Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2(044)-1339/2022 27.06.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlu, İddiaçı cavabdeh Gəncə şəhər Dövlət yol polisi şöbəsinə qarşı inzibati orqanın hərəkətsizliyi, qanunsuz hərəkətləri barədə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, müəyyən etdim: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə DYPŞ-nin yol-nəqliyyat hadisəsi ilə bağlı hərəkətsizliyinə məhkəmə tərəfindən hüquqi qiymət verilməsinə, Gəncə DYPŞ-nin üzərinə inzibati xətanın predmeti olan **-BL-*** dövlət qeydiyyat nişanlı “VAZ- 2107” markalı avtomobilin duracağa qoyularaq istismarının qadağan edilməsi öhdəliyi qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Çünki iddiaçının hazırkı tələbinə iddia icraatı qaydasında baxılmalı deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. İddiaçıya izah edilməlidir ki, baş vermiş inzibati xəta hadisəsi nəticəsində onun avtomobilinə dəymiş ziyanla bağlı təqsirkar şəxsə qarşı iddia ərizəsi ilə müvafiq məhkəməyə müraciət etməli, eyni zamanda cavabdeh şəxsin avtomobilinin üzərinə həbs qoyularaq istismarının qadağan edilməsi ilə bağlı müvəqqəti təminat tədbiri barədə ərizə verməlidir. Həmçinin Gəncə şəhər DYPŞ-nin hərəkət və hərəkətsizliyindən müvafiq orqana şikayət etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilərsə, iddiaçıya həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Beləliklə hesab edirəm ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq qərara aldım: İddiaçı cavabdeh Gəncə şəhər Dövlət yol polisi şöbəsinə qarşı inzibati orqanın hərəkətsizliyi, qanunsuz hərəkətləri barədə iddia ərizəsinin icraata qəbul olunmasından imtina edilsin. İddiaçıya izah edilsin ki, baş vermiş inzibati xəta hadisəsi nəticəsində onun avtomobilinə dəymiş ziyanla bağlı təqsirkar şəxsə qarşı iddia ərizəsi ilə müvafiq məhkəməyə müraciət etməli, eyni zamanda cavabdeh şəxsin avtomobilinin üzərinə həbs qoyularaq istismarının qadağan edilməsi ilə bağlı müvəqqəti təminat tədbiri barədə ərizə verməlidir. Həmçinin Gəncə şəhər DYPŞ-nin hərəkət və hərəkətsizliyindən müvafiq orqana şikayət etmək hüququ vardır. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2(044)-1339/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №e-2(044)-1339/2022
27.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver