır. Hesab edirlər ki, 8153.44 manat dəymiş zərər, 101.54 manat dövlət rüsumu və 0.81 manat bank xidmət haqqı məbləği Cavabdeh İddiaçı Sığorta Şirkət ASCnin xeyrinə tutulmalıdır. Ona görə də iddianın təmin edilməsini xahiş edir. İddiaçının nümayəndəsi X1 məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə elektron qaydada ərizə göndərərək, mülki iş üzrə keçiriləcək məhkəmə baxış iclasının iştirakları olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək göstərdi ki, İsmayıllı rayonu, Təzəkənd kəndində yaşayır.xx.xx.2024-cü il tarixdə idarə etdiyi “Fiat Doblo” markalı, ** LV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən “Hyundai Tucson” markalı, ** PS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Hyundai Tucson” markalı, 99 PS 54 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi ziyan dəymişdir. TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsində təqsirli bilinərək barəsində İXM-nin 327.1 və 469.3-cü maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilərək 50 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. "xxxx" Servis Mərkəzinin xx.xx.2024-cü il tarixli, AKT №AA041938 nömrəli təmir aktında “Hyundai Tucson” markalı, ** PS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyanın məbləği ehtiyyat hissələri və təmir işləri ilə birlikdə 8698.05 manat məbləğində müəyyən edilmişdir. Onun vəsatəti əsasında “Hyundai Tucson” markalı, ** PS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyanın məbləğinin müəyyən edilməsi üçün məhkəmə tərəfindən ekspertiza təyin edilmiş, Məhkəmə Ekspertiza Mərkəzinin 06 may 2025-ci il tarixli, №3-16-16/2-9/928/2025 nömrəli “məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə” məlumatına əsasən mülki iş materiallarına əlavə edilmiş qüsur aktında göstərilən ehtiyat hissələrinin qiyməti və satışı barədə məlumat olmadığından mülki iş icrasız geri qaytarılmışdır. O, "xxxx" Servis Mərkəzinin xx.xx.2024cü il tarixli, AKT №AA041938 nömrəli təmir aktında qeyd edilən məbləğlə razılaşmır və hesab edir ki, “Hyundai Tucson” markalı, ** PS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyan məbləği "xxxx" Servis Mərkəzi tərəfindən şişirdilmiş qaydada müəyyən edilmişdir. Belə ki, ilk növbədə “Hyundai Tucson” markalı, ** PS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyanın məbləği dəqiqləşdirilməli və eyni zamanda İddiaçı Sığorta Şirkət ASC tərəfindən sözügedən avtomaşına görə "xxxx" Servis Mərkəzinə ödəniş olub-olmaması araşdırılmalıdır.Ona görə də izahatında qeyd etdikləri nəzərə alınmaqla ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iddia ərizəsini, cavabdehin iddia tələbinə münasibətini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinərək barəsində İXM-nin 327.1 və 469.3-cü maddələri ilə təqsirli bilinərək 50 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. "xxxx" Servis Mərkəzinin xx.xx.2024-cü il tarixli, AKT №AA041938 nömrəli təmir aktının surətindən görünür ki, “Hyundai Tucson” markalı, ** PS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyanın məbləği ehtiyyat hissələri və təmir işləri ilə birlikdə 8698.05 manatdır. xx.xx.2024-cü il tarixli, №129934 nömrəli Sığorta Aktının surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mülkiyyətində olan “Hyundai Tucson” markalı, ** PS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyana görə "xxxx" MMC tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 2119/24 saylı hesab fakturaya uyğun olaraq “Hyundai Tucson” markalı, ** PS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyanın aradan qaldırılması üçün İddiaçı Sığorta Şirkət ASCnin “X3” ASC-də olan bank hesabı vasitəsilə "xxxx" MMC-nin “X3” ASC-də olan bank hesabına 8253.44 manat məbləğində ödəniş olunmuşdur. xx.xx.2024-cü il tarixli, №2577 nömrəli kredit köçürməsinin surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə İddiaçı Sığorta Şirkəti ASC-nin “X3” ASC-də olan bank hesabı vasitəsilə xx.xx.2024-cü il tarixli,129934 saylı sığorta aktına əsasən sığorta ödənişi olaraq "xxxx" MMC-nin “X3” ASC-də olan bank hesabına 8253.44 manat məbləğində ödəniş olunmuşdur. xx.xx.2024-cü il tarixli, №O-AS-2024/1327 nömrəli pretenziya məktubunun surətindən görünür ki,xx.xx.2024-cü il tarixdə Cavabdeh pretenziya məktubu göndərilərək İddiaçı Sığorta Şirkəti ASC tərəfindən həyata keçirilən sığorta ödənişinin qalan 8153.44 manat hissəsinin 10 iş günü ərzində İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməsi xahiş edilmiş, əks təqdirdə müvafiq məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 06 may 2025-ci il tarixli, №3-16-16/2-9/928/2025 nömrəli “məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə” məlumatından görünür ki, mülki iş materiallarına əlavə edilmiş qüsur aktında göstərilən ehtiyat hissələrinin qiyməti və satışı barədə məlumat olmadığından icrasız geri qaytarılmışdır. xx.xx.2024-cü il tarixli, **********29 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən 101.54 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36.3-cü maddəsinə əsasən (Yol hərəkəti iştirakçılarının əsas vəzifələri və hüquqları) yol hərəkəti iştirakçıları üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinə (yol hərəkəti iştirakçılarının əsas vəzifələri və hüquqları) əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidir. İcbari Sığortalar haqqında Azərbaycan Respublikası Qanunun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla,avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Həmin Qanunun 63.2-ci maddəsinə əsasən subroqasiya hüququnun bu Qanunun 25.1.5-ci, 25.1.6-cı və 25.1.7-ci maddələrində nəzərdə tutulmuş əsasları bu Fəslin məqsədləri üçün tətbiq edilmir. Həmin qanunun 25.1.5, 25.1.6 və 25.1.7-ci maddəsinə əsasən sığortalı (sığorta olunan) və ya onun nümayəndəsi sığorta hadisəsi zamanı əmlaka daha çox zərərin dəyməsinin qarşısının alınması və (və ya) onun azaldılması istiqamətində, həmçinin zərər çəkmiş və ya zərər çəkmə ehtimalı olan şəxslərin həyatını xilas etmək üçün mümkün olan tədbirləri qəsdən görmədikdə; bu zaman subroqasiya hüququ o həcmdə yaranır ki, qeyd olunan tədbirlər görülmüş olsaydı, zərərin miqdarı həmin həcmdə azalmış olardı; sığorta hadisəsi sığortalının və ya zərərçəkən olmayan sığorta olunanın bu və ya digər fəaliyyət növü ilə məşğul olarkən, belə fəaliyyət növünü tənzimləyən qanunun tələblərini pozmaqla qəsdən törədilən əməli ilə müşayiət olunduqda; sığortalı və ya sığorta olunan sığorta müqaviləsi bağlanarkən, sığorta müqaviləsinin məzmununa daxil edilməli olan, həmçinin özünə məlum olan, habelə sığortaçının yazılı surətdə tələb etdiyi və müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən, habelə müqavilə bağlandıqdan sonra sığorta riskinin dəyişməsi ilə bağlı bütün hallar barədə sığortaçıya qəsdən məlumat vermədikdə, yaxud qəsdən yanlış məlumat verdikdə Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan 3-cü şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığortaçı ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1 maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1 maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər üçün yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqress) hüququ vardır. “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları”nın təsdiq edilməsi haqqında qanunun 25.1-ci maddəsinə əsasən Sığortalanmış avtomobilə dəymiş zərərin əvəzini ödəmiş sığortaçı sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən istifadə edə bilər. Həmin qanunun 25.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüququ sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə Cavabdeh idarə etdiyi “Fiat Doblo” markalı, ** LV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Hyundai Tucson” markalı, ** PS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur. Hadisə nəticəsində İddiaçı Sığorta Şirkəti ASC-də könüllü sığorta növü üzrə sığortalı olan “Hyundai Tucson” markalı, 99 PS 54 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi ziyan dəymişdir. Cavabdeh xx.xx.2024-cü il tarixdə baş vermiş yolnəqliyyat hadisəsini törətməkdə təqsirli bilinərək TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən 50 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. "xxxx" Servis Mərkəzinin xx.xx.2024-cü il tarixli, AKT №AA041938 nömrəli təmir aktına əsasən “Hyundai Tucson” markalı, ** PS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyanın məbləği ehtiyyat hissələri və təmir işləri ilə birlikdə 8698.05 manatdır. xx.xx.2024cü il tarixli, №129934 nömrəli Sığorta Aktına əsasən xx.xx.2024-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mülkiyyətində olan “Hyundai Tucson” markalı, ** PS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyana görə "xxxx" MMC tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 2119/24 saylı hesab fakturaya uyğun olaraq “Hyundai Tucson” markalı, ** PS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyanın aradan qaldırılması üçün İddiaçı Sığorta Şirkət ASC-nin “X3” ASC-də olan bank hesabı vasitəsilə "xxxx" MMC-nin “X3” ASC-də olan bank hesabına 8253.44 manat məbləğində ödəniş olunmuşdur. xx.xx.2024-cü il tarixli, №2577 nömrəli kredit köçürməsinə əsasən xx.xx.2024-cü il tarixdə İddiaçı Sığorta Şirkəti ASC-nin “X3” ASC-də olan bank hesabı vasitəsilə xx.xx.2024-cü il tarixli,129934 saylı sığorta aktına əsasən sığorta ödənişi olaraq "xxxx" MMC-nin “X3” ASC-də olan bank hesabına 8253.44 manat məbləğində ödəniş olunmuşdur. xx.xx.2024cü il tarixdə Cavabdeh pretenziya məktubu göndərilərək İddiaçı Sığorta Şirkəti ASC tərəfindən həyata keçirilən sığorta ödənişinin qalan 8153.44 manat hissəsinin 10 iş günü ərzində İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməsi xahiş edilmiş, əks təqdirdə müvafiq məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 06 may 2025-ci il tarixli, №3-16-16/2-9/928/2025 nömrəli “məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə” məlumatına əsasən mülki iş materiallarına əlavə edilmiş qüsur aktında göstərilən ehtiyat hissələrinin qiyməti və satışı barədə məlumat olmadığından mülki iş icrasız geri qaytarılmışdır. İcbari Sığorta Bürosunun çıxarışından göründüyü kimi Cavabdeh idarə etdiyi “Fiat Doblo” markalı, ** LV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi hadisə tarixində icbari məsuliyyət sığortası müqaviləsi mövcud olmamışdır. xx.xx.2024-cü il tarixdə yol-nəqliyyat hadisəsinin baş verməsində Cavabdeh təqsirli olduğuna görə ona qarşı sığorta şirkətinin subroqasiya hüququ yaranmışdır. İddiaçı Sığorta Şirkəti ASC tərəfindən dəymiş zərərin aradan qaldırılması məqsədi ilə sığortalanmış “Hyundai Tucson” markalı, ** PS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmir-bərpa işlərinə görə 8153.44 manat dəymiş zərər məbləği servis mərkəzinə ödənilsə də, 100 manat azadolma məbləği çıxılmaqla “Hyundai Tucson” markalı, ** PS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə servis mərkəzinə ödənilmiş 8153.44 manat məbləği cavabdeh tərəfindən iddiaçıya ödənilməmişdir. Sığorta hadisəsinin baş verməsi və sığorta ödənişinin sığorta şirkəti tərəfindən ödənilməsi ilə iddiaçı təşkilatın cavabdehə qarşı subroqasiya hüququ yaranmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, vurulmuş zərərin əvəzi 8253.44 manat məbləğində sığorta ödənişi İddiaçı Sığorta Şirkəti ASC tərəfindən tam olaraq servis mərkəzinin hesabına ödənildiyindən, iddiaçı Şirkətin İcbari Sığortalılar haqqında Azərbaycan Respublikası qanunun 63.1-ci maddəsinə və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936-cı maddəsinə əsasən, cavabdehdən həmin məbləğdə pulu geriyə tələb etmək (subroqasiya) hüququ yarandığından və iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin xeyrinə “Hyundai Tucson” markalı, ** PS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 8253.44 manat məbləğində sığorta ödənişi məbləğindən ödənilmiş 100 manat azadolma məbləği çıxılmaqla 8153.44 manat dəymiş zərər, 101.54 manat dövlət rüsumu və 0.81 manat bank xidmət haqqı məbləği tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş 101.54 manat dövlət rüsumu və 0.81 manat bank xidmət haqqı məbləği də Cavabdeh İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin xeyrinə “Hyundai Tucson” markalı, ** PS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 8153.44 manat dəymiş zərər, 101.54 manat dövlət rüsumu və 0.81 manat bank xidmət haqqı məbləği tutulsun. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar