Məhkəmə qərarları › İş №e-2(040)-1724/2025

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-1724/2025

03.03.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-1724/2025 03.03.2026 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi ilə, Tərəflərin iştirakları olmadan, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra: "xxxx" ASC) Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh, X13 sağlamlığına dəymiş yüngül xəsarətə görə ödənilmiş 750 AZN (yeddi yüz əlli manat) pulun, “X29 111” markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 4906 AZN (dörd min doqquz yüz altı manat) pulun və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin balansında olan yol təsərrüfatına dəyən zərərə görə ödənilmiş 94 AZN (doxsan dörd manat) pulun, cəmi 5750 AZN (beş min yeddi yüz əlli manat) pul məbləğinin və ödənilmiş 77,50 AZN (yetmiş yeddi manat-50 qəpik) dövlət rüsumunun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa (forma 4) əsasən, 20 noyabr 2024-cü il tarixdə Cavabdeh tərəfindən sürücülük hüququ olmadan idarə olunan “Mercedes Benz E 220” markalı **-VH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi, “X29 111” markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmiş, Azərbaycan Avtomobil Yollarına məxsus səki daşına maddi zərər yetirmişdir. Nəticədə X20 yüngül dərəcəli bədən xəsarəti almışdır. Həmçinin, yüngül dərəcəli bədən xəsarətinə dair ekspert rəyləri iş materiallarına əlavə olunmuşdur. İş materiallarına əlavə edilmiş sığorta aktından və icbari sığorta bürosundan çıxarışdan göründüyü kimi, Cavabdeh idarə etdiyi “Mercedes Benz E220” markalı **-VH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx"ndə icbari sığorta növü üzrə sığortalanmışdır. “İcbari Sığortalar Haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən yüngül xəsarətə görə sığorta ödənişinin məbləği sığorta məbləğinin 15 (on beş) faizini təşkil edir. Sığorta məbləği 5000 AZN (beş min manat) olduğundan, X1 vurulan zərərə görə sığorta ödənişinin məbləği 750 AZN (yeddi yüz əlli manat) təşkil edir. Həmçinin, “X29111” markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərə görə sığorta ödənişinin məbləği 141015 saylı sığorta aktına və 01 may 2025-ci il tarixli ödəniş tapşırığına əsasən 4906 AZN (dörd min doqquz yüz altı manat) təşkil edir. Belə ki, 28 aprel 2025-ci il tarixli qüsur aktına əsasən “X29 111” markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 5200 AZN (beş min iki yüz manat) maddi ziyan dəymişdir. Lakin, “İcbari Sığortalar Haqqında” Azərbaycan Respublikasının qanununa əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta məbləğləri, üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 AZN (beş min manat) təşkil edir. Həmçinin, Azərbaycan Avtomobil Yolları X15 Yollarının Mühafizə Xidmətinin 02 dekabr 2024-cü il tarixli arayışına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin balansında olan yol təsərrüfatına 100 AZN (bir yüz manat) zərər vurulmuşdur. 140902 saylı sığorta aktına və 29 aprel 2025-ci il tarixli ödəniş tapşırığına əsasən sığorta ödənişi mütənasib qaydada, 94 AZN (doxsan dörd manat) ödəniş olmuşdur. 20 noyabr 2024-cü il tarixdə yol-nəqliyyat hadisəsi ilə əlaqədar Cavabdeh qarşı subroqasiya hüquqları yaranmışdır. Belə ki, Cavabdeh sürücülük vəsiqəsi olmadan idarə etdiyi “Mercedes Benz E220” markalı **-VH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi törətmişdir. Mövcud hadisə ilə bağlı 01 aprel 2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərara əsasən, Cavabdeh İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinmişdir. Həmin qərarda Cavabdeh sürücülük vəsiqəsinin olmadığı göstərilmiş və qərarda öz əksini tapmışdır. İddiaçı tərəf "xxxx" ASC hesab edir ki, “Mercedes Benz E220” markalı **-VH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən, qərar üzrə təqsirli Cavabdeh mülki cavabdeh hesab edilməlidir. Bu səbəbdən "xxxx" ASC-nin dəymiş zərəri aradan qaldıraraq ödədiyi cəmi 5750 AZN (beş min yeddi yüz əlli manat) pul məbləği Cavabdeh İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. Mülki işin məhkəmə hazırlıq iclası 29 yanvar 2026-cı il tarixdə keçirilmiş, məhkəmə baxışı iclası 03 mart 2026-cı il tarixə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi X4 02 fevral 2026-cı il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ərizə göndərərək, məhkəmə iclaslarında üzrlü səbəbdən iştirak edə bilməyəcəklərini bildirmiş, məhkəmə iclaslarının iştirakları olmadan keçirilərək iddianın tam təmin olunmasını xahiş etmişdir. Cavabdeh gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. Cavabdeh iştirak etdiyi 29 yanvar 2026-cı il tarixli məhkəmə hazırlıq iclasında iddianı qəbul edərək izahatında bildirmişdir ki, cəmi 5750 AZN (beş min yeddi yüz əlli manat) borcu və 77,50 AZN (yetmiş yeddi manat-50 qəpik) dövlət rüsumunu iddiaçıya imkanı olduqca hissə-hissə ödəyəcəkdir (bu barədə qısa məzmunlu ərizəsini də məhkəməyə təqdim etmişdir). İş materiallarında olan: “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışın surətindən görünür ki, 20 noyabr 2024-cü il tarixdə saat 14:40 dəqiqədə Bakı-Qazax yolu 183-cü kilometrliyində yol-nəqliyyat hadisəsi baş vermişdir. İş materiallarında olan: 28 noyabr 2025-ci il tarixli 140902 nömrəli sığorta aktının surətindən görünür ki, “Mercedes Benz E220” markalı **-VH-*** dövlət qeydiyyat nişanlı sığortalanmış avtomobil Azərbaycan Avtomobil Yollarına məxsus səki daşına maddi zərər yetirmişdir. Zərərlə bağlı maddi ziyanın ümumi məbləği 100 (bir yüz) manat olmuşdur. Sığorta ödənişi mütənasib qaydada 94 (doxsan dörd) manat hesablanmış və həmin məbləğin “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” X25 köçürülməsi qərara alınmışdır. İş materiallarında olan: "xxxx" ASC tərəfindən verilmiş 29 aprel 2025-ci il tarixli **********2/********** saylı ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" Şirkəti ASC tərəfindən “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” X22 hesabına 94 (doxsan dörd) manat məbləğdə pul köçürülmüşdür. İş materiallarında olan: Azərbaycan Avtomobil Yolları X15 yollarının mühafizəsi xidməti tərəfindən verilmiş arayışdan görünür ki, 20 noyabr 2024-cü il tarixində, M-2 Bakı- Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun 184-cü kilometrində, “X29” markalı **-MK-*** (**-BN-***) dövlət qeydiyyat nişanlı avtomobil və “Mercedes Benz” markalı **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobillərin iştirakı ilə törədilmiş yol-nəqliyyat hadisəsi nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin balansında olan yol təsərrüfatına vurulmuş zərərin ümumi məbləği 100 (bir yüz) manatdır. İş materiallarında olan: 28 noyabr 2025-ci il tarixli 141057 nömrəli sığorta aktının surətindən görünür ki, “Mercedes Benz E220” markalı **-VH-*** dövlət qeydiyyat nişanlı sığortalanmış avtomobil tötətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində X20 yüngül dərəcəli xəsarət almışdır. Zərərlə bağlı maddi ziyanın ümumi məbləği 750 (yeddi yüz əlli) manat olmuşdur. Sığorta ödənişi 750 (yeddi yüz əlli) manat hesablanmış və həmin məbləğin X16 köçürülməsi qərara alınmışdır. İş materiallarında olan: “X17” ASC tərəfindən verilmiş 02 may 2025-ci il tarixli 120İNTL251221097 saylı “A” formatlı ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" Şirkəti ASC tərəfindən “X13 hesabına 750 (yeddi yüz əlli) manat məbləğdə pul köçürülmüşdür İş materiallarında olan: 28 noyabr 2025-ci il tarixli 141015 nömrəli sığorta aktının surətindən görünür ki, “Mercedes Benz E220” markalı **-VH-*** dövlət qeydiyyat nişanlı sığortalanmış avtomobil “X29” markalı **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Zərərlə bağlı maddi ziyanın ümumi məbləği 5200 (beş min iki yüz) manat olmuşdur. Sığorta ödənişi mütənasib qaydada 4906 (dörd min doqquz yüz altı) manat hesablanmış və həmin məbləğin X2 qərara alınmışdır. İş materiallarında olan: "xxxx" ASC tərəfindən verilmiş 01 may 2025-ci il tarixli **********8/********** saylı ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" Şirkəti ASC tərəfindən X5 hesabına 4906 (dörd min doqquz yüz altı) manat məbləğdə pul köçürülmüşdür. İş materiallarında olan: "xxxx" ASC tərəfindən tərtib edilmiş “Nəqliyyat vasitələrinin yol-nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə” 28 aprel 2025-ci il tarixli hesabatın surətindən görünür ki, “Mercedes Vito” markalı **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın (ehtiyat hissələrinə 3620 manat, görülən işlər 1580 manat) ümumi məbləği 5200 (beş min iki yüz) manat hesablanmışdır. İş materiallarında olan: İddiaçı tərəfindən cavabdehə göndərilmiş 01 dekabr 2025-ci il tarixli O-AS-20251929 nömrəli pretenziyanın surətindən görünür ki, Cavabdeh "xxxx" ASC tərəfindən həyata keçirilən 5750 AZN (beş min yeddi yüz əlli manat) sığorta ödənişini 10 (on) iş günü ərzində "xxxx" ASC-yə ödənilməsi xahiş edilir; əks təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə məlumat verilmişdir. İş materiallarında olan: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş istintaq və təhqiqat idarəsinin Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin müstəntiqi, polis mayoru X9 icraatında olan HK-1/1323 nömrəli material üzrə qəbul etdiyi 01 aprel 2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, aparılmış araşdırma ilə müəyyən edilmişdir ki, Cavabdeh 20 dekabr 2024-cü il tarixdə saat 14:40-da “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin, 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin və 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 "Maksimum sürətin məhdudlaşdırılması qadağan" nişanının) tələblərinə riayət etməyərək Azərbaycan Respublikasının ərazisindəki yollarda nəqliyyat vasitələrini idarəetmə hüququna malik sürücülük vəsiqəsi və bu hüquqa dair müəyyən edilmiş qaydada təsdiqlənmiş etibarnaməsi olmadan 70 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində 90-100 km/saat sürətlə idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Mercedes Benz E22O” minik markalı **-VH-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini Bak-Qazax-Gürcüstan sərhəddi yolunun Kürdəmir rayonunun Karrar qəsəbəsi ərazisindən keçən 183-cü kilometrliyində Bakı istiqamətində hərəkət etdirərkən həmin Qanunun 50-ci maddəsinin 3cü hissəsinin tələblərini pozaraq yol hərəkətinin iştirakçısı olmaqla ara məsafəsi qaydalarını pozub, qarşıda hərəkətdə olan X14 idarə etdiyi “VAZ 21099” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmanın qarşısını almaq üçün idarə etdiyi avtomobili sağa manevr etdirib, avtomobilinin sağ qabaq hissəsi ilə sağ zolaqda hərəkətdə olan sürücü X6 idarə etdiyi “X29” markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan hissəsi ilə toqquşdurmuş, nəticədə onun tərəfindən yol-hərəkəti qaydalarının pozulması ehtiyatsızlıqdan “X29” markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sərnişini X11 sağlamlığına yüngül zərər vurulmasına aid xəsarətlər almasına, bu toqquşmadan “X29” markalı avtomobilin sağ yanı üzərində aşıb, yolun sol kənarında 4 ədəd səki daşının zədələnməsi nəticəsində X12 Dövlət Agentliyinə 100 (bir yüz) manat maddi ziyan vurulmasına səbəb olmaqla yol nəqliyyat hadisəsi törətmişdir. Qərarın nəticə hissəsində: qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış materialda cinayət hadisəsi olmadığından material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, sürücü xx xxxxxxxx 1967-ci il təvəllüdlü Kəlbəcər rayonu, Zivel kəndində qeydiyyatda olan və hazırda Binəqədi rayonu Sulu-Təpə qəsəbəsində yaşayan Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati tənbeh tədbiri görülməsi və qərarın surətinin icra edilməsindən ötrü Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş dövlət yol polisi idarəsinin Yol-patrul xidməti alayının 7-ci tağımına göndərilməsi qərara alınmışdır. İş materiallarında olan: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tabeliyində “Məhkəmə Tibbi Ekspertizası və X18” X27 Hacıqabul rayon şöbəsinin 23 dekabr 2024-cü il tarixli 451 saylı rəyin surətindən görünür ki, X19 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-döş qəfəsinin sağ hissəsinin, sağ çiyin qurşağı nahiyəsinin sinir və vətərlərinin gərilməsidir. Qeyd olunan xəsarətlər küt əşyanın (əşyaların) təsirindən əmələ gəlməklə müxtəlif şəratlərdə eyni zamanda baş vermiş avtoqəza zamanı avtomobil hissələrinintəsirindən əmələ gələ bilər. Müddəti hadisə gününə-20 noyabr 2024-cü il tarixə uyğundur. Qeyd olunan xəsarətlər sağlamlığın qısa müddətə itirilməsinə səbəb olan sağlamlığa Yüngl zərər vurmaya aiddir. İş materiallarında olan: “ASAN ödəniş” sistemindən 22 dekabr 2025-ci il tarixli çıxarışdan görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəmədə iddia qaldırılması üçün 77,50 AZN (yetmiş yeddi manat-50 qəpik) dövlət rüsumu ödənilmişdir. İş materiallarından görünür ki, “Mercedes Benz E220” markalı **-VH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 20 noyabr 2024-cü il tarixdə saat 14:40-da icbari avtoməsuliyyət sığortası aktiv olmuşdur (Təşkilat: "xxxx" Şirkəti ASC). Tətbiq edilməli olan normativ aktlar: “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1 və 25.1.3cü maddələrindən görünür ki, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi hallarında da sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; -936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; -936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. -1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər; zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. -1108.2-ci maddəsinə əsasən, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır; belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar; yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Məhkəmə araşdırması nəticəsində təsdiq edilmişdir ki, Cavabdeh 20 noyabr 2024-cü il tarixində saat 14:40-da Bak-Qazax-Gürcüstan sərhəddi yolunun Kürdəmir rayonunun Karrar qəsəbəsi ərazisindən keçən 183-cü kilometrliyində Bakı istiqamətində “Mercedes Benz E22O minik” markalı **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olmadan idarə edərkən yol hərəkəti qaydalarını pozmuş, “X29” markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Baş vermiş həmin sığorta hadisəsinə görə sığortaçı "xxxx" ASC tərəfindən zərərçəkmiş şəxslərə cəmi 5000 AZN (beş min manat) məbləğdə sığorta ödənişi edilmişdir. Bununla da "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya hüququ yaranmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; -77.1-ci maddəsində qeyd edilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; -88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: Mülki Prosessual Məcəllə) 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qanuni və əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya hüququnun yaranması mülki işin məhkəmə icraatında tədqiq edilmiş sənədlərlə öz təsdiqini tapır. İddiaçı zərərçəkənə dəymiş zərəri ödəməklə “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü və Mülki Məcəllənin 936.1-ci maddələrinin tələblərinə uyğun olaraq Cavabdeh subroqasiya qaydasında tələbetmə hüququnu əldə etmişdir. Belə ki, Cavabdeh 20 noyabr 2024-cü il tarixdə “Mercedes Benz E22O minik” markalı **-VH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququ olmamışdır. Buna görə də Cavabdeh iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə cəmi 5750 AZN (beş min yeddi yüz əlli manat) əsas borc və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 77,50 AZN (yetmiş yeddi manat-50 qəpik), ümumilikdə cəmi 5827,50 AZN (beş min səkkiz yüz iyirmi yeddi manat-50 qəpik) məbləğində pul vəsaiti tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrinin müddəalarını rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə: reqres qaydada cəmi 5750 AZN (beş min yeddi yüz əlli manat) əsas borc və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 77,50 AZN (yetmiş yeddi manat-50 qəpik), ümumilikdə cəmi 5827,50 AZN (beş min səkkiz yüz iyirmi yeddi manat-50 qəpik) məbləğində pul vəsaiti tutulsun. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən bir ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar