Məhkəmə qərarları › İş №e-2(040)-780/2024

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-780/2024

15.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-780/2024 15.10.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi ilə, Tərəflərin iştirakları olmadan, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti (bundan sonra: "xxxx" ASC) Cavabdeh qarşı subroqasiya qaydasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, 837,65 manat sığorta ödənişinin və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 29 oktyabr 2021-ci il tarixdə Cavabdeh tərəfindən idarə olunan “Kamaz 53212” markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Toyota Prius” markalı **-ZY-*** dövlət qeydiyyat nişanlı, BMW markalı **-JB-*** dövlət qeydiyyat nişanlı, Santa Fe markalı **-NF-*** markalı və Hyundai Accent markalı **-CN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. “Toyota Prius” markalı **-ZY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi hadisə baş verən zaman İddiaçı Sığorta Şirkəti ASC-də 27 aprel 2021-ci ildən 26 aprel 2022-ci ilə kimi könüllü sığorta müqaviləsi əsasında sığortalı olmuşdur və hadisə nəticəsində nəqliyyat vasitəsinə 1800 manat məbləğində zərər dəymişdir. İddiaçı Sığorta Şirkəti ASC “Toyota Prius” markalı **-ZY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 750 manat azadolma məbləği çıxılmaqla 1050 manat sığorta ödənişini ödəmişdir. İş materiallarına əlavə edilmiş inzibati tənbeh vermə haqqında qərardan da göründüyü kimi Cavabdeh yol nəqliyyat hadisəsinin baş verməsində İXM-nin 327.8-ci maddəsi ilə təqsirli bilinmişdir və ona qarşı subroqasiya hüququ yaranmışdır. 1050 manat sığorta ödənişinin 212,35 manatı “Kamaz 53212” markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin icbari sığortaçısı "xxxx" ASC tərəfindən İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilmişdir. Qalan 837,65 manat məbləğində pul Cavabdeh tərəfindən ödənilməmiş qalmışdır və cavabdehdən tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. İş məhkəməyə daxil olduqdan sonra məhkəmədə kiçik iddialara dair iş üzrə icraat qaydasında icraat başlanılmış, cavabdehə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsində nəzərdə tutulmuş qaydada bildiriş göndərilmiş, ərizə məhkəməyə daxil olduğu gündən 1 (bir) ay müddətin keçməsinə baxmayaraq, cavabdeh tərəfindən ərizəyə qarşı münasibətini əks etdirən heç bir mülahizə və ya etiraz daxil olmamış, cavabdehə göndərilmiş bildirişin alınmasını təsdiq edən sənəd də məhkəməyə daxil olmamışdır. Kəlbəcər Rayon Məhkəməsinin 07 avqust 2024-cü il tarixli e-2(040)-780/2024 saylı qərardadı ilə İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə” dair kiçik iddiası üzrə sadələşdirilmiş icraatdan iddia icraatına keçilməsi qərara alınmış, mülki işin hazırlıq iclası 09 sentyabr 2024-cü il tarixdə keçirilmiş, məhkəmə baxış iclası 15 oktyabr 2024-cü il tarixə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və Cavabdeh məhkəmə iclasına gəlməmişdir. İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi Kəlbəcər Rayon Məhkəməsinə ünvanladığı 05 sentyabr 2024-cü il tarixli ərizədə məhkəmə iclaslarında üzrlü səbəbdən iştirak edə bilməyəcəklərini, ona görə də bütün məhkəmə iclaslarının iştirakları olmadan keçirilərək iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: 01 dekabr 2021-ci il tarixli 100826 nömrəli sığorta aktının surətindən görünür ki, “Kamaz 53212” markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobil kasko növü ilə sığortalanmış “Toyota Prius” markalı, **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Zərərlə bağlı maddi ziyanın ümumi məbləği 1800 manat olmuşdur. X3 1050 manat sığorta ödənişi köçürülməsi qərara alınmışdır. İş materiallarında olan: "xxxx" ASC tərəfindən verilmiş Sığorta ödənişi ilə bağlı PGU 220940 saylı aktdan görünür ki, “Kamaz 53212” markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə İddiaçı Sığorta Şirkəti ASC-yə 212,35 manat sığorta ödənişinin ödənilməsi qərara alınmışdır. İş materiallarında olan: Bakı şəhəri Nəsimi Rayon Polis İdərəsinin DYPŞ-nin 24 noyabr 2021-ci il tarixli İnzibati xəta haqqında AP ******* saylı protokolundan və 07 yanvar 2022-ci il tarixli TP ******* saylı elektron qərarından görünür ki, Cavabdeh 29 oktyabr 2021-ci il tarixdə idarə etdiyi “Kamaz 53212 minik” markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətmiş və 200 (iki yüz) manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan: Bakı şəhəri Nəsimi Rayon Polis İdərəsi tərəfindən verilmiş 24 noyabr 2021-ci il tarixli 082-43385-1221 nömrəli “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə Arayış”ından görünür ki, X1 istifadəsində olmuş “Toyota Prius” markalı, **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan aşağıdakı kimi təsvir edilmişdir: “arxa sağ hissə, qabaq sağ hissə”. İş materiallarında olan: İddiaçı Sığorta Şirkəti ASC tərəfindən keçirilmiş 03 noyabr 2021-ci il tarixli “Hesablamanın nəticəsi”ndən görünür ki, “Toyota Prius” markalı, **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1800 manat ziyan dəymişdir. İş materiallarında olan: Fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin tam sığortası şəhadətnaməsindən görünür ki, “Toyota Prius” markalı, **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomobil 27 aprel 2021-ci ildən 26 aprel 2022-ci ilə kimi könüllü sığorta müqaviləsi əsasında sığorta olunmuşdur. İş materiallarında olan: 03 dekabr 2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, X2 adına 1050 manat sığorta ödənişi həyata keçirmişdir. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları”nın təsdiq edilməsi haqqında 23 sentyabr 2014-cü il tarixli Qərarın 25.1-ci bəndinə əsasən, sığortalanmış avtomobilə dəymiş zərərin əvəzini ödəmiş sığortaçı sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən istifadə edə bilər; 25.2-ci bəndinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüququ sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; -936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; -936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər; -1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; Məhkəmə araşdırması nəticəsində təsdiq edilmişdir ki, 29 oktyabr 2021-ci il tarixdə Cavabdeh idarə etdiyi “Kamaz 53212” markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobil “Toyota Prius” markalı **-ZY-*** dövlət qeydiyyat nişanlı, BMW markalı **-JB-*** dövlət qeydiyyat nişanlı, Santa Fe markalı **-NF-*** markalı və Hyundai Accent markalı **- CN-*** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşmuşdur. Yol-nəqliyyat hadisəsi zamanı “Toyota Prius” markalı **-ZY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı Sığorta Şirkəti ASC-də 27 aprel 2021-ci ildən 26 aprel 2022-ci ilə kimi könüllü sığorta müqaviləsi əsasında sığortalı olmuşdur. Cavabdeh baş vermiş hadisədə təqsirli bilinərək Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-cü maddəsi ilə 200 manat cərimə edilmişdir. Sığortaçı İddiaçı Sığorta Şirkəti ASC tərəfindən zərərçəkənə 1050 manat sığorta ödənişi ödənilmiş, həmin məbləğdən 212,35 manatı icbari sığorta müqaviləsi üzrə digər sığortaçı tərəfindən İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilmiş qalan 837,65 manat məbləğində pul zərərvuran Cavabdeh tərəfindən ödənilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; -77.1-ci maddəsində qeyd edilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; -88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: Mülki Prosessual Məcəllə) 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, “Kamaz 53212” markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə edilməsi zamanı Cavabdeh təqsirli hərəkətləri nəticəsində digər şəxslərə məxsus avtomobillərə zərər dəymişdir. Hadisə zamanı “Toyota Prius” markalı **-ZY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı Sığorta Şirkəti ASC-də könüllü sığorta müqaviləsi əsasında sığortalı olmuş və avtomobilə dəyən zərər sığortaçı tərəfindən ödənilmişdir. Bununla da sığortaçı zərərvuran şəxsə qarşı subroqasiya qaydasında tələbetmə hüququnu əldə etmişdir. Ona görə Cavabdeh 837,65 manat pul subroqasiya qaydasında tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Həmçinin, iddiaçı tərəfindən iddia qaldırılması ilə əlaqədar ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun pul əvəzi də Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-nin hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrinin müddəalarını rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh subroqasiya qaydasında 837,65 manat (səkkiz yüz otuz yeddi manat 65 qəpik) sığorta ödənişi, həmçinin, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun pul əvəzi tutularaq İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar