Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-57/2025 22.01.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi ilə, Tərəflərin iştirakları olmadan, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında pul vəsaitinin tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti (bundan sonra: "xxxx" ASC) Cavabdeh qarşı subroqasiya qaydasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, “Toyota RAV- 4” markalı **-TV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş sığorta ödənişindən qalan 3081 (üç min səksən bir) manat məbləğin və ödənilmiş 50,81 manat (əlli manat-81 qəpik) dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı Sığorta Şirkətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 26 noyabr 2021-ci tarixdə Cavabdeh tərəfindən etibarnamə ilə idarə olunan “Dong Feng S 30” markalı **-PK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Toyota RAV-4” markalı **-TV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. İş materiallarına əlavə edilmiş **********5 nömrəli sığorta şəhadətnaməsindən və 102510 nömrəli sığorta aktından görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “Toyota RAV-4” markalı 99-TV- 077 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" ASC-də könüllü sığorta müqaviləsi ilə sığortalanmışdır. İş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən verilmiş 10 noyabr 2021-ci il tarixli etibarnamənin surətindən görünür ki, hadisə zamanı Cavabdeh “Dong Feng S 30” markalı **-PK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək üçün 10 dekabr 2021-ci il tarixədək qüvvədə olan etibarnaməsi olmuşdur. İş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən verilmiş 30 noyabr 2021-ci il tarixli “Yekun qüsur aktı”na əsasən, “Toyota RAV-4” markalı **-TV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 8181 AZN (səkkiz min bir yüz səksən bir manat) ziyan dəymişdir. İddiaçı Sığorta Şirkəti ASC dəymiş zərəri aradan qaldıraraq, iş materiallarına əlavə edilmiş 1533 nömrəli sığorta aktına əsasən sığortalanmış “Toyota RAV-4” markalı **-TV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 100 (yüz) manat azadolma (franşiza) məbləği çıxılmaqla 8081 AZN (səkkiz min səksən bir manat) məbləğində sığorta ödənişini zərərçəkən X4 ödəmişdir. 26 noyabr 2021-ci il tarixdə yol-nəqliyyat hadisəsinin baş verməsində Cavabdeh təqsirli olduğuna görə ona qarşı subroqasiya hüququ yaranmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş inzibati tənbeh vermə haqqında qərarın və inzibati xəta haqqında protokolun surətlərindən görünür ki, Cavabdeh İXM-in 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir. Ödənilmiş 8081 AZN (səkkiz min səksən bir manat) sığorta ödənişinin 5000 AZN (beş min manat) hissəsi “Dong Feng S 30” markalı ** PK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin icbari sığortaçısı olan İddiaçı Sığorta Şirkəti ASC tərəfindən əvəzləşdirilmişdir. Hesab edirik ki, 100 manat azadolma (franşiza) məbləği çıxılmaqla ödənilmiş sığorta ödənişindən qalan 3081 AZN (üç min səksən bir manat) məbləğ Cavabdeh İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. İş məhkəməyə daxil olduqdan sonra məhkəmədə kiçik iddialara dair iş üzrə icraat qaydasında icraat başlanılmış, cavabdehə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsində nəzərdə tutulmuş qaydada bildiriş göndərilmiş, ərizə məhkəməyə daxil olduğu gündən 1 (bir) ay müddətin keçməsinə baxmayaraq, cavabdeh tərəfindən ərizəyə qarşı münasibətini əks etdirən heç bir mülahizə və ya etiraz daxil olmamış, cavabdehə göndərilmiş bildirişin alınmasını təsdiq edən sənəd də məhkəməyə daxil olmamışdır. Kəlbəcər Rayon Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli e-2(040)-1163/2024 saylı qərardadı ilə İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbi”nə dair kiçik iddiası üzrə sadələşdirilmiş icraatdan iddia icraatına keçilməsi qərara alınmış, mülki işin hazırlıq iclası 16 dekabr 2024-cü il tarixə təyin edilmişdir. Cavabdeh 11 dekabr 2024-cü il tarixdə məhkəməyə iddia ərizəsinə etiraz ərizəsi göndərərək qeyd etmişdir ki, qiymətləndirmə zamanı qiymətləndirmə şirkəti dəymiş zərərin həcmini obyektiv və qanuni qaydalara uyğun olaraq düzgün müəyyən etməli idi. Təqdim olunan qiymətləndirmə aktında avtomobilin təmir xərcləri və real bazar dəyəri düzgün şəkildə əks olunmamışdır. İddiaçı tərəfindən zərərçəkmişə məxsus “Toyota Rav 4” markalı **-TV-*** dövlət qeydiyyat nişanlı avtomobilin qiymətləndirilməsi həyata keçirilərkən cavabdeh tərəfə məlumat verilməmişdir. Bu hal nəticəsində qiymətləndirmə zamanı obyektivlik təmin olunmamış və real zərər məbləğindən yüksək məbləğ formalaşdırılmışdır. Həmçinin, iddiaçının nümayəndəsinin iddia ərizəsini imzalamağa səlahiyyəti olmadan məhkəməyə müraciət etmişdir. Bundan başqa, vacibdir ki, yolnəqliyyat hadisəsi baş verdikdən sonra iddiaçı dəymiş ziyanın məbləğini müəyyənləşdirən zaman cavabdehin iştirakını təmin etməli idi, lakin iddiaçı tərəfindən cavabdeh nəqliyyat vasitəsinə dəymiş ziyanın 8131 AZN qiymətləndirməsi və həmin məbləğdə sığorta ödənişini həyata keçirilməsi barədə məlumatlandırmamış, yalnız iddiaçı ödənilmiş sığorta ödənişini subroqasiya qaydasında geri tələb edən zaman cavabdehin məlumatı olmuşdur. Qanunla müəyyən edilmiş bütün qaydalar bu faktın vacibliyini təsdiqləyir. Bununla belə, iddiaçı cavabdehin mövqeyini nəzərə almadan, birtərəfli qaydada qiymətləndirmə aktı tərtib etmiş və həmin akta əsaslanaraq sığorta ödənişi həyata keçirmişdir. Bunun nəticəsində qiymətləndirmənin obyektivliyi və zərərin həqiqi ölçüsü ilə bağlı əsaslı şübhələr yaranmışdır. Cavabdeh olaraq həmin məbləğlə razı deyil və bildirir ki, yolnəqliyyat hadisəsindən sonra iddiaçı qanunla müəyyən edilmiş qaydalara riayət etmiş olsaydı, "Toyota Rav 4" markalı **-TV-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği əhəmiyyətli dərəcədə azala bilərdi. Həmin məbləğ gələcəkdə iddiaçı tərəfindən cavabdehdən tələb ediləcək, dəymiş zərərin qiymətləndirməsinin cavabdehin maraqlarına toxunması aşkardır. Dəymiş ziyanın məbləğinin müəyyən olunması cavabdehin hüquqlarının və qanuni maraqlarının qorunmasında xüsusi əhəmiyyət kəsb edir. Bu səbəbdən məhkəmə prosesi zamanı yuxarıda qeyd olunan əsaslar hərtərəfli, obyektiv və qərəzsiz şəkildə araşdırılmalıdır. Mülki işin məhkəmə baxış iclası 22 yanvar 2025-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi X2 Kəlbəcər Rayon Məhkəməsinə ünvanladığı 21 yanvar 2025-ci il tarixli ərizədə məhkəmə iclaslarında üzrlü səbəbdən iştirak edə bilməyəcəklərini, ona görə də məhkəmə iclaslarının iştirakları olmadan keçirilərək iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh 22 yanvar 2025-ci il tarixdə məhkəməyə ərizə göndərərək, işi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, mülki iş üzrə mövqeyinin müvafiq hüquq normalarına istinad etməklə və sübutlar təqdim etməklə məhkəmənin diqqətinə çatdırıldığını, qeyd olunanlara əsasən, təqdim etdiyi vəsatətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışın surətindən görünür ki, xx.xx.2021-ci tarixdə Cavabdeh tərəfindən etibarnamə ilə idarə olunan “Dong Feng S 30” markalı ** PK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Toyota RAV-4” markalı, ** TV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. İş materiallarında olan: 17 fevral 2022-ci il tarixli 102510 nömrəli sığorta aktının surətindən görünür ki, “Dong Feng” markalı **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobil sığortalanmış “Toyota Rav 4” markalı, **-TV-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Zərərlə bağlı maddi ziyanın ümumi məbləği 8181 (səkkiz min yüz səksən bir) manat olmuşdur. Zərər məbləğindən 100 (yüz) manat franşiza (azad olma) çıxılmaqla X4 8081 (səkkiz min səksən bir) manat sığorta ödənişi köçürülməsi qərara alınmışdır. İş materiallarında olan: "xxxx" ASC tərəfindən verilmiş 18 fevral 2022-ci il tarixli 1533 saylı ödəniş tapşırığı və ona əlavənin surətindən görünür ki, "xxxx" Şirkəti ASC tərəfindən X3 hesabına 8081,0 (səkkiz min səksən bir) manat məbləğdə pul köçürülmüşdür. İş materiallarında olan: 26 avqust 2019-cu il tarixli **********5 nömrəli “Fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin tam sığortası şəhadətnaməsi”nin surətindən görünür ki, sığortaçı İddiaçı Sığorta Şirkəti ASC sığortalı X3 istifadəsində olan “Toyota Rav 4” markalı **-TV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinin mülki məsuliyyətini könüllü sığorta üzrə 26 avqust 2019-cu il tarixdən 25 avqust 2022-ci il tarixədək olan müddət üzrə sığorta etmişdir. İş materiallarında olan: Binəqədi rayon DYPŞ-nin 27 noyabr 2021-ci il tarixli İnzibati xəta haqqında İXP ******* saylı protokol və həmin protokol əsasında qəbul edilmiş inzibati tənbəh vermə haqqında TP ******* saylı inzibati tənbehvermə haqqında qərarının surətindən görünür ki, Cavabdeh 27 noyabr 2021-ci il tarixdə idarə etdiyi “Dong Feng S30 minik” markalı, ** PK *** dövlət qeydiyyat nişanlı avtomobilini idarə edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətmiş və 40 (qırx) manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan: "xxxx" MMC tərəfindən 30 noyabr 2021-ci il tarixdə tərtib edilmiş “Qiymətləndirmə Aktı”ndan görünür ki, “Toyota Rav 4” markalı **-TV-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın (ehtiyat hissələrinə 4936,44 manat, təmirbərpa işləri 3219,49 manat) ümumi məbləği 8181 (səkkiz min yüz səksən bir) manat hesablanmışdır. İş materiallarında olan: 09 fevral 2024-cü il tarixli E-A-2024-007 nömrəli Etibarnamədən görünür ki, Cəmiyyətin subroqasiya hüququnu təmin etmək üçün İddiaçı Sığorta Şirkəti ASC-nin İdarə Heyətinin sədri tərəfindən Nümayəndə (FİN:xxxxxxx) 1 (bir) il müddətinə etibarnamə verilmişdir. “Sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən, sığorta könüllü və icbari formalarda olur, bu Qanunda nəzərdə tutulmuş müddəalar istisna edilməklə təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq bütün sığortaçılar tərəfindən həyata keçirilə bilər. “Sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 3.3-cü maddəsinə əsasən, könüllü sığortanın ümumi faydalarını bu Qanuna uyğun olaraq sığortaçı müəyyən edir. Könüllü sığortanın növləri və dəqiq şərtləri sığortaçı və sığorta olunan arasında müqavilə bağlanarkən müəyyən edilir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 4.1-ci maddəsinə əsasən, bu Qanunda nəzərdə tutulmuş icbari sığorta növləri fiziki və hüquqi şəxslərin əmlak mənafeləri ilə bağlı məruz qaldıqları zərərlərin əvəzinin ödənilməsini təmin etmək məqsədi ilə tətbiq edilir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 15.1-ci maddəsinə əsasən, icbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 20.7-ci maddəsinə əsasən, sığorta hadisəsi nəticəsində üçüncü şəxsin əmlakına dəymiş zərərlə əlaqədar sığortalı və ya sığorta olunan, həmçinin üçüncü şəxsin bağlamış olduğu digər müvafiq sığorta müqaviləsinin tərəfi olan sığortaçı tərəfindən zərərçəkənə ödənilmiş məbləğ zərər məbləğindən az olduqda, sığortaçı sığorta ödənişini ödənilmiş məbləğlə zərər məbləği arasındakı fərq həcmində zərərçəkənə, ödənilmiş məbləğin əvəzini isə sığortalıya və ya sığorta olunana, yaxud da subroqasiya qaydasında tələb irəli sürmüş digər sığortaçıya verməklə həyata keçirir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; -936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; -936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər; -1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; Məhkəmə araşdırması nəticəsində təsdiq edilmişdir ki, 27 noyabr 2021-ci il tarixdə Cavabdeh idarə etdiyi “Dong Feng S30” markalı, 90-PK- 428 dövlət qeydiyyat nişanlı avtomobil “Toyota Rav 4” markalı **-TV-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Yol-nəqliyyat hadisəsinin törədilməsində Cavabdeh təqsirli bilinərək, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlinə görə barəsində 40 (qırx) manat cərimə tənbehi tətbiq edilmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmişə 8181 (səkkiz min yüz səksən bir) manat məbləğində maddi ziyan vurulduğu hesablanmış, həmin hesablama əsasında zərərçəkənə 100 (yüz) manat azadolma (franşiza) məbləği çıxılmaqla 8081 (səkkiz min yüz səksən bir) manat məbləğində sığorta ödənişi ödənilmiş, ödənilmiş 8081 (səkkiz min səksən bir) manat sığorta ödənişinin 5000 (beş min) manat hissəsi “Dong Feng S 30” markalı **-PK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin icbari sığortaçısı olan İddiaçı Sığorta Şirkəti ASC tərəfindən əvəzləşdirilmişdir. Bununla da qalan 3081 (üç min səksən bir) manat sığorta ödənişinə görə İddiaçı Sığorta Şirkəti ASC-nin cavabdehə qarşı subroqasiya hüququ yaranmışdır. Cavabdehin etirazında “iddia ərizəsini imzalayan şəxsin səlahiyyətli olmaması” barədə göstərilən iradla bağlı məhkəmə qeyd edir ki, İddiaçı Sığorta Şirkəti ASC-nin İdarə heyətinin sədri tərəfindən 09 fevral 2024-cü il tarixdə Nümayəndə və əlavə dörd nəfər şəxsin adlarına müəssisənin məhkəmələrdə təmsil edilməsi üçün bir il müddətinə etibarnamə verilmişdir. Bundan başqa, elektron informasiya sistemindən əldə olunmuş məlumatlardan da görünür ki, Nümayəndə ilə bağlanmış əmək müqaviləsi hal-hazırda da qüvvədədir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; -77.1-ci maddəsində qeyd edilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; -88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: Mülki Prosessual Məcəllə) 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qanuni və əsaslı olduğundan təmin edilməlidir. Belə ki, icbari qaydada sığortalanmış “Dong Feng S30” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə edilməsi zamanı Cavabdeh təqsirli hərəkətləri nəticəsində digər şəxsə məxsus “Toyota Rav 4” markalı **-TV-*** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan dəymiş, Məlikov X1 Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə uyğun olaraq inzibati qaydada cərimə edilmiş və iddiaçı avtomobilə dəymiş zərəri ödəyərək, Mülki Məcəllənin 936.1-ci maddəsinin tələblərinə uyğun olaraq tələbetmə hüququnu əldə etmişdir. Dəymiş ziyanın həcmi 8181 (səkkiz min yüz səksən bir) manat məbləğində müəyyən edilmiş, zərərçəkənə 100 (yüz) manat azadolma (franşiza) məbləği çıxılmaqla 8081 (səkkiz min yüz səksən bir) manat məbləğində sığorta ödənişi ödənilmiş, ödənilmiş 8081 (səkkiz min səksən bir) manat sığorta ödənişinin 5000 (beş min) manat hissəsi “Dong Feng S 30” markalı **-PK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin icbari sığortaçısı olan İddiaçı Sığorta Şirkəti ASC tərəfindən əvəzləşdirilmiş, qalan 3081 (üç min səksən bir) manatın ödənişi isə cavabdeh tərəfindən təmin edilməmişdir. Ona görə Cavabdeh 3081 (üç min səksən bir) manat pul subroqasiya qaydasında alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Həmçinin, iddiaçı tərəfindən iddia qaldırılması ilə əlaqədar ödənilmiş 50,81 AZN (əlli manat 81 qəpik) dövlət rüsumunun pul əvəzi də Cavabdeh alınmaqla iddiaçı "xxxx" ASCnin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrinin müddəalarını rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin xeyrinə subroqasiya qaydasında 3081 (üç min səksən bir) manat, həmçinin, iddiaçı tərəfindən ödənilmiş 50,81 AZN (əlli manat-81 qəpik) dövlət rüsumunun pul əvəzi, cəmi 3131,81 AZN (üç min yüz səksən bir manat-81 qəpik) məbləğdə pul vəsaiti tutulsun. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №e-2(040)-57/2025
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-57/2025
22.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver