Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(043)-598/2022 29.03.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “avtomobilin və ya onun dəyərinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “avtomobilin və ya onun dəyərinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 09.08.2021-ci il tarixli BB 117421 nömrəli X1 Şəhadətnaməsinə əsasən İddiaçı məxsus olan 2007-ci il buraxılışlı, W0L0AHL********** ban nömrəli, **-BD-*** dövlət nömrə nişanlı OPEL ASTRA minik markalı avtomobili Cavabdeh alınıb İddiaçı qaytarılması, bu mümkün olmadıqda avtomobilin dəyəri olan 27000 (iyirmi yeddi min) manat olan məbləğin cavabdehdən alınıb iddiaçıya ödənilməsi, vəkilə ödənilən 300 (üç yüz) manat xərcin və ödənilmiş 188,10 manat dövlət rüsumunın cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, 09.08.2021-ci tarixdə İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri 19 saylı notariat ofisində (Xüsusi notarius X2) **********093 saylı öhdəlik müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən Cavabdeh 09.08.2021-ci il tarixli BB 117421 nömrəli X1 Şəhadətnaməsinə əsasən İddiaçı məxsus olan 2007-ci il buraxılışlı, W0L0AHL********** ban nömrəli, 77BD495 dövlət nömrə nişanlı OPEL ASTRA minik markalı avtomobili 27000 min manata almış və avtomobilin pulunu 36 ay müddətinə hər gün 25 manat olmaqla ayda 750 manat pulu müddətin sonuna qədər tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə notarius tərəfindən təsdiq edilmiş, qeydiyyata alınmış və avtomobil cavabdehə təhvil verilmişdir. Öhdəlik müqaviləsi bağlanarkən iddiaçı nəqliyyat vasitəsini müqavilə müddətində idarə etmək üçün notarial qaydada 09.08.2021-ci il tarixdə Etibarnamə vermişdir. Həmin etibarnamə cavabdeh tərəfindən müqavilə pozulduğu üçün 18.10.2021-ci il tarixində ləğv edilmişdir. Belə ki, müqavilə bağlandıqdan sonra Cavabdeh müqavilə üzrə öz öhdəliyini icra etməmiş, müqaviləni kobud sürətdə pozmuş, ödənişləri etməmiş, dəfələrlə iddiaçı tərəfindən ödənişlərin edilməsini və ya avtomobilin qaytarimasını cavabdehdən tələb edilsə də Cavabdeh bu günə kimi İddiaçı məxsus avtomobili qaytarmamışdır. Nəqliyyət vasitəsinin saxlanılması ilə bağlı köməklik göstərilməsi barədə Daxili İşlər Nazirliyinə müraciət edilmişdir. X3 Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən 17.01.2022-ci il tarixli 0164108B-4222 saylı məktubla cavab verildi ki, nəqliyyat vasitəsinin idarə olunması aşkar edilməmiş və nəqliyyat vasitəsinin həbs edilməsi və ya saxlanılması yalnız məhkəmə qərarı əsasında həyata keçirildiyindən məhkəməyə müraciət etmələri tövsiyyə edilmişdir. Nəticədə İddiaçı öz əmlakından və ya ümid etdiyi gəlirlərdən məhrum olmuşdur. Öhdəlik müqaviləsinin 2-ci maddəsinə əsasən “Ödəniş göstərilən tarixdən ən çox halda 2 (iki) gün gecikdirilə bilər, 3-cü günə keçdiyi halda ödənilməzsə və ya ikinci tərəf könüllü şəkildə avtomobildən imtina edərsə əvvəlcədən olunan ödənişlər geri qaytarılmamaq şərti ilə avtomobil geri qaytarılır”. Müqavilənin pozulduğunu nəzərə alaraq, iddiaçı notarial qaydada bağlanmış müqavilə üzrə icra qeydlərinin aparılması üçün müvafiq tədbir görmüşdür. Belə ki, iddiaçı cavabdehə tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada 01.12.2021-ci il tarixli bildiriş göndərmişdir. Cavabdeh həmin bildirişi 02.12.2021-ci il tarixdə almış və 20 gün müddətində həmin bildirişə heç bir münasibət bildirməmişdir. Qanunla müəyyən edilmiş müddət keçdikdən sonra, iddiaçı, cavabdehin qeydiyyat ünvanı üzrə notariusa müraciət etmişdir. Lakin notarius tərəfindən icra qeydinin aparılması mümkün olmadığı bildirilmiş və məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Bundan sonra, iddiaçı məhkəməyə müraciət etməmişdən əvvəl avtomobilin qaytarılmasını, bu mümkün olmadıqda onun 27000 manat olan dəyərinin və dəymiş 5000 manat zərərin ödənilməsi barədə Cavabdeh 16.01.2022-ci il tarixli Pretenziya təqdim etmişdir. Cavabdeh pretenziyanın 19.01.2022-ci il tarixdə almasına baxmayaraq pretenziyada göstərilən müddət ərzində tələbi icra etməmişdir. Göründüyü kimi, Cavabdeh notarial qaydada bağlanmış müqavilə üzrə öz öhdəliklərini bu günə kimi icra etməmiş iddiaçının əmlakını qaytarmamış və ya qaytarılmasından imtina etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, cavabdeh müqavilə üzrə borcundan yalnız iki dəfə, 750 manat və 350 manat olmaqla ödəniş etmiş, bundan sonra isə müqavilənin şərtlərini pozaraq heç bir ödəniş etməmişdir. Hazırda avtomobilin olduğu yer onlara məlum deyildir, cavabdeh ödənişlərin ödənilməsindən də, avtomobilin qaytarılmasından da imtina edir. Buna görə də iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmılmasını mümkün hesab etmişdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri 19 saylı notariat ofisində bağlanmış 09.08.2021-ci tarixdə **********093 saylı öhdəlik müqaviləsindən görünür ki, Cavabdeh 09.08.2021-ci il tarixli BB 117421 nömrəli X1 Şəhadətnaməsinə əsasən İddiaçı məxsus olan 2007-ci il buraxılışlı, W0L0AHL********** ban nömrəli, 77BD495 dövlət nömrə nişanlı OPEL ASTRA minik markalı avtomobili 27000 min manata almış və avtomobilin pulunu 36 ay müddətinə hər gün 25 manat olmaqla ayda 750 manat pulu müddətin sonuna qədər tam şəkildə ödəməyi, İddiaçı isə məbləğ tam şəkildə ödənildikdən sonra avtomobili Cavabdeh adına keçirməyi öhdəsinə götürmüşdür. Öhdəlik müqaviləsinin 2-ci maddəsinə əsasən “Ödəniş göstərilən tarixdən ən çox halda 2 (iki) gün gecikdirilə bilər, 3-cü günə keçdiyi halda ödənilməzsə və ya ikinci tərəf könüllü şəkildə avtomobildən imtina edərsə əvvəlcədən olunan ödənişlər geri qaytarılmamaq şərti ilə avtomobil geri qaytarılır. İş materiallarına əlavə edilmiş X1 Şəhadətnaməsinin surətindən görünür ki, 2007-ci il buraxılışlı, W0L0AHL********** ban nömrəli, **-BD-*** dövlət nömrə nişanlı OPEL ASTRA minik markalı avtomobilin mülkiyyətçisi İddiaçıdır. Məhkəmə iddiaçınının nümayəndəsini (vəkilini) dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 606.1-ci maddəsinə əsasən əgər daşınar əşyanın satıcısı alıcı tərəfindən alış qiyməti ödənilənədək əşyaya mülkiyyət hüququnu özündə saxlamışdırsa (mülkiyyət hüququnun saxlanması haqqında qeyd-şərt), şübhə halında ehtimal edilir ki, mülkiyyətin verilməsi alış qiyməti tam ödənilənədək təxirəsalıcı şərtlə həyata keçirilir və əgər alıcı alış qiymətinin ödənilməsini gecikdirirsə, satıcının müqaviləni ləğv etmək və (və ya) həmin daşınar əşyaya tutma yönəltmək hüququ vardır. Tərəflər arasında bağlanmış müqavilə hissə-hissə ödəmə şərtilə nisyə alğı-satqı müqaviləsidir. Eyni zamanda müqaviləyə əsasən satılmış avtomobilin qiyməti tam ödənilənədək avtomobilə mülkiyyət hüququ satıcıda saxlanılmışdır. Cavabdeh müqavilə üzrə aldığı avtomobilin əvəzində 36 ay müddətində hər gün 25 manat olmaqla ay ərzində 750 manat, ümumilikdə 27000 manat məbləğində pulu iddiaçıya ödəmək vəzifəsi daşısa da öhdəliyin şərtlərini pozmuş, iddiaçıya ümumilikdə 1100 manat pul ödəmiş, bundan sonra ödənişləri dayandırmışdır. İddiaçı Mülki Məcəllənin 600.4-cü maddəsinə uyğun olaraq avtomobilin dəyərinin ödənilməsini və ya avtomobilin qaytarılmasını tələb etməkdə haqlıdır. Bununla yanaşı, qeyd edilməlidir ki, iddiaçının nümayəndəsi cavabdehin müqavilə üzrə 1100 manat ödəməsini təsdiq etsə də cavabdehdən avtomobilin dəyəri qismində satış məbləğini, yəni 27000 manat pulu tələb etmişdir ki, məhkəmə həmin tələbi qismən əsaslı hesab etmir. Həmin məbləğ avtomobilin ümumi satış qiyməti olduğundan iddiaçı avtomobilin dəyəri qismində yalnız qiymətin ödənilməmiş hissəsini, yəni 25 900 manat pulu tələb edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli, 04 nömrəli qərarının 9.2-ci bəndində göstərilir ki, əmlak tələbi barədə iddialar təmin olunduqda gələcəkdə qətnamənin icrasının müəyyənliyini və mümkünlüyünü təmin etmək məqsədilə qət edilən əşyaların hər birinin ayrı-ayrılıqda dəyəri və qət olunan əmlakın cavabdehdən naturada alınması mümkün olmadığı hallarda həmin əmlakın dəyərinin pulla ödənilməsi də qətnamədə həll olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, mümkün sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh **-BD-*** dövlət qeydiyyat nişanlı, “OPEL ASTRA” minik markalı, ban tipi Xetçbek, ban nömrəsi W0L0AHL**********, 2007-ci il istehsalı, mühərrikin həcmi 1564, rəngi boz metallik olan avtomobilin özü naturada, naturada alınması mümkün olmadıqda isə avtomobilin qiymətinin ödənilməmiş hissəsi olan 25900 manat pul alınaraq İddiaçı verilməlidir. İddiaçı məhkəmə xərcləri qismində vəkilə ödənilmiş 300 manat pulun və ödənilmiş 188,10 manat dövlət rüsumunun əvəzinin cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş qəbzlərdən görünür ki, iddiaçı hazırkı iddia ərizəsinin və iddia ilə əlaqədar müvəqqəti təminat tədbiri barədə ərizənin verilməsi üçün dövlət büdcəsinə ümumilikdə 188,10 manat rüsum ödəmişdir. Lakin iddiaçı vəkilin göstərdiyi xidmətə görə ona hər hansı məbləğin ödənilməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Ona görə də, məhkəmə ödənilmiş 188,10 manat dövlət rüsumunun əvəzinin cavabdehdən tutulmasını əsaslı, vəkilin göstərdiyi xidmətə görə ödənilmiş pulun tutulmasını isə əsassız hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı məxsus olan, “OPEL ASTRA” minik markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı, ban tipi Xetçbek, ban nömrəsi W0L0AHL**********, 2007-ci il istehsalı, mühərrikin həcmi 1564, rəngi boz metallik olan avtomobil naturada, naturada alınması mümkün olmadıqda isə avtomobilin satış qiymətinin qalığı olan 25900 (iyirmi beş min doqquz yüz) manat pul alınaraq İddiaçı verilsin. Cavabdeh iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 188,10 (bir yüz səksən səkkiz tam yüzdə on) manat pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tural Qocayev
Məhkəmə qərarları › İş №e-2(043)-598/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(043)-598/2022
29.03.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver