Məhkəmə qərarları › İş №e-2(041)-387/2024

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(041)-387/2024

02.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № e-2(041)-387/2024 02.05.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X6 Xalıq oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi İddiaçının nümayəndəsi və vəkili Nümayəndə Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 40000 manat pulu və 210 manat ödənilmiş dövlət rüsumunun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər bir il əvvəl Kürdəmir şəhərində yerləşən Kral marketdə işləyib. Həmin vaxtlar Cavabdeh onu aldatmış və onun etibarından siu istifadə edərək 47000 manat pulunu ələ keçirmişdir. Həmin pulu müxtəlif bəhanələr gətirərək geri qaytarmaqdan boyun qaçırır. Məhz buna görə iddiaçı məcbur qalıb Kürdəmir RPŞ-nə müraciət etmiş, xx.xx.2023-cü il tarixli HK-1-1986 nömrəli material üzrə müvafiq araşdırma aparılmış və sonda cinayət işinin başlanmasının rədd edilmiş, mübahisə mülki xarakterli olduğuna görə məhkəmədə iddia qaldırmaq hüququnun olması ona izah edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək izahatında bildirdi ki, İddiaçı ilə Cavabdeh 10 il bundan əvvəl Kürdəmir şəhərində yerləşən Kral marketdə işləyərkən tanış olmuşlar. Təxminən bir il bundan əvvəl Emil iddiaçıya Bakı şəhərində yaxın tanışlarının olmasını və onların vasitəsilə oğlunu gömrük xidmətinə işə düzldə biləcəyini bildirmiş və onlar razılığa gələndən sonra iddiaçı 3 ay ərzində cavabdehə 47000 manat pul vermiş, lakin uzun müddət keçməsinə baxmayaraq nə iddiaçının oğlu işə düzəlmiş, nə də ki, cavabdeh bu məqsədlə aidığı pulu geri qaytarmışdır. Dəfələrlə pulu geri istəsə də, cavabdeh aldığı pulu iddiaçıya qaytarmamışdır. Bundan sonra iddiaçı şikayət ərizəsi ilə Kürdəmir RPŞ-nə müraciət etmiş və araşdırma zamanı hər ikisinin izahatı alınmışdır. Cavabdeh polisdə verdiyi izahatında Farizdən müxtəlif vaxtlarda 40000 manat borc pul aldığını etiraf etmişdir. Odur ki, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddianı qəbul etməyərək izahatında göstərdi ki, cavabdeh onun oğludur. Hazırda Qarabağ bölgəsində daimi işlə təmin edildiyindən məhkəməyə gələ bilmədiyi üçün etibarnamə üzrə onu təmsil edir. Oğlu Emilin İddiaçıla təxminən 5-6 il bundan əvvəl tanış olmaları və Emilin Farizdən sələmə pul götürməsi və faizləri ilə birlikdə qaytarması haqqında məlumatı vardır. Emil cavabdehdən müxtəlif vaxtlarda 100-150 manat pul götürmüş, həmin pulu da faizi ilə bərabər geri qaytarmışdır. Faizə götürdüyü və qaytardığı pulların hesabını aparmadıqları üçün dəqiq məbləği bilmir. Amma bir dəfəyə böyük məbləğ pul götürülməmişdir. Emilin Rarizin oğlunu gömrük xidmətinə işə düzəldəcəyi və bununla bağlı onun Farizdən pul alması tam yalandır. Əvvələn, Emilin bu işi görən vəzifədə işləyən qohumu və tanışı yoxdur. Digər tərəfdən, Emilin nəyə qadir olmasını Fariz çox yaxşı bilir. Deyilən imkanı olan şəxsin ondan faizlə borc götürməsi və belə bir adama 47000 manat pul verilməsi inandırıcı görünmür. İddiaçının şikayəti əsasında Kürdəmir RPŞ-də araşdırma aparılmış, həmin vaxt oğlu iddiaçıdan pul almadığını, ona borcunun olmadığını qeyd etmişdir. Oğlunun iddiaçıdan pul almasını təsdiq edən hər hansı bir sübut yoxdur. Cavabdehin nümayəndəsi sonda iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmənin sorğusuna əsasən Kürdəmir RPŞ-dən götürülmüş və iş materiallarına əlavə edilmiş, HK-1-1986 nömrəli materialdan görünür ki, Kürdəmir rayon Böyük Kəngərli kəndində yaşayan İddiaçı xx.xx.2023-cü il tarixdə Kürdəmir rayon PŞ-nə ərizə ilə müraciət edərək, Kürdəmir rayonu Qağacılı kəndində yaşayan Cavabdeh bir il əvvəl işə düzəltmək adı ilə onu aldadaraq 47000 manat pulunu dələduzluq yolu ilə ələ keçirdiyini göstərməklə onun cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. Araşdırma zamanı İddiaçı verdiyi izahatında Cavabdeh ilə 10 il bundan əvvəl Kürdəmir şəhərində yerləşən Kral marketdə işləyərkən tanış olduqlarını, təxminən bir il əvvəl Emilin ona Bakı şəhərində yaxın tanışının olmasını və onun vasitəsilə oğlunu gömrük xidmətinə işə düzldə biləcəyini bildirmiş, Eminə inandığı üçün 3 ay ərzində ona 47000 manat pul verdiyini, Emil onu aldadaraq verdiyi vədə əməl etmədiyini və həmin pulu qaytarmadığını bildirmişdir. Cavabdeh izahatında İddiaçı ilə 10 il əvvəl Kral marketdə işləyərkən tanış olduqlarını, münasibətlərinin çox yaxşı olduğunu, marketdə işlədiyi vaxtlarda Farizdən mütəmadi olaraq 20 faizlə borc götürdüyünü, aldığı borcları faizi ilə birlikdə Farizin özünə qaytardığını, ona borcu olmadığını, Farizin oğlunu işə düzəltmək adı ilə ondan pul almadığını bildirmişdir. Kürdəmir rayon PŞ TB-nin təhqiqatçısı polis mayoru X3 tərəfindən aparılmış araşdırmanın nəticəsi olaraq, xx.xx.2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarı ilə toplanmış material üzrə cinayət işi başlanması rədd edilmiş. Cavabdeh ilə İddiaçı arasında olan borc pulla bağlı mübahisələri mülki iddia xarakterli olduğundan mülki qaydada məhkəməyə müraciət etmək hüquqları İddiaçı izah edilmişdir. Həmin qərardan şikayət edilməmişdir. İddia ərizəsindən və tərəflərin izahatlarından məlum olur ki, iddiaçının cavabdehdən tələb etdiyi 47000 manat Cavabdeh oğlunu işə düzəltmək adı ilə onu aldadaraq dələduzluq yolu ilə ələ keçirdiyi puldur. Cavabdehin həqiqətən dələduzluq yolu ilə həmin pulu ələ keçirməsini təsdiq edən heç bir sübut ərizəyə əlavə edilməmiş və məhkəməyə təqdim edilməmişdir. İddia ərizəsinə sübut kimi əlavə edilmiş xx.xx.2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarda isə toplanmış material üzrə cinayət işi başlanması rədd edilmiş, aralarında olan borc pulla bağlı mübahisələri mülki iddia xarakterli olduğundan mülki qaydada məhkəməyə müraciət etmək hüquqları İddiaçı izah edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə görə dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə cinayət əməlidir və bu əməli törədən şəxslər mülki yox, cinayət məsuliyyəti daşıyırlar. Cavabdeh dələduzluq cinayət əməlini törətməsini təsdiq edən sübut (məhkəmə hökmü, qərar və sair) olmadığı halda, bu əsasla ona qarşı iddia qaldırmaq Azərbaycan Respublikası Konstitusiyasının təqsirsizlik prezumpsiyası adlanan 63-cü maddəsinin tələblərinə zidd hesab olunur. Azərbaycan Respublikası Konstitusiyasının həmin maddəsinə görə: İ. Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. İİ. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. İİİ. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. İV. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. V. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Hazırki işdə isə Cavabdeh işə düzəltmək adı ilə onu aldadaraq 47000 manat pulunu dələduzluq yolu ilə ələ keçirdiyi barədə İddiaçı ərizəsi əsasında Kürdəmir rayon PŞ TB-nin təhqiqatçısı polis mayoru X3 tərəfindən aparılmış araşdırmanın nəticəsi olaraq, xx.xx.2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarı ilə toplanmış material üzrə cinayət işi başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin yuxarıda şərh edilən hallarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. İddia təmin edilmədiyinə görə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. SƏDRLİK EDƏN: X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar