Azərbaycan Respublikası adından QƏTNAMƏ Yardımlı rayonu İş № e-2(038)-185/2024 14.03.2024 YARDIMLI RAYON MƏHKƏMƏSİ X1, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında borcun tutulması tələbinə dair mülki işə, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Sığorta Şirkəti ASC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət edərək Cavabdeh 705 manat pul və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı Sığorta Şirkəti ASC-nin hesabına ödənilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa əsasən, xx.xx.2020-ci il tarixdə Cavabdeh oğlu tərəfindən idarə olunan “BMW 320” markalı, ** BU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Chevrolet Niva” markalı, ** MT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Sığorta aktından və icbari sığorta bürosundan çıxarışdan göründüyü kimi Cavabdeh oğlunun idarə etdiyi “BMW 320” markalı, ** BU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı Sığorta Şirkətində sığortalanmışdır. Nəqliyyat vasitəsinin zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata əsasən, “Chevrolet Niva” markalı, ** MT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 705 AZN məbləğində zərər dəymişdir. İddiaçı Sığorta dəymiş zərəri aradan qaldıraraq, iş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli 3863 nömrəli ödəniş tapşırığına əsasən, “Chevrolet Niva” markalı, ** MT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə “Avtonəqliyyat vasitəsisahiblərinin mülki məsuliyyətinin icbarisığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışda qeyd olunan nəqliyyat vasitəsinə görə zərərçəkmiş X3 705 AZN sığorta ödənişi həyata keçirmişdir. xx.xx.2020-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh oğlu hadisə yerindən yayındığı üçün ona qarşı subroqasiya hüquqları yaranmışdır. xx.xx.2020-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan da göründüyü kimi Cavabdeh oğlu İXM-nin 327.6-cı maddəsi ilə təqsirli bilinmişdir. Həmçinin izahatda da şəxsən cavabdeh özü hadisə yerindən yayınmasını qeyd etmişdir. Odur ki, Cavabdeh 705 manat pulun alınaraq İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilməsi tələb olunur. Cavabdeh Azərbaycan Respublikası MPM-in 284-5.2.-ci maddəsinə əsasən iddiaya qarşı əsaslandırılmış etirazlarını göndərmək barədə məlumat verilməsinə baxmayaraq, iddaya qarşı etirazlarını məhkəməyə göndərməmişdir. 084077 nömrəli sığorta aktından görünür ki, PAT**********8 şəhadətnamə üzrə İddiaçı Sığorta Şirkəti ASC-də sığortalanmış, Cavabdeh oğlu tərəfindən idarə olunan “BMW 320” markalı, ** BU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2020-ci il tarixdə “Chevrolet Niva” markalı, ** MT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə nəticəsində “Chevrolet Niva” markalı, ** MT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 705 manat məbləğində zərər dəymişdir. Yardımlı Rayon DYPŞ-nin xx.xx.2020-ci il tarixli, inzibati tənbeh vermə haqqında AP ******* saylı qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1, 333.3-cü maddəsi ilə təqsirli bilinərək 700 manat məbləğində cərimə edilmişdir. Yardımlı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Cavabdeh AR İXM-in 333.3-cü maddəsi ilə təqsirli bilinib nəqliyyat vasitəsini idarə etmək hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla 700 manat məbləğində cərimə edilmişdir. Dəymiş zərərin hesabatı barədə cədvəldən görünür ki, hadisə nəticəsində “Chevrolet Niva” markalı, ** MT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 705 manat məbləğində zərər dəymişdir. xx.xx.2020-ci il tarixli ödəniş tapşırığndan görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən 705 manat pul X4 ödənilmişdir. Ödəniş qəbzindən görünür ki, İddiaçı Sığorta Şirkəti ASC məhkəmədə iddia qaldırılması üçün 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1. və 936.2.-ci maddələrinə müvafiq olaraq “Subroqasiya hüququ” həmin Məcəllənin 936.6-cı maddəsini nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1096.2-ci maddəsinin tələblərinə görə, delikt (mülki hüquq pozuntusu) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə delikt nəticəsində fiziki şəxsin əmlakına vurulmuş zərərin əvəzini zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən istifadə edilməsi) nəticəsində mülki hüquq pozuntusu (delikt) törətmiş şəxsin vurduğu zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanunu əsaslarla (nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25.1.2-ci maddəsinə əsasən bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması; Göstərilən maddi hüquq normalarına əsasən məhkəmə qeyd edir ki, baş vermiş sığorta hadisəsi ilə Cavabdeh təqsirli hərəkətləri arasında səbəbli əlaqə vardır. Odur ki, ödənilmiş sığorta məbləği subroqasiya qaydasında ondan tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etrazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclaslında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçının tələbi təmin olunduğuna görə onun tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq, bankın hesabına ödənilməlidir. Həmin Məcəllənin 284-5.3.-cü maddəsinə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1.-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraata dair işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233, 284.1-285-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 705 manat pul və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı Sığorta Şirkəti ASC-nin hesabına ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Yardımlı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Hakim: x1
Məhkəmə qərarları › İş №e-2(038)-185/2024
Yardımlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(038)-185/2024
14.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver