Məhkəmə qərarları › İş №e-2(045)-1833/2024

Goranboy Rayon Məhkəməsi Qərardad — İş №e-2(045)-1833/2024

10.10.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu İş № e-2(045)-1833/2024 10.10.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ X1, İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə qazanılmış əmlakların paylara bölünüb, payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə qazanılmış əmlakların paylara bölünüb, payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə Goranboy Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizə və ona əlavə edilmiş sənədləri öyrənib belə nəticəyə gəlirəm ki, aşağıda qeyd olunanlara əsasən iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanununun 28.1-ci maddəsinə əsasən ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 7-1-ci maddəsinə əsasən «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə uyğun olaraq ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya yolu ilə həll oluna bilər. Ailə münasibətlərindən irəli gələn mübahisələrlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl «Mediasiya haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.0.8-ci maddəsində göstərilmişdir ki, «Mediasiya haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri qeyd olunan hüquq normalarının tələbi baxmından qarşılıqlı şəkildə araşdırdıqda müəyyən edilir ki, hazırki iddia tələbi ailə münasibətlərindən irəli gələn mübahisə ilə əlaqədardır. Ailə hüquq münabətləri üzrə mübahisələrin həlli zamanı tərəflər məhkəməyə müraciət etməzdən əvvəl «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanununun 28.1-ci və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 7-1-ci maddəsinə əsasən ilkin mediasiya sessiyasından keçməlidir. Mübahisənin mediator tərəfindən həll edilməsi mümkün olmadıqdan bu barədə müvafiq sənəd iddia ərizəsinə əlavə edilməklə tərəflərin məhkəməyə müraciət etmək hüququ saxlanılır, yəni mübahisə tərəfləri bu qəbildən olan işlər üzrə əvvəlcə mediatora müraciət etməli, mediator tərəfindən mübahisə həll edilmədikdə yalnız bundan sonra mediasiya prosesində iştirak etməsini təsdiq edən sənədi iddia ərizəsinə əlavə etməklə məhkəməyə müraciət etməlidirlər. Hazırki iddia ərizəsindən görünür ki, iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakını təsdiq edən sənədi iddia ərizəsinə əlavə etməmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 152.1.6-1-ci maddəsinə görə «Mediasiya haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunanlara məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə qazanılmış əmlakların paylara bölünüb, payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsinə mediasiya prosesində iştirakını təsdiq edən sənəd əlavə edilmədiyindən iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə İddiaçı qaytarılmalıdır. Eyni zamanda iddiaçıya izah edilməlidir ki, Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Goranboy rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(045)-1678/2024 saylı qərardadına əsasən İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli ********** saylı qəbz üzrə ödənilmiş 100 manat dövlət rüsumunun ona qaytarılması qərara alındığından, həmin rüsumun qaytarılması nəzərə alınmalıdır. Həmin Məcəllənin 152.2 və 152.3-cü maddələrinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 152.1, 152.1.7, 152.2, 152.3, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə qazanılmış əmlakların paylara bölünüb, payların müəyyən edilməsi tələbinə dair» iddia ərizəsinin məhkəmənin icraatına qəbulundan imtina edilsin. Goranboy rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(045)-1678/2024 saylı qərardadına əsasən İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli ********** saylı qəbz üzrə ödənilmiş 100 manat dövlət rüsumunun qaytarılması nəzərə alınsın. İddiaçının iddia ərizəsinin geri qaytarılmasına səbəb olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət hüququ vardır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində işə baxan Goranboy Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar