Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № e-2(042)-139/2025 14.03.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Qasımov Fuad Kamil oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçınlın Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, 41 saylı evin, 111A saylı mənzilin alğı-satqısı üçün əldə etdiyi 40000 manat pulun və 210 manat ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehdən alınaraq, İddiaçı verilməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin №0757773 saylı xx.xx.2015-ci il tarixli Çıxarışından göründüyü kimi, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak onun mülkiyyətindədir və həmin əmlak birgə nikah dövründə əldə edilmişdir. Daşınmaz əmlakın AN-İ № ******* saylı 06 oktyabr 2021-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, 41 saylı evin 111A saylı mənzili etibarnamə üzrə nümayəndə Cavabdeh onun adından çıxış edərək, X2 və ödəniş Cavabdeh ödənilmişdir. Alğı-satqı zamanı X4 razılığı alınmadığı üçün o, iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir.Binəqədi Rayon Məhkəməsinin e-2(001)-842/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, 41 saylı evin, 111A saylı mənzilə dair İddiaçı ilə X5 arasında 1 saylı Bakı “Asan Xidmət” Mərkəzinin Notariat Ofisində bağlamış daşınmaz əmlakın AN-İ №0982790 saylı, xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, 41 saylı evin, 111A saylı mənzilin İddiaçı mülkiyyətinə qaytarılması, Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, 41 saylı evin, 111A saylı mənzilin alğı-satqısı üçün ödənilmiş 40000 manatın İddiaçı tutularaq, X3 ödənilməsi qət edilmişdir. Binəqədi Rayon Məhkəməsinin e-2(001)-842/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, 41 saylı evin, 111A saylı mənzilin alğı-satqısı üçün ödənilmiş 40000 manat İddiaçı tutularaq X3 ödənilməsi hissəsində apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətimin əsası o, olmuşdur ki, daşınmaz əmlakın AN-İ № ******* saylı 06 oktyabr 2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, 41 saylı evin 111A saylı mənzili etibarnamə üzrə nümayəndə Cavabdeh onun adından çıxış edərək, X2 və ödəniş Cavabdeh ödənilmişdir.Cavabdeh isə öz növbəsində həmin pulu ona ödəməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3482/2024 saylı 11 iyun 2024-cü il tarixli qətnaməsinə əsasən Binəqədi Rayon Məhkəməsinin e-2(001)-842/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi Cavabdeh ona verilmiş etibarnamədən öz mənafeyi üçün istifadə etmiş və alğı-satqı müqaviləsi üçün ödənilmiş məbləği mənzil mülkiyyətçisinə ödəməmişdir. Ona görə də iddia tələbinin təmin edilməsini xahiş edir. İddiaçı nümayəndəsi Vəkil məhkəməyə ərizə ilə müraciət edtmiş, məhkəmə iclasının iştirakı olmadan keçirilməsi və iddia tələbinin təmin edilməsi haqqında qərar çıxarılmasıını xahiş etmişdir. Cavabdeh İsmayı oğlu iddia tələbinə etiraz etmiş, izahat verərək bildirmişdir ki, evin alğı-satqısı zamanı pulu alıcı şəxsən satıcı İddiaçı vermişdir. O, yalnız sənədləşmə aparılması üçün formal olaraq, iddiaçının nümayəndəsi kimi notariat hərəkətinin aparlmasında iştirak etmişdir. Ona görə də iddia tələbinin təmin edilməməsini xahiş edir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İşdə olan 05 oktyabr 2021-ci il tarixli Etibarnamədən görünür ki, İddiaçı daşınmaz əmlakla əlaqədar sərəncam vermək hüququnu Cavabdeh İsayıl oluna etibar etmişdir. İşdə olan AN-İ №0982790 saylı xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsinin surətindən görünür ki,İddiaçı nümayəndəsi Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, 41 saylı evin, 111A saylı mənzili X1. İşdə olan Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il 2(001)- 842/2024 saylı qətnaməsinin görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, 41 saylı evin, 111A saylı mənzilə dair cavabdehlər İddiaçı ilə X5 arasında 1 saylı Bakı Asan Xidmət Mərkəzinin Notariat Ofisində bağlanmış AN-İ №0982790 saylı xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsi etibarsız hesab edilmiş, ödənilmiş 40000 manatın İddiaçı tutularaq, X3 ödənilməsi qət edilmişdir. İşdə olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(103)3482/2024 saylı qətnaməsindən görünür ki, İddiaçı Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin qətnaməsindən verdiyi apellyasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə cavabadehin izahatını və işdə olan sənədləri təhqiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Məcəllənin 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Məcəllənin 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Məcəllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Məcəllənin 782.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir . Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki,05 oktyabr 2021-ci il tarixdə tərəflər arasında tapşırıq müqaviləsi bağlanılmış, cavabdeh nümayəndə kimi iddiaçını təmsil etmiş və onun adından xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın alğı-satqı müqaviləsni imzalamışdır. Lakin cavabdeh təmsilçiliyinin faktiki olaraq yalnız iddiaçınını adından alğı-satqı müqaviləsinin imzalanmasından ibarət olduğunu, evin alğı-satqısının isə faktiki olaraq iddiaçı ilə alıcı X5 arasında bağlanıldığını, satılmış evin dəyəri olan 40000 manatı alıcıdan şəxsən İddiaçı götürdüyünü bildirmişdir. İddiaçı isə iddia tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən heç bir sübutu təqdim etməmişdir. Ona görə də iddia tələbi təmin edilməməlidir. Məhkəmə bu nəticəyə gələrkən o halı da nəzərə alır ki, tərəflər arasında tapşırıq müqaviləsinin bağlanılması vaxtından 4 ildən də çox müddət keçmiş, bu müddət ərzində iddiaçı tapşırığın icra edilməsi ilə əlaqədar nəticələrin ona təqdim edilməsini tələb etməmiş, yalnız alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi haqqında məhkəmə qərarları qüvvəyə mindikdən sonra pul tələbi haqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi təmin edilməsin. Ödənilmiş 210 manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №e-2(042)-139/2025
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №e-2(042)-139/2025
14.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver