Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № e-2(041)-52/2025 25.04.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi Əhmədova Aida Sədrəddin qızının katibliyi, iddiaçının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin (ləğv prosesindədir) Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti (ləğv prosesindədir) Cavabdeh qarşı «subroqasiya qaydasında pul» tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən faydalanan şəxsə ödənilmiş 72800 manat sığorta ödənişinin məbləği və ödənilmiş 308.80 manat dövlət rüsumu olmaqla, cəmi 73108.80 manat pulun cavabdeh Bəşirova (Cəfərova) Çinarə Əlqardaş qızından tutularaq şirkətə ödənilməsinə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Audi A8” minik markalı, **-PP-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü il tarixli, MMİ23001670 №-li “Avtonəqliyyat vasitələrinin könüllü sığortası” şəhadətnaməsinə əsasən Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində sığortalanmışdır. Cavabdeh Bəşirova (Cəfərova) Çinarə Əlqardaş qızı xx.xx.2023-cü il tarixində, saat 17:10 radələrində özünə məxsus “Ford Fusion” markalı, **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisində idarə edərkən sığortalanmış “Audi A8” minik markalı, **- PP-*** dövlət qeydiyyat nişanlı avtomobili vuraraq zədələmişdir. Bakı şəhər DYPİ-nin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışın”dan, Xəzər rayon DYPŞ-nin Polis X1 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli İXP5614872 saylı inzibati xəta haqqında protokolundan və xx.xx.2023-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, xx.xx.2023-ci il tarixində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş vermişdir. Yol-nəqliyyat hadisəsinin növü toqquşmadır. Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Fiziki şəxs X5 tərəfindən avtomobilə dəymiş zərər məbləği 57240 manat müəyyən olunmuşdur. Müvafiq qanunvericilik və sığorta qaydalarına əsasən avtomobilə dəymiş zərər məbləği avtomobilin bazar dəyərinin (sığorta məbləği) 75%-ni keçdiyi üçün tam məhv hesab olunmuşdur. Bu səbəbdən də sığorta məbləği-73100 manatdan 300 manat azadolma məbləği çıxılmaqla sığorta ödənişi 72800 manat məbləğində müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli, 19439/2023 nömrəli sığorta ödəniş aktına və xx.xx.2023-cü il tarixli, 68768 nömrəli ödəniş tapşırığına əsasən 72.800 manat sığorta ödənişi faydalanan şəxsin bank hesabına köçürülmüşdür. Məhkəmə iclasında iştirak edən iddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin (ləğv prosesindədir) nümayəndəsi X9 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir xəbər verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli 19439/2023 nömrəli Sığorta ödənişi ilə bağlı aktdan görünür ki, xx.xx.2023-cü il tarixdə Bakı şəhərində baş vermiş avtonəqliyyat hadisəsi zamanı sığortalanmış “Audi A8” minik markalı, **-PP-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün 72800 manat ödənilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 68768 nömrəli ödəniş tapşırığından görünür ki, AZ Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən “X12” MMC-nin hesabına 72800 manat ödənilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 182/2024 nömrəli X2 ünvanlanmış pretenziya məktubundan görünür ki, Bakı şəhər, Xəzər rayonu DYPŞ Polis X1 tərəfindən verilmiş xx.xx.2023-ci il tarixli, TP ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərara və "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə" arayışa əsasən cavabdehdən ödənilmiş sığorta ödənişinin ödənilməsi, əks təqdirdə həmin borcun tutulması üçün aidiyyatı üzrə məhkəməyə müraciət ediləcəyi barədə iddiaçı tərəfindən cavabdehə xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qüsur aktından görünür ki, “Audi A8” minik markalı, **-PP-*** dövlət qeydiyyat nişanlı avtomobilə 57240 manat müəyyən edilmişdir. İş materiallarında xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, "Ford Fusion" markalı **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X3 izahatında xx.xx.2023-cü il tarixdə təxminən saat 17:10 radələrində idarə etdiyi "Ford Fusion" markalı **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisində, Mərdəkan-Qala yolu istiqamətindən, "113" Ticarət Obyektləri istiqamətində gedən 28 May küçəsi ilə yolda hərəkət edib, yolun sağ kənarında fəaliyyət göstərən aptekin qarşısında avtomobili saxlayıb, aptekə gedib, geri qayıdıb avtomobilə əyləşərək, avtomobil ilə yolun sol tərəfində 2-ci dalana daxil olmaq üçün avtomobilin sola dönmə işıqlarını yandırıb, avtomobili hərəkətə gətirib saatda təxminən 10 km sürətlə sola dönmə maneviri edən zaman yolun əks istiqamətində yüksək sürətlə hərəkət edən "Audi A8" markalı avtomobilin qabaq tərəfi onun avtomobilinin qabaq tərəfinə çırpıldıqdan sonra zərbənin təsirindən "Audi A8" markalı avtomobil sürşüb dəmir işıq dirəyinə də çırpılaraq yol nəqliyyat hadisəsi baş verdiyini bildirmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 1/3219 nömrəli Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, X3 avtonəqliyyat qəzası zamanı ayıq olmuş, heç bir sərxoşluq halı aşkar edilməmişdir. İş materiallarında olan Bakı şəhər, Xəzər rayonu DYPŞ Polis X1 tərəfindən verilmiş xx.xx.2023-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X3 baş vermiş yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş, Azərbaycan Respublikası İXM-in 327.1 maddələsi ilə inzibati məsuliyyətə cəlb edilərək 40 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2(041)-1625/2024 və xx.xx.2025-ci il tarixli, e-2(041)-52/2025 nömrəli qərardadlarına əsasən mülki iş üzrə icraat dayandırılmış və məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi məhkəmə ekspertizasının keçirilməsindən imtina etmiş, imtina onunla əsaslandırılmışdır ki, tədqiqat obyekti olan “Audi A8” markalı **-PP-*** dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyyat hissələrinin satışına və qiymətinə dair 2023-cü ilin avqust ayına məlumat olmadığından qiymətləndirmə aparmaq mümkün olmamışdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları odur ki, "Audi A8” minik markalı, **-PP-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü il tarixli, MMİ23001670 №-li “Avtonəqliyyat vasitələrinin könüllü sığortası” şəhadətnaməsinə əsasən Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində sığortalanmışdır. Cavabdeh Bəşirova (Cəfərova) Çinarə Əlqardaş qızı xx.xx.2023-cü il tarixində, saat 17:10 radələrində özünə məxsus "Ford Fusion” markalı, **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisində idarə edərkən sığortalanmış "Audi A8” minik markalı, **-PP-*** dövlət qeydiyyat nişanlı avtomobili vuraraq zədələmişdir. Bakı şəhər DYPİ-nin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışın”dan, Xəzər rayon DYPŞ-nin Polis X1 tərəfindən verilmiş xx.xx.2023- cü il tarixli İXP5614872 saylı inzibati xəta haqqında protokolundan və xx.xx.2023-ci il tarixli, TP ******* nömrəli İnzibati tənbeh vermə haqqında Qərarından görünür ki, xx.xx.2023-ci il tarixində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş vermişdir. Yol-nəqliyyat hadisəsinin növü toqquşmadır. Cavabdeh Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Avtomobilə dəymiş zərər məbləği 57240 (əlli yeddi min iki yüz qırx) manat müəyyən olunmuşdur. Müvafiq qanunvericilik və sığorta qaydalarına əsasən avtomobilə dəymiş zərər məbləği avtomobilin bazar dəyərinin (sığorta məbləği) 75%-ni keçdiyi üçün tam məhv hesab olunmuşdur. Bu səbəbdən də sığorta məbləği- 73100 (yetmiş üç min yüz) manatdan 300 manat azadolma məbləği çıxılmaqla sığorta ödənişi 72800 (yetmiş iki min səkkiz yüz) manat məbləğində müəyyən edilmişdir. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli, 19439/2023 nömrəli sığorta ödəniş aktına və xx.xx.2023-cü il tarixli, 68768 nömrəli ödəniş tapşırığına əsasən 72.800 (yetmiş iki min səkkiz yüz) manat sığorta ödənişi faydalanan şəxsin bank hesabına köçürülmüşdür. Hazırda iddiaçı ödənilmiş 72800 manat sığorta haqqının subroqasiya qaydasında Cavabdeh tutulmasını xahiş edir. Məhkəmə hesab edir ki, cavabdeh baş vermiş yol-nəqliyyat hadisəsinə görə təqsirkar olduğundan “Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti"-nin ödənilmiş sığorta ödənişi məbləğində cavabdehdən subroqasiya hüququ qaydasında tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1114.1 -ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qeyd edir ki, iddia təmin edilməli, Cavabdeh 72800 manat sığorta ödənişinin məbləği və ödənilmiş dövlət rüsumunun əvəzi olan 308.80 manat məbləğində pul Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə (ləğv prosesindədir) xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 72800 (yetmiş iki min səkkiz yüz manat) manat sığorta ödənişinin məbləği və ödənilmiş dövlət rüsumunun əvəzi olan 308.80 (üç yüz səkkiz manat səksən qəpik) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin (ləğv prosesindədir) xeyrinə tutulsun. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. Sədrlik edən: Rahid Mehdiyev
Məhkəmə qərarları › İş №e-2(041)-52/2025
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(041)-52/2025
25.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver