Məhkəmə qərarları › İş №e-2(045)-1870/2025

Goranboy Rayon Məhkəməsi Qərardad — İş №e-2(045)-1870/2025

06.10.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu İş № e-2(045)-1870/2025 06.10.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlu, İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə olunmuş əmlakın dəyərinin 50%-nin tələbi haqqında” iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə əldə edilmiş “Opel Astra” markalı, **-EK-*** dövlət nömrə nişanlı avtomobilin dəyərinin 50%, yəni 5725 (beş min yeddi yüz iyirmi beş) manat və 330 manat vəkil xərci, 100 manat qiymətləndirmə və 78 manat ödənilmiş rüsumun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinin qanunla müəyyən olunmuş qayda, forma və məzmununa riayət edilməyərək, iddiaçı tərəfindən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, məhkəməyə müraciət etməzdən əvvəl hazırkı iddiaya dair mediasiya prosesində iştirak tələbinə riayət edilməsini təsdiq edən sənəd təqdim edilməmişdir. Bundan başqa iddia ərizəsinin verilməsi üçün qanunla müəyyən olunmuş qaydada dövlət rüsumu aidiyyəti olaraq Goranboy Rayon Məhkəməsinə ödənilməli olduğu halda, Gəncə Şəhər Məhkəməsinə ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür; 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə; 152.1.6-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1-ci maddəsinə əsasən mediasiya aşağıdakılar üzrə tətbiq edilir: - mülki işlər və kommersiya mübahisələri (xarici elementli mübahisələr də daxil olmaqla); - ailə münasibətlərindən irəli gələn mübahisələr; - əmək münasibətlərindən irəli gələn mübahisələr; - inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr. Həmin Qanununun 3.2-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. İddia tələbinin mahiyyətindən görünür ki, verilmiş iddia tərəflər arasında ailə münasibətlərindən irəli gələn mübahisədir və iddiaçı da qanuna uyğun olaraq, cavabdehlə mübahisənin mediasiya qaydasında nizama salınması tələbinə riayət etməmişdir. Elektron iddia ərizəsində “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” hissəsində qeyd edilmiş ********** nömrəli qəbzdən görünür ki, İddiaçı iddia ərizəsinin verilməsi üçün Gəncə Şəhər Məhkəməsinə 77,25 (yetmiş yeddi manat iyirmi beş qəpik) manat miqdarında dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmənin gəldiyi nəticəyə görə iddia ərizəsi, ona əlavə edilmiş sənədlər və ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən MPM-in 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə olunmuş əmlakın dəyərinin 50%-nin tələbi haqqında” iddia ərizəsi, ona əlavə edilmiş sənədlər və ödənilmiş 77,25 (yetmiş yeddi manat iyirmi beş qəpik) manat miqdarında dövlət rüsumu iddiaçıya geri qaytarılsın. İddiaçı izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində işə baxan Goranboy Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. HakimTaleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar