Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-685/2024 29.05.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “Kia Cerato” markalı ** NL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 3940 manat pulun və 59,4 manat dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 07 fevral 2018-ci il tarixdə Cavabdeh tərəfindən idarə olunan “VAZ 21063” markalı ** BK *** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Kia Cerato” markalı ** NL *** dövlət qeydiyyat nişanlı avtomobil toqquşaraq yol nəqliyyat hadisəsi baş vermişdir. İddiaçı Sığorta Şirkəti ASC dəymiş zərəri aradan qaldıraraq, “Kia Cerato” markalı ** NL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 3940 manat sığorta ödənişi həyata keçirmişdir. Cavabdeh İsmayıllı Rayon Məhkəməsinin 3(037)-115 saylı qərarına əsasən İXM-nin 332.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmuşdur. Sığorta şirkətinin ödədiyi pul vəsaitini mübahisəsiz qaydada geri tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehə 22 aprel 2024-cü il tarixdə rəsmi qaydada bildiriş göndərilmişdir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı hər hansı əsaslandırılmış etirazı məhkəməyə göndərməmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -İsmayıllı Rayon Məhkəməsinin 13 fevral 2018-ci il tarixli 3(037)-115 nömrəli qərarının surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinərək 400 manat məbləğində inzibati cərimə edilmişdir. -13 mart 2018-ci il tarixli 048541 nömrəli sığorta aktının surətindən görünür ki, “VAZ 21063” markalı ** BK *** dövlət qeydiyyat nişanlı avtomobil 03 yanvar 2018-ci il tarixdən 03 yanvar 2019-cu il tarixədək 55000 manat məbləğində sığorta olunmuşdur. 07 fevral 2018-ci il tarixdə baş vermis yol nəqliyyat hadisəsində zərərçəkmiş X2 3940 manat maddi ziyan ödənilmişdir. - 14 mart 2018-ci il tarixli 2290 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən 34910 manat sığorta ödənişi olunmuşdur. - 02 aprel 2024-cü il tarixli O-AS-2024-0705 nömrəli pretenziyanın surətindən görünür ki, Cavabdeh İddiaçı Sığorta Şirkəti ASC tərəfindən həyata keçirilən 3940 manat sığorta ödənişinin 10 iş günü ərzində İddiaçı Sığorta Şirkəti ASC-nə ödənilməsi tələb olunmuş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. -İddia ərizəsindən görünür ki, iddiaçı tərəfindən 19 aprel 2024-cü il tarixdə 59,4 manat (qəbzin nömrəsi **********) dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, 07 fevral 2018-ci il tarixdə Cavabdeh idarə etdiyi “VAZ 21063” markalı ** BK *** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Kia Cerato” markalı ** NL *** dövlət qeydiyyat nişanlı avtomobil toqquşaraq yol nəqliyyat hadisəsi baş vermişdir. Baş vermiş hadisə ilə bağlı inzibati xəta haqqında iş üzrə araşdırma aparılmış, İsmayıllı rayon Məhkəməsinin 13 evral 2018-ci il tarixli qərarı ilə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinərək 400 manat məbləğində inzibati cərimə edilmişdir. “Kia Cerato” markalı ** NL *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərlə bağlı 3940 manat məbləğində sığorta ödənişi aparılmışdır. Sığorta şirkətinin ödədiyi pul vəsaitini mübahisəsiz qaydada geri tələb etmək hüququ yaranmışdır. İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti Cavabdeh 3940 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının tələbinə dair münasibət bildirilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1, 884, 897, 907, 922, 925, 926, 934 maddələrinin və “İcbari sığortalar haqqında” AR Qanununun 25-ci maddəsinin tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh icbari sığorta şəhadətnaməsində göstərilən əmlakı onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmadan istismar etdiyi üçün sığortaçının ödədiyi pul vəsaitini mübahisəsiz qaydada geri tələb etmək hüququ yarandığından cavabdeh sığortaçının ödədiyi pul məbləğini və digər xərcləri ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci bəndinə əsasən məhkəməyə verilən iddia ərizəsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh “Kia Cerato” markalı ** NL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 3940 manat pul və 59,4 manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı Sığorta Şirkəti ASCnin hesabına ödənilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh “Kia Cerato” markalı ** NL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 3940 manat sığorta ödənişi və 59,4 manat dövlət rüsumu olmaqla, cəmi 3999 (üç min doqquz yüz doxsan doqquz) manat 40 (qırx) qəpik məbləği İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmı̇ yyətinin hesabına ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №e-2(037)-685/2024
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-685/2024
29.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver