Məhkəmə qərarları › İş №e-2(041)-548/2025

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(041)-548/2025

05.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № e-2(041)-548/2025 05.05.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X12 Sabir oğlunun sədrliyi, İsayev Orxan Mahir oğlunun katibliyi , İddiaçı, onun etibarnamə üzrə nümayəndəsi və vəkili, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvi, Bakı şəhəri 20 saylı Vəkil bürosunun vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmə iddia qaldıraraq, Cavabdeh 57000 manat əsas borcun, 259 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o,qohumları vasitəsi ilə tanıdığı Fazil Cəlilov onun ət məhsullarının müxtəlif obyektlərə,satış nöqtələrinə çatdırılması imkanının olduğunu bilmişdir. Fazil ona bildirdi ki, onun tanışı vardır və gündəlik 1 ton əh məhsulunu isthlak edə bilir. Bundan sonra Fazil ona zən g edərək görüşmək istədiyini bildirmiş, o, da etiraz etməmişdir. 2023-cü ilin yanvar ayının əvvəllərində Bakı şəhəri Nərimanov rayonunda yerləşən “Çənlibel” restoranına gedərək Fazilin gəlməsini gözləmiş, lakin Fazil gəlməmiş Cavabdeh adlı şəxs ona yaxınlaşmış və onu Fazilin göndrdiyini demişdir. O, kənara çəkilərək Fazilə zəng etmiş, lakin Fazil ona ət işindən başə şxmadığını, İlqarın ət işindən anlayışı olduğunu demişdir. Bundan sonra o, İlqarla söhbət etməyə başlamış və ətin göndərilməsi barədə danışılmış və 1 kq ət üçün 8 manat 50 qəpikdən razılaşmış,ətin pulunu həftə içi verdiyi ətin pulunun növbəti həftənin 1-ci günü verəcəyi barədə razılaşmışlar. Birinci dəfə o, 689 kq mal ətini xx.xx.2023-cü il tarixdə Bakı şəhəri,Nərimanov rayou Keşlı bazarı yaxınlığında İlqarın deyiyi avtomobilə yığaraq göndərmiş və həmin 689 kq ətə görə İlqar ona 5856 manat 50 qəpik verməli imiş. Bundan sonra 9 yanvar 2023-cü il tarixdə,Bakı şəhəri, Nərimanov rayonu Keşlı bazarı yaxınlığında avtomobil ilə 9894 manat dəyərində 1 ton,164 kq çəkidə sümüklü mal ətini İlqarın deiyi adamış avtomobilinə yığımış, xx.xx.2023-cü il tarixdə yenə Bakı şəhəri,Nərimanov rayonu Keşlə bazarı yaxınlığıda avtomobil ilə 966 kq çəkidə,8211 manat dəyərində sümüklü mal əti, 11 yanvar 2023-cü il tarixdə, Bakı şəhəri, Nərimanov rayonu Keşlə bazarı yaxınlığında avtomobilə 8500 manat dəyərində 1 ton çəkidə sümüklü mal əti vermiş, bundan başqa həmin güü 3850 manat dəyərində 1 kq 10 manataa olmaqla, 385 kq smüksüz mal ətini Bakı şəhəri, Nərimanov rayonu Keşlə bazarı yaxınlığında İlqarın deiyi avtomobilə yükləmiş, 15 yanvar 2023-cü il tarixdə 1876 kq sümüksüz mal ətini Bakı şəhəi, Nərimanov rayonu Keşlə bazarı yaxınlığında avtomobil ilə İlqarın deiyi avtomobilə yığmışdır. Ət verəndən sonra növbəti həftənin 1-ici günü 16 yanvar 2023-cü il tarixdə İlqara zəng etmiş və pulu təkləb etmiş, lakin İlqar 3 dəfə olmaqla, onun “Kapital Bank” a məxsus kartına hissə-hissə ümuilikdə 3000 manat pul göndərmişdir.Bundan sonra İlqar pulu qaytarmamaq üçün müxtəlif bəhanlər etmiş, oda İlqardan şikayət etməyə başlamışdır. İlqarın ona ümumilikdə 56000 manat borcu vardır. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı və onun vəkili iddia ərizəsində göstərilənlərlə eyni məzmunda izahat verib iddia tələbinin təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh sonuncu qeydiyyatda olan yer üzrə məlumat verilmiş, lakin o məhkəmə iclasında iştirak etməmiş, bu barədə məhkəməyə heç bir məlumat verməmiş, nümayəndəsini məhkəməyə göndərməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, özü Bərdə rayonundandır. İddiaçını tanıyır və onlar bir yerdə işləmişlər. Onun Bərdə rayonunda kəsim yeri vardır. İddiaçı ona zəng edərək ona ət göndərməsini demiş və o, da əti İddiaçı göndərmişdir. X6 adlı şəxsin aldatdığını eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, o, Bərdə rayonunda yaşayır. İddiaçı onun şərikidir. Onlar İxiyarla razılaşmış və İxtiyar onlara ət göndərmişdir. Sonradan İlqar adlı şəxs də gəlmiş ona ət lazım olduğunu bildirmişdir. Onlar ətin bir kiloqramını 8 manat 50 qəpiyə razılaşmışlar. X3 ət göndərmiş, Bəxtiyar da əti qarşılamış və İlqara vermişdir. İlqarla sonradan əlaqə kəsilmişdir. İlqarın Bəxtiyara 56000 manat borcu qalmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, iddiaçını tanıyır və həmkəndlisidir. Bəxtiyar onunla görüşərkən bildirdi ki, İlqar adlı şəxs var və o, ət alır. Bəxtiyarla İlqar onun yanında görüşmüşlər və İlqar ətə görə pul ödənişində heç bir problem olmayacağını demişdir. İlqarın Bəxtiyardan ət aldığını və pulunu vermədiyini, 56.000 manat borclu qaldığını bilir. Bu barədə danışıqlarda iştirak etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri və şahidləri dinləyib, iş materiallarında olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işdə olan Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin İstintaq Şöbəsinin xx.xx.2023-cü il tarixli “Cinayət işi üzrə icraata xitam verilməsi haqqında” qərardan görünür ki, Cavabdeh özgə əmlakını talama məqsədi ilə İddiaçı etibarından sui-istifadə edib, əvvəlcdən üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyəti olmadan sonuncuya ət məhsularını tədrük edəcəyi təqdirdə pulunu ödəyəcəyinə dair yalan vəd verib aldatmaqla Bakı şəhəri, Nərimanov rayonu Keşlə bazarı yaxınlığında vahid niyyətlə əhatə olunan qəsdlə 56000 manatlıq ət məhsulunu alıb ələ keçirməklə zərərçəkmişə külli miqdarda zərər vurmuş, fakta görə AR CM-nin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanmış, Cavabdeh əməlində cinayət tərkibi olmadığı, mülki mübahisə olması nəzərə alınaraq cinayət işi üzrə icraata xitam verilmişdir. Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin İstintaq Şöbəsinin xx.xx.2023-cü il tarixli “Cinayət işi üzrə icraata xitam verilməsi haqqında” qərardan görünür ki, ibtidai istintaq zamanı Cavabdeh istifadəsində olmuş ***-***-**-** saylı nömrənin telefon danşıqlarının götürülməsi qərarının icrası ilə bağlı "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 13305 saylı məktubla daxil olmuş SD diskə baxış zamanı Cavabdeh istifadəsində olan ***- ***-**-** saylı nömrəsi ilə iş üzrə zərər çəkmiş şəxs İddiaçı istifadəsində olan ***-***-**-** saylı nömrə ilə aralarında olan ət və ət məhsulları tədarükü ilə bağlı İddiaçı Cavabdeh pulunu tələb etməsinə dair SMS yazışma mətnlərinin aşkar olunmuş, həmin mətnlərin bir qisminin çap olunaraq cinayət işi materiallarına əlavə olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.1 və 598.2-ci maddələrinə əsasən, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə görə, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600-cü maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Qeyd olunan hüquq normalarının dispozitiv şərtlərinə görə, iddia tələbinin qanuni əsasının mövcudluğu üçün iddiaçı ilə cavabdeh arasında nisyə alğı-satqı müqaviləsi olmalı, iddiaçı cavbdehə ət məhsulu satmaq üzrə öhdəliyini icra etməli, cavabdeh isə məhsulu qəbul edib pulunu ödəməməlidir. Azərbaycan Respublikası MPM-in 77.1 -ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.1 -ci maddəsinə əsasən, tərəflərin tələbi və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspert rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş, iddiaçı tələbini əsaslandırmaq üçün şahidlər və digər sübutetmə vasuitələri təqdim etmişdir. Məhkəmə iclasında dindirilmiş şahidlər ifadələrində iddiaçı ilə cavabdeh arasında ət alğı- satqısına dair şifahi razılaşmanın olmasını, iddiaçı tərəfindən cavabdehə ət məhsullarının nisyə olaraq satıldığını, cavabdehin iddiaçıya 56.000 manat pul vəsaiti ödəniş etməli olduğunu və hazıradək həmin pulu ödəmədiyini bildirdilər. Eləcə də, məhkəməyə iddiaçı tərəfindən təqdim edilmiş Bakı şəhəri, Nərimanov rayon Polis idarəsinin İstintaq şöbəsinin xx.xx.2023-cü il tarixli “cinayət işi üzrə icraata xitam verilməsi haqqında” qərarı tədqiq olunarkən müəyyən edilmişdir ki, Cavabdeh özgə əmlakını talama məqsədi ilə İddiaçı etibarından sui-istifadə edib, əvvəlcdən üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyəti olmadan sonuncuya ət məhsularını tədarük edəcəyi təqdirdə pulunu ödəyəcəyinə dair yalan vəd verib aldatmaqla Bakı şəhəri, Nərimanov rayonu Keşlə bazarı yaxınlığında vahid niyyətlə əhatə olunan qəsdlə 56000 manatlıq ət məhsulunu alıb ələ keçirməklə zərərçəkmişə külli miqdarda zərər vurması faktına görə AR CM-nin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanmış, Cavabdeh ilə zərər çəkmiş şəxslər arasında olan münasibətlər mülki xarakterli olduğundan və onun əməlində cinayət tərkibi olmadığı nəzərə alınaraq cinayət işi üzrə icraata xitam verilmişdir. Həmin qərardan görünür ki, ibtidai istintaq zamanı Cavabdeh istifadəsində olmuş ***-***-**-** saylı nömrənin telefon danşıqlarının götürülməsi qərarının icrası ilə bağlı "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 13305 saylı məktubla daxil olmuş SD diskə baxış zamanı Cavabdeh istifadəsində olan ***-***-**-** saylı nömrəsi ilə iş üzrə zərər çəkmiş şəxs İddiaçı istifadəsində olan ***-***-**-** saylı nömrə ilə aralarında olan ət və ət məhsulları tədarükü ilə bağlı İddiaçı Cavabdeh pulunu tələb etməsinə dair SMS yazışma mətnlərinin aşkar olunmuş, həmin mətnlərin bir qisminin çap olunaraq cinayət işi materiallarına əlavə olunmuşdur. Qərarda ifadəsi alınmış X1 və X5 ifadələrində Cavabdeh ilə İddiaçı arasında ət alğı-satqısının olduğunu, Cavabdeh İddiaçı ət alıb pulunu vermədiyini bildirmişlər. Beləliklə, həmin qərarla cinayət işi üzrə icraata xitam verilsə də, Cavabdeh İddiaçı 56.000 manat dəyərində ət məhsulları alması və həmin pulun İddiaçı ödənilməməsi faktı təsdiqini tapmışdır ki, bu hissədə Bakı şəhəri, Nərimanov rayon Polis İdarəsinin İstintaq Şöbəsinin xx.xx.2023-cü il tarixli “Cinayət işi üzrə icraata xitam verilməsi haqqında” qərarı preyudisial əhəmiyyətə malikdir. Belə ki, MPM-in 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Beləliklə, məhkəmədə iddiaçının izahatı və tədqiq olunmuş digər sübutlarla müəyyən edildi ki, Cavabdeh ilə İddiaçı arasında ət məhsulunun nisyə alğı-satqızına dair şifahi razılaşma olmuş, razılaşmaya əsasən, İddiaçı ət məhsulunu hər kiloqramı 8 manat 50 qəpiyə nisyə olaraq Cavabdeh satır, sonuncu isə həftə içi aldığı ətin pulunu növbəti həftənin birinci günündən başlayaraq ödəməyi öhdəsinə götürür. İddiaçı müqavilə üzrə öhdəliyini icra edərək xx.xx.2023-cü il tarixdən – xx.xx.2023-ci il tarixləri arasında Bakı şəhəri, Nərimanov rayou Keşlı bazarı yaxınlığında Cavabdeh cəmi dəyəri 59000 manat təşkil edən ət məhsulları satmış, həmin puldan hissə-hissə olmaqla cəmi 3000 manat İddiaçı ödənilmiş, malın dəyərinin qalan 56.000 manat hissəsi isə iddiaçıya ödənilməmişdir. Məhkəmə qeyd edir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və MM-in tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh alğı-satqı müqaviləsi üzrə öhdəliyini lazımınca icra ödəmədiyindən iddiaçının ona qarşı iddia tələbi əsaslıdır. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı iddia ərizəsində cavabdehdən 57.000 manat pul vəsaiti tələb etsə də, yalnız tələbini 56.000 manat hissədə sübuta yetirə bildi. Azərbaycan Respublikasının MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, 56000 manat məbləğində pul vəsaiti Cavabdeh alınıb İddiaçı verilməlidir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılarkən 259 manat dövlət rüsumu ödənilmişdir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115.0-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər; 115.0.2. yerində müayinə keçirilməsi ilə əlaqədarolan xərclər; 115.0.3. tərəflərin xəbərdar edilməsi və məhkəməyə çağırılmaları ilə əlaqədar xərclər; 115.0.4. tərəflərin və üçüncü şəxslərin məhkəməyə gəlmələri ilə əlaqədar yol xərcləri və yaşayış sahəsinin icarə xərcləri; 115.0.5. nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; 115.0.6. vəkillərə etdikləri kömək üçün ödənilən xərclər; 115.0.7. cavabdehin axtarılması ilə əlaqədar xərclər; 115.0.8. qətnamənin icrası ilə əlaqədar xərclər; 115.0.9. məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər. Azərbaycan Respublikasının MPM-in 119.1 -ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233.1 -ci və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh nisyə alğı satqı müqaviləsi üzrə ödənilməmiş 56.000(əlli altı min) manat məbləğdə pul vəsaiti alınıb İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 259 manat Cavabdeh alınıb İddiaçı qaytarılsın. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar