Məhkəmə qərarları › İş №e-2(037)-934/2025

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-934/2025

16.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-934/2025 16.07.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Qoşqarova Nərmin Rabit qızı İddiaçı Sığorta Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – "xxxx" ASC) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı subroqasiya qaydasında pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “Volkswagen Passat” markalı, ** FY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 250 manat məbləğində sığorta ödənişinin, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və 0,40 qəpik bank xidmət haqqının tutularaq İddiaçı Sığorta ASC-nin hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Atəşgah Sığorta” ASC-də Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətin icbari sığortası növü üzrə Cavabdeh tərəfindən idarə olunan “FordTransit” markalı, ** LK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sığortalanmışdır. xx.xx.2023-cü il tarixdə cavabdeh tərəfindən idarə olunan “FordTransit” markalı, ** LK *** dövlət qeydiyyat nömrə nişanlı avtonəqliyyat vasitəsi “Volkswagen Passat” markalı, ** FY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş və nəticədə sonunu nəqliyyat vasitəsinə zərər yetirilmişdir. İcbari sığorta növü üzrə məsuliyyətini sığortalamış sığortaçısı olan İddiaçı Sığorta ASC “Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair” qaydaya və iştirakçılar arasında keçirilmiş nettinqin nəticələrinə əsasən dəymiş zərərlə bağlı 250 manat məbləğində sığorta ödənişi müvafiq qaydada "xxxx" ASC-nə ödənilmişdir. Azərbaycan Respublikası Mərkəzi X1 25/2 nömrəli, xx.xx.2022-ci il tarixli qərarına əsasən “Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair” qaydaya uyğun olaraq zərərçəkənin idarə etdiyi “Volkswagen Passat” markalı, ** FY *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin icbari sığorta növü üzrə məsuliyyəti sığortalamış sığortaçısı olan "xxxx" ASC öz növbəsində dəymiş zərəri aradan qaldıraraq 250 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Cavabdeh hadisə yerindən yayındığına görə iddiaçı tərəfindən ona qarşı subroqasiya hüququ yaranmışdır. Cavabdeh 550 manat məbləğindən 300 manat məbləğində ödəniş etmiş, lakin qalıq 250 manat pulun ödənilməsi tələbi "xxxx" ASC tərəfindən İddiaçı Sığorta Şirkəti ASC qarşısında irəli sürülmüşdür. Cavabdehə yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdeh 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. İş materiallarına əlavə edilmiş sənədlər - 21 fevral 2023-cü il tarixdə Sumqayıt Şəhər DYPŞ tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokolun və inzibati tənbeh vermə haqqında ******* nömrəli qərarın surətindən görünür ki, Cavabdeh tərəfindən idarə olunan “Ford Transit” markalı, ** LK *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi zamanı inzibati xəta törətdiyindən AR İXM-nin 327.6-ci maddəsi ilə 100 manat məbləğində inzibati cərimə edilmişdir. - İcbari Sığorta Bürosunun çıxarışından müəyyən edilmişdir ki, yol-nəqliyyat hadisəsi tarixində Cavabdeh tərəfindən idarə olunan “Ford Transit” markalı, ** LK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin icbari avtoməsuliyyət sığortası İddiaçıSığorta Şirkəti ASC-də sığortalanmışdır. - Cavabdeh tərəfindən idarə olunan “Ford Transit” markalı, ** LK *** dövlət qeydiyyat nömrə nişanlıavtonəqliyyat vasitəsinin icbari sığorta növü üzrə məsuliyyətini sığortalamış sığortaçısı olan İddiaçı Sığorta Şirkə ASC “Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair” qaydaya və iştirakçılar arasında keçirilmiş nettinqin nəticələrinə əsasən dəymiş zərərlə bağlı 250 (iki yüz əlli) manat məbləğində sığorta ödənişi müvafiq qaydada "xxxx" ASC-nə ödənilmişdir. - Subroqasiya tələblərinin reyestrindən görünür ki, nettinqin nəticələrinə əsasən 250 (iki yüz əlli) manat məbləğində pulun ödənilməsi tələbi "xxxx" ASC tərəfindən İddiaçı Sığorta Şirkəti ASC qarşısında irəli sürülmüşdür. - "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş qüsur aktının surətindən görünür ki, “Volkswagen Passat” markalı, ** FY *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 550 manat xərc müəyyən edilmiş və "xxxx" ASC tərəfindən zərərçəkənə ödənilmişdir. - 29 dekabr 2023-cü il tarixli O-AS-2023-2137 nömrəli pretenziyanın surətindən görünür ki, Cavabdeh İddiaçı Sığorta Şirkəti ASC tərəfindən həyata keçirilən 550 manat sığorta ödənişinin 10 iş günü ərzində İddiaçı Sığorta Şirkəti ASC-nə ödənilməsi tələb olunmuş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. - İddiaçı Sığorta Şirkəti ASC tərəfindən məhkəməyə elektron kabinet vasitəsi ilə daxil olmuş 19 iyun 2025-ci il tarixli ərizədən görünür ki, Azərbaycan Respublikası Mərkəzi X1 25/2 nömrəli, xx.xx.2022-ci il tarixli qərarına əsasən ”Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair” qaydaya uyğun olaraq zərərçəkənin idarə etdiyi ”Volkswagen Passat” markalı, ** FY *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə görə ”Mega Sığorta” ASC-yə 550 manat sığorta ödənişi həyata keçirilmişdir. Cavabdeh hadisə yerindən yayındığına görə ona qarşı subroqasiya hüququmuz yaranmışdır. Cavabdeh 550 manat məbləğindən 300 manat ödəniş etmiş, lakin qalıq 250 manat məbləği ödəməmişdir. - 01 fevral 2024-cü il tarixli 51942409 nömrəli mədaxil qəbzinin surətindən görünür ki, cavabdeh tərəfindən həmin tarixdə 100 manat məbləği İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilmişdir. - 06 may 2024-cü il tarixli 58449202 nömrəli mədaxil qəbzinin surətindən görünür ki, cavabdeh tərəfindən həmin tarixdə 100 manat məbləği İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilmişdir. - 25 sentyabr 2024-cü il tarixli 66226454 nömrəli mədaxil qəbzinin surətindən görünür ki, cavabdeh tərəfindən həmin tarixdə 100 manat məbləği İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilmişdir. -06 aprel 2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən həmin tarixdə 32,50 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Maddə 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə qeyd edir ki, subroqasiya zərər vurmadan irəli gələn məsuliyyətin labüdlüyü və zərərin əvəzinin tam ödənilməsi prinsiplərinin həyata keçirilməsinə xidmət edən hüquqi vasitələrdən biridir. Belə ki, sığortalı (faydalanan şəxs) əksər hallarda ona vurulmuş zərəri əhatə edən sığorta ödənişini almaqla, sonrakı tutulmaya marağını itirir. Nəticədə zərər vuran şəxs məsuliyyətdən yayına bilər. Yalnız subroqasiya zərər vuran şəxsdən zərərin əvəzinin tutulmasını təmin edir. Mahiyyətcə, subroqasiya tələb hüququnun güzəştidir. Ona görə də sığortaçıya keçən hüquq sığortalı (faydalalan şəxs) ilə zərərə görə məsuliyyət daşıyan şəxs arasında münasibətləri tənzimləyən qaydalara, yəni delikt haqqında normalara riayət etməklə həyata keçirilir. Beləliklə, tərəflər arasında öhdəliyin əmələ gəlmə əsası mülki hüquq pozuntusunun (deliktin) törədilməsidir. Belə ki, hazırkı mülki iş üzrə zərərin baş verməsi, bunun Cavabdeh qanunsuz hərəkətinin (nəqliyyat vasitəsini) nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə olması müəyyən edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh inzibati xətanı törətməkdə təqsirli bilindiyindən, hüquqa zidd əməl nəticəsində dəymiş zərər sığortaçı tərəfindən zərəkçəkmişə ödənildiyindən və həmin məbləğdə zərəri tələb etmə hüququ subroqasiya qaydasında İddiaçı Sığorta ASC-yə keçdiyindən 250 manat məbləğində vurulmuş maddi zərər cavabdehdən İddiaçı Sığorta ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30.40 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 384-6.1, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 250 (iki yüz əlli) manat məbləğində pul vəsaiti və ödənilmiş 30.40 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı Sığorta ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə İsmayıllı Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nərmin Qoşqarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar