Məhkəmə qərarları › İş №e-2(041)-1285/2024

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(041)-1285/2024

26.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № e-2(041)-1285/2024 26.09.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədirliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi ilə, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa (forma 4) əsasən xx.xx.2018-ci il tarixdə Cavabdeh tərəfindən etibarnamə ilə idarə olunan “Qaz- 31029” markalı, ** BN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Vaz-21041” markalı ** LJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi, “Opel Vectra” markalı ** UM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi, “Opel Vectra” markalı ** ON *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi, “BMW 740Lİ” markalı ** AG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi, “Lada Priora” markalı ** PR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. İş materiallarına əlavə edilmiş 097514, 097515, 097517, 097518, 097519 nömrəli sığorta aktlarından və icbari sığorta bürosunun (İSB) çıxarışından görünür ki, hadisə zamanı “Qaz-31029” markalı, ** BN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı Sığorta Şirkətində icbari qaydada sığorta olunmuşdur. Nəqliyyat vasitələrinin yol-nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata əsasən, “Vaz-21041” markalı ** LJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 2000 manat, “Opel Vectra” markalı ** UM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 900 manat, “Opel Vectra” markalı ** ON *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 610 manat, “BMW 740Lİ” markalı ** AG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 1700 manat, “Lada Priora” markalı ** PR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 250 manat məbləğində zərər dəymişdir. İddiaçı Sığorta dəymiş zərərlə bağlı iş materiallarına əlavə edilmiş 12539 saylı ödəniş tapşırığına əsasən “Vaz-21041” markalı ** LJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı X7 1832 manat, “Opel Vectra” markalı ** UM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı X2 824 manat, “Opel Vectra” markalı ** ON *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərə görə 559 manat, “BMW 740Lİ” markalı ** AG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərə görə 1557 manat, “Lada Priora” markalı ** PR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərə görə 228 manat sığorta ödənişi həyata keçirilmiş, ümumilikdə 5000 manat sığorta ödəqnişi həyata keçiridlmişdir. İş materiallarına əlavə edilmiş Sabunçu rayon DYPŞ tərəfindən tərtib olunmuş AP ******* saylı inzibati protokol, Sabunçu rayon məhkəməsinin 3(008)-2040/2018 saylı qərarına əsasən nəqliyyat vasitəsini idarə edən Cavabdeh İXM-nin 332.4-cü maddəsi ilə təqsirli bilinmiş və bu səbəbdən inzibati tənbeh tədbiri görülməsi müəyyən edilmişdir. Bu səbəbdən 5000 manat sığorta ödənişi Cavabdeh tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməlidir. Ona görə də Cavabdeh “Vaz-21041” markalı ** LJ *** dövlət qeydiyyat nişanlı, “Opel Vectra” markalı ** UM *** dövlət qeydiyyat nişanlı, “Opel Vectra” markalı ** ON *** dövlət qeydiyyat nişanlı, “BMW 740Lİ” markalı ** AG *** dövlət qeydiyyat nişanlı, “Lada Priora” markalı ** PR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinə dəymiş zərərə görə 5000 manat ödənilmiş pulun və ödənilmiş 70 manat dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında İddiaçı Sığorta Şirkətinə lazımi qaydada məlumat verilmiş, İddiaçı Sığorta Şirkətin səlahiyyətli nümayəndəsi X5 “Elektron Məhkəmə“ sistemi vasitəsi ilə məhkəməyə ərizə göndərib mülki iş üzrə keçiriləcək bütün məhkəmə hazırlıq və baxış iclaslarının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki işə İddiaçı Sığorta Şirkətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında Cavabdeh lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, heç bir məlumat vermədən məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarına əlavə edilmiş Sabunçu rayon məhkəməsinin İnzibati xəta haqqında iş üzrə xx.xx.2018-ci il tarixli, 3(008)-2040/2018 nömrəli qərarının surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinib 20 gün müddəitinə inzibati qaydada həbs edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli 057516 nömrəli sığorta aktının surətindən görünür ki, “Vaz-21041” markalı ** LJ *** dövlət qeydiyyat nişanlı avtomobilə xx.xx.2018-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 2000 manat məbləğində maddi ziyan dəymişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli 057491 nömrəli sığorta aktının surətindən görünür ki, “Opel Vectra” markalı ** UM *** dövlət qeydiyyat nişanlı avtomobilə xx.xx.2018ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 900 manat məbləğində maddi ziyan dəymişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli 057327 nömrəli sığorta aktının surətindən görünür ki, “Opel Vectra” markalı ** ON *** dövlət qeydiyyat nişanlı avtomobilə xx.xx.2018ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 610 manat məbləğində maddi ziyan dəymişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli 057602 nömrəli sığorta aktının surətindən görünür ki, “BMW 740Lİ” markalı ** AG *** dövlət qeydiyyat nişanlı avtomobilə xx.xx.2018ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 1700 manat məbləğində maddi ziyan dəymişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli 057981 nömrəli sığorta aktının surətindən görünür ki, “Lada Priora” markalı ** PR *** dövlət qeydiyyat nişanlı avtomobilə xx.xx.2018ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 250 manat məbləğində maddi ziyan dəymişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli, 12300 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən “Vaz-21041” markalı ** LJ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə X2 824 manat məbləğində sığorta ödənişi ödənilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli, 42325718 (12242) nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən xx.xx.2018-ci il tarixli 057327 saylı sığorta aktına əsasən X1 559 manat məbləğində sığorta ödənişi ödənilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli, 12322 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən xx.xx.2018-ci il tarixli 057602 saylı sığorta aktına əsasən Aəzərbaycan Motors MMC-yə 1557 manat məbləğində sığorta ödənişi ödənilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli, 12928 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən xx.xx.2018-ci il tarixli, 057981 saylı sığotrta aktına əsasən Xəzər Lada ASC-nə 228 manat məbləğində sığorta ödənişi ödənilmişdir. İş materiallarına əlavə edilmiş və İddiaçı Sığorta Şirkəti ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli, O-AS-2024/0613 nömrəli pretenziyadan görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş sığorta ödənişlərinin onun tərəfindən İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə işdə olan rəsmi sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa (forma 4) əsasən xx.xx.2018ci il tarixdə Cavabdeh tərəfindən etibarnamə ilə idarə olunan “Qaz-31029” markalı, ** BN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Vaz-21041” markalı ** LJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi, “Opel Vectra” markalı ** UM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi, “Opel Vectra” markalı ** ON *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi, “BMW 740Lİ” markalı ** AG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi, “Lada Priora” markalı ** PR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yolnəqliyyat hadisəsi törətmişdir. İş materiallarına əlavə edilmiş 097514, 097515, 097517, 097518, 097519 nömrəli sığorta aktlarından və icbari sığorta bürosunun (İSB) çıxarışından görünür ki, hadisə zamanı “Qaz-31029” markalı, ** BN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı Sığorta Şirkətində icbari qaydada sığorta olunmuşdur. Nəqliyyat vasitələrinin yol-nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata əsasən, “Vaz-21041” markalı ** LJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 2000 manat, “Opel Vectra” markalı ** UM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 900 manat, “Opel Vectra” markalı ** ON *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 610 manat, “BMW 740Lİ” markalı ** AG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 1700 manat, “Lada Priora” markalı ** PR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 250 manat məbləğində zərər dəymişdir. İddiaçı Sığorta dəymiş zərərlə bağlı iş materiallarına əlavə edilmiş 12539 saylı ödəniş tapşırığına əsasən “Vaz- 21041” markalı ** LJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı X7 1832 manat, “Opel Vectra” markalı ** UM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı X2 824 manat, “Opel Vectra” markalı ** ON *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərə görə 559 manat, “BMW 740Lİ” markalı ** AG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərə görə 1557 manat, “Lada Priora” markalı ** PR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərə görə 228 manat sığorta ödənişi həyata keçirilmiş, ümumilikdə 5000 manat sığorta ödəqnişi həyata keçiridlmişdir. İş materiallarına əlavə edilmiş Sabunçu rayon DYPŞ tərəfindən tərtib olunmuş AP ******* saylı inzibati protokol, Sağbunçu rayon məhkəməsinin 3(008)-2040/2018 saylı qərarına əsasən nəqliyyat vasitəsini idarə edən Cavabdeh İXM-nin 332.4-cü maddəsi ilə təqsirli bilinmiş və bu səbəbdən inzibati tənbeh tədbiri görülməsi müəyyən edilmişdir. Bu səbəbdən 5000 manat sığorta ödənişi Cavabdeh tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməlidir. İş materiallarına əlavə edilmiş Sabunçu rayon məhkəməsinin İnzibati xəta haqqında iş üzrə xx.xx.2018-ci il tarixli, 3(008)-2040/2018 nömrəli qərarının surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinib 20 gün müddəitinə inzibati qaydada həbs edilmişdir. Buna görə də ona qarşı subroqasiya hüquqları yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrəsığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. İş materiallarında göründüyü kimi cavabdeh X8 tərəfindən törədilmiş mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərin əvəzi 6684,51 manat məbləğində sığorta ödənişi İddiaçı Sığorta Şirkəti ASC tərəfindən zərərçən şəxsə ödənildiyindən İddiaçı Sığorta Şirkəti ASC həmin məbləğdə pulu cavabdeh X4 tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Həmin Məcəllənin 1096.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikd) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək zərər vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlıfəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmişfiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ il əvə ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnı tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, məhkəmə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməklə Cavabdeh “Vaz-21041” markalı ** LJ *** dövlət qeydiyyat nişanlı, “Opel Vectra” markalı ** UM *** dövlət qeydiyyat nişanlı, “Opel Vectra” markalı ** ON *** dövlət qeydiyyat nişanlı, “BMW 740Lİ” markalı ** AG *** dövlət qeydiyyat nişanlı, “Lada Priora” markalı ** PR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinə dəymiş zərərə görə 5000 manat ödənilmiş pul və ödənilmiş 70 manat dövlət rüsumu alınaraq İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214- 220, 222, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh “Vaz-21041” markalı ** LJ *** dövlət qeydiyyat nişanlı, “Opel Vectra” markalı ** UM *** dövlət qeydiyyat nişanlı, “Opel Vectra” markalı ** ON *** dövlət qeydiyyat nişanlı, “BMW 740Lİ” markalı ** AG *** dövlət qeydiyyat nişanlı, “Lada Priora” markalı ** PR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinə dəymiş zərərə görə 5000 manat ödənilmiş pul və ödənilmiş 70 manat dövlət rüsumu alınaraq İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar