Məhkəmə qərarları › İş №e-2(042)-684/2023

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №e-2(042)-684/2023

08.08.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № e-2(042)-684/2023 08.08.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X2 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyətin açıq hərracda satılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, Abşeron rayonu Xırdalan şəhəri Bakı-Sumqayıt şossesi 7-ci km, “ünvan 1 ünvanında yerləşən sahəsi 36 kv.m olan mənzilin açıq hərracda satılması, satışdan əldə olunan pul vəsaitinin cavabdehlə aralarında bərabər şəkildə bölünməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, O, iş üzrə Cavabdeh ilə rəsmi nikaha daxil olmuşdur. Onların birgə nikahlarından xx.xx.2014-cü il təvəllüdlü X1 doğulmuşdur. Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən nikah pozulmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin təqdim etdiyi çıxarışına əsasən Abşeron rayonu Xırdalan şəhəri BakıSumqayıt şossesi 7-ci km, “ünvan 1 ünvanında yerləşən sahəsi 36 kv.m olan mənzil üzərində ½ hissədə onun, ½ hissədə isə Cavabdeh payı müəyyən edilmişdir. Ailə münasibətlərinin pozulması nəticəsində onun mülkiyyətində olan mənzildə yaşaması mümkün deyildir. Odur ki, Cavabdeh payının naturada ayrılması, bu mümkün olmadığı halda onun mənzildəki payının dəyərinin kompensasiya şəklində ödənilməsi təklif edilmiş, əks təqdirdə sözügedən mənzildə payların naturada ayrılması, mümkün olmadıqda isə mənzilin açıq hərracda satılması və əldə olunan pul məbləğinin əmlakdakı paylara nisbətdə payçılar arasında bölünməsi tələbi ilə məhkəməyə müraciət olunması barədə xəbərdar edilmişdir. Payın satılması barədə bildiriş cavabdehlər tərəfindən qəbul edilsə də, təklifə hər hansı münasibət bildirilməmişdir. Abşeron rayonu Xırdalan şəhəri Bakı-Sumqayıt şossesi 7-ci km, “ünvan 1 ünvanında yerləşən sahəsi 36 kv.m olan mənzilin naturada bölünməsi barədə məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmiş, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(042)-78/2023 saylı qətnaməsinə əsasən Xırdalan şəhəri Bakı-Sumqayıt şossesi 7-ci km, “ünvan 1 ünvanında yerləşən sahəsi 36 kv.m olan mənzilin naturada bölünməsi barədə iddia ərizəsi təmin edilməmişdir. İşin faktiki hallarından göründüyü kimi, Abşeron rayonu Xırdalan şəhəri Bakı- Sumqayıt şossesi 7-ci km, “ünvan 1 ünvanında yerləşən sahəsi 36 kv.m olan mənzil çıxarış əsasında hazırda iş üzrə tərəflərə məxsusdur. Lakin onun mübahisəli mənzildə yaşaması mümkün deyil. Bundan başqa, o mənzilin ona aid hissəsini satmaq istəyir. Bununla əlaqədar olaraq cavabdehə bildiriş ünvanlayaraq mənzilin razılıq əsasında satılaraq satışdan əldə edilən pulun tərəflər arasında bərabər bölünməsini cavabdehə təklif etmişdir. Lakin cavabdeh təklifinə reaksiya verməmişdir. Odur ki, Abşeron rayonu Xırdalan şəhəri BakıSumqayıt şossesi 7-ci km, “ünvan 1 ünvanında yerləşən sahəsi 36 kv.m olan mənzilin naturada bölünməsi, bu mümkün olmadıqda açıq hərracda satılaraq satışdan əldə olunan pulun tərəflər arasında bərabər bölünməsinə dair qətnamə çıxarılması zəruridir. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə ərizə verərək, məhkəmə iclasının onlarının iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə sonuncu məlum qeydiyyatda olduğu yer üzrə məhkəmə bildirişi göndərilmiş, məhkəmə bildirişi cavabdehin ünvanda yaşamaması barədə qeyd aparılmaqla məhkəməyə qaytarılmışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin faktiki hallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən **********18-05320-093057 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Abşeron rayonu Xırdalan şəhəri BakıSumqayıt şossesi 7-ci km, “ünvan 1 ünvanında yerləşən sahəsi 36 kv.m olan mənzil ½ hissədə İddiaçı, ½ hissədə Cavabdeh adına qeydə alınmışdır. İşdə olan Gədəbəy rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(042)-485/2021 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh birgə nikah dövründə əldə etmiş olduqları Abşeron rayonu, Xırdalan səhəri, 19-cu məhəllə, Abşeron-GS MTK, bina 20/59da 23 saylı (Abşeron rayonu, Xırdalan qəsəbəsi, Sumqayıt şosesi 7 km, bina 1, blok 59, 16 saylı) mənzilə ½ hissədə İddiaçı payı müəyyən edilməklə həmin paya İddiaçı mülkiyyət hüququnun tanınması qət edilmişdir. İşdə olan Gədəbəy rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-78/2023 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı mənzilin naturada bölünməsi tələbinə dair iddiası təmin edilməmişdir. İşdə olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah xx.xx.2021-ci il tarixdə pozulmuşdur. İşdə olan İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2022-ci il tarixli bildirişin surətindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh Abşeron rayonu Xırdalan şəhəri BakıSumqayıt şossesi 7-ci km, “ünvan 1 ünvanında yerləşən sahəsi 36 kv.m olan mənzilin açıq hərracda satılaraq satışdan əldə olunan pul vəsaitinin bölməsi təkfil edilmiş, əks təqdirdə bununla bağlı iddia qaldırılacağı bildirilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh nikahlarını 03 sentyabr 2013-cü il tarixdə Abşeron rayon Qeydiyyat şöbəsində bağlanmışdır. Birgə nikahlarından bir uşaqları – xx.xx.2014-cü il tarixdə X1 doğulmuşdur. Tərəflər aralarında olan narazılığa görə ayrılmışlar. Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən tərəflər arasındakı nikah pozulmuşdur. Gədəbəy rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(042)-485/2021 saylı qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh birgə nikah dövründə əldə etmiş olduqları Abşeron rayonu, Xırdalan səhəri, 19-cu məhəllə, Abşeron- GS MTK, bina 20/59-da 23 saylı (Abşeron rayonu, Xırdalan qəsəbəsi, Sumqayıt şosesi 7 km, bina 1, blok 59, 16 saylı) mənzilə ½ hissədə İddiaçı payı müəyyən edilməklə həmin paya İddiaçı mülkiyyət hüququnun tanınması qət edilmişdir. Daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışa əsasən Abşeron rayonu Xırdalan şəhəri BakıSumqayıt şossesi 7-ci km, “ünvan 1 ünvanında yerləşən sahəsi 36 kv.m olan mənzil ½ hissədə İddiaçı, ½ hissədə Cavabdeh adına qeydə alınmışdır. İddiaçı məhkəmədə iddia qaldıraraq həmin mənzilin naturada bölünməsini tələb etmiş, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-78/2023 saylı qətnaməsi ilə İddiaçı ½ hissədə payının ayrılması texniki cəhətdən mümkün olmadığına görə iddia tələbi təmin edilməmişdir. İddiaçı hazırda məhkəmədə iddia qaldıraraq həmin mənzilin açıq hərracda satılması, satışdan əldə olunan pul vəsaitinin cavabdehlə aralarında bərabər şəkildə bölünməsini tələb edir. Məhkəmə aşağıda qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Qeyd olunan hüquq normalarına əsasən məhkəmə qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında ailə münasibətləri kəsilmiş və onlar arasında olan nikah pozulmuşdur. Ona görə də, onların ümumi birgə mülkiyyətlərində olan mənzildə birlikdə yaşamaqları mümkün olmamışdır. Həmçinin iddiaçı həmin mənzildən olan payının naturada ayrılmasını tələb etsə də bu texniki cəhətdən mümkün olmamış və bu barədə olan tələbi məhkəmə qətnaməsi ilə təmin edilməmişdir. Hazırda iddiaçı qeyd edilən paylı mülkiyyətində olan mənzildən sərbəst surətdə istifadə edə bilmir və onun barəsində sərəncam verə bilmir. Bu hal isə iddiaçının qanunla qorunan mülkiyyət hüquqlarının pozulması ilə nəticələnə bilər. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdehin birgə nikah dövründə əldə etmiş olduqları, ümumi birgə mülkiyyətlərində olan Abşeron rayonu Xırdalan şəhəri BakıSumqayıt şossesi 7-ci km, “ünvan 1 ünvanında yerləşən sahəsi 36 kv.m olan mənzil açıq hərracda satılmalı və satışdan əldə olunan pul vəsaiti iddiaçı ilə cavabdeh arasında bərabər şəkildə bölünməlidir. Azərbaycan Respublikasının MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********18-05320-093057 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ½ hissədə İddiaçı, ½ hissədə Cavabdeh adına qeydə alınmış Abşeron rayonu Xırdalan şəhəri Bakı-Sumqayıt şossesi 7ci km, “ünvan 1 ünvanında yerləşən sahəsi 36 kv.m olan mənzil açıq hərracda satılmalı və satışdan əldə olunan pul vəsaiti İddiaçı ilə Cavabdeh arasında bərabər bölünməlidir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233.1-ci və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********18-05320-093057 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ½ hissədə İddiaçı, ½ hissədə Cavabdeh adına qeydə alınmış Abşeron rayonu Xırdalan şəhəri Bakı-Sumqayıt şossesi 7-ci km, “ünvan 1 ünvanında yerləşən sahəsi 36 kv.m olan mənzil açıq hərracda satılsın. Satışdan əldə olunan pul vəsaiti İddiaçı ilə Cavabdeh arasında bərabər bölünsün. Ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar