Məhkəmə qərarları › İş №e-2(037)-608/2023

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-608/2023

13.11.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-608/2023 13.11.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı paylı mülkiyyətdə olan payın naturada ayrılması tələbinə dair mülki işə 13 noyabr 2023-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək paylı mülkiyyətdə olan Naxçıvan MR, Şahbuz rayonu, Şahbuzkənddə yerləşən, ümumi sahəsi 225,45 kv.metr olan fərdi yaşayış evinin bölünərək ona məxsus ½ hissədə olan payının naturada ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasına gəlməmiş, ərizə göndərərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılması qərara almışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə 01 sentyabr 1993-cü il tarixdə Şahbuz rayon Qeydiyyat şöbəsində 04 nömrə qeydi ilə rəsmi nikaha daxil olmuşdur. İsmayıllı Rayon Məhkəməsinin 06 fevral 2023-cü il tarixli 2(037)-25/2023 saylı qətnaməsinə əsasən 01 sentyabr 1993-cü il tarixdə Şahbuz rayon Qeydiyyat şöbəsində 04 nömrə ilə qeyd edilərək aralarında bağlanmış nikah pozulması, 26 yanvar 2010-cu il tarixdə doğulmuş X2 boşanmadan sonra atası Cavabdeh yanında saxlanılması, 06 dekabr 2022-ci il tarixdən başlayaraq İddiaçı hər ay 150 manat sabit pulməbləğində aliment alınaraq 26 yanvar 2010-cu il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh Əbdül oğluna verilməsi qət edilmişdir. Birgə nikah dövründə Naxçıvan MR, Şahbuz rayonu Şahbuzkənddə ümumi sahəsi 225,45 kv m olan fərdi yaşayış evi almışlar. Həmin fərdi yaşayış evi üzərində hər birinin 1/2 hissədə payları müəyyən edilmişdir. O, cavabdehə əmlakın satılaraq əldə olunmuş vəsaitin paylarına uyğun bölüşdürülməsini təklif etsə də sonuncu bununla razılaşmır. Оna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Paylı mülkiyyətdə olan Naxçıvan MR, Şahbuz rayonu, Şahbuzkənddə yerləşən, ümumi sahəsi 225,45 kv.metr olan fərdi yaşayış evinin bölünərək ona məxsus ½ hissədə olan payının naturada ayrılması barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikrini bildirməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını qərara almışdır. 20 aprel 2021-ci il tarixli 629 inventar nömrəli daşınmaz əmlakın texniki pasportunun və 17 may 2021-ci il tarixli MH seriyalı ******* nömrəli çıxarışın surətlərindən görünür ki, Naxçıvan MR, Şahbuz rayonu, Şahbuzkənd ərazisindən 0,2544 hektar torpaq sahəsində yerləşən ümüumi sahəsi 225,45 kv.metr olan fərdi yaşayış evi ½ hissədə Cavabdeh, ½ hissədə isə İddiaçı adına qeydə alınmışdır. Naxçıvan Mutar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 09 avqust 2023-cü il tarixli 643 nömrəli eksert rəyindən görünür ki, Naxçıvan Mutar Respublikası Şahbuz rayonu Şahbuzkənd ünvanında yerləşən, ümumi sahəsi 225,45 kv.metrdən ibarət fərdi yaşayış evinin texniki cəhətdən naturada bölünməsi İnşaat Norma və Qaydaları 22.08.01.89-un (СНиП 2.08.01.89 «Жилые здания») 1.1, 2.2, 2.4, 2.9 bəndlərinə və metodik vəsaitin (Məmmədov M.N. «Məhkəmə tikinti-texniki ekspertizasının həlli metodları» Bakı-2008) bəndlərinin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz Azərbaycan Respublikası Mülki Məcəlləsinin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, 20 aprel 2021-ci il tarixli 629 inventar nömrəli daşınmaz əmlakın texniki pasporta və 17 may 2021-ci il tarixli MH seriyalı ******* nömrəli çıxarışa əsasən Naxçıvan MR, Şahbuz rayonu, Şahbuzkənd ərazisindən 0,2544 hektar torpaq sahəsində yerləşən ümüumi sahəsi 225,45 kv.metr olan fərdi yaşayış evi ½ hissədə Cavabdeh, ½ hissədə isə İddiaçı adına qeydə alınmışdır. Naxçıvan Mutar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 09 avqust 2023-cü il tarixli 643 nömrəli eksert rəyinə əsasən Naxçıvan Mutar Respublikası Şahbuz rayonu Şahbuzkənd ünvanında yerləşən, ümumi sahəsi 225,45 kv.metrdən ibarət fərdi yaşayış evinin texniki cəhətdən naturada bölünməsi İnşaat Norma və Qaydaları 22.08.01.89-un (СНиП 2.08.01.89 «Жилые здания») 1.1, 2.2, 2.4, 2.9 bəndlərinə və metodik vəsaitin (Məmmədov M.N. «Məhkəmə tikinti-texniki ekspertizasının həlli metodları» Bakı-2008) bəndlərinin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. İddiaçı paylı mülkiyyətdə olan Naxçıvan MR, Şahbuz rayonu, Şahbuzkənddə yerləşən, ümumi sahəsi 225,45 kv.metr olan fərdi yaşayış evinin bölünərək ona məxsus ½ hissədə olan payının naturada ayrılması barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikrini bildirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki prosessual qanunvericiliyin qeyd edilən maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İddia tələbinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv halı üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Hazırkı iş üzrə iddiaçı tərəfindən iddia tələbinin əsasını təşkil edən əsaslı sübutlar məhkəməyə təqdim edilməmişdir. Ekspert rəyinə əsasən sözügedən fərdi yaşayış evinin texniki cəhətdən naturada bölünməsinin mümkün olmadığı müəyyən edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə qərara gəlir ki, mübahisəli fərdi yaşayış evinin texniki cəhətdən naturada bölünməsi mümkün olmadığından iddia tələbi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı paylı mülkiyyətlərində olan, Naxçıvan MR, Şahbuz rayonu Şahbuz kəndində yerləşən, ümumi sahəsi 225,45 kv.metr olan fərdi yaşayış evinin bölünərək ona məxsus ½ hissədə olan payının naturada ayrılması tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar