Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № e-2(045)-1420/2024 06.09.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlu, İddiaçı "xxxx" ASC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya hüququ əsasında borc” tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1400 (bir min dörd yüz) manat məbləğində verilmiş sığorta ödənişinin və 34,40 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-də 21 iyun 2021-ci il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış "VAZ-21154" markalı 20DK335 dövlət qeydiyyat nişanlı yarımqoşqu sığorta müddətində 17 dekabr 2021-ci il tarixdə Beyləqan rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X3 tərəfindən idarə olunan "VAZ-21074" markalı 11BG507 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq onu zədələmişdir. Qubadlı Hərbi Prokurorluğunun qərarı ilə Cavabdeh2 qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Hadisə baş verərkən Cavabdeh2 avtomobili sürücülük hüququ və etibarnamə olmadan idarə etmişdir. Əmlakın zədələnməsi ilə bağlı 1400 manat məbləğində sığorta ödənişi verilmişdir. Aşağıdakılara əsasən hesab edirik ki, zərərçəkənin avtomobilinin yol-nəqliyyat hadisəsi zamanı zədələnməsi nəticəsində üçüncü şəxsə (sığorta ödənişini alan şəxs - faydalanan şəxs sayılır) ödənilmiş sığorta ödənişinin məbləği cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: "xxxx" tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, PGU-220824 nömrəli aktdan görünür ki, "VAZ 21074" markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 1400 manat müəyyən edilmişdir; Günay Sığorta” tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli “dəymiş zərərin hesablanmasına dair” aktdan görünür ki, "VAZ 21074" markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 1400 manat təşkil edir; (ehtiyyat hissələrinə görə 370 manat və usta xidməti 1030 manat) təşkil edir; 14 mart 2022-ci il tarixli “ödəniş tapşırığından” görünür ki X1 hesabına "xxxx" ASC tərəfindən 1400 manat məbləğində pul köçürülmüşdür; İnzibati xəta haqqında iş üzrə icraata başlanması barədə 28 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Cavabdeh2 Azerbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4 ve 332.2-ci maddeleri ile inzibati məsuliyyətə cəlb edilmesi üçün onun barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır; Hökümət ödəniş portalının xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, «Günay Sığorta” ASC məhkəmədə iddia qaldırmaq üçün 34 manat məbləğində dövlət rüsumu və 0.40 manat xidmət haqqı ödəmişdir. Belə ki, tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, 17 dekabr 2021-ci il tarixdə Beyləqan rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X3 tərəfindən idarə olunan "VAZ-21074" markalı **- BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq toqquşaraq yol-nəqliyyat hadisəsi törətmiş və hadisə baş verərkən Cavabdeh2 avtomobili sürücülük hüququ və etibarnamə olmadan idarə etmişdir. "VAZ-21074" markalı **-BG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurulmuş zərər 1400 manat dəyərində qiymətləndirilmiş, sığortaçı «Günay Sığorta” ASC nəqliyyat vasitəsinin tam sığorta müqaviləsinə uyğun olaraq qeyd olunan məbləği faydalanan şəxs X2 ödəmiş, nəticədə sığorta şirkətinin subroqasiya hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Məhkəmə qeyd edir ki, iddiaçı «Günay Sığorta” ASC iddia tələbində 30,40 manat dövlət rüsumunun cavabdehdən tutulmasını tələb etsə də, iş materialları ilə müəyyən olunmuşdur ki, iddiaçı hazıki tələb üzrə 30 manat dövlət rüsumu ödəmiş və həmin məbləğin köçürülməsi üçün iddiaçıdan 0,4 manat xidmət haqqı tutulmuşdur. İddiaçının xidmət haqqının tutulması ilə bağlı tələbi olmadığından məhkəmə hesab edir ki, tələb həmin hissədə qismən təmin edilməlidr. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1400 (bir min dörd yüz) manat məbləğində verilmiş sığorta ödənişinin və ödənilmiş 34 (otuz dörd ) manat dövlət rüsumunun əvəzi iddiaçı «Günay Sığorta” ASC-nin xeyrinə tutulmalıdır. Qeyd olanlara əsasən, MPM-in 217-220, 227,233, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1400 (bir min dörd yüz) manat məbləğində verilmiş sığorta ödənişinin və ödənilmiş 34 (otuz dörd ) manat dövlət rüsumunun əvəzi iddiaçı «Günay Sığorta” ASC-nin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №e-2(045)-1420/2024
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №e-2(045)-1420/2024
06.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver