Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № e-2(041)-2519/2024 18.12.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X3, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı inzibati xətalara görə ödənilmiş pulun geri tələb olunması haqqında kiçik mübahisələrə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı (bundan sonra İddiaçı MMC) kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət edərək, ödənilmiş inzibati xəta haqqında protokollara görə Cavabdeh1 429 manat, Cavabdeh2 217 manat və ödənilmiş 30.40 manat dövlət rüsumunun isə cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.1. ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. - 284-5.2. cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3. ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1. işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə İddiaçıMMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc tələbinə dair” kiçik mübahisələr üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də, mülki-prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) gün iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehlərə göndərilmişdir. Məhkəmə kiçik mübahisələr üzrə iddia ərizəsini, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, ərizənin məzmunu və iş materialları ilə müəyyən olunur ki, İddiaçı MMC ilə lizinq alan Cavabdeh1 arasında bağlanmış müqavilə əsasən “Khazar SD” markalı, **-PG- *** dövlət qeydiyyat nişanlı avtomobil onun müvəqqəti istifadə və sahibliyinə verilmişdir. “Daxili lizinq müqaviləsi” və “Ödəniş cədvəli”nin şərtlərinə lizinq alan tərəfindən əməl edilmədiyi üçün İddiaçı MMC iddia ərizəsi ilə Kürdəmir rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin 18 oktyabr 2023-cü il tarixli 2(041)-1319/2023 saylı qətnaməsi ilə İddiaçı MMC-nin iddası təmin edilərək cavabdehdən ümumilikdə 1233.19 manat məbləğində borcun tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. Lizinq obyekti olan “Khazar SD” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobil cavabdehlərin müvəqqəti istifadəsində olduğu müddət ərzində inzibati xəta ilə əlaqədar sürücülər Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən inzibati qaydada cərimələnmişdir. Bu faktı hökumət ödəniş portaldan alınmış çıxarış təsdiq edir. Həmin cərimələr aşağıdakılardan ibarətdir: Cavabdeh1; 1. EQ17917947 saylı protokola görə 429 manat. Cavabdeh2.; 1. EQ13364858 saylı protokola görə 9 manat; 2. EQ13364857 saylı protokola görə 90 manat; 3. EQ13364859 saylı protokola görə 54 manat; 4. İXP5089063 saylı protokola görə 64 manat. Şirkət tərəfindən yuxarıda qeyd edilən cərimələrə görə ümumilikdə 646 manat məbləğində ödəniş edilmişdir. İddiaçı tərəfindən yaranmış borcun ödənilməsi barədə cavabdehlərə xəbərdarlıq məktubu-bildiriş göndərilmişdir. İş materiallarına əlavə edilmiş; - İddiaçı MMC-nin xx.xx.2022-ci il tarixli təhvil-təslim aktı-nın əlavəsi əsasında Cavabdeh1 X1 istifadəsinə verilmiş saz vəziyyətdə olan və İddiaçı MMC-nin mülkiyyətində olan KHAZAR SD markalı, 77PG327 dövlət qeydiyyat nişanlı avtomobili təhvil almışdır. - Azərbaycan Respublikası DİN BDYPİ-nin inzibati tənbeh haqqında elektron qərarlarına əsasən Cavabdeh1 EQ17917947 saylı protokol üzrə 429 manat, Cavabdeh2 EQ13364858 saylı protokol üzrə 9 manat, EQ13364857 saylı protokol üzrə 90 manat, EQ13364859 saylı protokol üzrə 54 manat, İXP5089063 saylı protokol üzrə 64 manat inzibati qaydada cərimə edilmişdir. - "xxxx" ASC-nin İddiaçı MMC-nin hesab üzrə çıxarışından məlum olur ki, inzibati xəta haqqında protokollar üzrə Cavabdeh1 yazılmış 429 manat, Cavabdeh2 yazılmış 217 manat cərimə İddiaçı MMC tərəfindən ödənilmişdir. - İddiaçı MMC-nin Cavabdeh1 və Cavabdeh2 ünvanladığı xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktublarında onların İddiaçı MMC-yə yaranmış borclarının dərhal ödənilməsi tələb edilmiş, əks təqdirdə borcun məhkəmə qaydasında tələb ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən “zərərin əvəzinin ödənilməsini tələb etmək hüquqna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın”. Həmin məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir)”. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən “Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İşdə olan sənədlərdən məlum olur ki, cərimə cəzaları “Khazar SD” markalı, **-PG- *** dövlət qeydiyyat nişanlı avtomobil üzrə yazılmış, həmin avtomobil İddiaçıMMC-yə məxsus olsa da, daxili lizinq müqaviləsinə əsasən cavabdehlərin sahibliyinə və istifadəsinə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən. ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Hazırki iş üzrə də, Azərbaycan Respublikası DİN BDYPİ-nin inzibati tənbeh haqqında elektron qərarlarına əsasən Cavabdeh1 EQ17917947 saylı protokol üzrə 429 manat, Cavabdeh2 EQ13364858 saylı protokol üzrə 9 manat, EQ13364857 saylı protokol üzrə 90 manat, EQ13364859 saylı protokol üzrə 54 manat, İXP5089063 saylı protokol üzrə 64 manat inzibati qaydada cərimə edilmiş və cərimələr İddiaçı MMC tərəfindən ödənilmişdir. Məhkəmə hesab edir ki, İddiaçı MMC ödədiyi cərimələri yol hərəkəti qaydalarını pozan cavabdehlərdən tələb etməkdə haqlıdır. Beləliklə məhkəmə, iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh1 429 manat, Cavabdeh2 217 manat manat borc tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməlidir. İş materiallarından görünür ki, iddiaçı 30.40 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyinə görə ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-1-284-6-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh1 429 ( dörd yüz iyirmi doqquz) manat, Cavabdeh2 217 (iki yüz on yeddi) manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Ödənilmiş 30.40 (otuz manat 40 qəpik) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. Bu qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM X.X.İMANOV
Məhkəmə qərarları › İş №e-2(041)-2519/2024
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(041)-2519/2024
18.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver