Məhkəmə qərarları › İş №e-2(042)-78/2025

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №e-2(042)-78/2025

25.06.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № e-2(042)-78/2025 25.06.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “torpaq sahəsindən çıxarılma, maneələrin aradan qaldırılması və torpaq sahəsinin faktiki sahibliyinə verilməsi tələbi barədə” mülki iş (açar sözlər: torpaq mübahisələri torpaq sahəsinin boşaldılması) Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Quliyeva Nübar Yusif qızının katibliyi, İddiaçılar İddiaçı2 və İddiaçı1, Cavabdeh1 iştirakları ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “torpaq sahəsindən çıxarılma, maneələrin aradan qaldırılması və torpaq sahəsinin faktiki sahibliyinə verilməsi tələbi barədə” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. Mülki işin mahiyyəti

1. İddiaçılar İddiaçı2 və İddiaçı1 məhkəmədə iddia qaldıraraq, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 onlara Gədəbəy rayonu, Alnabat kəndində yerləşən xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışla məxus 0,2875 ha torpaq sahəsindən və xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla məxsus olan 0,5791 ha torpaq sahəsindən, xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla məxsus olan 0,0197 ha torpaq sahəsindən çıxarılması, qeyd edilən torpaq sahələrindən istifadə üçün bütün mövcud manelərin aradan qaldırılması və həmin torpaq sahələrinin iddiaçıların faktiki sahibliyinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(042)-78/2025 saylı qərardadına əsasən, iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “torpaq sahəsindən çıxarılma, maneələrin aradan qaldırılması və torpaq sahəsinin faktiki sahibliyinə verilməsi tələbi barədə” mülki işin icraatına Cavabdeh3 müsasibətdə xitam verilməsi qərara alınmışdır.

3. İddiaçılar iddia tələblərini onunla əsaslandırmışdır ki, “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktından göründüyü kimi Gədəbəy rayon X2 10 iyul 1998-ci il tarixli, 22 nömrəi qərarı ilə 1,65 ha sahəsi iddiaçılara təqdim edilmişdir. Cavabdehlər 1999-cu ildən bu günə kimi qanunsuz olaraq tutub istifadə edirlər, torpaq sahəsinin ətrafına dəmir tor hasar çəkiblər. Dəfələrlə şifahi xəbərdarlıq edillməsinə baxmayaraq cavabdehlər torpaq sahəsindən əssassız olaraq çıxmırlar. 2019-cu il tarixində cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona və ailə üzvlərinə dəymiş maddi ziyanın ödənilməsi, torpaq sahəsi üzərində olan mülkiyyət hüquqlarının bərpa edilməsi və pay torpaq sahəsinin ətrafına çəkilmiş dəmir tor hasarın sökülməsinə dair iddia ərizəsi ilə Gədəbəy rayon məhkəməsinə müraciət edilmişdir. Gədəbəy Rayon Məhkəməsinin 2(042)-9/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsi ilə (hakim M.Kazımov) iddia təmin edilməmişdir. İddianın təmin edilməməsinə səbəb “Torpağa mülkiyyət hüququna dair” Dövıət aktlarından göründüyü kimi Gədəbəy rayon X2 10 iyul 1998-ci il tarixli, 22 nömrəli qərarı ilə cavabdehlərin zəbt etdiyi ərazinin Gədəbəy rayonu üzrə torpaqların elektron kadastr sisteminin olmaması səbəbindən eyni olmasının aydınlaşdırılmasının mümkün olmaması göstərilmişdir. Həmçinin həmin anda iddiaçının həmin torpağa mülkiyyət hüququnu təsdiq edən sənədinin olmaması göstərilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-793/22 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakimlər L.Süleymanov (sədrlik edən və məruzəçi), A.Hüseynzadə, İ.Həsənov) apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsi öz qətnaməsində göstərmişdir ki alınmış mütəxəssis arayışları ilə Alnabat kəndinin torpaq islahatına dair kompleks yerqurluşu layihəsi və elektron uçot xəritəsi arasında uyğunsuzluq aşkar olduğundan, qərardadda qoyulmuş sualların cavablandırılması mümkün olmamışdır. Halhazırda Gədəbəy rayonu ərazisində aparılmış yerquruluşu işləri ilə bağlı əldə edilmiş məlumatların sistemləşdirilməsi vahid elektron kadastr məlumat bazasına daxil edilməsi və həmin məlumatlardan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə istifadə hüququnun verilməsi ilə bağlı müvafiq işlər həyata keçirilir. Həmin işlər başa çatdıqdan sonra adıçəkilən Fərmanın 2.5-ci bəndinə uyğun olaraq “Daşınmaz əmlakın reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsi ilə müəyyən edilmiş qaydada hüquq sahibi olan mülkiyyətçilərin, istifadəçilərin və icarəçilərin ərizəsi əsasında daşınmaz əmlakın dövlət reyestrində düzəlişin edilməsi və həmin düzəlişlərə uyğun yeni sənədin verilməsi təmin ediləcəkdir. Kassasiya şikayəti də təmin edilməmişdir. Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli qərarında da Gədəbəy rayonu ərizisində aparılmış yerquruluşu işləri ilə bağlı əldə edilmiş məlumatların sistemləşdirilməsi vahid elektron kadastr məlumat bazasına daxil edilməsi prosesinin yekunlaşmaması səbəbi ilə hazırda iddianın əsaslılığın müəyyən edilmə bilməməsini qeyd etmişdir. Həmçinin Ali Məhkəmə qərarının sonuncu səhifəsində izah etmişdir ki iddianın bu qaydada həlli iddiaçının gələcəkdə mübahisəli torpaq sahəsinə dair qanunla nəzərdə tutulan mülkiyyət (çıxarış) və texniki sənədləri (torpaq sahəsinin planı və ölçüsü) əldə etdikdən sonra yenidən eyni əsaslarla iddia qaldırmasına maneə deyil. Bildirik ki, Gədəbəy rayonu ərizisində aparılmış yerquruluşu işləri ilə bağlı əldə edilmiş məlumatların sistemləşdirilməsi vahid elektron kadastr məlumat bazasına daxil edilməsi prosesinin yekunlaşmışdır və iddiaçılar yuxarıda göstərilən dövlət aktları əsasında həmin torpaq sahəsinə müvafiq mülkiyyət hüququnu təsdiq edən çıxarışlar əldə etmişlər. Belə ki, İddiaçı2 Alnabat kəndində 0,2875 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışla və 0,5791 ha torpaq sahəsi üzərində mülkiyyət xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışla təsdiq edilmişdir. Həmçinin İddiaçı1 Alnabat kəndində 0,0197 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışla təsdiq edilmişdir. Göründüyü kimi iddiaçılar həmin torpaq sahələri üzərində mülkiyyət hüququnu təsdiq edən çıxarışları və torpaq sahələrin müvafiq plan və ölçülərini əldə etmişlər. Bu baxımdan da cavabdehlərin uzun müddətdir zəbt etdikləri ərazilərdən çıxarılması üçün bütün zəruri hüquqi sənədlər mövcuddur.

II. Tərəflərin mövqeləri:

4. İddiaçılar İddiaçı2 və İddiaçı1 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə oxşar izahat verdilər və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdilər.

5. Cavabdeh1 məhkəmə iclasında iddia tələbini etiraf etmədi və izahat verərək bildirdi ki, iddiaçıya məxsus hər hansı torpaq sahəsini tutmamışdır. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi.

6. Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin, hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

9. Belə ki, mülki iş materiallarında olan: - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Gədəbəy rayonu, Alnabat kəndində yerləşən 0,2875 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı2 və ailə üzvlərinin adına ümumi birgə payları olmaqla xx.xx.2024-cü il tarixdə, ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Gədəbəy rayonu, Alnabat kəndində yerləşən 0,0197 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X4 və İddiaçı1 adına ümumi birgə payları olmaqla xx.xx.2024-cü il tarixdə, ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Gədəbəy rayonu, Alnabat kəndində yerləşən 0,1466 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X4 və İddiaçı1 adına ümumi birgə payları olmaqla xx.xx.2024-cü il tarixdə, ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Gədəbəy rayonu, Alnabat kəndində yerləşən 0,5791 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı2 və ailə üzvlərinin adına ümumi birgə payları olmaqla xx.xx.2024-cü il tarixdə, ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. - Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(042)-9/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X3 qarşı “mülkiyyət hüquqlarının bərpa olunması, maddi ziyan və dəmir torun sökülməsi” tələbinə dair iddiası təmin edilməməsi qət edilmişdir. - Azərbaycan Respublikası Ailə Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-1841/2023 saylı qərarından görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-793/22 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, İddiaçı2 kassasiya şikayəti təmin edilməmişdir.Həmin qərardan görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-793/22 saylı, xx.xx.2022-ci il tarixli, qətnaməsi ilə Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(042)-9/2021 saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, Elektron məlumat bazasının yeni elektron uçot xəritəsinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Rreyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmış , **********25 reyestr nömrəli çıxarış əsasında Gədəbəy rayonu, Alnabat kəndində yerləşən İddiaçı2 və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan 0.2875 ha torpaq sahəsi Cavabdeh1 tərəfindən istifadə olunur. xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmış, **********24 reyestr nömrəli çıxarış əsasında Gədəbəy rayonu, Alnabat kəndində yerləşən X1 və X4 ümumi birgə mülkiyyətində olan 0.0195 ha torpaq sahəsinin, xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmış, **********21 reyestr nömrəli çıxarış əsasında Gədəbəy rayonu, Alnabat kəndində yerləşən X1 və X4 ümumi birgə mülkiyyətində olan 0.1466 ha torpaq sahələri cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən istifadə olunmur. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 16 aprel 2025-ci il tarixli, 10/10213 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri” publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-40/2-760/2025 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, elektron məlumat bazasının yeni elektron uçot xəritəsinə əsasən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmış, **********25 reyestr nömrəli çıxarışa əsasında Gədəbəy rayonu, Alnabat kəndində yerləşən İddiaçı2 və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan 0,2875 ha torpaq sahəsi Cavabdeh1 tərəfindən istifadə olunur. xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmış, **********24 reyestr nömrəli çıxarışa əsasında Gədəbəy rayonu, Alnabat kəndində yerləşən X1 və X4 ümumi birgə mülkiyyətində olan 0,0195 ha torpaq sahəsinin, xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmış, **********21 reyestr nömrəli çıxarışa əsasında Gədəbəy rayonu, Alnabat kəndində yerləşən X1 və X4 ümumi birgə mülkiyyətində olan 0,1466 ha torpaq sahələri cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən istifadə olunmur.

10. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. - 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. - 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. - 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. - 241.1-ci maddəsinə əsasən. torpaq sahəsinin mülkiyyətçisi onu başqa şəxslərin istifadəsinə, o cümlədən icarəsinə verə bilər.

12. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: - 103.1-ci maddəsinə əsasən torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. - 110-cu maddəsinə əsasən bu Məcəllənn 109-cu maddəsində göstərilən əqdlərin bağlanılması, torpaq sahələrinin özbaşına tutulması, torpaq sahələrində qanunsuz tikinti aparılması və digər hərəkətlərin törədilməsində təqsiri olan şəxslər qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. - 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.

13. Qeyd olunan maddi hüquq normalarının hüquqi şərtlərinin mövcudluğu üçün, iddiaçılar mübahisələndirilən torpaq sahəsinin mülkiyyətçisi olmalı və ya mülkiyyətçi olmasa da, Mülki Məcəllə ilə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxs olmalı, həmin torpaq sahəsi cavabdehlərin istifadəsində və sahibliyində olmalı və həmin sahiblik qanunsuz olmalıdır.

14. Məhkəmədə iclasında müəyyən edildi ki, Gədəbəy rayonu, Alnabat kəndində yerləşən 0,2875 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində İddiaçı2 və ailə üzvlərinin adına qeydə alınmışdır. İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyinə və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ekspert rəyinə əsasən, həmin torpaq sahəsi Cavabdeh1 tərəfindən istifadə olunur.

15. Göründüyü kimi, Gədəbəy rayonu, Alnabat kəndində yerləşən 0,2875 ha torpaq sahəsinin iddiaçının və ailə üzvlərinin mülkiyyətində olduğu və həmin torpaq sahəsinin Cavabdeh1 tərəfindən qeyri-qanuni olaraq istifadə edildiyi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiqini tapır.

16. Eləcə də, Cavabdeh1 sözgedən torpaq sahəsinə qanuni əsasla sahiblik etdiyini sübuta yetirən heç bir mötəbər sübut məhkəməyə təqdim etmədi.

17. Məhkəmə qeyd edir ki, iddia tələbində qeyd edilən digər torpaq sahələrinin cavabdehlər tərəfindən istifadə edilməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiqini tapmır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi həmin hissələrdə əsassızdır.

18. Beləliklə, məhkəmə təqdim edilmiş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, xx.xx.2024-cü il tarixdə, ********** nömrə ilə İddiaçı2 və ailə üzvlərinin adına qeydə alınmış Gədəbəy rayonu, Alnabat kəndində yerləşən 0,2875 ha torpaq sahəsindən (mütəxəsis rəyinə əlavə olunmuş sxemə müvafiq olaraq) Cavabdeh1 çıxarılmalı, həmin torpaq sahəsindən İddiaçı2 istifadəsinə Cavabdeh1 tərəfindən yaradılan maneələr aradan qaldırılmalı və həmin torpaq sahəsi İddiaçı2 və ailə üzvlərinin faktiki sahibliyinə verilməlidir.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır.

20. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman dövlət rüsumu və məhkəmə icraatı zamanı mütəxəssis xərci ödəmişdir.

21. Eləcə də, iş üzrə ekspertizanın keçirilməsinə görə 50 manat məbləğində ekspertiza xərci müəyyən edilmişdir.

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

23. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

24. “Dövlət rüsumu haqqında” Qanunun 8.2-ci maddəsinə görə qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Ona görə də Cavabdeh1 100 manat miqdarında dövlət rüsumu alınaraq dövlət büdcəsinə köçürülməlidir.

25. Həmçinin işə baxılması ilə əlaqədar mütəxəssis rəyinin verilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinin bank hesabına İddiaçı2 tərəfindən 95 (doxsan beş) manat məbləğində xidmət haqqı ödənilmişdir.

26. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumu, mütəxəssis xərci və müəyyən edilmiş ekspertiza xərci cavabdehə aid edilməlidir.

V. Nəticə:

27. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutub, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, xx.xx.2024cü il tarixdə, ********** nömrə ilə İddiaçı2 və ailə üzvlərinin adına qeydə alınmış, Gədəbəy rayonu, Alnabat kəndində yerləşən 0,2875 ha torpaq sahəsindən (mütəxəsis rəyinə əlavə olunmuş sxemə müvafiq olaraq) Cavabdeh1 çıxarılsın. Həmin torpaq sahəsindən İddiaçı2 istifadəsinə Cavabdeh1 tərəfindən yaradılan maneələr aradan qaldırılsın və həmin torpaq sahəsi İddiaçı2 və ailə üzvlərinin faktiki sahibliyinə verilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun və 95 (doxsan beş) manat mütəxəssis xərcinin əvəzi Cavabdeh1 alınıb İddiaçı2 verilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan olaraq 50 (əlli) manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (VÖEN: **********, Hesab: AZ34CTRE********************, büdcə təsnifatının kodu - 142319, büdcə səviyyəsinin kodu – 3) keçirilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.

Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar