Məhkəmə qərarları › İş №e-2(041)-18/2025

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(041)-18/2025

01.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № e-2(041)-18/2025 01.04.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əhmədova Aida Sədrəddin qızının katibliyi, iddiaçı X8, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Gurbanova Shaksanam (Qurbanova Şahsənəm) Bayram qızının Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakdan payların müəyyən edilməsi və pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Gurbanova Shaksanam (Qurbanova Şahsənəm) Bayram qızı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakdan payların müəyyən edilməsi və pul” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin edilərək iddiaçı X18 ilə Cavabdeh birgə nikahda olduqları dövrdə Kürdəmir rayonu, Qaraqocalı kəndində yerləşən 0.12 ha torpaq sahəsində birgə vəsaitləri hesabına tikdikləri fərdi yaşayış evinin tikintisinə və təmirinə çəkilmiş ümumilikdə 40 000 (qırx min) manat xərcin yarısına, yəni ½ hissədə X10 payının müəyyən olunması və 40 000 manatın yarı dəyəri olan 20 000 (iyirmi) min manat pulun, 300 manat vəkil xidməti üçün ödənilmiş vəsaitin və 150 manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı X13 verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı tələbin həcminin artırılmasına dair ərizə verərək, Kürdəmir rayonunun Qaraqocalı kəndində yerləşən fərdi yaşayış evinin inşa edildiyi 0.12 ha torpaq sahəsinin alınması üçün ödənilmiş 6000 manat pulun ½ hissəsinə münasibətdə 3000 manatına; həmin 0.12 ha torpaq sahəsində tikilmiş fərdi yaşayış evinin tikintisi üçün xərclənmiş 51.366.0 manat məbləğində pulun ½ hissəsinə münasibətdə 25.683 manat pula Cavabdeh ilə birgə nikahda olduqları dövr ərzində xərcləndiyi üçün həmin xərclənmiş 6 000 və 51.683 manat pullara ½ hissədə mülkiyyət hüququnun tanınaraq, ümumilikdə həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin alınmasına ödənilmiş 6000 manat və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin tikintisinə xərclənmiş 51.366 manatın yarısı olan 28.683 manat pulun, 300 manat vəkil xidməti üçün ödənilmiş vəsaitin və 150 manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı X13 verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(041)-856/2021 saylı qətnaməsi ilə iddiaçı X4 rayonu Qaraqocalı kəndində 0.12 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Qətnamə Kürdəmir İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən xx.xx.2023-cü il tarixdə icra edilmiş, iddiaçı Şahsənəm Qurbanova himayəsində olan 3 uşağı ilə birlikdə həmin Qaraqocalı kəndində yerləşən fərdi yaşayış evinə köçürülərək Kürdəmir Rayon İcra Şöbəsinin icra məmuru X19 tərəfindən bu barədə akt tərtib edilmişdir. İcra zamanı borclu Cavabdeh özünün guya Bakı şəhərində olması barədə icra məmuru Məhərrəmə məlumat vermişdir. Lakin elə həmin gecə məlum olmuşdur ki o, heç yerə getməmiş, icra məmurunun oradan aralaşıb getməsini gözləmiş, icra məmuru gedən kimi isə gecə anası X16 və xalası X23 ilə əlbir olaraq iddiaçı və uşaqlarının köçürüldükləri fərdi yaşayış evinə hücum çəkərək qapını sındırıb evə qanunsuz daxil olaraq onlara psixoloji travmalar yaşatmaqla qorxutmuşlar. Bu barədə 15 sentyabr 2023-cü il tarixdən saat 19:17 dən başlayaraq xx.xx.2023-cü il tarix saat 01:55-ə dək DİN-nin “102” qaynar xəttinə bir neçə dəfə zənglər edərək şikayətlər edilmiş və uşaqlar həmin vaxtı orada baş verənləri mobil telefonla çəkərək həmin anları qeydə almışlar. xx.xx.2023-cü il tarixdə evə köçürülmə zamanı həmin vaxt Qaraqocalı kənd sakini Röyal adlı şəxs həmin həyətə gələrək Rəfailin öyrətməsi ilə evin onun olduğunu iddia etmişdir. Bu zaman həmin Röyal adlı kənda sakinin içkili olması müəyyən edilmişdir. Köçürülmə zamanı yaranmış mübahisələr uşaqlara psixoloji olaraq çox pis təsir etmişdir. İddiaçı Şahsənəm Qurbanovanın qızı xx.xx.2010-cu il təvəllüdlü X26 “sereberal iflic” və “bədənin aşağı nahiyələri olan ayaqların qıcolması” diaqnozu, oğlu xx.xx.2017-ci il təvəllüdlü X27 isə “anadangəlmə 4-cü dərəcəli neurosensory tipli eşitmə qüsurlu implant daşıyıcısı” diaqnozu ilə xəstə olduqları üçün xx.xx.2023-cü il tarixdə Kürdəmir Rayon Polis Şöbəsində izahat verdikdən sonra hər iki uşağın səhhətində yaranmış xəstəliklərinin ağırlaşması üzündən Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım xidmətinin “103” qaynar xəttinə zəng edərək uşaqların müayinəyə ehtiyyaclarının olmaları barədə məlumat vermişlər. Təcili tibbi yardım briqadası evə gələrək Aylin Qurbanzadəyə sakitləşdirici iki ədəd iynə vurmuş, azyaşlı Yusif Qurbanzadənin baş nahiyyəsində olan implantı işlədən elektrik batareyası aparatdan ayrıldığı üçün uşaq yatılı olduğuna görə ona tibbi yardım göstərilməmişdir. xx.xx.2023-cü il tarixdə evə köçürülmə başa çatdıqdan sonra borclu Cavabdeh anası və xalası ilə birlikdə evə hücum çəkərək qapını qırıb evə daxil olub orada səs-küy salaraq iddiaçını və onun 3 azyaşlı uşaqlarını qorxutduqları, evə giriş qapısının kilidinin qırdıqları və otaqların qapılarını (Aktda da qeyd edilib) açarla bağlayaraq yaşamağa imkan vermədikləri üçün Şahsənəm Qurbanova bu barədə Kürdəmir RPŞ-nə və “102” qaynar xəttinə zəng edərək məlumat verdikdən sonra məcburiyyətdən həmin fərdi yaşayış evini tərk edib getməli olmuşdur. Bu barədə xx.xx.2023-cü il tarixində Feysbuk sosial şəbəkəsindən paylaşım edərək başına gələnlər barədə DİN-nə məlumat vermişdir. Lakin bu günə kimi müraciəti cavabsız qalmışdır. Halbuki, həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsini Şahsənəm ilə Rəfail birgə nikahda olarkən ümumi vəsaitləri hesabına 5 000 manata almışlar. İlkin olaraq 2015-ci ildə 1000 manat pulu Şahsənəmin atası Bayram vermiş, həmin 1000 manatı beh kimi torpağı onlara satan Kürdəmir rayonunda yol polisində işləmiş mərhum X29 Dəmirov və analığı Kəmaləyə vermişlər. Sonra isə Şahsənəmin bəzi qızıllarını (750 əyyar olan brilliyant qaşlı 15 qram çəkisi olan üzük və sırğasını, 583 əyyar rus qızılı olan 7, 6 və 4 qramdan ibarət 3 ədəd sadə qaşlı üzüklərini və 5 qramlıq sepini) Rəfail evdən apararaq satıb torpağa qalıq qalmış olduğu 4 000 manat pulu düzəldərək Nurlan və Kəmalə Dəmirovlara ödəyərək satıcılarla birlikdə kəndin bələdiyyəsinə gedib öz imzaları ilə razılıq ərizəsi yazıb vermişlər. 2017-ci ilin may ayına kimi onlar həmin torpaq sahəsində 1-ci mərtəbəsi bünövrədən sonra 8 mişar daşı üzərində tikilərək 1-ci mərtəbə 4 yerə bölünməklə təmirsiz; evin 2-ci mərtəbəsi isə hündür tikilməklə təmir edilərək işıq, su, qaz, hamam-tualeti və mətbəxi yaşamağa tam hazır olduqdan sonra köçərək 2019-cu ilin aprel ayına kimi həmin fərdi yaşayış evində yaşamışlar. 2019cu ilin aprel ayından sonra ailə münasibətləri pozulduğuna görə iddiaçı və uşaqları ünvan 1 ünvanında yaşayan qardaşı evinə köçüb müvəqqəti həmin ünvanda yaşayırlar. Cavabdeh iddiaçı Şahsənəm Qurbanovanın və onun 3 uşağının həmin fərdi yaşayış evinə köçürüldükdən sonra evə hücum çəkərək giriş qapısını qıraraq hay-küy salaraq evi tərk etməyə məcbur etdiyi və evin otaqlarının qapılarını bağlayaraq istifadə etməyə icazə vermədiyi üçün həmin fərdi yaşayış evinə qayıtması və uşaqlarla həmin fərdi yaşayış evində sakit, dinc yaşaması mümkünsüz olduğuna görə həmin fərdi yaşayış evinin tikintisinə çəkilmiş 40 000 (qırx min) manat xərcin yarısı 20 000 (iyirmi) manatın Cavabdeh tutularaq iddiaçı X13 verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İddia tələbinin həcminin artırılmasına dair ərizə onunla əsaslandırılmışdır ki, iddia ərizəsində texniki olaraq torpaq sahəsinin alınmasına 6 000 manat deyil 5000 manat verilməsi qeyd edilmişdir. Belə ki, ilkin olaraq torpaq aldığı adam Şahid1la birlikdə onun ailə üzvləri sayılan Analığı Şahid2 və bacıları Ceyran və Təhminə Nurlanın borcu olduğu üçün onu tez-tez borc sahibləri narahat etdiklərinə görə əvvəl beh istəmişdilər. Təxminən 2015-ci ilin dekabr ayında 1000 manat pulu atası X20 ilə anası X3 Respublikasından yol maşınaları ilə göndərmişdilər. Həmin min manat pulu Cavabdeh “Kürdəmir Bakı magistral yolu” nun “ 4 yol “ adlanan yerinə gedərək Gürcüstandan Bakıya gələn sürücüdən təhvil alıb gətirib Nurlangilə vermək istəmişdir. Həmin gecə Şahid1la birlikdə onun ailə üzvləri sayılan analığı Şahid2, bacıları Ceyran və Təhminə Nurlanın borcu olduğu üçün aralarında razılaşdıqları 6 000 manat pulun hamısın bütöv tələb etdikləri üçün məcbur qalaraq onun iddia ərizəsində qeyd edilən qızıl zinət əşyalarını satmağa başlayaraq hissə-hissə sataraq 4 000 manat da qızıllarının pulundan düzəltdikdən sonra qalıq 1000 manat pulu da Cavabdeh özünün dediyinə görə toy və nişan şənliklərinə gedərək orada video-kamera çəkən işləməklə düzəltdikdən sonra 6 000 manat pulu nəğd şəkildə Rəfailin həmin kəntdə yaşayan dayısı Mahirgilin evində gecə apararaq Şahid1 və analığı Şahid2 vermişlər. Ona görə də iddia ərizəsində texniki səhf olaraq torpaq almaq üçün 5000 manat verildiyi qeyd edilmişdir. Məlumat üçün bildirir ki, Cavabdeh öz adına xx.xx.2015-ci il tarixdən ********** VÖEN açdıraraq “Ataş” studiyası adı altında Kürdəmir rayonunda “Toy və Nişan” şənliklərində bu günə qədər video çəkən işləyir. Torpaq sahəsinin alınması üçün Şahid1 və analığı Şahid2 ümumilikdə 6 000 manat pul verilmişdir. Həmin 6 000 manat pulun verilməsini şahid qismində ifadə vermiş Şahid1, analığı Şahid2 və bacısı Ceyran təsdiq edirlər. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin verdiyi “16” sentyabr 2024-cü il tarixli, № 3-16-16/2-10/2103, 9/2087 saylı ekspert rəyinə əsasən Kürdəmir rayonu Qaraqocalı kəndində yerləşən fərdi yaşayış evininin qiymətləndirilməsinə əsasən aparılmış tədqiqat nəticəsində fərdi yaşayış evinin tikintisi və təmiri üçün görülməli təmir işlərinin 1 m2 üçün dəyəri təqribən 420 manat məbləğində müəyyən olunumuşdur. Tədqiq olunan fərdi yaşayış evinin ümumi sahəsinin 122,3 m2 təşkil etdiyini, eləcə də ayrıayrı internet saytlarındakı məlumatlara əsasən fərdi yaşayış evlərinin tikintisi və təmirinin dəyərinin 1 m2 üçün orta hesabla 420 manata başa gəldiyini nəzərə aldıqda, Kürdəmir rayonunun Qaraqocalı kəndində yerləşən fərdi yaşayış evinin tikintisinə və təmirinə çəkilən xərcin ümumi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 51 366. 0 manat məbləğində müəyyən edilir. Qeyd olunan ərazidə yerləşən fərdi yaşayış evlərinin qiymətləndirilməsi müqayisə metodu ilə aparılmış tədqiqat nəticəsində, internet saytı məlumatlarına əsasən aparılıb Kürdəmir rayonunun Qaraqocalı kəndində olan 0,12 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə yaxın ərazilərdə yerləşən analoji fərdi yaşayış evlərinə dair internet saytlarında məlumatlar olmadığından Kürdəmir rayonunun Qaraqocalı kəndində yerləşən 0,12 ha torpaq sahəsində mövcud olan fərdi yaşayış evinin hazırkı bazar qiymətini müəyyən etmək mümkün olmamışdır. «Beləliklə, qərardadın birinci sualı ilə bağlı qeyd olunur ki, tədqiq olunan, Kürdəmir rayonunun Qaraqocalı kəndində yerləşən fərdi yaşayış evinin tikintisinə və təmirinə çəkilən xərcin ümumi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 51.366.0 manat məbləğində müəyyən edimişdir. Qərardadın ikinci sualı ilə bağlı qeyd olunur ki, Kürdəmir rayonunun Qaraqocalı kəndində olan 0.12 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə yaxın ərazilərdə yerləşən fərdi yaşayış evlərinə dair analoji satış elanları olmadığına görə, həmin fərdi yaşayış evinin mövcud orta bazar qiymətlərinə uyğun bazar dəyərini müəyyən etmək mümkün olmamışdır. Beləliklə Kürdəmir rayonu, Qaraqocalı kəndində yerləşən fərdi yaşayış evinin inşa edildiyi 0.12 ha torpaq sahəısinin alınması üçün ödənilmiş 6 000 manat pulun və həmin 0.12 ha torpaq sahəsində tikilmiş fərdi yaşayış evini tikintisi üçün çəkilmiş xərcin 51.366.0 manat məbləğində olması müəyyən edilmişdir. Ona görə də Kürdəmir rayonu, Qaraqocalı kəndində yerləşən fərdi yaşayış evinin inşa edildiyi 0.12 ha torpaq sahəsinin alınması üçün ödənilmiş 6 000 manat pulun ½ hissəsinə münasibətdə 3 000 manatına və həmin 0.12 ha torpaq sahəsində tikilmiş fərdi yaşayış evinin tikintisi üçün xərclənmiş 51.366.0 manat məbləğində pulun ½ hissəsinə münasibətdə 25.683 manata Cavabdeh ilə birgə nikahda olduğu dövr ərzində xərcləndiyi üçün həmin xərclənmiş 6 000 və 51.683 manat pullara ½ hissədə mülkiyyət hüququnun tanınaraq, ümumilikdə həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin alınmasına ödənilmiş 6000 manat və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin tikintisinə xərclənmiş 51.366 manatın yarısı olan 28.683 manat pulun, 300 manat vəkil xidməti üçün ödənilmiş vəsaitin və 150 manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı qismində ona, yəni X13 verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinə qarşı etiraz verərək, qeyd etdiyi işin faktiki halları baxımından və iddiaçının iddia ərizəsində qeyd etdiyi halların heç bir sübutla təsdiqlənmədiyi üçün iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı X18 bu iddia tələbindən əvvəl həmin mübahisəli fərdi yaşayış evinə himayəsində olan övladları ilə birlikdə köçürülməsi tələbi ilə müraciət etmiş və Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(041)-856/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş və sonda həmin fərdi yaşayış evinə məhkəmə icraçılarının tərtib eldikləri akta əsasən köçürülmüşdür. Hal-hazırda iddiaçı öz iradəsi ilə həmin evdən köçərək qeydiyyatda olduğu qardaşına məxsus ünvan 2 ünvana köçmüş və orada yaşamaqdadır. Bundan başqa, iddiaçı X18 cavabdehə qarşı ’’Birgə nikah dövründə əldə edilmiş əmlaklar olan-Agsu şəhəri, Ziya Bünyadov küçəsi, İİ Paralel, 44 ünvanda yerləşən 0,0500 ha həyətyanı torpaq sahəsinə və VAZ 21043 markalı 33 Bİİ 155 dövlət qeydiyyat nömrə nişanlı minik avtomobilinə paylarının müəyyən edilərək hərracdan satılaraq əldə edilən pulun paylara uyğun bölünməsi və qızıl-zinət əşyaları tələbi” ilə məhkəməyə müraciət etmiş və Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(041)-844/2022 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2007-ci il tarixli nigah Agsu Rayon Məhkəməsində xx.xx.2019-cu il tarixdə pozulmuşdur. 2(041 )-213/2024 saylı mülki iş üzrə iddiaçı X18 hal-hazırki iddia tələbi olan “Birgə nigah dövründə əldə edilmiş əmlakdan payların müəyyən olunması və pul” tələbi üzrə iddia ərizəsini Kürdəmir Rayon Məhkəməsinə xx.xx.2023-cü il tarixdə imza etməklə təqdim etmişdir. Hesab edir ki, nikahın pozulması barədə qətnamənin qanuni qüvvəsini almasından 3 il 6 aydan artıq vaxt keçdiyindən, iddiaçının hüququnun pozulduğunu bildiyi və bilməli olduğu vaxtdan 3 ildən artıq müddət keçdiyindən, iddiaçının hazırki iddia tələbi üzrə iddia müddəti ötürülmüşdür və bu əsasla iş üzrə iddiadan imtina olunması barədə qərar qəbul edilməlidir. Həmçinin qeyd edir ki, iddiaçı iddia ərizəsində qeyd edir ki, mübahisə predmeti olan həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsini birgə nikah dövründə ümumi vəsaitləri hesabına 5.000 (beş min) manata almışlar. İlkin olaraq min manat pulu Şahsənəmin atası Bayram vermiş, həmin min manat pulu torpağa beh kimi torpağı onlara satan Kürdəmirdə yol polisində işləmiş mərhum X29 Dəmirovu və analığı Kəmaləyə vemişlər. Sonra isə Şahsənəm bəzi qızıllarını əri Rəfail vasitəsilə satdırıb qalan 4.000 (dörd min) manat pulu da Şahid1 və analığı Kəmaləyə vermişlər (qeyd: iddiaçının qeyd etdiyi Nurlanın analığı Kəmalə iddiaçı Şahsənəmin rəfiqəsidir). 2017-ci ilin may ayına kimi onlar həmin torpaq sahəsində 1-ci mərtəbəsi bünövrədən sonra 8 mişar daşı üzərində tikilərək 1-ci mərtəbə 4 yerə bölünməklə təmirsiz, evin 2-ci mərtəbəsi isə hündür tikilməklə təmir edilərək işıq, su, qaz hamam-tualeti və mətbəxi yaşamağa tam hazır olandan sonra köçərək 2019-cu ilin aprel ayına kimi həmin fərdi yaşayış evində yaşamışlar. 2019-cu ilin aprel ayından sonra ailə münasibətləri pozulduğuna görə uşaqları ilə birlikdə qardaşının yaşadığı ünvan 3 ünvana köçmüşlər və orada müvəqqəti olaraq yaşamaqdadırlar. İddiaçı qeyd edir ki, uşaqları ilə birlikdə mübahisəli fərdi yaşayış evinə köçürüldükdən sonra, cavabdeh evin qapılarını qıraraq hay-küy saldığı, evin qapılarını bağlayıb onların evdən istifadə etməsinə maneə yaratdığı üçün onların həmin evdə dinc yaşamasının qeyrimümkün olduğu üçün evi tərk edib Bakıya, qardaşı evinə köçmüş və bu əsasla evin tikintisinə çəkilmiş 40.000 (qırx min) manat pulun yarı məbləğinin ona verilməsini xahiş edir. Qeyd edir ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi hallar həqiqəti əks etdirmir və heç bir sübuta söykənmir. Əvvəla, iddiaçının qətnamə ilə köçürüldüyü Kürdəmir rayonu Qaraqocalı kəndində yerləşən fərdi yaşayış evindən getməsinə əsas səbəb ondan ibarət olmuşdur ki, iş üzrə iddiaçı hal-hazırda da həmin Sabunçu rayonunda uşaq bağçasında tərbiyəçi işləyir. İşi ilə əlaqədar Bakıya köçüb və orada yaşamağa məcburdur. Ona görə iddia ərizəsində elə vahiməli ssenari yaradır ki, guya onu həmin evdə yaşamağa qoymurlar amma, əslində iddiaçı işi ilə əlaqədar qardaşının yaşadığı mənzilə köçməyə öz iradəsi ilə qərar vermişdir. Bundan başqa, mübahisəli fərdi yaşayış evi birgə nigah dövründə tərəflərin ümumi birgə vəsaiti hesabına tikilməmişdir. İddiaçının qeyd etdiyi qızılzinət əşyaları xəstə övladı Yusif Qurbanzadənin beyin implantı əməliyyatı zamanı satılıb həmin əməliyyat xərcinə sərf olunmuşdur. Tərəflər nikaha girdikləri vaxt 2007-ci ildən 2015-ci ilədək ünvan 4 ünvanda qayınata evində yaşamışlar. İddiaçı qayınanası ilə yola getmədiyindən və bu yönümdə söz-söhbətləri olduğu üçün Ağsudan 2015-ci ildə Kürdəmir rayonuna gəlib mərhum həkim Atşarovun evində kirayədə yaşayıblar. Az müddət sonra Kürdəmir rayonu Qaraqocalı kəndində cavabdehin dayısı Şahid3 odunun evində yaşamışlar. Onun təsərrüfatında qeydiyyata alınıblar (qeyd: icra nümayəndəliyindən və bələdiyyədən alınmış arayışlar əlavə olunur). Həmin müddət ərzində tərəflərin elə bir qazancı olmayıb ki, fərdi yaşayış evi tikə bilsinlər. Cavabdeh 2009-cu il tarixdən-2015-ci il tarixədək Agsu rayonunda Uşaq-Gənclər Şahmat məktəbində məşqçi müəllim işləyib, 2015-ci ildə öz ərizəsi ilə işdən çıxıb və bir də 2020-ci ildə Kürdəmir rayon Uşaq-Gənclər Şahmat məktəbində məşqçi müəllim kimi işə düzəlib. Fərdi yaşayış evi tikilən 2016-2019cu illər ərəfələrdə cavabdeh Rafail Qurbanov (2015-2020-ci illər) işsiz olub (qeyd: əmək kitabçasıma notarial təsdiqli surəti əlavə olunur) və hər hansı bir qazancı olmayıb. İddiaçı Şahsənəm Qurbanova isə evdar qadın olub heç bir yerdə işləməyib və hər hansı bir qazancı olmayıb. Valideynlərinin maddi köməkliyi ilə yaşayıblar. Cavabdeh atası Səbahəddin Qurbanov 42 il əmək fəaliyyətinə malik olub və həmin illərin 32 ilini Agsu rayon baytarlıq idarəsinin direktoru vəzifəsində işləyib, maddi durumu yaxşı vəziyyətdə olub. Cavabdehin anası da məktəbdə müəllimə işləyib. Mübahisəli fərdi yaşayış evi 2017ci ilin əvvəli tikilməyə başlayıb, 7 ay ərzində tikilib hazır olub və 2017-ci ilin axırı həmin evə köçüb yaşamağa başlayıblar. Tərəflərin bu qısa vaxt ərzində (7 ay) 40 minlik fərdi yaşayış evi inşa etməyə pulları, vəsaitləri hardan olub? Elə bu qısa müddət sübut edir ki, mübahisəli ev birgə nikah dövründə tərəflərin ümumi birgə vəsaitləri hesabına tikilə bilməzdi. Tərəflərin uşaqları xəstə olub, özləri də həmin müddətlərdə işləməyiblər, qazancları olmayıb. Bu qədər vəsait haradan əldə olundu? Bu arqument sübut edir ki, mübahisəli fərdi yaşayış evi yaxşı maddi imkana malik cavabdehin atası Səbahəddin Qurbanovun vəsaiti hesabına tikilmişdir və oğlu kirayələrdə, qohum evində qalmasın deyə müvəqqəti yaşamaq üçün onlara verilmişdir. Qeyd edir ki, evin inşası zamanı alınmış tikinti materiallarının əksəriyyəti Bakı şəhərindən Dərnəgül şossesindən alınmış bəzi hissəsi isə, Agsu rayonundan alınıb gətirilmişdir. Evin daşını hörən və suvaq işlərini görən ustalar Kürdəmir rayonu, Yenikənd kənd sakinləri X57 oglu və X50 oglu olmuşlar ki, onlar məhkəmədə şahid qismində tərəflərindən dindirilmələri üçün dəvət olunacaqlar. Həmçinin, cavabdehin atası evi inşa etdirən şəxs tərəflərindən dindirilməsi üçün məhkəməyə şahid qismində dəvət olunacaqdır. İcra nümayəndəliyindən və bələdiyyədən verilmiş arayışlardan da bəlli olur ki, Cavabdeh adına Kürdəmir rayonu Qaraqocalı kəndində torpaq sahəsi, fərdi yaşayış evi yoxdur, ayrıca təsərrüfatı yoxdur, ailəsi ilə birlikdə dayısı Şahid3 evində, təsərrüfatbaşına kitabında qeydiyyatdadırlar. İddiaçı Şahsənəm Qurbanovaya da məhkəmə qətnaməsi ilə köçürüldüyü evdə yaşamağa heç kim maneçilik etmir və istədiyi vaxt gəlib bəhanəsiz yaşaya bilər. Daha sonra cavabdehin nümayəndəsi Vəkil2 iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddia müddəti keçdiyi üçün iddiadan imtina olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia müddətinin tətbiqi barədə ərizə belə əsaslandırılmışdır ki, iddiaçı X18 bu iddia tələbindən əvvəl həmin mübahisəli fərdi yaşayış evinə himayəsində olan övladları ilə birlikdə köçürülməsi tələbi ilə müraciət etmiş və Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(041)-856/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş və sonda həmin fərdi yaşayış evinə məhkəmə icraçılarının tərtib etdikləri akta əsasən köçürülmüşdür. Hal-hazırda iddiaçı öz iradəsi ilə həmin evdən köçərək qeydiyyatda olduğu valideynlərinə məxsus ünvan 2 ünvana köçmüş və orada yaşamaqdadır. Bundan başqa, iddiaçı X18 cavabdehə qarşı ’’Birgə nikah dövründə əldə edilmiş əmlaklar olan-ünvan 5 ünvanda yerləşən 0,0500 ha həyətyanı torpaq sahəsinə və VAZ 21043 markalı ** BH *** dövlət qeydiyyat nömrə nişanlı minik avtomobilinə paylarının müəyyən edilərək hərracdan satılaraq əldə edilən pulun paylara uygun bölünməsi və qızıl-zinət əşyaları tələbi” ilə məhkəməyə müraciət etmiş və Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(041)-844/2022 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2007-ci il tarixli nikah Agsu Rayon Məhkəməsində xx.xx.2019-cu il tarixdə pozulmuşdur. Məhkəmə qətnaməsinin aliment hissəsindən apellyasiya şikayəti verilmiş və Şəki Apellyasiya Məhkəməsinin qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmişdir. Həmin məhkəmə qətnaməsində nikahın pozulması, uşaqların ananın himayəsinə verilməsi və aliment tələbi üzrə Agsu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(016)-421/2019 saylı qətnaməsinin xx.xx.2020-ci il tarixdə qanuni qüvvəyə minməsi qeyd edilmişdir. Qeyd edir ki, 2(041)-213/2024 saylı mülki iş üzrə iddiaçı X18 hal-hazırki iddia tələbi olan “Birgə nikah dövründə əldə edilmiş əmlakdan payların müəyyən olunması və pul” tələbi üzrə iddia ərizəsini Kürdəmir Rayon Məhkəməsinə xx.xx.2023-cü il tarixdə imza etməklə təqdim etmişdir. Hesab edir ki, nikahın pozulması barədə qətnamənin qanuni qüvvəsini almasından 3 il 6 aydan artıq vaxt keçdiyindən, iddiaçının hüququnun pozulduğunu bildiyi və bilməli olduğu vaxtdan 3 ildən artıq müddət keçdiyindən, iddiaçının hazırki iddia tələbi üzrə iddia müddəti ötürülmüşdür və bu əsasla iş üzrə iddiadan imtina olunması barədə qərar qəbul edilməlidir. İddiaçının nümayəndəsi Nümayəndə iddia müddətinin tətbiqinə dair ərizəyə etiraz verərək iddia müddətinin tətbiq edilməməsini xahiş etmişdir. Etirazını onunla əsaslandırmışdır ki, iddiaçı X18 ilə Cavabdeh birgə nikahda olduqları dövrdə Kürdəmir Rayonu Qaraqocalı kəndində yerləşən 0,12 ha torpaq sahəsində birgə vəsaitləri hesabına tikdikləri fərdi yaşayış evinin tikintisə və təmirinə çəkilmiş ümumi xərcin və həmin fərdi yaşayış evinin hazırkı bazar dəyərinin müəyyən edilməsi barədə iddia tələbinə iddiaçının bü günə kimi dəfələrlə məhkəmədə iddialar qaldırması nəzərə alınmalı, iddia müddətinin axımının davam etməsi həmin qətnamələrə istinadən təsdiqini tapdığına görə iddia müddəti tətbiq edilməməlidir. Məhkəmədə iddiaçı və iddiaçının nümayəndəsi iddianı və iddia müddətinin tətbiqinə dair ərizəyə etirazını müdafiə edib, iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunlu izahatlar verərək iddia müddətinin tətbiq edilməməsini və iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmədə cavabdeh və cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək etirazlarını və iddia müddətinin tətbiqi barədə ərizələrini müdafiə edib, etiraza və ərizəyə uyğun izahat verib, iddiadan imtina edilməsini xahiş etdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 İman oğlu ifadəsində bildirmişdir ki, o, Cavabdeh və onun həyat yoldaşını tanıyır, onlarla arasında heç bir mübahisə olmamışdır. O, torpaq sahəsini satan zaman Cavabdeh almışdır. 6000 (altı min) manat qarşılığında həmin ərazini ona satmışdır. Satdığı torpaq sahəsi 0.12 ha olmaqla yarımçıq tikili olan tövlədən ibarət olmuşdur. Qurbanov Səbahəddini də tanıyır, o, Cavabdeh atasıdır. Onunla aralarında hər hansısa bir razılaşma olmayıbdır. Torpağı 2015-ci ildə analığı Kamalənin iştiraki ilə satmışdır. Həmin ərazinin pulunu isə Cavabdeh dayısı Mahirin evində ona vermişdir. Qurbanov Səbahəddinə isə torpaq satmamışdır. Həmin ərazidə kimin ev tikdiyi barəsində məlumatı yoxdur, amma hal-hazırda o evdə Cavabdeh yaşadığını bilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X40 ifadəsində bildirmişdir ki, oğulluğu Şahid1 borcu olduğuna görə həmin torpaq ərazisini satmaq qərarına gəlmiş və 6000 (altı min) manat qarşılığında Cavabdeh satmışlar. O vaxta qədər Cavabdeh və onun həyat yoldaşını tanımamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X34 ifadəsində bildirmişdir ki, o, Cavabdeh və onun həyat yoldaşını qonşu olaraq tanıyır. Qardaşı Şahid1 təxminən 2015-ci ildə Cavabdeh 6000 (altı min) manat qarşılığında torpaq sahəsi satmışdır. Qurbanov Səbahəddin adlı şəxsi isə tanımamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadəsində bildirmişdir ki, 2007-ci ildə Ağsu rayonunda oğlu və keçmiş gəlini nikah bağlayıblar, həmin nikahdan 2 uşaqları doğulmuşdur. 2016-ci ilə qədər onun evində yaşamışlar. Evdə mübahisələr artdığı və yoldaşı narahat olduğu üçün oğlu və gəlini ilə danışıb, evdən köçüb getmələrini demişdir. Onlar da kirayəyə köçmüşlər. Üzərindən xeyli vaxt keçdikdən sonra eşitmişdir ki, Qaraqocalıda olan Şahid1 borcu olduğu üçün torpaq sahəsi satır. Gedib sahəyə baxmış və görmüşdür ki, torpaq sahəsində yarımcıq tikili, mal tövləsi və yanında yem üçün dam vardır. Vaxtı olmadığı üçün pulu oğluna vermişdir ki, gedib torpaq sahəsini alsın. Sonra həmin sahədə təmir işləri getmişdir. Torpaq sahəsinin pulunu özü vermiş sadəcə vaxtı olmadığı üçün alqı-satqı işlərinə oğlunu göndərmişdir. 2017-ci ildən təmir işlərinə təxminən 11-12 min manat pulu çıxmışdır. 2018-ci ildə keçmiş gəlini Ağsudakı evinə gəlmiş, bir neçə gün qaldıqdan sonra boşanmaq istədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X35 ifadəsində bildirmişdir ki, Qurbanov Səbahəddin onun uzaq qohumudur. O, Cavabdeh və onun keçmiş yoldaşını 2017-ci ildə usta kimi işlədiyi evdə tanımışdır. Qurbanov Səbahəddin bir-iki dəfə işlədiyi evə gəlmiş, lakin sonradan bütün işləri oğlu Cavabdeh tapşırmışdır. Onunla evin təmiri üçün Cavabdeh atası Qurbanov Səbahəddin danışmışdır. O, həmin torpaq sahəsində olan yarımtikilini təmir etmişdir. Evi tikmək üçün 4 maşın daşdan istifadə etmişlər. Təmirin pulunu bir-iki dəfə atası, bir neçə dəfə də Cavabdeh hissə-hissə vermişdir. Təxminən 2017-ci ildə tikinti işləri başlamış, az bir müddətədə bitmişdir. İşlədiyi müddətdə həmin evdə yaşayış olmamış, heç kimi görməmişdir. İşlədikləri zaman yemək onlara hazır gəlmişdir. Qurbanova Şahsənəmi görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X55 məhkəmə iclasında ifadəsində bildirmişdir ki, Cavabdeh onun əmisi nəvəsidir. Təxminən 2016-2017-ci illərdə əmisi qızının yoldaşı demişdir ki, onlara ev tikmək üçün daş lazımdır və o, da 3-4 maşın daş gətirmişdir. Pulu ona Qurbanov Səbahəddin vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X36 ifadəsində bildirmişdir ki, o, mədəniyyət işçisidir. Cavabdeh bacısı oğludur. 2016-ci ildə Şahid1 torpaq almışlar. Amma torpağın pulunu necə verdikləri barədə məlumatı yoxdur. Qaraqocalıda satılan 0.12 hektar torpaqda tikilən evi qohumu olan Qurbanov Səbahəddin öz gəlirləri hesabına tikmişdir. Cavabdeh məclislərdə kameraman olduğu üçün ev tikməyə imkanı olmamışdır. Məhkəmə mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia müddətinin tətbiqinə dair ərizə tətbiq edilməməli, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(041)-856/2021 saylı qətnaməsindən görünür ki, iddiaçı X10 himayəsində olan övladları ilə birlikdə Cavabdeh məxsus, Kürdəmir rayonu Qaraqocalı kəndində yerləşən 0.12 ha torpaq sahəsində inşa edilmiş, şəxsi və ev əşyaları olan 2 mərtəbəli fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-1761/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(041)-856/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, qətnamə Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli aktdan görünür ki, icra məmuru Şahid7 tərəfindən tələbkar X18 xx.xx.2021-ci il tarixli 2(041)-856/2021 saylı icra sənədinin icrası ilə əlaqədar 3 uşağı ilə birlikdə Cavabdeh məxsus Kürdəmir rayonunun Qaraqocalı kəndində yerləşən 2 mərtəbəli fərdi yaşayış evinə köçürülmüşlər. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-10/Ş2103, 9/2087 nömrəli, “16” sentyabr 2024-cü il tarixli ekspert rəyinə əsasən Kürdəmir rayonunun Qaraqocalı kəndində yerləşən fərdi yaşayış evinin tikintisinə və təmirinə çəkilən xərcin ümumi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 51366.0 manat məbləğində müəyyən edilir. İş materiallarında olan Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Nümayəndə xx.xx.2025-ci il tarixli VK-1661/25 saylı sorğusuna cavab olaraq Topalhəsənli kənd İcra Nümayəndəsinin xx.xx.2025-ci il tarixli cavabından görünür ki, X10 2019-cu ilin aprel ayına kimi Kürdəmir rayonu Qaraqocalı kəndinə ailə üzvləri olan azyaşlı uşaqları və keçmiş əri Cavabdeh ilə birlikdə Qaraqocalı kənd sakini Şahid1 yaşadığı fərdi yaşayış evinin və həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ilə qonşuluqda tikilmiş fərdi yaşayış evində yaşamışlar. Çünki Kürdəmir rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şahid7 müraciəti əsasında kənd icra nümayəndəsinin, kəndin sahə müvəkkilinin və tələbkar X10 azyaşlı uşaqları ilə birlikdə Cavabdeh məxsus Kürdəmir rayonu Qaraqocalı kəndində yerləşən 0.12 ha torpaq sahəsində inşa edilmiş, şəxsi və ev əşyaları olan 2 (iki) mərtəbəli fərdi yaşayış evinə köçürülməsi onların iştirakları ilə təmin edilərək bu barədə xx.xx.2023cü il tarixdə akt tərtib edilmişdir. Həmin aktın 1 surəti də onlara təqdim edilmişdir. Bundan başqa Şirvan Apellyasiya Məhkəməsi Kürdəmir rayon Topalhəsənli kənd icra nümayəndəliyinə sorğu göndərmiş, sorğunu cavablandırmaq məqsədi ilə yerində araşdırılma aparılaraq sorğuya xx.xx.2021-ci il tarixdə 80 saylı arayış yazılaraq cavab verilmişdir. Topalhəsənli kənd icra nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 80 saylı arayışda ünvan 6 ünvanında yaşayan X10 2015-ci ildən 2019-cu ilin aprel ayına qədər Kürdəmir rayonunun Topalhəsənli kənd İcra Nümayəndəliyinin Qaraqocalı kəndində ailəsi ilə birgə yaşadığı, nümayəndəliyin 07 nömrəli təsərrüfat başına kitabının 79 səhifəsində qeydiyyatda olduqları göstərilmişdir. Cavabdeh nümayəndəliyin 07 nömrəli təsərrüfat başına kitabının 79-cu səhifəsində qeydiyyatda olaraq hal-hazırda Qaraqocalı kəndində faktiki olaraq məhkəmə qətnaməsinə əsasən Şahsənəm Qurbanova və azyaşlı uşaqları köçürülən evdə yaşayır. Cavabdeh hal-hazırda Kürdəmir rayonunun Topalhəsənli kənd İnzibati Ərazi Dairəsi üzrə Qaraqocalı kənd icra nümayəndəliyinin 07 nömrəli təsərrüfat başına kitabının 79 səhifəsində göstərildiyi ünvanda qeydiyyatdadır, lakin o evdə yaşamır. ünvan 7airəsi üzrə Qaraqocalı kənd icra nümayəndəliyin 07 nömrəli təsərrüfat başına kitabının 79-cu səhifəsində təsərrüfat başçısı kimi Şahid3 adı qeyd edilmişdir. ünvan 7airəsi üzrə Qaraqocalı kəndinə dair təsərüffat başına kitabında X15 və X9 adlarına torpaq sahəsi və fərdi yaşayış evinin olması barədə məlumat yoxdur. İş materiallarında olan Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Nümayəndə xx.xx.2025-ci il tarixli VK-1661/25 saylı sorğusuna cavab olaraq X54 Qaz İstismarı İdarəsinin xx.xx.2025-ci il tarixli 14-2-2-12/2-353/2025 saylı cavabından görünür ki, Kürdəmir Rayonu Qaraqocalı kənd sakini Cavabdeh Ağsu RQİİ-nin Kürdəmir Xidməti Sahəsində xx.xx.2017-ci il tarixdə abonent hesabı ilə qeydiyyata alınmışdır. İş materiallarında olan 69 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2024-cü il tarixli 323 saylı arayışından görünür ki, X18 uşaqları X11, X28, X27 ilə birlikdə Bakı şəhəri Sabunçu Rayonu Sabunçu qəsəbəsi X7 ev 15 mənzil 45 ünvanında müvəqqəti olaraq xx.xx.2023-cü il tarixdən xx.xx.2028-ci il tarixədək qeydiyyatdadır və orada yaşayırlar. İş materiallarında olan Topalhəsənli X1 verdiyi xx.xx.2025-ci il tarixli 02 saylı arayışından görünür ki, onun yoldaşı Ağsu vətəndaşı X15 2014-cü ilin maya ayının 20-də həyətyanı torpaq almaq üçün Topalhəsənli bələdiyyəsinə ərizə ilə müraciət etmişdir. Kürdəmir Rayon Qaraqocalı kənd sakini X47 həyətyanı torpaq sahəsi 0.08 ha amma Dəmirov İmran bələdiyyənin 0.14 ha həyətyanı torpaq sahəsini zəbt etmişdir. Zəbt olunmuş torpaq sahəsindən 0.06 ha Qurbanov Səbahəddin göstərildi. Qurbanov Səbahəddin 0.06 ha həyətyanı torpaq sahəsində ev tikmişdir. xx.xx.2023-cü ildə Qurbanov Səbahəddinin yoldaşı X16 0.06 ha həyətyanı torpaq sahəsinin sənədləşməsi üçün Topalhəsənli Bələdiyyəsinə ərizə ilə müraciət etmişdir. X2 hazırlanıb Ucar Rayon 16 saylı İdarəsinə göndərildi. 0.06 ha kordinatları vuruldu. Amma rəy verilmədi ona görə ki, 1998-ci ildə islahat dövründə Topalhəsənli kənd sakini Fətəliyev Vəkil Bəkir oğluna verilmiş 0.11 ha şəhadətnamə ilə üst-üstə düşdüyünə görə sənədləşdirmə saxlanıldı. İş materiallarında olan Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Nümayəndə xx.xx.2025-ci il tarixli VK-1661/25 saylı sorğusuna cavab olaraq Ağsu rayon icra Hakimiyyati Başçısını Ağsu şəhər İnzibati Ərazi Dairə üzrə nümayəndəsinin xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, X15 və həyat yoldaşı X6 şəhəri Səməndər Rzayev küçəsi 1/9 saylı evdə qeydiyyatda olmaqla göstərilən ünvanda 1991-ci il tarixdən yaşayırlar. Məhkəmə cavabdeh tərəfin etirazının əsasları kimi verilmiş vəsatət əsasında dindirilmiş şahidlərin ifadələrinə qiymət verərək bildirir ki, şahidlər X14, X35, X55 və X36 ifadələrində cavabdehlə yaxın, qohum olduqlarını bildirərək mübahisəli evin yerləşdiyi torpaq sahəsinin və onun üzərində yerləşən evin cavabdehin atasına məxsus olmasını bildirsələr də bunu əsaslandıra bilməmiş, inandırıcı olmayan, əvvəlcədən hazırlanmış, iddianın rədd edilməsinə yönəlmiş formal ifadələr vermişlər. İş üzrə dindirilmiş digər şahidlər Şahid1, Şahid2 və Şahid8 isə ifadələrində Cavabdeh ev tikdiyi torpaq sahəsini onların satdığını, həmin torpaq sahəsinin Rəfail və Şahsənəmə satılarkən heç biri Səbahəddin adlı şəxslə razılaşmadığını, onu tanımadığını, həmin torpaq sahəsinin Rəfail və Şahsənəmə 6 000 manata satıldığını bildirmişlər. İşin hallarından və şahidlərin ifadələrindən mübahisəli evin yerləşdiyi torpaq sahəsinin Şahsənəm və Rəfailə rəsmi alqı-satqı müqaviləsi bağlanmasa da ev tikintisi üçün satıldığı, həmin torpaq sahəsində ər-arvadın birgə yaşayışı üçün yaşayış evinin tikintisi təsdiq olunur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 36.9-cu maddəsində nəzərdə tutulur ki, nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair 29 iyul 2019-cu il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 8.2-ci maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 36.9-cu maddəsində müəyyən edilmiş 3 illik iddia müddətinin axımı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, ər-arvadın hər birinin ümumi əmlaka olan mülkiyyət hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanır. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qanunverici iddia müddətinin axımının başlamasını subyektiv hüququn pozulması ilə əlaqələndirdiyindən, ər-arvadın nikah dövründə əldə etdikləri ümumi əmlakdakı paylarının bölünməsi tələbinə dair iddia müddətinin axımı nikah pozulduğu andan deyil, tərəfin həmin əmlakla bağlı hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanmalıdır. Bu Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən hüquqi mövqeyi odur ki, məhkəmələr ər-arvadın ümumi əmlakdakı paylarının bölünməsi tələbinə dair iddialara baxarkən müvafiq tərəfin ümumi əmlakla bağlı hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu günü müəyyən etmək üçün işin konkret hallarını ətraflı araşdıraraq müvafiq nəticəyə gəlməlidir. Məsələyə başqa cür yanaşma, yəni, nikah dövründə ər-arvadın əldə etdiyi ümumi əmlakdakı paylarının bölünməsi tələbinə dair iddia müddətinin axımının nikah pozulduğu andan hesablanması ər-arvadın ümumi əmlakla bağlı mülkiyyət hüquqlarının realizə imkanlarının qeyri-mütənasib və qanunvericiliyin mahiyyətinə zidd məhdudlaşdırılmasına səbəb ola bilərdi. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 4 aprel tarixli Qərarında göstərmişdir ki, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda hüquq və azadlıqların, o cümlədən mülkiyyət hüququnun ümumi məhdudiyyətlərinin hüdudları müəyyən olunmuşdur. Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, qoyulan məhdudiyyətlər həmin hüququn mahiyyətini dəyişməməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Qeyd olunan normanın məzmunundan görünür ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Konstitusiya Məhkəməsinin Plenumu Konstitusiyanın 17 və 34-cü maddələrində, eləcə də Ailə Məcəlləsində öz əksini tapmış prinsiplərdən çıxış edərək əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqeyini təkrarlayaraq bir daha qeyd etmişdir ki, Konstitusiyanın 17-ci maddəsinin İ hissəsinə müvafiq olaraq, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Konstitusiyanın 34-cü maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququ vardır. Nikah könüllü razılıq əsasında bağlanılır. Ailə Məcəlləsinin 2.3-cü maddəsinə əsasən, nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır. Həmin Məcəllənin 1.4-cü maddəsində təsbit olunmuş digər mühüm prinsipə əsasən, Azərbaycan Respublikasında nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir və yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır. Beləliklə, qanunvericiliyin imperativ göstərişinə görə, ailə münasibətlərinə könüllü və iradə sərbəstliyi əsasında daxil olan qadın və kişinin nikahı yalnız dövlətin müəyyən etdiyi qaydada rəsmiləşdirildikdən sonra tanınır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.4-cü maddəsinin şərh edilməsinə dair” 2010-cu il 2 noyabr tarixli Qərarı). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Həmin Məcəllənin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Qeyd edilən Məcəllənin 380.2-ci maddəsinə əsasən fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Beləliklə məhkəmə müəyyən etdi ki, iddiaçı X18 ilə Cavabdeh nikahları xx.xx.2019-cu il tarixdə pozulsa da iddiaçı X18 himayəsində olan övladları ilə birlikdə Cavabdeh məxsus, Kürdəmir rayonu Qaraqocalı kəndində yerləşən 0.12 ha torpaq sahəsində inşa edilmiş, şəxsi və ev əşyaları olan 2 mərtəbəli fərdi yaşayış evinə köçürülməsi ilə bağlı iddia qaldırmışdır. Evə köçürülmə barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri vardır. İddiaçı xx.xx.2023-cü il tarixdə icra sənədinə əsasən həmin evə köçürülmüşdür. Həmin gün cavabdeh və ailəsi tərəfindən məcburi olaraq evdən çıxarılmışlar. İddiaçının hüquqları həmin gün pozulmuşdur. İddia isə xx.xx.2023-cü il tarixdə qaldırılmışdır. Hüquqlarının pozulduğunu bildiyi gündən 3 il müddət keçməmişdir. Həmçinin iddia qaldırdığı üçün iddia müddətinin axımı da kəsilmiş, iddia müddətinin axımının davam etdiyi Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(106)-1761/2022 saylı qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan da 3 il müddət keçməmişdir. Buna görə də cavabdehin nümayəndəsi Vəkil2 iddia müddətinin keçməsinin tətbiq edilməsi barədə ərizəsi qəbul edilməyərək, iddia müddəti tətbiq edilməməli, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra bu Məcəllənin maddələrinə istinad ediləcək) 31.1-ci maddəsinə görə ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir. (Maddə 31.2) Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. (Maddə 32.1. ) Ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.1. Onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.) ; 32.2.2. Ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. (Maddə 32.3.) Nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər. (Maddə 35) Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir və mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Ər-arvaddan birinə, dəyəri ona çatası payın dəyərini aşan əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə pul və ya başqa kompensasiya verilə bilər. (Maddə 36) Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. (Maddə 37.1.) Beləliklə, mülki işdə olan sübutlarla təsdiq edilir ki, tərəflər arasında nikah xx.xx.2007-ci il tarixdə bağlanmış, Ağsu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(016)-4212019 saylı qətnaməsi ilə nikah pozulmuşdur. Birgə nikah dövründə Kürdəmir rayonu Qaraqocalı kəndində yerləşən 0.12 ha torpaq sahəsini 6 000 manata Şahid1 alınmışdır. Həmin torpaq sahəsində 2 (iki) mərtəbəli fərdi yaşayış evi inşa edilmişdir. Həmin evdə tərəflər ailə münasibətləri pozulana qədər birlikdə yaşamışlar. Mülki iş üzrə keçirilmiş ekspertiza nəticəsində daxil olmuş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-10/Ş2103, 9/2087 nömrəli, “16” sentyabr 2024-cü il tarixli ekspert rəyinə əsasən Kürdəmir rayonunun Qaraqocalı kəndində yerləşən fərdi yaşayış evinin tikintisinə və təmirinə çəkilən xərcin ümumi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 51366.0 manat məbləğində müəyyən olunmuşdur. İddia tələbi üzrə iddiaçı həmin torpaq sahəsinin və fərdi yaşayış evinin bazar dəyərində paylarının müəyyən edilməsini xahiş etmişdir. İddia tələbi üzrə cavabdeh əmlakın dəyəri qismində ödənilən pul vəsaitinin onun atası tərəfindən ödənildiyini, mənzilin özbaşına tikili olduğunu bildirmişdir. Lakin Cavabdeh mənzilin tikintisinə çəkilmiş xərcdə atası tərəfindən maddi vəsaitin verilməsini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Beləliklə, iddia tələbinin hüquqi əsasını Ailə Məcəlləsinin 32.2.1, 36.3 və 36.4-cü maddələri təşkil edir. Nəzərə alınmalıdır ki, nikah müddətində əldə olunmuş əmlakın (tikilmiş evin) hüquqi rejimi baxımından bu əmlakın birgəliyi prezumpsiyası qəbul olunur. Bununla razılaşmayan tərəf həmin prezumpsiyanın əksini sübut etməlidir. Hazırki işdə də mübahisə predmeti olan evin tərəflərin birgə nikah müddətində inşa edilməsi işin mübahisələndirilməyən halıdır və buna görə həmin evin tərəflərin birgə vəsaiti hesabına inşa edilməsi qəbul edilir. Cavabdeh evin atasının verdiyi vəsait hesabına əldə edildiyini bildirməsinə baxmayaraq, bununla bağlı heç bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Cavabdeh tərəfindən mübahisəli evin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaması ilə bağlı dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 139.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 mart 2024-cü il tarixli 1/2024 №-li Plenum Qərarının 4.11-ci bəndində qeyd edilmişdir ki, Mülki Məcəllənin 180.2ci maddəsinə müvafiq olaraq, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmədiyi üçün həmin tikili müstəqil daşınmaz əşya kimi ər-arvad arasında bölgünün predmeti ola bilməz. Bununla yanaşı, ər-arvadın ümumi əmlakının bölünməsi barədə mübahisə həll edilənə qədər özbaşına tikinti sökülməyibsə, o, fiziki obyekt olaraq özündə ər-arvadın əməyinin və xərclərinin nəticəsini ifadə edən maddi dəyərdir. Odur ki, mübahisə olduğu halda, məhkəmə obyektiv səbəblərdən özbaşına tikintinin faydalı xassələrindən istifadə etmək imkanlarından məhrum olan ərin (arvadın) iddiası əsasında onların ümumi əmlakı hesabına inşa edilməsinə və ya faktiki əldə olunmasına sərf olunmuş ümumi vəsaitin əmlakdakı payına mütənasib olan hissəsini arvaddan (ərdən) tutmaqda haqlıdır. Həmin qərarın 5.3-cü bəndinə əsasən məhkəmə təcrübəsində tez-tez rast gəlinən mübahisəli əşya alınan ərəfədə ərin (arvadın) yaxın qohumunun özünə məxsus olan əmlakı satması faktı özü-özlüyündə nikah dövründə əldə olunmuş əmlaka dair ər-arvadın mülkiyyət prezupmsiyasını aradan qaldıran fakt kimi qəbul edilə bilməz. Başqa sözlə, qohumun öz əmlakını satması, ərin (arvadın) əmlak alması və bu əməliyyatların tarix etibarilə bir-birinə yaxın olması faktları hüquqi baxımdan həmin qənaətə gəlmək üçün yetərli deyil. Bunun üçün işdəki mötəbər və kifayətedici sübutlarla mübahisə predmeti olan əmlakın ərin (arvadın) şəxsi vəsaiti (ona edilmiş hədiyyə) hesabına əldə olunduğuna dair birmənalı nəticəyə gəlinməlidir. Bu zaman məhkəmə öz qənaətini iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə dair mötəbər sübutlara istinad etməklə əsaslandırmalıdır. Beləliklə, Ali Məhkəmənin mövqeyinə görə özbaşına tikinti sökülməyibsə, o, fiziki obyekt olaraq özündə ər-arvadın əməyinin və xərclərinin nəticəsini ifadə edən maddi dəyərdir və ər-arvadın ümumi əmlakı hesabına inşa edilməsinə və ya mübahisə olduğu halda, məhkəmə obyektiv səbəblərdən özbaşına tikintinin faydalı xassələrindən istifadə etmək imkanlarından məhrum olan ərin (arvadın) iddiası əsasında onların ümumi əmlakı hesabına inşa edilməsinə və ya faktiki əldə olunmasına sərf olunmuş ümumi vəsaitin əmlakdakı payına mütənasib olan hissəsini arvaddan (ərdən) tutmaqda haqlıdır. Məhkəmə belə qənaətə gəlir ki, iddiaçının dəyərində payının müəyyən olunmasını tələb etdiyi ev üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmadığı, həmçinin evin inşa edilməsinə müvafiq icazələr alınmadığı müəyyən edilsə də, bu hal həmin evin dəyərində ər-arvadın payının müəyyən edilməsi barədə iddia verilməsini istisna etmir. Həmçinin məhkəmə hesab edir ki, nəzərə alaraq ki, evin inşasına sərf edilmiş pul vəsaitinin nikah müddətində əldə edilmiş vəsait kimi tərəflərin arasında bölünməsi mümkündür və qanuna zidd deyil və hazırki işdə evin inşasına sərf edilmiş pul vəsaiti ilə evin real bazar dəyəri arasında əhəmiyyətli fərqin mövcudluğu işdə olan sübutlarla təsdiq edilmişdir, həmin evin bazar dəyərində deyil, yalnız evin tikintisinə və təmirinə sərf edilmiş pul vəsaitində payın müəyyən edilməsi ona səbəb olacaq ki, ər-arvadın ümumi vəsaitinin maddiləşmiş nəticəsi cavabdehdə qalacaq, və nəzərə alaraq ki, Azərbaycan Respublikasında özbaşına tikililərin qeyri-rəsmi qaydada satılması mümkün olmaqla, təcrübədə tez-tez rast gəlinən haldır cavabdeh həmin evin satılmasından əldə edilmiş pul vəsaitlərinə malik olduğu halda ailə qanunvericiliyinin təməl prinsiplərindən biri olan bərabərlik prinsipinin pozulması baş verə bilər. Məhkəmə bu qənaətə gələrkən nəzərə alır ki, yuxarıda qeyd edilmiş Ali Məhkəmənin mövqeyinə görə məhkəmə özbaşına tikilinin torpaq sahəsi ilə birlikdə faktiki əldə olunmasına sərf olunmuş ümumi vəsaitin əmlakdakı payına mütənasib olan hissəsini arvaddan (ərdən) tutmaqda haqlıdırsa, əmlak bölgüsü tələbi üzrə işə baxarkən mübahisənin predmeti olan özbaşına tikilinin faktiki bazar dəyərində də ər-arvadın payının müəyyən edilməsi ədalətli olmaqla yanaşı, ər-arvadın mənafeyinə daha uyğundur. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Kürdəmir rayonunun Qaraqocalı kəndində yerləşən fərdi yaşayış evinin inşa edildiyi 0.12 ha torpaq sahəsinin alınması üçün ödənilmiş 6 000 manat pulun ½ hissəsi, yəni 3 000 manat və həmin 0.12 ha torpaq sahəsində tikilmiş fərdi yaşayış evinin tikintisi üçün xərclənmiş 51.366.0 manat məbləğində pulun ½ hissəsi, yəni 25.683 manat, cəmi 28.683 (iyirmi səkkiz min altı yüz səksən üç) manat pul vəsaiti, 300 (üç yüz) manat vəkil xidməti üçün ödənilmiş xərc və 150 (yüz əlli) manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq iddiaçı X13 verilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda sadalananlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 357-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Kürdəmir rayonunun Qaraqocalı kəndində yerləşən fərdi yaşayış evinin inşa edildiyi 0.12 ha torpaq sahəsinin alınması üçün ödənilmiş 6 000 manat pulun ½ hissəsi, yəni 3 000 manat və həmin 0.12 ha torpaq sahəsində tikilmiş fərdi yaşayış evinin tikintisi üçün xərclənmiş 51.366.0 manat məbləğində pulun ½ hissəsi, yəni 25.683 manat, cəmi 28.683 (iyirmi səkkiz min altı yüz səksən üç) manat pul vəsaiti, 300 (üç yüz) manat vəkil xidməti üçün ödənilmiş xərc və 150 (yüz əlli) manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq iddiaçı Gurbanova Shaksanam (Qurbanova Şahsənəm) Bayram qızına verilsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Kürdəmmir Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar