Məhkəmə qərarları › İş №e-2(041)-1471/2024

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(041)-1471/2024

31.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № e-2(041)-1471/2024 31.07.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi ilə Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixində məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1900 manat məbləğində sığorta ödənişinin, 39 manat məbləğində dövlət rüsumunun və 0,4 manat xidmət haqqının, cəmi 1939.4 manat məbləğində pul vəsaitinin tutularaq, iddiaçı «Bakı Sığorta” ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Məhkəmə tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçının tələbinə dair bildiriş göndərilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tələbə qarşı etirazını məhkəməyə təqdim etməmişdir. Məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, iş üzrə əlavə araşdırmaya zərurətin olmamasını nəzərə alaraq məhkəmə iddia ərizəsinin təmin edilməsi qənaətinə gəlir. Məhkəmə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi, 71-ci maddəsinin İ hissəsi və 127-ci maddəsinin İİ hissəsi). Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən: Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Maddə 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Maddə 1104.1. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanlar zərər vurulmasına gətirib çıxarmış mülki hüquq pozuntusu üçün ümumi əsaslarla müstəqil surətdə məsuliyyət daşıyırlar. Maddə 1104.2. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanın zərərin əvəzini ödəmək üçün yetərli gəliri və ya başqa əmlakı olmadıqda zərərin hamısını və ya çatışmayan hissəsini onun valideynləri (övladlığa götürənlər) və ya himayəçisi zərərin onların təqsiri üzündən yaranmadığını sübuta yetirməsələr, ödəməlidirlər. "xxxx" ASC-nin PBA********** saylı xx.xx.2023-cü il tarixli icbari sığorta müqaviləsinə dair məlumatın surətindən müəyyən olunur ki, Vaz 21074 markalı ** DJ *** dövlət qeydiyyat nişanlı avtomobil «Bakı Sığorta” ASC-də xx.xx.2023-ci il tarixdən xx.xx.2024-cü il tarixədək sığortalanmışdır. Kürdəmir RPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı X6 tərəfindən tərtib olunmuş xx.xx.2024-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından müəyyən olunur ki, cinayət işinin başlanılması rədd edilməklə Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 332.1-ci maddəsininin tərkib əlamətləri olduğundan həmin maddə ilə məsuliyyətı cəlb edilməsi üçün onun barəsində matreal ayrılaraq, Kürdəmir Rayon Polis Şöbəsinə göndərilmişdir. xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından müəyyən olunur ki, araşdırma zamanı X2 izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 18:15 radələrində idarə etdiyi “ Mersedes” markalı ** NV *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Kürdəmir şəhərindən Mollakənd kəndi istiqamətində 60-70 km/saat surətlə hərəkətdə olan zaman qarşıdan Kürdəmir şəhəri istiqamətində hərəkətdə olan Zamin Məhərrəmov idarə etdiyi “VAZ 2107” markalı, ** DJ *** dövlət qeydiyyat nişanlı avtomobil ilə ötmə əməliyyatı edib bir neçə avtomobili keçmiş, lakin “TİR” markalı yük avtomobilini keçə bilməmişdir. O idarə etdiyi avtomobilin sürətini aşağı salıb yolun sağ hissəsinə çəksə də hadisənin qarşısını ala bilməmişdir. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli, 8/3852 nömrəli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən “Mersedes Benz 190” markalı, ** NU *** dövlət qeydiyyat nişanlı avtomobilin baş vermiş yol nəqliyyat hadisəsi zamanı zədələnməsindən dəymiş ziyanın məbləği təxminən 4000 manat müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından daha sonra müəyyən olunur ki, Səhiyyə Nazirliyinin Ekspertiza və X5 X7 Kürdəmir rayon şöbəsinin rəyinə əsasən hər iki tərəf xəsarət almışdır. xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh haqqında qərarın avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə saat 18:15 radələrində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı VAZ 2107 markalı nəqliyyat vasitəsinin mülkiyyətçisi Cavabdeh2 və hadisə vaxtı həmin nəqliyyat vasitəsini idarə edən sürücü isə Cavabdeh1 olmuşdur. "xxxx" ASC-nin zərərin hesablanması aktından müəyyən olunur ki, “Mersedes Benz 190” markalı, ** NU *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 3800 manat təşkil edir. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli sığorta aktından müəyyən olunur ki, VAZ 2107 markalı ** DJ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin aradan qaldırılması üçün 1900 manat məbləğində şərtsiz azadolma məbləği çıxıldıqdan sonra 1900 manat məbləğində sığorta ödənişi edilməlidir. Bank Respublika ASC-nin xx.xx.2024-ci il tarixli ödəniş tapşırığından müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi nəticəsində “VAZ 2107” markalı ** DJ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin aradan qaldırılması üçün 1900 manat məbləğində sığorta ödənişi "xxxx" ASC tərəfindən X1 hesabına köçürülmüşdür. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli, BS-S-24/0961 saylı məktubundan müəyyən olunur ki, "xxxx" ASC tərəfindən zərərin aradan qaldırılması üçün ödənilmiş 1900 manat sığorta ödənişinin 5 gün müddətində geri ödənilməsi Cavabdeh1 və Cavabdeh2 tələb edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən: Maddə 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Maddə 284-5.1. Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Maddə 284-5.2. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Maddə 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Maddə 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, mülkiyyətində olan “Mersedes Benz 190” markalı nəqliyyat vasitəsini idarə edərkən törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində "xxxx" ASC-də sığortalanmış “Mersedes Benz 190” markalı, ** NU *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə iddiaçı tərəfindən 1900 manat sığorta ödənişi ödənilmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, cavabdehin törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində iddiaçı tərəfindən 1900 manat sığorta ödənişi edilməklə sonuncunun cavabdehə qarşı subroqasiya hüququ yarandığından, hadisənin törədildiyi vaxt mülkiyyətində nəqliyyat vasitəsi olan cavabdeh zərər vurulmasına gətirib çıxarmış mülki hüquq pozuntusu üçün ümumi əsaslarla müstəqil surətdə məsuliyyət daşıdığından iddia ərizəsi əsaslıdır ona görə də, təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6.1.-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 1900 manat məbləğində sığorta ödənişinin, 39 manat məbləğində dövlət rüsumunun və 0,4 manat xidmət haqqının, cəmi 1939.4 (min doqquz yüz otuz doqquz manat qırx qəpik) manat "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar