Məhkəmə qərarları › İş №e-2(039)-1977/2024

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(039)-1977/2024

23.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № e-2(039)-1977/2024 23.08.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Baxşəliyeva Ülkər Asif qızının katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti Cavabdeh qarşı sığorta ödənişinin subroqasiya qaydasında tələb edilməsi tələbinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında Yevlax Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti Cavabdeh qarşı sığorta ödənişinin subroqasiya qaydasında tələb edilməsi barədə iddia verərək, Cavabdeh 800 (səkkiz yüz) manat məbləğində sığorta ödənişinin əvəzinin və 30.4 (otuz manat qırx qəpik) manat dövlət rüsumunun tutularaq iddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, “Mitsubishi Pajero-İO ” minik markalı, ** RK *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixli PDS********** saylı “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsinə əsasən Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində sığortalanmışdır. Cavabdeh X1 xx.xx.2023-ci il tarixdə, saat 19:00 radələrində həmin avtomobili Mingəçevir şəhəri H.Əliyev prospekti ev 80/25 ərazisində idarə edərkən “Nissan Sunny” minik markalı, ** LN *** dövlət qeydiyyat nişanlı avtomobili vuraraq zədələmişdir. Abşeron rayonu DYP-nin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışın”dan, xx.xx.2023-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokolundan və Mingəçevir şəhər məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, xx.xx.2023-ci il tarixdə, saat 19:00 radələrində həmin avtomobili Mingəçevir şəhəri H.Əliyev prospekti, ev 80/25 ərazisində yol-nəqliyyat hadisəsi baş vermişdir. Yol-nəqliyyat hadisəsinin növü toqquşmadır. Cavabdeh sürücülük vəsiqəsi olmadığı üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. “İcbari sığortalar haqqında” Qanuna əsasən, yol-nəqliyyat hadisəsi nəticəsində zərər yalnız hadisədə iştirak edən avtonəqliyyat vasitələrinə (birinə və ya hər ikisinə) dəydikdə və yol-nəqliyyat hadisəsində hər biri ilə bağlı bu Qanunda nəzərdə tutulmuş mülki məsuliyyətin icbari sığorta müqaviləsi qüvvədə olan iki avtonəqliyyat vasitəsi iştirak etdikdə yol-nəqliyyat hadisəsində zərərçəkən zərərin əvəzinin ödənilməsini onun idarə etdiyi avtonəqliyyat vasitəsilə bağlı mülki məsuliyyətini icbari formada sığortalamış sığortaçıdan tələb edir. Hazırki işdə zərər dəymiş “Nissan Sunny” minik markalı, ** LN *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC-də icbari qaydada sığortalandığından faydalanan şəxs sığorta ödənişinin verilməsi ilə bağlı sözügedən şirkətə müraciət etmişdir. Maliyyə bazarlarına nəzarət edən orqan AR X2 Heyətinin xx.xx.2022-ci il tarixli 25/2 saylı qərarı ilə təsdiq edilmiş “Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair Qayda”lara (bundan sonra – Qaydalar) əsasən, “İcbari sığortalar haqqında” Qanunun 52-1 maddəsində qeyd olunan şərtlər daxilində sığorta hadisələrinin operativ tənzimlənməsi üçün İcbari Sığorta Bürsounun (bundan sonra – Büro) elektron informasiya sistemi yaradılmışdır. Yuxarıda qeyd olunan normada göstərilən şərtlər daxilində baş vermiş sığorta hadisəsi nəticəsində zərərçəkmiş şəxs sığorta ödənişinin verilməsi ilə bağlı öz sığortaçısına müraciət etdikdən sonra zərəçəkmiş şəxsin sığortaçısı Büronun elektron informasiya sistemi vasitəsilə iddia tələbi yaradır və hadisə ilə bağlı sənədləri və məlumatları bu tələbə qeyd edir. Zərərçəkmiş şəxsə öz sığortaçısı tərəfindən sığorta ödənişi həyata keçirildikdən sonra sığortaçı zərərvuranın sığortaçısına qarşı elektron informasiya sistemi vasitəsilə subroqasiya tələbi yaradır. Subroqasiya tələbləri üzrə ödənişlər Qaydaların tələblərinə uyğun hər bir sığortaçı üçün yaradılmış təminat hesabına köçürülmüş vəsaitlər hesabına həyata keçirilir. Qaydalara uyğun olaraq sığortaçılar arasında ödənişlər hesablaşma qaydasında, nəğdsız formada həyata keçirilir. Yəni, subroqasiya tələbi yaratmış sığortaçıya zərərvuranın sığortaçısı tərəfindən ödəniş hər bir hadisə üzrə ayrılıqda ödənişlər kimi yox, zərərçəkənin sığortaçısı ilə zərərvuranın sığortaçısının qarşılıqlı öhdəliklərinin icra edilməsi qaydasında həyata keçirilir. Qaydaların tələblərinə müvafiq olaraq həftəlik dövr əsasında sığortaçıların qarşılıqlı öhdəlikləri müəyyən edilərək ödənişlər icra edilir. Ödənişlər qarşılıqlı öhdəliklər əsasında həyata keçirildiyi üçün zərərvuran şəxsin sığortaçısı zərərçəkmiş şəxsin sığortaçısına zərər məbləğindən fərqli miqdarda ödəniş köçürülməsi hallarına tez-tez rast gəlinir. Zərər dəymiş “Nissan Sunny” minik markalı, ** LN *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin miqdarı “İcbari Sığortalar haqqında” qanunun 16-cı və “Sığorta fəaliyyəti haqqında” qanunun 10.10-cu maddələrinin tələblərinə əsasən, "xxxx" ASC tərəfindən qiymətləndirilərək 800 (səkkiz yüz) manat məbləğində müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli № 10004 saylı ödəniş tapşırığına əsasən 800 (səkkiz yüz) manat sığorta ödənişi faydalanan şəxsin bank hesabına köçürülmüşdür. Daha sonra "xxxx" ASC qeyd olunan yol-nəqliyyat hadisəsində təqsiri müəyyən olunan şəxsin idarə etdiyi nəqliyyat vasitəsi Şirkətdə icbari qaydada sığortalandığından ödənilmiş sığorta ödənişini Şirkətdən tələb etmiş və müvafiq ödəniş lotosessiya vasitəsi ilə "xxxx" ASC-nin hesabına köçürülmüşdür. İddiaçı cəmiyyət qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, işdə olan xx.xx.2022-ci il tarixli şəhadətnamədən görünür ki, “Mitsubishi Pajero-İO” minik markalı, ** RK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində xx.xx.2022-ci ildən xx.xx.2020-ci il tarixədək icbari sığorta növü üzrə sığortalanmışdır. İşdə olan 01641 saylı Sığorta ödənişi ilə bağlı aktlan görünür ki, xx.xx.2023-cü il tarixində Mingəçevir şəhərində yol-nəqliyat hadisəsi törətməsi nəticəsində «Nissan Sunny» markalı ** LN *** dövlət nömrə nişanlı avtomobillə “Mitsubishi Pajero-İO” minik markalı, ** RK *** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş və «Nissan Sunny» markalı ** LN *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə 800 (səkkiz yüz) manat ziyan dəymişdir. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin 3(051)-85/2023 saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsində nəzərdə tutulan izibati xətanı törətməkdə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində cərimə edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli ödəniş tapşırığının surətindən görünür ki, CLM**********6 saylı sığorta aktına əsasən 800 (səkkiz yüz) manat sığorta ödənişi təyinatı üzrə ödənilmişdir. İşdə olan bildirişdən görünür ki, iddiaçı cəmiyyət tərəfindən yaranmış borcun ödənilməsi cavabdehdən tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədənlənməsi (real zərər) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqazidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bğalı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və.s) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısı alınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. «Sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinə əsasən sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya vəzifələrinin icrası zamanı işçinin nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılmasına kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, cavabdehdən 800 (səkkiz yüz) manat alınaraq iddiaçı cəmiyyətə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh oğlundan 800 (səkkiz yüz) manat məbləğində sığorta ödənişinin əvəzi, 30 (otuz) manat dövlət rüsumu və 0.40 (qırx qəpik) manat xidmət haqqı tutularaq Ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar